ADLI-SANLI (ad qazanmış adam) Qoca Mərdana tezə bağ qonşusu gəlmişdi. Adlı-sanlı bəstəkardı (X.Hasilova); ADLI [İskəndər:] Dünyada ən adlı bir tacidardı; Dağlan titrədən ordusu vardı (A.Şaiq); MƏŞHUR Elə məşhur bir ixtisas sahibinin nə üçün səhv etdiyini başa düşə bilmirdi? (Y.Əzimzadə); ŞÖHRƏTLİ Səməd: Onlar varlı, şöhrətli, böyük adamlardır (C.Cabbarlı); TANINMIŞ Fərman ölkənin məşhur, tanınmış qızı ilə yarışa girmişdi (Ə.Sadıq); ALİŞAN (köhn.) Ey Həsənbəy, əmiri-alişan; Elmi-hikmətdə saniyi-Loğman (S.Ə.Şirvani); NAMDAR (kl.əd.) Qərib: Haqq səni dünyada namdar eyləsin.. (“Aşıq Qərib”).