AFORİZM
AFRİKALI
OBASTAN VİKİ
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Afrika Bambaataa
Kevin Donovan (17 aprel 1957, Nyu-York, Nyu-York ştatı) ya da bilinən səhnə adıyla Afrika Bambaataa — Cənubi Bronks çıxışlı amerikalı DJ. O, 1980-ci illərdə çıxardığı elektro parçaları ilə Hip-hop mədəniyyətinin inkişafına təsir göstərmişdir. Afrika Bambaataa break-beat DJ-liyin yaradıcılarından birincisi, Hip-hop mədəniyyətinin atası və Amen Ra-sı, həmçinin, Elektro Funk-ın atası olaraq bilinir.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Afrika Oyunları
Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir. == Haqqında == Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür. == Medalçılar == İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var.
Afrika abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Afrika burnu
Afrika burnu — Kamçatski yarımadasında yerləşən burun. Kamçatka yarımadasının ən ucqar şərq qutaracağı. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Burnu ilk dəfə 1882-ci ildə «Afrika» kreyserinin zabitləri kəşf etmişlər. Gəminin şərəfinə isə buruna bu cür ad vermişlər. == Mənbə == Siz Kamçatka Afrikasında olmusunuz?
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. == Coğafiyası və iqlimi == Yarımada həm Ekvatordan həmdə Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hüdürlük tədricən enir.
Afrika bəbiri
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika fili
Afrika fili (lat. Loxodonta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.
Afrika futbolu
Afrika qaratoyuğu
Afrika qaratoyuğu (lat. Turdus pelios) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Afrika qitəsi
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Afrika rəqsləri
Afrika rəqsləri - Özündə qədim və zəngin tarixi daşıyan, Afrika qitəsində yaşayan xalqları əhatə edən rəqslər. Afrika rəqsləri haqqında ilk təsəvvürü Böyük Səhranın və Cənubi Afrikanın dağ massivlərindəki qayaüstü rəsmlər yaradır. Heyvan dərisi geymiş, buynuzlu, fil və ya antilop maskalı rəqs edən adamlar və fantastik məxluqlar, çox güman ki, müalicə ayinlərini əks etdirirdi. Müasir Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar, adətən xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir. Ayinin tipi, bir qayda olaraq, rəqsin xarakterini müəyyənləşdirir. Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər. Bir çox xalqlarda əkin sahələrini ziyanvericilərdən qorumaq məqsədi ilə keçirilən quşlar rəqsi, təbiətə şükranlıq rəqsləri geniş yayılmışdır. Silahla ifa olunan bəzi rəqslər döyüşçü ayinləri ilə bağlıdır.
Afrika saqqallıları
Afrika saqqallıları (lat. Lybiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Afrika siveti
Afrika siveti (lat. Civettictis civetta) — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ. == Təsviri == Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir.
Afrika tarakanı
Afrika tarakanı (lat. Supella longipalpa) — bədənləri kitin təbəqə ilə örtülüdür. Ümumiyyətlə rəng açıq sarımtıl qəhvəyi, çəhrayı əsmər və bəzən də tünd qəhvəyi, pronotum homogen bir şəkildə açıq qəhvərəngi, ön qanadın qaidəsi və ortasına doğru bir ədəd eninə geniş tünd cızıq mövcuddur, ikinci cızıq bəzən silik ola bilər. Thorax və abdomendə eninə tünd kahverengi bant olur, ancaq, yetkinlərdə qanadlar bu bantları bağlayar. Erkəklərdə bədən silindirikdir, qanadlar abdomenin ucundan çıxar, ön qanadın ucuna doğru olan qisimi açıq sarımsı rəngdə, arxa qanadlar tam inkişaf etmiş və asanlıqla uçmağı təmin edəcək vəziyyətdədir.
Afrika tetraçalanı
Afrika tetraçalanı (lat. Accipiter tachiro) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Afrika tripanosomozu
Afrika tripanosomozu, yaxud yuxu xəstəliyi — insanlarda və heyvanlarda parazit vasitəsi ilə törənən xəstəlik. Xəstəliyə yoluxmuş adamlarda, xəstəliyin törədicisinin iki tipi olur: Trypanosoma brucei gambiense (T.b.g) və Trypanosoma brucei rhodesiense (T.b.r.). T.b.g 98%-dən çox qeydə alınmışdır. Hər iki törədici adətən, xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsi nəticəsində yayılır və buna ən çox kənd yerlərində təsadüf edilir. == Simptomları və dioqnostikası == İlk mərhələdə qızdırma, baş ağrısı, qaşınma və oynaqlarda ağrılar olur. Bu simptom xəstəliyin daşıyıcısı olan Qlossina milçəklərinin dişləməsindən 1-3 həftə sonra xəstədə özünü büruzə verir. Neçə həftələr, yaxud aylar sonra isə ikinci mərhələ başlayır: şüurun zəifləməsi, Hərəkətin pis koordinasiyası, keyləşmə və yuxu pozğunluğu. == Profilaktikası və müalicəsi == Ağır hallarda risk qrupuna daxil olan əhalinin qanında T.b.g. olub-olmaması müntəzəm qan analizləri ilə yoxlanılmalıdır. Diaqnoz vaxtında – xəstədə nevroloji simptomların üzə çıxmasına qədər, qoyulduqda, müalicə yüngül keçə bilər.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika uçanbalığı
Afrika uçanbalığı (lat. Pantodon buchholzi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aravanokimilər dəstəsinin pantodontidae fəsiləsinin pantodon cinsinə aid heyvan növü.
Afrika xalqları
Afrika öz təbii şəraitinə görə, flora və faunasına, əhalinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir. Afrika öz böyüklüyünə görə Avrasiya materikindən sonra dünyada II yeri tutur və bütün quru sahəsinin 5-də birini təşkil edir. Afrikanın avropalılar tərəfindən tutulması ərəfəsində yerli əhalinin sayı dünya əhalisinin 20%-ni təşkil edirsə, 1960-cı illərdə bu göstərici 8%-ə enmişdir. XX əsrin 90-cı illərində Аfrikаdа 520 mln. nəfərdən аrtıq əhаli yаşаyırdı. Afrikada 3 böyük irqin nümayəndələri: Avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli vəqarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdılar. Bunlar qara saçlı, qara gözlüdürlər. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunurlar. Lakin onların saçları, gözləri, dərilərinin rəngi bir qədər açıq piqmentlidir.
Afrika ölkələri
Afrika ölkələrinin siyahısı — Afrika qitəsində yerləşən 66 dövlət və əraziyə verilən ümumi ad. Bu siyahıya həm tam tanınmış dövlətlər, həm qismən və ya tanınmayan dövlətlər, həm də Afrika və qeyri-Afrika dövlətlərinin asılı əraziləri daxildir. Siyahı 56 suveren dövlət (bunlardan 54-ü BMT-nin üzvüdür), qeyri-Afrika suveren dövlətlərin iki qeyri-suveren (asılı) ərazisini və qeyri-Afrika suveren dövlətlərin on sub-milli bölgəsindən ibarətdir. == Suveren dövlətlər == === Tam tanınan dövlətlər === Aşağıdakı tam tanınan 54 dövlətin hamısı Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqının üvüdür. === Məhdud tanınan və ya tanınmayan dövlətlər === Ətraflı bax: List of states with limited recognition The following two entities have declared themselves to be sovereign states and are in control of some territory but have limited or no recognition from other states. Neither entity is a member state of the United Nations, although the Sahrawi Arab Democratic Republic is a member of the African Union. == Suveren olmayan ərazilər == There are currently 12 non-sovereign territories in Africa. Except two Spanish autonomous cities and Peñón de Vélez de la Gomera, all the remaining territories are islands off the continent's coast. === Asılı ərazilər === Ətraflı bax: Dependent territory === Digər ərazilər === This list contains 10 territories that are administered as incorporated areas of a primarily non-African country.
Afrika İttifaqı
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
2010 Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku 2010 — 2010-cu ilin yanvarında Anqolada keçirilib. Final mərhələdə 160 ölkə iştirak edib.
2010 FİFA Dünya Kubokunun Afrika seçmə mərhələsi
== I mərhələ ==
2013 Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku 2013 — 2013-cü il 19 yanvar – 10 fevral tarixlərində CAR-da keçirilmişdir. Sonuncu qalib Zambiya milli komandasıdır (2012). Afrika çempionu adını isə ən çox (7 dəfə) Misir futbolçuları qazanıblar. Cənubi Afrika Respublikasının ev sahibliyi edəcəyi builki turnir 29-cudur.
2016 Yüngül atletika üzrə Afrika çempionatı
2016 Yüngül atletika üzrə Afrika çempionatı — 22 və 26 iyun aralığında CAR-ın Durban şəhərində keçirilən XX Yüngül atletika üzrə Afrika çempionatıdır.
2016 Yüngül atletika üzrə Afrika çempionatı – Kişilər 100 metr
Kişilər 100 metr qaçış turniri — 2016 Yüngül atletika üzrə Afrika çempionatında 22 və 23 iyun aralığında Kinqs Park stadionunda keçirilən yüngül atletika növüdür. == Medalçılar == == Nəticələr == === Yürüşlər === Təsnifat: Hər bir yürüşün ilk 3 sürətlisi (Q) və növbəti 6 ən sürətli (q) yarımfinala vəsiqə qazanıb. Külək: Yürüş 1: +0.8 m/san, Yürüş 2: +2.0 m/san, Yürüş 3: +0.5 m/san, Yürüş 4: +2.3 m/san, Yürüş 5: +1.5 m/san, Yürüş 6: +1.6 m/san === Yarımfinal === Təsnifat: Hər bir yürüşün qalibi (Q) və növbəti 2 ən sürətli (q) finala vəsiqə qazanıb.
2017 Afrika Millətlər Kuboku
== Tarix == Bu turnirin qalibi Rusiyanın 2017 FİFA Konfederasiyalar Kuboku turnirində üçün uyğun olacaq.
2019 Afrika Millətlər Kuboku
2019 Afrika Millətlər Kuboku - 2019-cu ildə Misirdə təşkil olunan futbol turniri. Açılış matçında turnirin ev sahibi Misir Zimbabveni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Kamerun millisi 2017-ci il turnirində qazandığı titulu müdafiə edə bilmədi, onlar Nigeriya yığmasına 1/8 finalda məğlub oldular. Final matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib. Bununla Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub. == Reqlament == Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq.
ABŞ Afrika Komandanlığı
Amerika Birləşmiş Ştatlarının Afrika Komandanlığı, qısa adı ilə AFRICOM — ABŞ-dakı Corc U. Buş hökumətinin əmri ilə Afrikada mülki və hərbi əməliyyatlar təşkil etmək məqsədi ilə 2007-ci ildə qurulmuş Pentaqon bölməsinin adıdır, Amerika Birləşmiş Ştatları Afrika Komandanlığı (ing. United States Africa Command (USAFRICOM) və ya qısaca AFRICOM) adı altında tanınır.
Adi Afrika kəli
Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir. Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir. Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir. == Yarımnövləri == S. c.
Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı
Afrika, Karib və Sakit Okean Dövlətlərinin Təşkilatı, qıs. AKS ölkələri (ing. African, Caribbean and Pacific Group of States, ACP countries) — günümüzdə əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən beynəlxalq təşkilat. Təşkilatın qurucu sənədi, əsasən iqtisadi sahədə birgə işlərə dair əsas razılaşmaları özündə cəmləşdirən 1975-ci il tarixli Corctaun sazişidir. Təşkilatın əsas hədəfləri iştirakçı ölkələrin iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də "yeni, ədalətli və ədalətli dünya ictimai düzəninin" qurulmasıdır. Əvvəldən əsas məqsəd AKP ölkələri ilə AB arasında iqtisadi əlaqələrin koordinasiyası idi Son illərdə iştirakçı ölkələr ÜTT çərçivəsində bir sıra tədbirlər keçirərək diqqətlərini Aİ ölkələrindən dünya birliyinə yönəldiblər. == Yaranma tarixi == Avropa Birliyinin quruluşu dövründə, Avropadan kənarda keçmiş müstəmləkələri olan Avropa ölkələri onlarla xüsusi münasibətlərini qorumağa çalışdılar. Beləliklə, asılı ərazilərlə "birləşmə" fikri ortaya çıxdı, bu da onlara ticarət güzəştləri vermək və inkişafa kömək etmək demək idi. Bu fikir 1963 və 1969-cu illərdə Yaoundedə imzalanan I və II Konvensiyalarda rəsmiləşdirildi. Afrika Dövlətləri Birliyi (əsasən keçmiş Fransız və Belçika koloniyaları) ilə AB arasında.
Afrika-Antarktika silsiləsi
Afrika-Antarktika silsiləsi — Hind okeanının daxili boyunca , 0—35° ş. u boyunca uzanır. Cənubi-Atlantika silsiləsinin davamını təşkil edir. Bu silsilə mezazoy-kaynazoy dövrləri zamanı formalaşmışdır. 3000 km məsafədə uzanır. Sonunda isə Kroze platosuna keçir. Maksimal eni 450 km. Dərinliyi 3000—4000 m, bəzi yerlərdə 315 metrdən (şərq) 413 m (qərb) arasında dəyişir.
Afrika Birləşmiş Ştatları
Afrika Birləşmiş Ştatları 55 müstəqil Afrika dövlətinin hamısının və ya bəzilərinin birləşib federasiya təşkil etməsi barədə təklif olunan konsepsiyadır. Afrika İttifaqının rəhbəri olan keçmiş Liviya lideri Muammar al-Qəddafi iki regional səviyyəli Afrika sammitində Afrika Birləşmiş Ştatlarının yaradılması fikrini irəli sürür: ilk dəfə 2007-ci ilin iyununda Qvineyanın paytaxtı Konakridə və ikinci dəfəf 2009-cu ilin fevralında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində. Gəddafinin bu sahədə ilk təşəbbüsü 2000-ci ildə Lome sammitində olmuşdu. O, Afrika İttifaqını çoxsaylı hadisələrdə uğursuzluqda ittiham etmiş və yalnız həqiqi pan-Afrika dövlətinin Afrika regionunda stabillik yaradacağını qeyd etmişdi. Afrika İttifaqı ölkələrinin əksəriyyəti təklif olunan federasiya ideyasını dəstəklədi, onlar bu birliyin “yeni” Afrikaya sülh gətirəcəyinə inanırdılar. == Markus Garvey, 1924 == “ Afrika Birləşmiş Ştatları” ideyası ilk dəfəf Markus Garvey tərəfindən 1924-cü ildə “ Ey, Afrika Birləşmiş Ştatları” şeirində qeyd olunub. Garveyin ideyaları Pan-afrikanist hərəkatına güclü təsir etmişdir. Bu hərəkat 1945-ci ildə Birləşmiş Krallıqda Mançestr şəhərində Beşinci Pan- Afrikanist Konqresinin keçiriıməsi lə nəticələndi == Əhalisi == Təklif olunan federasiyanın ərazisi istənilən dövlətin ərazisindən böyük olacaqdı ( Yəni, Rusiya Federasiyasından daha böyük). Bu federasiya Çin və Hindistandan sonra dünyanın ən çox əhalisi olan yer olacaq və burda 2000 dildə danışan əhali birləşəcəkdi.
Afrika Futbol Konfederasiyası
Afrika Futbol Konfederasiyasının yaranmasına qədər qitəni FİFA-da dörd milli assosiasiya təmsil edirdi. Misir Futbol Federasiyaları Assosiasiyası 1923, Sudan Futbol Federasiyaları Assosiasiyası 1948, Cənubi Afrika Futbol Federasiyaları Assosiasiyası 1952 və Efiopiya Futbol Federasiyaları Assosiasiyası isə 1953-cü ildə beynəlxalq qurumun üzvlüyünü qəbul edib. Əvvəllər bu ölkələr müxtəlif regional qruplar formasında təmsil olunurdular. 1956-cı il, iyunun 6–9-da Lissabonun "Avendia" mehmanxanasında təşkil olunan FİFA-nın 30-cu konqresində əsas müzakirə obyekti Misir, Sudan, CAR və Efiopiya Assosiasiyalarının rəhbərlərinin Afrika Futbol Konfederasiyasının yaradılması barədə irəli sürdükləri təkliflər idi. Fikrin ali futbol təşkilatının rəhbərliyi tərəfindən müsbət qarşılanmasının nəticəsi kimi, 1957-ci ildə Afrika Futbol Konfederasiyaları (AFK) yaradıldı. AFK-nın hazırlıq və ətraflı tanışlıq xarakteri daşıyan ilk iclası 1957-ci il, fevralın 8-də Xartumda təşkil edilib. Müşavirədə adları çəkilən dörd ölkə iştirak edib və əsas məqsəd Afrika Kubokunun təşkili məsələsinin müzakirəsi olub. Quruma keçirilən birinci prezident seçkilərində iddiasını irəli sürən 10 namizəd arasında bütün rəqiblərini səs çoxluğu ilə üstələyən misirli Əbdüləziz Abdulla Səlim AFK-nın ilk rəhbəri kimi tarixə düşüb. Baş katib funksiyası isə həmyerlisi Məhəmməd Yusufa həvalə edilib. İlk Afrika Kubokunun tarixi həmin il fevralın 10-na təsadüf edir.
Afrika Millətlər Kuboku
Afrika Millətlər Kuboku — Afrikanın milli komandaları arasında keçirilən ən nüfuzlu futbol turniri Yarandığı dövrdə heç kimin təsəvvürünə gəlməzdi ki, Afrika Kuboku "qara qitə"də bir nömrəli yarışa çevriləcək, milyonlarla azarkeşin diqqətini çəkəcək, futbola yenicə alışan fanatların böyük marağına səbəb olacaq. Əksinə, fikir müzakirəyə çıxarılanda, dəstəkləməyənlər kifayət qədər idi. İlk turnir start götürməzdən əvvəl yarışın qaydalarında cüzi dəyişikliklər olundu. Nə qədər qəribə olsa da, çoxmillətlik təşkil edən, amma kubokun keçirilməsinin əsas tərəfdarlarından biri sayılan CAR yarışdan kənarlaşdırılmaqla yanaşı, AFK-nın da tərkibindən çıxarıldı. Bu, xeyli mübahisələrə zəmin yaratsa da, AFK qərarını dəyişmədi. Cənubi Afrika Republikası AFK-nı tərk edəndən sonra, turnirdə 3 region — Efiopiya, Misir və Sudan çıxış edirdi. Siyahıdan silinmiş CAR turnirə düz 39 ildən sonra qayıtdı. Buna qədər baş tutan ilk iki turnir (1957/1959) tam qayda-qanunla keçirilməmişdi. Afrika futbolunun dünyada kifayət qədər tanınması üçün turnir iştirakçılarının sayını artırmaqdan gözəl vasitə ola bilməzdi. Bunu yaxşı anlayan AFK rəhbərliyi qısa zaman kəsiyində iştirakçıların sayını 16-ya çatdırdı.
Afrika Millətlər Kuboku 2010
Afrika Millətlər Kuboku 2010 — 2010-cu ilin yanvarında Anqolada keçirilib. Final mərhələdə 160 ölkə iştirak edib.
Afrika Oyunlarında medal qazanmış ölkələrin siyahısı
Afrika Oyunlarında medal qazanmış ölkələrin əlifba sırasına görə siyahısı — aşağıdakı kimidir:
Afrika Oyunlarında voleybol
Afrika Oyunlarında voleybol — 1965-ci ildə ilk öncə kişilərin yarışı ilə tətbiq olunmuşdur. 1978-ci ildən etibarən isə qadınların voleybolu da ilk dəfə olaraq proqramda yer almışdır. Kişi milli komandaların yarışında misirlilər diqqəti çəkirsə, qadınlarda da Keniya millisi ən yaxşı nəticəyə sahibdir.
Afrika Voleybol Konfederasiyası
Afrika Voleybol Konfederasiyası — Afrikada voleybola nəzarət edən qurum. 53 Afrika ölkə federasiyası tabeliyindədir. Mərkəzi Misirin paytaxtı Qahirədə yerləşir. Prezdenti də həmin ölkədən Əmr Əl Vanidir. Qeyd edək ki, Afrika Voleybol Konfederasiyasının voleybol turnirləri izləyici sayına görə ən geridə olan turnirlər sayılır.

Digər lüğətlərdə