APAĞ
APARAT
OBASTAN VİKİ
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Özünlə apar
Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edir. == Yazılması == "Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir. 7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == === Milli mahnı seçimi === Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.
Onu Yunan Teatrına apar
Onu Yunan Teatrına apar (ing. Get Him to the Greek) — Nikolas Stollerin rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya filmi. Bu Stollerin 2008-ci ildə ekranlara çıxan "Sara Marşallı unutmaq" filminin spin-offudur. Stoller əvvəlki filmdə olduğu kimi bu filmdə də Cadd Apatou ilə birlikdə işləmişdir. Filmin baş rollarında Rassel Brend və Cona Hill çıxış edir. Film Los-Ancelesdə yerləşən Yunan Teatrında baş tutacaq konsertə məşhur rok ulduzu Aldous Snow-u gətirmək tapşırığı alan musiqi şirkəti işçisi Aaron Qrindən bəhs edir. Filmdə onlar səyahət zamanı yol boyu müxtəlif maneələr və gülməli bədbəxt hadisələrlə qarşılaşırlar. == İstinadlar == == Xarici keçidlər == Onu Yunan Teatrına apar — Internet Movie Database saytında.

Digər lüğətlərdə