is. [
ər. ]
1. Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik. Bu adamda heç ar deyən şey yoxdur.
– Görür əğyar ilə yarini, ölməz; İlahi, Seyyidə bir ar gəlsin. S.Ə.Şirvani.
2. Eyib, utanılacaq şey, nöqsan. Nə etmək, mən fəqirəm, yar sultan; Mənə yar olmasından arı vardır. Heyran xanım.
Mən bu arı heç vaxt qeyrətimə sığışdıra bilmədiyim üçün, onun təklifini rədd etmədim. M.S.Ordubadi.
Qafil yaşamaqdansa, gözəl kardır ölmək; Hərçənd ki, qəflətdə dəxi ardır ölmək. M.Ə.Sabir.
□ Ar bilmək – özü üçün əskiklik, eyib bilmək, izzətinəfsini gözləmək. Mən bu hərəkəti özümə ar bilirdim.
– Könül, ol mahliqa söhbətimiz ar bilir; Ki, özün ülfəti-əğyarə səzavar bilir. S.Ə.Şirvani.
Tahir qorxsa da, ustanın təklifindən boyun qaçırmağı özünə ar bildi. M.Hüseyn.
Uşaq ufuldadısa da, üzündəki xoş ifadəni pozmağı özünə ar bildi. Mir Cəlal.
Ar etmək – utanmaq, həya etmək, xəcalət çəkmək. Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar. (
Ata. sözü ).
Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim; Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc. Füzuli.
Ar olmaq – eyib olmaq.
Bir də baxmaq mənə ar oldu sənə; Başqa bir cəzbəli yar oldu sənə. M.Ə.Sabir.
Arı yemək – həyasızlaşmaq, abır-həyasını itirmək, arsızlaşmaq, heç şeydən utanmamaq. Arı yeyib namusu dalına alıb. (
Ata. sözü ).
Arına gəlmək – bax
ar etmək. [Sadıqov] Qoy nə edir etsin.
Ancaq camaat içində arıma gəlir. İ.Əfəndiyev.