Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Çökək
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Cerən Özbək
Cərən Özbək
Dursun Özbək
Dursun Aydın Özbek (25 mart 1949) — türk iş adamı və Türkiyənin "Qalatasaray F. K" çoxşaxəli idman klubunun 36-cı klub prezidenti. Qalatasaray Liseyini və İTU Maşın Mühəndisliyini bitirib. 1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərən Özbək, 1988-ci ildən bəri İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də operator kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Kömək (Ərdəbil)
Kömək (fars. كمق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (34 ailə).
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. == Tarixi == Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. == Adət və mərasimlər == Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Çökmə süxurlar
Çökmə süxurlar maddələrin əsasən su mühitində, az hallarda atmosfer agentləri və buzlaqların fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökməsi nəticəsində əmələ gəlir == Haqqında == Çökmə süxurlara nümunə olaraq qum(çöküntü mənşəli süxurlardan əmələ gəlmiş), çaydaşı, çınqıl və gil bunlar tikintidə geniş istifadə olunur, Torf, daş kömür, əhəngdaşı və təbaşir kimi çökmə süxurlar da bitki və heyvan qalıqlarından yaranmışdır. Su hövzələrində və ya quruda toplanan süxurlar- çökmə süxurlar adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur. Mənşəyinə görə çökmə süxurlar kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür. Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen və kontinental süxurlar adlanır. Yer səthinin 75%-i çökmə süxurlarla örtülmüşdür. == Çökmə süxurların rəngi == Çökmə süxurların rəngi ən mühüm əlamətlərindən biridir. Çökmə süxurların rəngi ilkin və törəmə ola bilər. İlkin dedikdə, adətən, süxurəmələgəlmənin ən başlanğıc mərhələsinə xas olan və eləcə də diagenez zamanı yaranmış rəng nəzərdə tutulur. Törəmə rəng, adətən, hipergen mənşəli olur, yəni aşınma və reqressiv epigenez (gizli hipergenez) prosesində əmələ gəlir. İlkin rəng süxurların tərkibini və genezisini əks etdirərək, stratiqrafik korrelyasiyaya kömək edir.
Çökmə tsikl
Çökmə (sedimentasion) tsikl – müəyyən akvatoriya və ya ərazinin inkişaf prosesində bu və ya digər dəyişkənliklərlə təkrarlanan çöküntütoplanma şəraitlərinin dəyişmə ardıcıllığı. == Haqqında == Çökmə tsikl çox vaxt ardıcıl dəniz transqressiyalararası və yaxud çöküntütoplanmada fasilələrarası intervallar aid edilir. Sedimentasion şəraitlərin ardıcıl olaraq bir-birini əvəzləməsinin maddi tərkibini, yəni müvafiq çöküntü komplekslərini tsikl, yaxud tsiklotemlər (bəzən səhvən ritmlər) adlandırırlar. Tsikllərin davamiyyəti çox müxtəlif ola bilər: məsələn: geosinklinalların alp, hersin, kaledon və daha qədim inkişaf mərhələlərinə uyğun gələn tsikllərin davamiyyəti 180–240 mln. il hüdudlarında dəyişir. Belə tsikllərə müəyyən geoloji formasiya sırası (geogenerasiya), o cümlədən çöküntü vulkanogen formasiya sırası uyğun gəlir. Məsələn, Qafqazda aşağıdakı formasiya sırası müəyyən edilmişdir: 1) spilit-keratofir; 2) aspid; 3) fliş; 4) şlir (alt molass); 5) əsl molass (üst molass). Tsikllər az davamiyyətli, hətta qısamüddətli də ola bilər. Çökmə tsikl qatlarının kəsilişinin öyrənilməsi göstərir ki, tsikllər (davamiyyətinə görə) 16-dan az olmayaraq daha aşağı tərtibli ola bilərlər (Xain,1964). Ayrı-ayrı aşağı tərtib tsikllər yüksək tərtibli tsikllərin mərhələlərini (fazaları) təşkil edirlər.
Çökək Hamam
Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır. 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir. 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir. == Tarixi və memarlıq quruluşu == Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
Çökək Xuluf
Çökək Xuluf — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Çökək Xuluf kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Çörək (1970)
Özbək xanlığı
Özbək xanlığı (özb. Oʻzbek ulusi) — 1428–1468-ci illərdə iqtidarda olmuş dövlət. == Tarixi == Uluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 1431-ci ildə Gürgənci və Xarəzmi, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər əraziləri öz hakimiyyəti altında birləşdirərək, "Özbək xanlığı"nı (1428–1599) yaratmışdı. Şеybanilərin davamçıları olan Özbəklər Əbülxeyr xanın (1428–1468) başçılığı ilə hücum edərək Türküstana girmiş, Səmərqəndi Teymurlulardan almışdı. Bəlxdə üsyan edən oğlu Rüknəddin Əbdüllətifin oyununa düşən Uluqbəy Özbəklərə məğlub olaraq 1449-cu ildə edam edilmişdir. Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra isə Teymuroğulları və nəhayət, Səfəvilərin ağır zərbələri nəticəsində parçalanmış, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax Türklərinin əlinə keçmiş, digər yerlərdə isə Buxara xanlığı (1599–1785), Xivə xanlığı (1512–1920), Kokand xanlığı (1710–1876) və Kaşğar-Turfan xanlığı (XV əsrin əvvəllərindən 1877-ci ilə qədər) kimi müstəqil xanlıqlar yaranmışdı.
Özbək Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. == Elmi fəaliyyəti == Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Cosmea
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Cozef
Cozef — şəxs adı. Cozef Stiqlits — amerikalı iqtisadçı. Cozef Debone Qrex — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Liklyayder — Amerika alimi. Cozef Lui Prust — fransız kimyaçısı.
Çovmel (Soyuqbulaq)
Çovmel (fars. چومل‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (8 ailə).
Camek məscidi
Camek məscidi (malay Masjid Jamek) — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir. == Tarixi == Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub. Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi. == Memarlığı == Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var.
Cozef Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. == İlk illəri (1942–1965) == 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsada, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar.
Cozef Bernard
Cozef Bernard (fr. Joseph Bernard; doğum 1836-cı il - ölüm 1931-ci il) — müasir klassik fransız heykəltaraşı. Cozef Bernard Elie Fauerin 1927-ci il müasir incəsənətin "Spirit of Forms" icmalında yer alıb. O, Pyerre-Yulez Kavalyerin Ekol des Beaux-Arts atelyesində təlim keçmişdi. == Yaradıcılığı == Cozef Bernard 1906-cı ildə La fete des pampres divar qabarmasını, 1912-ci ildə bürüncdən Torso de La Jeune Fille a la cruche heykəlini hazırlamışdır. Cozef Bernard yaradıcılığında daş, bürünc, gipsdən və mərmərdən istifadə edərək müxtəlif əsərlər yaratmışdır.
Cozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. == Həyatı == Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Cozef Boksholl
Cozef Boksholl (ing. Joseph Boxhall; 23 mart 1884, Kinqston-apon-Hall, Yorkşir və Hamber[d] və ya London – 25 aprel 1967) — Titanik gəmisinin dördüncü zabiti. Birinci Dünya Müharibəsi zamanı dəniz zabiti kimi qulluq edib.
Cozef Bonapart
Jozef Bonapart — (İtalyanca:Giuseppe Bonaparte; İspanca:José I Bonaparte) (7 yanvar 1768[…] və ya 1768 – 28 iyul 1844[…] və ya 1844, Florensiya) - Napoleon Bonapartın ən böyük qardaşı. Qardaşı tərəfindən 1806–1808-ci illər arasında Neapol Kralı və 1808–1813-cü illər arasında da (I Joze adı ilə) İspaniya kralı elan olunmuşdur. Napoleon Bonapartın devrilməsindən sonra Jozef özünü Survilliers Qrafı kimi adlandırmışdır. == Həyatı == Qardaşları kimi Jozef də Fransada respublika idealına bağlanmışdı. Vətənpərvər lider Paskuale Paolinin Korsikaya hakim olması ilə adadan ayrılaraq Fransaya sığınmaq məcburiyyətində qaldı. 1796-cı ildə İtaliya səfərinin başlanğıcında Napoleonu müşayiət etdi. Sardiniya ilə aparılan və Çerasko atəşkəsi ilə nəticələn danışıqlarda iştirak etmişdi. Daha sonra isə Korsikanı geri qaytarmaq üçün aparılan yürüşə qatıldı; adada idarəçiliyin yenidən bərpa olunmasına kömək etdi. Direktoriya rəhbərliyi tərəfindən əvvəl Parma Hersoqluğuna (1796), daha sonra da Romaya elçi olaraq təyin olundu. 1797-ci ilin sonlarında isə Parisə geri qayıtdı, Beşyüzlər Şurasında Korsikanı təmsil etdi.
Cozef Cekson
Cozef Cekson (ing. Joseph Jackson; d. 26 iyul 1928 - ö. 27 iyun 2018) — amerikalı musiqiçi və prodüser, Maykl Ceksonun atasıdır.
Cozef Denobreqa