Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Ölüm hökmü-ömürlük cəza
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Ölüm hökmü-ömürlük cəza (film)
Bahar ömürlü insan (film, 2003)
Bahar ömürlü insan qısametrajlı sənədli televiziya filmi rejissor Akif Arifoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Bioqrafik film ziyalı alim Faiq Bağırzadənin xatirəsinə həsr olunmuşdur. == Məzmun == Bioqrafik film ziyalı alim, əməkdar elm xadimi Faiq Bağırzadənin xatirəsinə həsr olunmuşdur.
Xo-Örlük
Xo-Ürlük, Xo-Örlük (kalm. Хо Өрлөг; 1580 – 4 yanvar 1644) — Kalmıkların birinci baş tayşısı, Kereitlərin qolu olan Turqut soyundan, Van xanın törəməsi, Zülzüqan-Örlükün oğlu və Buyqo-Örlükün nəvəsi. Kalmık dövlətinin yaradıcısı. == Həyatı == XVI əsrin ikinci yarısında kalmıklar, əsasən Oyrot deyilən tayfa ittifaqı (turqutlar, xoşutlar, dörbətlər) qazax torpaqlarına da yerləşmişlər, ancaq daha sonraları o torpaqlardan ya çıxardılmışlar ya da qazaxların basqısı altında yaşamaq məcburiyyətində qalmışdılar. XVI əsrin sonunda öz sınırlarını aşıb qazax torpaqlarına yerləşen kalmıklar, qazaxlara yenilmişlər və basqı altında qalmışdılar. 1604-cü ildə Xo-Örlük İrtış çayının yuxarı axarında köç-düşlə məşğul olurdu. 1606-cı ildə Barabin çölündə turqutların və rusların toqquşması baş verdi. Tar dairəsi tamam boşaldı. 1608-ci ildə Xo-Örlükün elçiləri Tara şəhərinə gəlib rus hakimiyyəti ilə danışıq apardılar. Xo-Örlük 1613-cü ildə öz turqutlarını Yayıkın yuxarı axarına gətirdi..
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Koşurluk
Koşurluk — Borçalıda kənd adı. == Toponimkası == Türk dillərində koçur (kuçur) "səthində qranit (bozalt) parçaları səpilmiş nisbətən iri yüksəklik" sözündəndir. Ola bilsin bu toponimdə türk dillərində kucur "şoran", "duzlaq" mənası əksini tapmışdır.
Oğurluq
Oğurluq — özgəsinə məxsus olan əmlakın ələ keçirilməsi. Oğurluq qanuna ziddir və cinayət sayılır. Oğurluq edən şəxslər cərimə və həbs cəzası kimi nəticələrlə üzləşə bilərlər. Oğurluğun ən geniş yayılmış növlərindən biri şopliftinqdir.
Oğurluq (cinayət)
Salih Omurtak
Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir . == Həyatı və hərbi xidməti == Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur.
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. == Süjet xətti == İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq (video oyun, 2003)
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq — 1993-cü ilin iyulunda Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq hadisəsi. Bu zaman ümumilikdə 304 əşya oğurlanıb. Oğurlanmış əşyalara 274 sənət əsəri və 30 orta əsr miniatürü daxildir. Onlardan ən qiymətlisi təxminən 10 milyon dollar dəyərində olan Albrext Dürerin Qadın Hamamı əsəri idi. Digər oğurlanmış sənət əsərlərinə Rembrandt, Antonio Van Deyk, Nikola Pussen, Yakob van Röysdal və Jan-Fransua Mille və başqaları tərəfindən hazırlanmış əsərlər daxil idi. Əsərlər qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb, və sonradan oradan tapılıb. 2001-ci ildə on iki sənət əsəri əvvəlki nümayiş yerlərinə, Almaniyadakı Bremen muzeyinə, qalanları isə Azərbaycana qaytarıldı. == Zəmin == Almaniyaya qaytarılan sənət əsərləri 1820-1860-cı illər arasında Bremen muzeyi tərəfindən satın alınmışdı. 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı sənət əsərləri Karnzou qalasına saxlanmaq üçün köçürülmüş 1520 xəzinə arasında idi. İrəliləyən sovet qoşunları qalanı ələ keçirdikdən sonra rəsmlər yoxa çıxdı.