Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Küplücəli Öznur
Küplücəli Öznur (كوپلوجلي) (1628-1526) — Osmanlı türk divan şairi və xəttatı. Öznur Üsküdarda anadan olub və əvvəlcə elmə həvəsi olub, lakin sonradan şeirə üz tutub. Öznur şair Bakidən təsirlənmişdir. Öznur şeir yazarkən xəttatlıq, o cümlədən Quranın bir nüsxəsini də yazmışdır.
Öznur Bartin
Öznur Bartin (1985, Hakkari ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Öznur Bartin 1985-ci ildə Hakkari ilidə anadan olub. Pamukkale Universiteti Fəlsəfə Bölməsindən və Anadolu Universiteti Ədliyyə Bölməsindən məzun olub. Anadolu Universiteti Maliyyə Bölməsində təhsil alır. HDP İpəyyol ilçə şöbəsinin həmsədri və Van il şöbəsinin həmsədri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Aynurə Həşimova
Aynurə Abdulla qızı Həşimova — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Təsviri Sənət Qalereyasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2015). == Həyatı == Həşimova Aynurə Abdulla qızı 29 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. 1998–2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2002–2005-ci illərdə həmin Akademiyada magistr təhsili alıbdır. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olaraq "Dizayn tərkibli təsviri incəsənət məşğələlərində uşaqların təfəkkürünün və qabiliyyətlərinin inkişafı imkanları" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri keçirilib, dövlət tədbirlərinin yüksək səviyyədə təşkilinə görə dəfələrlə fəxri fərmanlarla , diplomlarla , təşəkkürnamələrlə təltif edilibdir. 2007-ci ilədə Bakı Şəhər Təhsil İdarəsinin fəxrə fərmanı ilə təltif edilib. 2006-cı il 10 may Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.
Aynurə İmranova
{{ Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Şanurə (Qürvə)
Şanurə (fars. شانوره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 772 nəfər yaşayır (187 ailə). Əhalisini kürdlər təşkil edir.
Öztürk
Öztürk — Türk soyadı, təxəllüs. Bəyazid Öztürk — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Yasəmin Öztürk — Aktrisa. Esra Öztürk — Türkiyəni təmsil edən həndbolçu. Fulya Öztürk — Türkiyə jurnalisti. Berdan Öztürk — hüquqşünas və siyasətçi; Halil Öztürk — hüquqşünas və siyasətçi; Mustafa Öztürk — Türkiyəli ilahiyyatçı və akademik Mustafa Öztürk (siyasətçi, 1859) — Türkiyə siyasətçisi.
Azure
Azure — Bakıda yerləşən biznes, yaşayış, ticarət və əyləncə mərkəzindən ibarət çoxfunksiyalı kompleks binası. Kompleksin tərkib hissəsi olan "Megafun" əyləncə mərkəzi Avropanın ən böyük qapalı əyləncə mərkəzi sayılır.Bina Xəzər dənizinin sahilindən 100 metr məsafədə, Ağ Şəhərin yanında, Nobel prospektində yerləşir. == Kompleks == Çoxfunksiyalı Azure Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir. === Azure Business Center === Azure Business Center postmodern üslubunda hazırlanmış A+ sinifinin 30 mərtəbəli ofis qülləsidır. Göydələnin forması yelkənlər üzərində gəmi yarışını simvollaşdırır, memarlara görə isə müvəffəqiyyət arzusunu simvollaşdırır. Qüllədə 200 ofis binası, konfrans zalı, kino, tibb mərkəzi, kafe və 2000 avtomobil üçün park yeri var. Panoramik liftlərdən istifadə olunur. İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir. === Azure Shopping Centre === Azure Shopping Center 4 mərtəbəli 40 000 m²-lik bir ticarət mərkəzidir. 2012-ci ildə açıldı.
Beyazıt Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən,radiyo aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Esra Öztürk
Esra Öztürk (d. 23 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Esra Öztürk, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Esra Öztürk, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fulya Öztürk
Fulya Öztürk (5 yanvar 1989, Adana) — Türkiyə jurnalisti. O, hal-hazırda "CNN Türk" əməkdaşıdır, Suriyada vətəndaş müharibəsi, Rohinca soyqırımı və İkinci Qarabağ müharibəsindəki jurnalistik fəaliyyəti ilə tanınır. == Həyatı == Fulya Öztürk 5 yanvar 1989-cu il tarixində Türkiyənin Adana şəhərində anadan olmuşdur. O, orta məktəbi Adana Gündoğdu Kollecində bitirmişdir. Öztürk 2006-cı ildə Mərmərə Universiteti Rabitə fakültəsinə qəbul olmuşdur. Növbəti il, o, "Doğan" TV-nin "Staj On Air" verilişi ilə "Star" TV-yə qoşulmuşdur. Öztürk peşəkar fəaliyyətinə 2008-ci ildə, "CNN Türk" kanalının verilişlər departamentində başlamış, 3 il redaktor kimi çalışmışdır. O, daha sonra Başkənd Rabitə Akademiyasında nitq və dram üzrə təhsil almışdır. Öztürk 2010-cu ildə "CNN Türk" xəbərlər mərkəzində işləməyə başlamış, xeyli sənədli filmin və xəbərin ssenarisini yazmışdır. O, 2013-cü ildə müxbirliyə başlamış, müharibə mövzularını əhatə etmişdir.
Mustafa Öztürk
Mustafa Öztürk (d. 8 noyabr 1965, Keşap, Giresun ) Türkiyəli ilahiyyatçı və akademik, təfsir və Quranşünaslıq sahəsində çalışmış, müxtəlif elmi əsərlər yazmışdır. Öztürk xüsusilə tarixçi baxışları ilə tanınır. Bu baxışı aşağıdakı kimi ümumiləşdirmək olar; Quranda köləlik, evlilik, qənimət və cəzalar kimi mövzularla bağlı bir çox ifadələr yazıldığı dövrün anlayışını əks etdirir. Bu ifadələrdən irəli gələn və bugünkü ümumbəşəri dəyərlərə uyğun gəlməyən hökm və qaydalar məcburi qəbul ediləbilməzdir və tərk edilməlidir. == Həyati == 1965-ci ildə Giresunun Keşap rayonunun Kaşaltı kəndində anadan olub. 1983-cü ildə Giresun İmam Hatip Liseyini, 1987-ci ildə isə Mərmərə Universitetinin İlahiyyat fakültəsini bitirib. 1987-1999-cu illərdə İçel / Mersin və Giresunda müəllim olaraq işləmişdir. 1998-ci ildə Ondokuz May Universiteti İctimai Elmlər İnstitutunun Təməl İslam Elmləri Bölməsində “Müvəffakuddin əl-Kevaşi: həyatı, əsərləri və təfsir metodu” adlı tezi ilə təfsir bölməsində magistr dərəcəsini tamamlamışdır. 1999-cu ildə Ondokuz May Universitetinin Sosial Elmlər İnstitutuna elmi işçi vəzifəsinə təyin olunmuş və 2001-ci ildə vəzifəsinə başlamışdır.
Yasemin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Yasəmin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Ahmet Özyürek
Ahmet Özyürek (1964, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Özyürek 1964-cü ildə Sivas ilinin Kangal ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Beynəlxalq Vizyon Universiteti Hüquq Bölməsindən məzun olub. Sivasspor İdman Klubunda rəhbər vəzifələrdə çalışıb. Sivaslılar Dərnəyi, Sivaslılar Vəqfi və Kangallılar Dərnəyinin üzvü olub, vəzifələrdə təmsil olunub. Xaricdə ictimai və özəl sahələrdə inşaat layihələrinin rəhbəri olub. Uzun illərdir MHP üzvüdür. 2002-2018-ci illərdə MHP İstanbul il şöbəsinin sədr müavini olub. 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.
Berdan Öztürk
Berdan Öztürk (1 may 1980, Tutağ, Ağrı ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı ilinin Tutak ilçəsində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. İngiltərənin London Universitetində beynəlxalq arbitraj və ticarət hüququ üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin və Mezopotamya Yaxınlarını İtirmiş Ailələrə Yardım, Dayanışma və Mədəniyyət Dərnəyinin (MEBYA-DER) üzvüdür. Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə baş tutan 8-ci qurultayında Leyla Güvenlə birgə həmsədr seçilib. Barəsində 2016-cı ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) 5 üzvünün dəfn mərasiminə qatıldığına görə istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildə isə Sülh Bulağı əməliyyatı ilə bağlı verdiyi açıqlamaya əsasən terror təbliğatı apardığına görə istintaqa cəlb olunub.
Bəyazid Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən,radiyo aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Halil Öztürk
Halil Öztürk (1975, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Halil Öztürk 1975-ci ildə Kırıkkale ilinin Sulaqyurd ilçəsində anadan olub. İbtidai və orta təhsilini Sulaqyurd ilçəsində alıb. 1998-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. Bir müddət Səhiyyə Nazirliyində çalışıb. Daha sonra isə uzun illər Ankarada inzibati hüquq üzrə hüquqşünas olaraq çalışıb. Müharibə Əlilləri, Şəhidlərin Dul Qadınları və Yetimləri Dərnəyinin üzvü olub, şəhid və qazi ailələrinin hüquqşünası olub. Uzun illərdir MHP üzvüdür. 2009-cu ildən MHP İdarə Heyətinin üzvü vəzifələrində çalışır. 2015-ci ildən həm də MHP İntizam Şurasının sədridir.
Özünlə apar
Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edir. == Yazılması == "Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir. 7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == === Milli mahnı seçimi === Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.
Microsoft Azure
Microsoft Azure Microsoft tərəfindən idarə məlumat mərkəzlərindən ibarət olan qlobal bir şəbəkədə sürətli bir şəkildə tətbiqlər yaratmaq, paylaşmağ və idarə təmin edən açıq və elastik bir bulud platformasıdır. Hər hansı bir dili, vasitəsi və ya çərçivəni istifadə edərək tətbiqlər inkişaf etdirə bilərsiniz. Hər zaman işləyir. Hər zaman açıqdır. Microsoft Azure aylıq 99,95% nisbətində bir SLA təqdim edir və yüksək səviyyədə əlçatan tətbiqlər inkişaf etdirib işlətməyinizi təmin edər. Avtomatik əməliyyat sistemi və xidmət düzəltmə əlavəsi tətbiqi, məskun şəbəkə yükü balans və təchizat nasazlıqlarına qarşı rahatlıq verir. Tətbiqinizi istədiyiniz an üst distributivə yeniləmənizi təmin edəcək bir paylama modelini dəstəkləyir. Microsoft Azure, tətbiq inkişaf etdirmək üçün hər hansı bir dili, çərçivəni və ya vasitəsini sizin üçün təmin edir. Xüsusiyyətlər və xidmətlər açıq REST protokolları istifadə edərək açılır. Microsoft Azure müştəri kitabxanaları, birdən çox proqramlaşdırma dilində mövcuddur, bir açıq kod lisenziya daxilində bazara sürülür və GitHub üzərində həyata keçirilir.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. == Həyat və yaradıcılığı == Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A. Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir. 1820-ci illərdə litoqraf J. M. Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. == Qalereya == == Ədəbiyyat == Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Veysəl Özgür
Veysəl Özgür (türk. Veysel Özgür) (d. 1877, Trabzon – ö. 1931, Ankara) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-ci ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1899-cu ildə oranı bitirərək hərbi xidmətə başlamışdır. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 28 oktyabr 1920-ci ildə Anadoluya gedərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 26 mart 1924-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 3 noyabr 1941-ci ildə İstanbulda vəfat etdi.
Windows Azure
Microsoft Azure Microsoft tərəfindən idarə məlumat mərkəzlərindən ibarət olan qlobal bir şəbəkədə sürətli bir şəkildə tətbiqlər yaratmaq, paylaşmağ və idarə təmin edən açıq və elastik bir bulud platformasıdır. Hər hansı bir dili, vasitəsi və ya çərçivəni istifadə edərək tətbiqlər inkişaf etdirə bilərsiniz. Hər zaman işləyir. Hər zaman açıqdır. Microsoft Azure aylıq 99,95% nisbətində bir SLA təqdim edir və yüksək səviyyədə əlçatan tətbiqlər inkişaf etdirib işlətməyinizi təmin edər. Avtomatik əməliyyat sistemi və xidmət düzəltmə əlavəsi tətbiqi, məskun şəbəkə yükü balans və təchizat nasazlıqlarına qarşı rahatlıq verir. Tətbiqinizi istədiyiniz an üst distributivə yeniləmənizi təmin edəcək bir paylama modelini dəstəkləyir. Microsoft Azure, tətbiq inkişaf etdirmək üçün hər hansı bir dili, çərçivəni və ya vasitəsini sizin üçün təmin edir. Xüsusiyyətlər və xidmətlər açıq REST protokolları istifadə edərək açılır. Microsoft Azure müştəri kitabxanaları, birdən çox proqramlaşdırma dilində mövcuddur, bir açıq kod lisenziya daxilində bazara sürülür və GitHub üzərində həyata keçirilir.
Özgür Ozan
Özgür Ozan (5 yanvar 1966, Bolu) — türk aktyor. == Həyatı == İzmir Dövlət Teatrı, İzmir Uşaq Teatrı və Beynəlxalq Teatr Topluluğunda müxtəlif oyunlarda rol alıb. 1985-ci ilə qədər profesional olaraq basketbol oynayıb. Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər fakültəsi aktyorluq bölməsini bitirib. Bursa Dövlət Teatrında oyunlarda rol alıb. İstanbul Pınar Uşaq Teatrında xidmət edib. Uşaqlar eşitməsin adlı teleserialda canlandırdığı, yüngül qılıbıq Səlami personajı ilə tanınır hala gəlib. Hələ də Kanal D-də yayımlanan Arxa küçələr teleserialında "Başkomisər Hüsnü Çoban" rolunu canlandırır. Evlidir və iki uşaq atasıdır.
Özgür Çevik
Özgür Çevik (27 may 1981, Ankara). Türk kino aktyoru.