Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Şəfiq Akər
Mehmet Şefik Aker, (1877, Kesriye - 1964, İstanbul ), türk əsgəri. 28 may 1894-cü ildə daxil olduğu Hərbi Akademiyanı 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə bitirdi. 1897-ci il Osmanlı-Yunan müharibəsində iştirak etmişdir. 8 mart 1900-cu ildə kapitan, 18 iyul 1908-ci ildə mayor rütbəsinə yüksəldi.Mayor rütbəsi ilə Tripoli müharibəsinə və Balkan müharibələrinə qatıldı. 1914-cü ilin fevral ayında Çanaqqalada xidmət etmişdir. 9-cu Tümən, 25-ci Alay, 3-cü Tabor komandiri oldu. 1914-cü ilin oktyabrında eyni bölgünün 27-ci Alay komandiri təyin edildi. 29 noyabr 1914-cü ildə Qubernator rütbəsinə yüksəldi. 24 aprel 1915-cü ildə Gelibolu Yarımadasına enişlə başlayan Çanaqqala müharibələri zamanı, Arıburnu bölgəsində ANZAC qoşunlarını ilk qəbul edən komandanlığının komandanı kimi 27-ci Ordu ilə bir çox qarşıdurmaya qatıldı. Mustafa Kamal 8 avqust 1915-ci ildə Anafartalar Qrup Komandirliyinə təyin edildi.
Şəhid (dəqiqləşdirmə)
Şəhid — Yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən canını fəda edən şəxs.
Şəhid Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Şəhid arzuları
Şəhid arzuları — Şəhidlərə həsr edilmiş mahnı. Mahnının sözləri və bəstəsi gitara ifaçısı və müğənni Çingiz Mustafayevə məxsusdur. O, bu mahnını 2014-cü ildə baş vermiş Azərbaycan-Ermənistan atışması zamanı şəhid olmuş Azərbaycan əsgərlərinə həsr etmişdir. Müğənni mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşmışdır.
Şəriq (Kəleybər)
Şəriq (fars. شريق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 47 nəfər yaşayır (10 ailə).
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Şəhid Sani
Şeyx Zeynuddin ibn Əli Amili— (ərəb. زين الدين بن علي الجبعي العاملي‎; 1506–1559) Şəhidi Sani (ikinci şəhid) ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir. == Həyatı == İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. == Ailəsi == Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub.
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. == Həyatı == Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. == Təhsili == Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. == Müəllimləri == Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.
Abbas Qasımov (şəhid)
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Akif Əliyev (şəhid)
== Siyahı ==
Anar Nağıyev (şəhid)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Anar Quliyev (şəhid)
Anar Quliyev — Azərbaycanlı şəhid. == Həyatı == Anar 1974-cü ildə Gədəbəy rayonunun Zamanlı kəndində anadan olmuşdur. 1991-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1993-cü il noyabrın 9-da Anar ordu sıralarına yola düşür. 23 mart 1993-cü ildə Çıldıran uğrunda ağır döyüşlər gedirdi. Erməni ordusu strateji mövqeyi əldən verməmək üçün əllərindən gələni edirdi. Azərbaycan ordusunun əsgərləri də qəhrəmanlıqla döyüşürdülər. Tədricən üstünlük ordumuzun tərəfinə keçirdi. Hücum da dönüş yaranmışdı. Anar və yoldaşları qələbənin tezliklə qazanılacağına əmin idilər.
Aqil İsmayılov (şəhid)
Aqil Ənvər oğlu İsmayılov (16 iyun 1968, Dəllər Cırdaxan, Şamxor rayonu – 1994, Gədəbəy) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov, 16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapmış Azərbaycan Milli Ordusu sıralarına yazılaraq vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı və bir oğlu var.Dəllər Cırdaxan kəndinin mərkəzi küçəsi onun adını daşıyır.
Asif Qəribov (şəhid)
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Rüstəmov (şəhid)
== Siyahı ==
Asif Rəhimov (şəhid)
== Siyahı ==
Ayaz Quliyev (şəhid)
== Siyahı ==
Bəxtiyar Məmmədov (şəhid)
Bəxtiyar Məmmədov — şəhid. == Həyatı == Bəxtiyar Məmmədov 1962-ci il fevralın 12-də Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini Arxangelski vilayətində başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib. Texnikumu bitirən Bəxtiyar bir neçə il ixtisası üzrə kolxozda işləyir. 1991-ci ildə ailə həyatı qurur. 1993-cü ilin iyunun 30-da Bəxtiyar milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir. Onun son döyüşü 1993-cü il dekabrın 28-də olub. İyirmiyə qədər əsgərlə döyüşə girən batalyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir.
Bəxtiyar Quliyev (şəhid)
== Siyahı ==
Arzu Əliyev (şəhid)
== Siyahı ==
Azad Mirzəyev (şəhid)
Azad Mirzəyev (tam adı: Azad Əliheydər oğlu Mirzəyev; 22 yanvar 1961, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 22 yanvar 1961-ci ildə Lənkəranda anadan olmuşdur. Xalq Təsərrüfatı İnstitutununu bitirmişdir. Nəsimi Rayon İctimai İaşə idarəsində fəhlə işləmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Yaşadığı evində eyvandan içəri keçərkən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, İnşaatçılar prospekti, ev 28a, mənzil 29. == Xatirəsi == Keçmiş Salyan kazarması yaxınlığında adına küçə var.
Azad Rzayev (şəhid)
Azər Əliyev (şəhid)
Azər Elnur oğlu Əliyev (21 mart 2001; Kürdşaban, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 2019-cu ildə orta məktəbi bitirən şəhid Azər Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olmuş, əsgərlik yaşına çatdığına görə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdı. == Hərbi xidmətləri == Azər Əliyev xidmət zamanı tankçı peşəsinə yiyələnmişdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Əliyev Füzulinin azad edilməsində savaşıb. Azər Əliyev 30 sentyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Göyçayda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin Abbasov (şəhid)
Şahin Məmmədov (şəhid)
Şahin Məmmədov (Qarabağ şəhidi) — Qarabağ şəhidi. Şahin Məmmədov (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Şahin Məmmədov (siyasətçi) — Masallı rayonunun icra başçısı. Şahin Məmmədov (kapitan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı (2014-2016). Şahin Məmmədov (general-leytenant) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant.
Şahin Qasımov (şəhid)
Şahin Yaquboğlu Qasımov (d. 23 mart 1973, Cəbrayıl, Azərbaycan SSR, SSRİ - ö. 15 avqust 1992, Cəbrayıl, Azərbaycan) - Qarabağ müharibəsi şəhidi == Həyatı == Şahin Yaquboğlu Qasımov 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. O, ailənin son beşiyi idi. Uşaqlıqdan sakit təbiətli idi. 1980-cı ildə Karxulu kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə həmin məktəbi bitirmiş və ordu sıralarına çağrılmışdır. Hərbi xidmətini Rusiyada keçmişdir. 1990-cı ildə ordu sıralarından tərxis olunaraq, Cəbrayıl rayonuna gəlmişdir. O, Vətəninin dar günündə könüllü olaraq, Cəbrayıl rayonunun özünümüdafiə dəstələrinin sıralarına qoşulur.
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
Sehriq (Kəleybər)
Sehriq (fars. سهريق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (30 ailə).
Səhih Buxari
Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır. == Haqqında == === Müəllif === Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b.
Səhih hədis
Səhih hədis (ərəb. صَحِيحٌ‎) — islamda sağlam, düzgün, möhkəm mənalarına gəlir. == Etimologiyası == Səhih (صحيح) sözü lüğətdə sağlam, düzgün, möhkəm mənalarına gəlir. Eyni zamanda xəstəlikli, qüsurlu, üzürlü kimi mənfiliyin yoxluğuna işarə edən mənalara gəlir. Hədis elmində terminoloji mənası isə “Ədalət və zəbt sahibi ravilərin kəsiksiz (müttəsil) bir sənədlə rəvayət etdikləri, şaz və illəli olmayan hədis” deyə tərif edilmişdir. == Xüsusiyyətləri == Yuxarıdakı tərifdən sonra bu xüsusiyyətləri ayrı-ayrılıqda ələ alaq və bu xüsusiyyətlərin nə kimi mahiyyət daşıdığına diqqət yetirək. 1)Səhih hədisin raviləri adildir: a) Müsəlman olmalıdır, ancaq bu şərt onun hədisi eşidərkən müsəlman olması üçün qoşulmur. Belə ki, ravinin hədisi rəvayət edərkən müsəlman olması şərtdir. b) Həddi bulluq yaşına çatmış olmalıdır. c) Ağıllı olmalıdır.
İbrahim Şehiç
İbrahim Şehiç (bosn. Ibrahim Šehić; 2 sentyabr 1988[…]) — Bosniya və Herseqovinalı futbolçu. Bosniya və Herseqovina milli futbol komandasının və Ərzurumspor futbol klubunun oyunçusudur. == Həyatı == İbrahim Şehiç 2 sentyabr 1988-ci ildə hazırda Bosniya və Herseqovinanın paytaxtı olan Sarayevonun Roqotiça qəsəbəsində anadan olmuşdur. == Karyerası == Futbolun sirlərini ilk dəfə yaşadığı şəhərin ən məşhur klublarından sayılan "Jelezniçar"da öyrənib. Bir müddətdən sonra bu komandanın əsas heyətinə də layiq görülüb. Şehiç "Jelezniçar"ın tarixinə start heyətində yer alan ən gənc qolkiper kimi düşüb. 2008-ci ildə İtaliyanın "Yuventus" klubu onu baxışa çağırmışdır. Onun potensialına şübhəylə yanaşan turinlilər hər ehtimala qarşı, onu transfer etmək istəyir, amma "Jelezniçar"a çox aşağı məbləğ təklif edir - cəmi 200 min avro. Yetirməsinin istedadına bələd olan Bosniya klubu Turin təmsilçisinə "yox" deyir.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Həviq
Həviq — İranın Gilan ostanında yerləşən şəhər. == Əhali == Həviq şəhəri 4,194 nəfər əhalisi olmaqla Astaradan 30 kilometr güneydə yerləşibdir. Əhalisi əsasən azərbaycan türklərindən ibarət olaraq , azərbaycan türkcəsində danışırlar və şiədirlər. Həviqə yaxın olan bəzi dağ kəndlərdə isə sünni inanclı talışlarda yaşayırlar. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,237 nəfər yaşayır (289 ailə). == İqtisadiyyat == Həviqlilərin əsas qazanc qaynağı əkinçilik və maldarlıqdandır. Əsas məhsulları düyü,ağartı məhsulları,bal,gilas və kartofdur. == Görməli yerlər == Həviqin fətulla məhəllə kəndinin yaxınlığında və sıx meşələr içində yerləşən Zümürrüd şəlaləsi bu məntəqənin gözoxşayan guşələrindən olmaqla 48 metr hündürlüyə malikdir.
Şəki (şəhər)
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Şəki şəhər bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahin Məmmədov (Qarabağ şəhidi)
Məmmədov Şahin Səməd oğlu - Azərbaycan şəhidi. == Həyatı == 18 avqust 1965-ci ildə Göyçə mahalının Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə Erməni millətçilərinin təzyiqi nəticəsində Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur.1994-cü ilin yanvar ayında Milli Orduya getmişdir. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. == Həmçinin bax == Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996.
Sahib Əhmədov (şəhid)
== Siyahı ==
Sahil Məmmədov (şəhid)
Şahin Məmmədov (20 Yanvar şəhidi)
Şahin Zahid oğlu Məmmədov (31 yanvar 1972, Lənkəran – 19 yanvar 1990, Lənkəran) – 20 Yanvar şəhidi. == Həyatı == Şahin Məmmədov 1972-ci il 31 yanvar tarixində Lənkəranda anadan olub.Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində və 113 nömrəli texniki-peşə məktəbində təhsil almışdır. 26 yanvar 1990-ci ildə Hoftomi-Kirov kəndləri arasında Bədəlov Rövşən və Allahverdiyev Rövşən ilə birgə atəşə tutulmuş, öldürüldükdən sonra Şahin Məmmədov və Bədəlov Rövşən yandırılmışdır. Şahinin meyidi tanınmaz hala salındığı üçün valideynləri onu çox çətinliklə tanıya bilmişlər. Lənkəranda dəfn olunub. Şahin Məmmədov subay idi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr Peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. == Tarixi == XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Şəkil
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. == Hekayəsi == Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.
Heviq
Həviq — İranın Gilan ostanında yerləşən şəhər. == Əhali == Həviq şəhəri 4,194 nəfər əhalisi olmaqla Astaradan 30 kilometr güneydə yerləşibdir. Əhalisi əsasən azərbaycan türklərindən ibarət olaraq , azərbaycan türkcəsində danışırlar və şiədirlər. Həviqə yaxın olan bəzi dağ kəndlərdə isə sünni inanclı talışlarda yaşayırlar. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,237 nəfər yaşayır (289 ailə). == İqtisadiyyat == Həviqlilərin əsas qazanc qaynağı əkinçilik və maldarlıqdandır. Əsas məhsulları düyü,ağartı məhsulları,bal,gilas və kartofdur. == Görməli yerlər == Həviqin fətulla məhəllə kəndinin yaxınlığında və sıx meşələr içində yerləşən Zümürrüd şəlaləsi bu məntəqənin gözoxşayan guşələrindən olmaqla 48 metr hündürlüyə malikdir.