Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şosedə hadisə (film, 1960)
== Məzmun == Film atasının "Pobeda" markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.
Rose
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 – 4 may 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. == Təsnif etdiyi taksonlar == Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus == Rouzun şərəfinə adlandırılan taksonlar == Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton == Əsərləri == Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.
Xose Sosa
Xoze Ernesto Sosa (d. 19 iyun 1985, Argentina) - Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça PFK klubunda çıxış edən Argentina’lı peşəkar futbolçudur. == Karyerası == Sosa əsasən hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. 35 yaşlı futbolçu peşəkar karyerasına Argentinanın "Estudiantes" klubunda başlayıb, daha sonra Almaniyanın "Bavariya", İtaliyanın "Napoli" və Ukraynanın "Metallist Xarkov", İspaniyanın "Atletiko Madrid" kimi klublarında çıxış edib. 2014-cü ilin qışında isə futbolçu "Beşiktaş" klubuna transfer olunub. Argentina milli komandasıyla 19 oyuna çıxan Sosa 1 qolla yadda qalıb. 2016-ci ilin yay transfer pəncərəsi zamanı İtaliya klublarından Milan’a transfer olunan futbolçu 2017-ci ildən Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edir. Bu klubdakı debütünü 4. turda Gənclərbirliyi qarşısında edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi. Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb. 2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır.
Jose Napoles
José Ángel Napoles və ya Mantequilla (qüsursuz boks tərzinə görə "Yağ" adlanır) (13 aprel 1940, Santyaqo-de-Kuba[d] – 16 avqust 2019, Mexiko) — Kuba əsilli Meksikalı peşəkar boksçu idi. O, yüngül orta ağır çəkidə boks üzrə dünya çempionu idi.
Jose Saramago
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Lose Yourself
Amerikalı reper Eminemin baş rolda oynadığı 8 Mil filmi üçün yazdığı mahnıdır. Mahnının hazırlanmasında Luis Resto və Jeff Bass-ın da əməyi var. Mahnı dəfələrlə zirvəyə çıxmağı bacardı. Bu sıralar arasında Billboard Hot 100 və UK Singles Chart mövcuddur. Ən Yaxşı Mahnı Akademiya Mükafatı və iki Qremmi Mükafatı qazanan mahnı həmçinin, iki Qremmi mükafatına da namizəd göstərilib. VH1 bu mahnını son 25 ilin ən yaxşı 100 mahnısı sırasında 4-cü yerə qoymuşdu. Həmçinin Rolling Stone jurnalı mahnını "Tarixin ən yaxşı 500 mahnısı" siyahısında 166-cı yerə qoymuşdur. 2009-cu ilin martında ABŞ-də 2 milyon dəfə endirilərək bu sayda satan ikinci ən köhnə mahnı oldu. Həmçinin Eminem-in bu qədər çox endirilən ilk mahnısıdır. Bununla yanaşı mahnı Birləşmiş Ştatlarda 13 həftə ərzində 1-ci yerdə qalmıb.
Rahul Bose
Rahul Bose (27 iyul 1967, Kəlkətə) — hind aktyoru, ssenarist, rejissor və aktivist. == Həyatı == Rahul Bose 1967-ci il iyul 7-də anadan olmuşdur. Bitas inkişaf kimi Bollywood Side Effects cüt hansılardır , film görüldü. 013 Tamil - Hindi film Vishwaroopam və o oynadı.
San-Xose
San-Xose (Kaliforniya) —
San Xose
San-Xose (Kaliforniya) —
Mose Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. == Həyatı == 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Xose Eçegeray
Xose Eçeqaray (isp. José Echegaray y Eizaguirre; 19 aprel 1832[…], Madrid – 14 sentyabr 1916, Madrid) — ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904). == Həyatı == Tam adı Xose Mariya Valdo Eçeqaray-i-Eysaqirre olan bask əsilli ispan dramaturqu Madriddə doğulmuşdu. Atası yunan dili müəllimi idi. Kiçik yaşlarından vunderkind kimi tanınan Xose Mariya latın və yunan dillərini, habelə təbiət tarixini mükəmməl öyrənmiş və 14 yaşında fəlsəfə bakalavrı dərəcəsi qazanmışdı. Sonra isə Madriddəki Eskuelo de Kaminosu — Texniki Məktəbi riyaziyyat ixtisası üzrə vaxtından əvvəl uğurla başa vurmuşdu. Bir müddət mühəndis kimi işlədikdən sonra həmin məktəbdə riyaziyyatdan mühazirələr oxumuşdu. Gənc yaşlarından İspaniyanın görkəmli riyaziyyatçı-alimi adını qazanan Eçeqaray nəzəri və tətbiqi riyaziyyatla bağlı məqalələr və monoqrafiyalar çap etdirmişdi, lakin onun istedadı yalnız bir sahə ilə məhdudlaşmırdı. Eçeqaray siyasi iqtisad, fəlsəfə və coğrafiyaya dair əsərlərin də müəllifi idi. Ədəbiyyatla ciddi məşğul olmadığı dövrlərdə də geniş mütaliəsi ilə seçilirdi.
Xose Eçeqaray
Xose Eçeqaray (isp. José Echegaray y Eizaguirre; 19 aprel 1832[…], Madrid – 14 sentyabr 1916, Madrid) — ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904). == Həyatı == Tam adı Xose Mariya Valdo Eçeqaray-i-Eysaqirre olan bask əsilli ispan dramaturqu Madriddə doğulmuşdu. Atası yunan dili müəllimi idi. Kiçik yaşlarından vunderkind kimi tanınan Xose Mariya latın və yunan dillərini, habelə təbiət tarixini mükəmməl öyrənmiş və 14 yaşında fəlsəfə bakalavrı dərəcəsi qazanmışdı. Sonra isə Madriddəki Eskuelo de Kaminosu — Texniki Məktəbi riyaziyyat ixtisası üzrə vaxtından əvvəl uğurla başa vurmuşdu. Bir müddət mühəndis kimi işlədikdən sonra həmin məktəbdə riyaziyyatdan mühazirələr oxumuşdu. Gənc yaşlarından İspaniyanın görkəmli riyaziyyatçı-alimi adını qazanan Eçeqaray nəzəri və tətbiqi riyaziyyatla bağlı məqalələr və monoqrafiyalar çap etdirmişdi, lakin onun istedadı yalnız bir sahə ilə məhdudlaşmırdı. Eçeqaray siyasi iqtisad, fəlsəfə və coğrafiyaya dair əsərlərin də müəllifi idi. Ədəbiyyatla ciddi məşğul olmadığı dövrlərdə də geniş mütaliəsi ilə seçilirdi.
Xose Hernandez
Xose Rafael Hernandez (26 iyun 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Hernandez Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Xose Karreras
Xose Karreras (5 dekabr 1946[…], Sants[d]) –Dünya şöhrətli opera müğənnisi, ispan tenoru. Xose Karreras müasir dövrün ən uğurlu tenorlarından biri sayılır. O, ilk növbədə Puççinini intrepretasiya etməsi, eləcə də Pavarotti və Dominqo ilə bir yerdə "Üç tenor" layihəsi ilə məşhurdur. 1987-ci ildə leykemiyaya tutulan müğənni sağalan kimi xəstəlikdən əziyyət çəkənlər üçün fond yaradıb.
Xose Kintanilla
Xose Luyindula
Xose Luyindula (18 noyabr 1986) — Konqo DR-nı təmsil edən stolüstü tennisçi. == Karyerası == Xose Luyindula Konqo DR-nı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Xose Madraso
Xose Madraso (isp. José de Madrazo; 22 aprel 1781[…], Santander – 8 may 1859[…], Madrid) — İspaniya rəssamı və qravürçüsü. Həm barokko, həm də neoklassisizm üslubunda əsərlər yaratmışdır. Oğlu Federiko Madraso, nəvəsi Raymundo Madrasodur. == Həyatı == Madraso Qregorio Ferronun şagirdi olmuşdur. Ferro rəssama Anton Rafael Menqsin stil və texnikasını San Fernandodakı İncəsənət Akademiyasında öyrətmişdir. 1803-cü ildə Parisdə Jak-Lui David ilə işləmişdir. Bu zaman neoklassisizmə daha da yaxınlaşmışdır. Həmin il Jan Ogüst Dominik Enqr ilə dost olmuşdur. === Roma === 1806-cı ildə müəllimi David Madrasonu Romaya gedib klassik rəsm əsərləri ilə tanış olmağa razı saldı.
Xose Marti
Xose Xulian Marti Peres (isp. José Julián Martí Pérez; 28 yanvar 1853[…], Havana, İspaniya imperiyası – 19 may 1895[…]) — Kuba şairi, yazıçısı, publisisti, siyasətçisi, Kubada azadlıq hərəkatının lideri, Kuba İnqilab Partiyasının qurucusu. "Kubanın müstəqilliyinin həvarisi" hesab edilir. == Həyatı == Xose Marti 28 yanvar 1853-cü ildə Havananın Paula küçəsi 41 ünvanında valensiyalı ata Mariano Marti Navarro və Kanar adalarından olan Leonor Peres Kabreranın ailəsində anadan olub. Marti yeddi bacının böyük qardaşı idi: Leonor, Mariana, Maria del Carmen, Maria del Pilar, Rita Amelia, Antonia və Dolores. Xose Marti 1865-ci ildə Rafael Maria de Mendivenin rəhbərlik etdiyi oğlanlar üçün ali ibtidai bələdiyyə məktəbinə (isp. Escuela de Instrucción Primaria Superior Municipal de Varones) qəbul oldu. Mendive Martinin siyasi fəlsəfəsinin inkişafına təsir etmişdir. 1866-cı ildə Marti, Mendivenin təhsilini maliyyələşdirdiyi "Instituto de Segunda Enseñanza"ya daxil oldu. == Siyasi ideologiyası == ==== Liberalizm ==== Martinin siyasi ideyaları mənəviyyat və həmrəyliyi vurğulayan Krausist liberalizmdən təsirləndi.
Xose Muxika
Xose Muxika (20 may 1935, Montevideo) — Uruqvay prezidenti. == Həyatı == Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər. == Maraqlı faktlar == Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu 1987 istehsalı və qiyməti 1810 $ olan Wolksvagen Beatles idi. Prezidentlik dövründə isə yeganə aldığı qiyməti 1945 $ olan Wolksvagen Juke avtomobili olmuşdur. O,dünyada ən kasıb (əliaçıq) prezident sayılır.
Xose Qomeş
Xose Qomeş (8 aprel 1999, Bisau, Qvineya-Bisau) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. == Klub karyerası == Qomeş Qvineya-Bisaunun Bisau şəhərində anadan olmuşdur. Qomeş Portuqaliyada gənclər turnirində iştirak etdikdən sonra, 2011-ci ildə 13 yaşı olarkən Benfika FK klubunun gənclər akademiyasına daxil oldu. Bir il sonra isə yenidən öz ölkəsinə qayıtdı. Qomeş öz peşəkar karyerasında debütünü 6 avqust 2016-cı ildə Benfika B klubu ilə 2016-17 LiqaPro görüşündə Kova da Piyedade klubuna qarşı oyunda etmişdir. 22 gün sonra o, reserv komanda ilə ilk qoluna imza atmışdır. Həmin görüşdə Benfika Vizela klubuna səfərdə 2-1 hesabı ilə qələbə qazanmışdır. Qomeş əsas komanda ilə debütünü 9 sentyabr 2016-cı ildə Premyer Liqada Aruka klubuna qarşı oyunda etmişdir. Sadəcə 128 saniyə meydanda olan Qomeşin komandası görüşdə 2-1 hesabı ilə qələbə qazanmışdır. Qomeş Benfikanın əsas komandası ilə debüt edən üçüncü ən gənc oyunçudur.
Xose Rizal
Xose Rizal (José Protacio Rizal Mercado y Alonso Realonda; 19 iyun 1861[…], Kalamba[d], İspaniya imperiyası – 30 dekabr 1896[…], Manila, İspaniya imperiyası) — Filippin şairi və yazıçısı, müstəqillik uğrunda mübarizənin öncülü idi. O, yazıları və çıxışları ilə xalqının milli kimliyinə töhfələr verən yenilikçi, uzaqgörən bir qəhrəmandır. Onun əslən ispan dilində olan "Noli Me Tangere" və "El Filibusterismo" romanları İspan hökmranlığı altında müstəmləkə həyatını təsvir edir və Filippin məktəblərində tədris olunur.
Xose Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Xose Vilyalonqa
Xose Vilyalonqa (12 dekabr 1950-8 avqust 1973). 1950-1960-cı illərdə fəaliyyət göstərmiş ispan məşqçi.
Şole (rayon)
Şole (fr. Cholet) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Şole. Rayon əhalisi 2006-cı ildə 193 112 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 117 nəf / km². Rayon sahəsi — 1646 km².
Şove mağarası
Şove mağarası Cənubi Fransada yerləşir və təsadüfən 18 dekabr 1994-cü ildə kəşf edilmişdir. Karbon testləri nəticəsində məlum olmuşdur ki, dünyada tapılan ən qədim rəsmlər bu mağarada yerləşir. Mağarada mağara ayısı, mamont və tüklü kərgədan kimi nəsli kəsilmiş canlıların kəllə sümükləri tapılmışdır. 2014-cü ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilmişdir. Fransanın cənubunda Ardeş çayının vadisində qayaüstü rəsmlərlə zəngin olan Şove mağarası yerləşir. Mağara 1994-cü ildə üç speleoloq tərəfindən kəşf edilib. Onlardan birinin soy adı məhz Şovedir. 2014-cü ildən ümumidünya irs siyahısına daxil edilmişdir. Mağarada yerləşən zalların və qalereyaların ümumi uzunluğu 800 metr, hündürlüyü isə 18 metr təşkil edir. Mağarada 435 müxtəlif heyvanların təsviri aşkar edilib.
Şöşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Köse
Köse — Gümüşxanə ilinin bir ilçəsi.
Solse
Solse (fr. Saulcet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03267. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 652 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 416 nəfər arasında (15–64 yaş) 302 nəfər İqtisadi fəal, 114 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 69,9%) idi. İşləyən 302 fəal 275 nəfərdən (149 kişi və 126 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi. Fəal olmayan 114 nəfər arasında 21 nəfər şagird və ya tələbə, 63 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. == Həyatı == Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Söye
Söye (fr. Seuillet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-sür-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03273. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 478 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 332 nəfər (15-64 yaş) arasında 257 nəfər iqtisadi fəal, 75 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 77.4%, 1999-cu ildə 72.1%) idi. 257 fəal şəxsdən 238 nəfəri (134 kişi və 104 qadın), 19 nəfəri işsiz idi (11 kişi və 8 qadın). Aktiv olmayan 23 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Şüşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. == Adın yaranması == Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Şəşə
Şəşə — türk və tatar mifologiyasında quldur quş. Gecə qeyb aləmindən gəlib oğlan uşağa vuraraq öldürür və ya qaçırır. Girdiyi evdəki uşaq ölür. Qırxı çıxmamış uşağın üzərindən keçdiyində körpə qapqara kəsilib ölür. Altı aylıq olmamış uşağı isə dimdikləriylə öldürər. Uşaqlara boğazlarından vurur. Onu tutan Şəşə Anası və ya Şəşə Atası olar. Beləcə digər Şəşə quşlarının zərər verdiyi uşaqları yaxşılaşdırar. Yarasa, Şəşə olaraq bilinər və ondan çəkinilər. Ondan qorunmaq üçün xarici qapının üzərinə öldürülmüş yarasa asılar.
Şeşə
Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir. == Haqqında == === Şeşə === Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər. Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Bədii şüşə
Bədii şüşə — dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Devid Suşe
Devid Suşe (ing. Sir David Courtney Suchet; 2 may 1946, Paddinqton, Böyük London) — ingilis teatr və kino aktyoru. Aqata Kristinin əsərlərinin motivləri əsasında çəkilmiş "Aqata Kristinin Puarosu" detektiv teleserialında (1989–2013) canlandırdığı belçikalı detektiv Erkül Puaro rolu ilə məşhurluq qazanmışdır. 1971-ci ildə London Musiqi və Dram Akademiyasını bitirib. Filmdəki ilk rolunu 1980-ci ildə "İki şəhərin hekayələri" filmində oynayıb. 1986-cı ildən teatrda 40-dan çox rol alıb.
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü. 2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Soşo FK
"Soşo" Futbol Klubu (fr. Football Club Sochaux-Montbéliard, Fransızca tələffüz: [soʃo mɔ̃beljaʁ], FCSM və ya sadəcə Soşo olaraq da bilinir) — Fransanın Monbelyar şəhərini təmsil edən, Liqa 1-də oynayan və 1928-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 20,000 nəfər olan Oqyust Bonal stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Piter Zidlerdir. == Heyəti == 3 sentaybr 2017 tarixində yenilənib == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Soşo-Monpelyar FK ilə əlaqəli mediafayllar var.