Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andres Eskobar
Andres Eskobar (isp. Andrés Escobar Saldarriaga; 13 mart 1967[…] – 2 iyul 1994, Medellin) — Kolumbiyalı futbolçu. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında keçirilən Futbol üzrə dünya çempionatının iştirakçısı. Həmin çempionatda ABŞ millisi ilə oyun zamanı öz qapısına vurduğu qol səbəbindən mundialdan sonra ölkəsində Humberto Kastro adlı şəxs tərəfindən qətlə yetirilmişdir.
Pablo Eskobar
Pablo Emilio Eskobar Qaviriya (isp. Pablo Emilio Escobar Gaviria; 1 dekabr 1949[…] – 2 dekabr 1993[…], Medellin, Antyokiya) — kolumbiyalı narkobaron, narkoterrorist və siyasətçi. Medellin Kartelinin qurucusu və lideri olmuşdur. “Kokainin kralı” adını qazanan Eskobar tarixin ən zəngin cinayətkarlarından biri kimi yadda qalıb. O, vəfat etdiyi günə qədər təxminən 30 milyarda yaxın dollar qazanmışdır. Bu günümüzdə 70 milyard dollara bərabərdir. Onun narkotik karteli 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edirdi. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir. Eskobar Rioneqro şəhərində anadan olub və uşaqlığını Medelində böyüyərək keçirib. Qısa müddət Universidad Autónoma Latinoamericana-ya daxil olmuş, lakin təhsilini başa vurmamışdır.
Roberto Eskobar Qaviriya
Roberto de Xesus Eskobar Qaviriya, El Osito ləqəbli bu şəxs narkotik kralının, narkobaran Pablo Eskobarın qardaşı və Amerika Birləşmiş Ştatlarına qaçaqmalçılıq yolu ilə daxil olan narkotikin 80%-nə nəzarət edən Medellin Kartelinin keçmiş mühasibi. == Mənbə == (ing.)Escobar Gaviria, Roberto. My Brother - Pablo Escobar. Escobar, Inc. 2016. ISBN 978-0692706374. (ing.)Escobar Gaviria, Roberto. The Accountant's Story: Inside the Violent World of the Medellín Cartel. Grand Central Publishing. 2009.
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Əkbər Hüseynli — Vətən müharibəsi şəhidi. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Məsimov — Vətən müharibəsi şəhidi. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Hüseynov — Vətən müharibəsi şəhidi. Əkbər Tağıyev — Vətən müharibəsi şəhidi. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Mustafayev — Dövlət Sərhəd Xidmətinin Əkbər Quliyev — Vətən müharibəsi şəhidi.
Əkbər Xanmətov Əkbər oğlu
Əkbər Xanmətov (tam adı: Əkbər Əkbər oğlu Xanmətov; 25 oktyabr 1938, Sudur, Qusar rayonu – 26 dekabr 2020, Bakı) — kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi. == Həyatı == Əkbər Əkbər oğlu Xanmətov 25 oktyabr 1938-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Maksim Qorki adına kənd orta məktəbini bitirmişdir. 1958–1961-ci illərdə Sovet Ordu sıralarında xidmət etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və orada 1965-ci ilə kimi təhsil almışdır. 1965-ci ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş və 1968-ci ildə həmin universiteti kimyaçı ixtisası üzrə bitirmişdir. O, 1969–1972-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almış və 1972–1976-cı illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1977–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuda böyük elmi işçi vəzifəsində, 1996–2001-ci illərdə elmi tədqiqat "Olefinlər" institutunda və 2002 – 2012-ci illərdə AMEA – nın Neft-Kimya Prosesləri İnstitutuda aparıcı elmi işçi, 2014-cü ildən Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışır. 2012-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Kiçik Elmi Şurasının üzvüdür. Əkbər Xanmətov 26 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.
Allahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Aşıq Əkbər
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.
Böyük Əkbər
Cəlaləddin Məhəmməd Əkbər və ya I Böyük Əkbər (15 oktyabr 1542, Umarkot qalası, Böyük Moğol imperiyası – 15 oktyabr 1605, Fatehpur-Sikri, Böyük Moğol imperiyası) — Böyük Moğol imperiyasının 3-cü padşahı, Baburun nəvəsi, müsəlman ölkələr arasında çadranı qadağan edən ilk hökmdar. Atası Humayun şahdır, anası isə İranlı Həmide Banudur. Babürlərin ən parlaq dövrü Əkbər şahın padşah olduğu dövür olub. == Həyatı == Atası Hümayun şah öldüyündə 14 yaşında idi. O sırada Delhidə olan Seydi Əli Rəisin tövsiyəsiylə Humayun şahı ölümü bir müddət gizləndi və döyüşdə olan Əkbər, 20 gün sonra Dehliyə gəlib 15 fevral 1556-cı ildə taxta çıxdı. Haramın siyasi təzyiqi yalnız 1564-cü ildə pozuldu və hakimiyyəti ələ aldı. O, bir çox inzibati yeniliklər gətirdi. Cizvit papazlarından Bartoli Baba (Padre) Ridolfo Akuavivanın Böyük Moğol Yanındakı Vəzifəsi adlı latınca kitabında Əkbər şahın böyük bir yığıncaq edərək ora din alimlərini və komandirləri çağırdığını, uzun zamandan bəri hazırladığı yeni bir dini qurma və onun başı olma niyyətini aşağıdakı şəkildə açıqladığını yazar."Bir baş tərəfindən idarə olunan bir dövlətdə yaşayanların bir-birindən ayrı və bir-birinə qarşı inanclar bəsləməsi və başqa-başqa qanunlarla idarə olunması doğru deyil. Buna görə də biz bütün bunları birləşdirməliyik; belə ki, siz hamınız birdirsiniz, hamınız birdirsiniz. Beləliklə hər hansı bir din içindəki yaxşı şeyləri itirməmək və öbürlərindəki daha yaxşı şeyləri də qazanmaq kimi bir qazanc təmin etmiş olarıq.
Bərf Ənbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Elgiz Əkbər
Elgiz Əkbər (1974, Yaroslavl vilayəti) — aparıcı. == Haqqında == Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan,hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır. Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub.
Məhəmməd Əkbər
Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun əsas arvadı, Səfəvi sülaləsinin nümayəndəsi Dilras Banu Bəyimin övladı olan moğol şahzadəsi. Əkbər atasına qarşı üsyan başlatmış, uğursuzluğa düçar olduqdan sonra da Dəkkənə qaçmışdır. Bundan sonra Səfəvi imperiyasına sürgün edilmiş və orada da ölmüşdür. O, 1719-cu ildə bir neçə aylıq moğol imperiyasına hökmdanlıq etmiş Nikusiyarın atasıdır. == Həyatının erkən dövrü == Məhəməd Əkbər 11 sentyabr 1657-ci ildə Övrəngabadda şahzadə Sultan Övrəngzib (Aləmgir)lə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində dünyaya gəlmişdir. Onun anası dövrün ən görkəmli hökmdar ailələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Bədiüzzaman Mirzə Səfəvi moğol imperiyasında Qucarat valisi kimi çalışmış və sarayda çox güclü nüfuza sahib olmuşdu. Anası Dilras Banu Bəyim Əkbəri dünyaya gətirən zaman infeksiyaya yoluxmuş və buna görə də Əkbər bir neçə aylıq ikən vəfat etmişdir. Övrəngzibin ən sevimli arvadı olan Dilrasın ölümündən sonra Əkbər atası və böyük bacısı Zeb-un Nisə Bəyim tərəfindən xüsusi qayğı və diqqətlə böyüdülmüşdür. O, atasının ən sevimli övladı olmuşdur.
Məmməd Əkbər
Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub. Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə) — şair == Həyatı və təhsili == 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. == Kitabları == Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Ramiz Əkbər
Ramiz Fəzail oğlu Əkbərov (Ramiz Əkbər) —yazıçı-dramaturq, həkim-cərrah, Respublikanın əməkdar həkimi, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tibb xidməti polkovniki. == Həyatı == Ramiz Fəzail oğlu Əkbərov 11 sentyabr 1956-cı ildə Yar­dımlı rayo­nun­da ziyalı ailəsində anadan olub. 1963-1973-cü il­lər­də Yardımlı rayon M.F.Axundov adına orta məktəbdə əla qiy­mətlərlə oxuyub. 1973-cü ildə yüksək qiymətlərlə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1979-cu ildə oranı Lenin adlı təqaüdlə bitirib. 1979-1980-cı illərdə M.Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə ordinatura və internatura kursu keçib. Əmək fəaliyyətinə tələbəllik illərində akademik M.Cavad­zadənin klinikasında orta tibbi personal – tibb qardaşı kimi baş­la­mışdır. 1980-1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983-1985-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində ça­lış­mışdır. İstefada olan polkovnikdir.
Sülhəddin Əkbər
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. == Həyatı == Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. == Siyasi fəaliyyəti == 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci il tarixində təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir. 1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur. 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.
Tahir Əkbər
Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı – 2 mart 2018, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildə keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur. Tahir Əkbər 2 mart 2018-ci ildə vəfat etmişdir.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. == Mənbə == II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.
Vəli Əkbər
Əkbərov Vəli İbrahim oğlu — Azəraycanlı telejurnalist. == Həyatı == Vəli Əkbər 1968-ci il mart ayının 28-də Şəki rayonun Aşağı Layısqı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatrşunaslıq fakültəsini bitirib. 1989-cu ildə o ictimai "Xalq Universiteti"nin "İctimai müxbirlər" kursunu bitirib və həmin zamandan dövrü mətbuatda çalışır. 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetini qurub, 2003-2008-ci illərdə "Media Holdinq"-in ("Lider" televiziyasının) İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb. 2013-cü ildə “Tezxeber.az” İnformasiya Portalını yaradıb və həmin portalın baş redaktorudur. 2014-cü ilin fevralından TTV kanalının direktor müavini və Region TV-nin xəbər direktorudur.
Əkbər Axundov
Əkbər Axundov (Əkbər Cavad oğlu Axundov) — Naxçıvan şəhər Partiya Komitəsinin katibi, Vəli Axundovun əmisi oğlu. == Haqqında == Saray kəndində olan Müsavat Partiyasının katibi, (1920), Azərbaycan KBP Bakı Komitəsində təlimatçı vəzifəsində çalış­mış, sonra isə Naxçıvan şəhər Partiya Komitəsinin katibi olmuş­dur 3 iyun 1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir.
Əkbər Ağayev
Əkbər Ağayev (hərbçi) (1919—1944) — Buhenvald həbs düşərgəsində yaradılan antifaşist təşkilatın rəhbərlərindən biri. Əkbər Ağayev (kimyaçı) (d. 1954) — kimya elmləri doktoru. Əkbər Ağayev (tənqidçi) (1915—1989) — Tənqidçi, Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.
Əkbər Babayev
Əkbər Babayev (1924, Gəncə – 12 sentyabr 1979, Moskva) — Nazim Hikmət irsinin araşdırmaçısı və türkoloq alim. == Həyatı == Əkbər Ağarza oğlu Babayev 1924-cü ilin iyul ayının 10-da Gəncənin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Əkbər Ağarza oğlu Babayev ağır xəstəlikdən sonra 1979-cü il sentyabrın 12-də Moskva şəhərində vəfat etmişdir. == Ailəsi == Atası Ağarza Babayev məktəbdə müəllim kimi çalışmışdır. Atası Ağarza Axund Molla Ələkbər oğlu 1947-ci ildə Stalin hökumətinin qəzəbinə tuş gələrək “pantürkist” olmaqda ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Bakıda “6-cı kalon” deyilən cəzaçəkmə məntəqəsində çəkib. Ağarza Babayev yalnız 1953-cü ildə Stalinin vəfatından sonra bəraət ala bilib. Ailədə 4 uşaq olmuşdurlar. == Təhsili == Əkbər Babayev 5 yaşında oxuyub-yaza bilmişdir. Təhsilə marağının olmasında evlərində tez-tez qonaq olan Əhməd Cavadın, Səməd Vurğunun xüsusi rolu olmuşdur.
Əkbər Bayramov
Əkbər Bayramov (tam adı: Bayramov Əkbər Salman oğlu; 30 dekabr 1930, Ağdam – 8 iyul 2017) — Azərbaycan alimi, psixologiya elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, professor. == Həyatı == 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945–1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949–1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954–1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957–1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958–1960). 1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III–IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik və 1969-cu ildə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960–1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. 1965–1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965–1983) orada işləmişdir. 1970–1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir. 1960–2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Əkbər Behkəlam
Əkbər Behkəlam (alm. Akbar Behkalam‎; 1944[…], Təbriz) — Almaniya azərbaycanlılarından olan rəssam və heykəltaraş. 1944-cü ildə Təbrizdə dünyaya gəlib. 1961-ci ildən 1964-cü ilə qədər Təbriz incəsənət məktəbində təhsil alıb. Sonra İstanbula köçüb və Memar Sinan Gözəl Sənətlər Universitetində təhsilin davam etdirib. 1976-cı ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.
Əkbər Fərzəliyev
Əkbər Fərzəlidin oğlu Fərzəliyev (1 oktyabr 1932, Qusar, Hil rayonu – 15 may 1999) — Azərbaycan kino aktyoru, hüquqşünas. == Həyatı == Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə. Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib.
Əli Əkbər
Əli əl-Əkbər — İmam Hüseyn və Ümm Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub. Əli Əkbər (yazıçı) — Azərbaycan yazıçısı. Əli Əkbər (şair) — Azərbaycan şairi. Əli Əkbər Naxçıvani — Bəhai dinin ardıcılı.
Eskarp
Eskarp - (frans. eskarpe - kəskin eniş, dik) 1) 20-ci əsrə qədər şturm əleyhinə istifadə olunan, uzunmüddətli yaxud səhra istehkamının(bürc, fort)daxili kəskin enişli xəndəyi. 2) düşmənə tərəf çevrilmiş və 14%-dən 45% qədər kəskinliyi olan, hündürlüyün (çay qırağı) dik enişinin (2-3 metr) hündürlükdə pilləvari formada qazılması ilə torpaqdan tank-əleyhinə müdafiə xəndəyi. İkinci dünya müharibəsi ərəfəsində sərhəd möhkəmləndirilmiş istehkamları sistemində, İkinci Dünya müharibəsində isə müdafiə hüdudlarının yaradılmasında istifadə edilib. Eskarpların fasları pulemyot və artilleriya atəşi ilə qorunurdu, civarları minalanırdı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Sekban
Sekban — (Farsca seg-ban: "köpək baxıcısı"), Yeniçəri ocağının altmış beşinci bölük üzvünə verilən ad. Sekbanlar, Osmanlı imperiyasında kəndli kökənli muzdlular idi. Sekban termini əvvəlcə nizamsız hərbi hissələrə, xüsusən də silahsız olanlara deyilirdi, lakin nəticədə nizami hərbi qüvvələrdən kənar hər hansı bir orduya da bu cürə müraciət edilə bilərdi. Sekbanlar nəinki Osmanlı dövlətinə sadiq idilər, həm də onlara kifayət qədər maaş verən hər kəsə sadiq ola bilərdilər. Sekban təşkilatı, Murad Hüdavəndigar dövründə sultanın ovçusu olaraq mövcud idi. 1451-ci ildə Fateh Sultan Mehmed dövrünə qədər müstəqil bir təşkilat olan Sekban ocağı, Yeniçərlərin itaətsizliyi səbəbi ilə,onların üsyan meylini pozmaq üçün Fatihin əmri ilə Yeniçəri ocağına paylandılar. O zaman onların sayı altı-yeddi min idi. Beş yüz sekban da ov xidmətinə görə saxlanıldı. Yavuz Sultan Səlimin hakimiyyəti dövründə bütün sekbanlar bölüyə çevrildi və yeniçəri mərkəzinin altmış beşinci bölüyünü təşkil etdi. Piyada və süvari sekbanlar, padşahla ova çıxır, ov itlərini böyüdür və sekban təndirində çalışırdılar.
Taskbar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Oskar
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Эсхар
== Coğrafi mövqe == Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. == Hekayə == 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Etibar Həsənov
Etibar Ələddin oğlu Həsənov (7 fevral 1991; Qarıkənd, Gədəbəy rayonu — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Həsənov 1991-ci il fevralın 2-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə həlak olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Mahmudov
Etibar Aleksandr oğlu Mahmudov (2 aprel 1987; Mingəçevir, Azərbaycan — 8 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur. == Hərbi xidməti == 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Etibar Məmmədov
Etibar Səlidar oğlu Məmmədov (2 aprel 1955, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. [mənbə göstərin] Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.[mənbə göstərin] === Ailəsi === Etibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var. Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib. Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir. == İctimai-siyasi fəaliyyəti == === Azərbaycan Xalq Cəbhəsində === Etibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. == Həyatı == Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir. Ailəlidir, 3 övladı var.
Etibar Qafarov
Etibar Qocayev
Etibar Quliyev
Etibar Quliyev — "Azərbaycan Bayrağı" ordeni təltifçisi; Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 aprel 1974-cü ildə Füzuli rayonunun Merdinli kəndində doğulmuşdur. 1980-1988-ci illərdə Merdinli kənd orta mərktəbində təhsil alıb. Könüllü müraciətlə 1994-cü ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə cəlb edilib. Beyləqan rayonunda Cərcis peyğəmbərin ziyarətgahının ətrafındakı şəhidlər xiyabanında dəfn edilib. == Döyüşlərdə iştirakı == 1994-cü ilin əvvəlində könüllü olaraq cəbhəyə yollanır. Tərtər və digər rayonlara aid yaşayış məntəqələrinin müdafiəsində qəhrəmancasına iştirak edir. Döyüş yoldaşlarının məlumatına əsasən, cəbhənin Tərtər istiqamətində bir erməni tankı naməlum trayektoriyalarla hərəkət edir, bəlli hədəfləri vurduqdan sonra gizlənir, kamuflyaj olurdu. Həmin tankın fəaliyyəti nəticəsində dostunu itirən Etibar onun intiqamını alacağına söz verir. Komandirdən çətinliklə icazə aldıqdan sonra erməni tankının yerini öyrənməyə başlayır.
Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Toğrul
Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist == Həyatı == Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub. 2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib. On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var.
Etibar Vəliyev
Etibar Vəliyev (16 may 1963, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini. == Həyatı == Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.