Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Ənarcan (Bostanabad)
Ənarcan (fars. انرجان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 346 nəfər yaşayır (70 ailə).
Ənarcan (Təbriz)
Ənarcan (fars. انرجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 944 nəfər yaşayır (201 ailə).
Ənaristan
Ənaristan— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1, 857 nəfərdən ibarət idi.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
NAR
Anar Atayev
Anar Mamed oğlu Atayev (d. 11 mart 1996; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan - ö. 11 mart 2015; Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. == Həyatı == Anar Atayev 11 mart 1996-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Əsgər Anar Atayev 11 mart 2015-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. 12 mart 2015-ci ildə Anar Atayev doğulduğu Ağcabədi rayonunun Minaxorlu kəndində torpağa tapşırılmışdır. == İstinadlar == Əsgər Anar Atayev öz ad günündə şəhid oldu. Sonxeber.az. 12.03.2015.
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. == Fəaliyyəti == Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr müavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Anar Ağakişiyev
Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi. == Həyatı == Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayib. Bu illər ərzində make-up sənətinə də yiyələnib. Hər iki sahədə Moskvada xüsusi dərslər alıb. Almaniya, İspaniya və İtaliyada təkminləşdirmə kursları və seminarlarda iştirak edib. Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb.
Anar Babaşov
== Siyahı ==
Anar Bahadurov
Anar Süleyman oğlu Bahadurov (26 iyun 1992, Sabirabad – 8 noyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad şəhərində dünyaya gəlmişdir. Anar 1998-ci ildə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbin birinci sinfinə daxil olmuşdur. VII sinfədək bu məktəbdə təhsil alıb. Elmə, xüsusilə humanitar fənlərə böyük həvəsi olmuşdur, bu da onun şagird yoldaşları və müəllimlərinin sevimlisinə çevirib. Anar Bahadurov VII sinfi bitirəndən sonra 2005-ci ildə imtahan verərək Şirvan şəhər Özəl Türk Liseyinə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vuraraq 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 640 bal toplayaraq tələbə adını qazanıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə həmin ali məktəbin magistraturasına daxil olub. Lakin təhsilini yarımçıq saxlayaraq Vətən borcunu yerinə yetirməkdən ötrü həqiqi hərbi xidmətə yollanıb. Hərbi borcunu Tovuz rayonundakı "N" saylı hərbi hissədə başa vurub geri dönən həmyerlimiz 2014–2016-cı illərdə Almaniyanın Köln şəhərində magistratura təhsili alıb.
Anar Bağırov
Anar Ramiz oğlu Bağırov (19 iyun 1976, Azərbaycan) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı və təhsili == Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. Üç övladı vardır. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Anar Bürcəliyev
Bürcəliyev Anar Ərtoğrul Cavidan oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023) == Həyatı == Anar Ərtoğrul Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. Teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.
Anar Cavadzadə
Anar Tahir oğlu Cavadzadə (29 aprel 1990, İmişli rayonu – 17 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açmışdır. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışmışdır. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülmüşdür. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Müharibədən əvvəl təhsilini davam etdirmək istəsə də, müharibə başlayanda döyüşə yollanmışdır.
Anar Cəbrayıllı
Anar Cəbrayıllı (29 oktyabr 1974, Balyand, Cəbrayıl rayonu) - "Azərsu" ASC-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi. 29 oktyabr 1974-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində müəllim ailəsində anadan olub. 1981-ci ildə orta məktəbin birinci sinfinə gedib və 1992-ci ildə məktəbi əla qiymətlərlə bitirib. Həmin il ilk dəfə tətbiq olunan test üsulu ilə Dövlət İqtisad İnstitutunun Maliyyə iqtisad fakültəsinə daxil olub. 1997-ci ildə institutu flrqlənmə diplomu ilə başa vurub. Həqiqi hərbi xidmətdən sonra İqtisadi nəzəriyyə ixtisası üzrə əyani aspiranturada təhsil alıb. Professor Məmmədhəsən Meybullayevin mühazirə oxuduğu qruplarda məşğələlər aparıb. 1998-ci ildən mətbuatdadır. Avrasiya, Reytinq, Azernews qəzetlərində müxbir, şöbə müdiri, məsul katib işləyib. 2001-2011-ci illərdə ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, İqtisadiyyat verilişinin şef-redaktoru vəzifələrində çalışıb.
Anar Cəfərov
Anar Eyvaz oğlu Cəfərov (19 dekabr 1977, Ağcabədi – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olmuşdur. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışmışdır. Həmçinin, şəxsi təsərrüfatla məşğul olmuşdur. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilmişdir.
Anar Dosiyev
Anar Dosiyev (Dosiyev Anar Adıgözəl oğlu; d. 1972. Bakı, Azərbaycan SSR, SSRİ) — Türkiyə alimi; Fizika‑riyaziyyat elmləri doktoru (2012), professor (2006). Yaxın Şərq Texniki Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da Bakıda anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. “Li cəbrinin Banaxov təsvirində Teylor spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998-2001-ci illərdə institutda kiçik elmi işçi, 2002-2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib.
Anar Eyvazov
Anar Məhəmmədəli oğlu Eyvazov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Müdafiə Nazirliyinin Xidmətinin rəisi. == Hərbi xidməti == 2023-cü il iyunun 26-da Sılahlı Qüvvələr Günü münasibətiylə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Bu barədə məlumatı Azərbaycan cəmiyyətinə canlı yayında məhz Anar Eyvazov çatdırmışdır. Anar Eyvazov Vətən müharibəsi zamanı mütamadi olaraq brifinqlərdə cəbhədə baş verən hadisələri Azərbaycan cəmiyyətinə bildirib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Eyvazov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Anar Fərəcbəyli
Anar Fərəcov
Anar Heybətov
Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Anar Heydərov
Anar Bəhruz oğlu Heydərov (1 iyun 1988, Sumqayıt – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Heydərov 1 iyun 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Anar Heydərov 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit idi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Anar Heydərov da yaxından iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Anar Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Heydərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Hüseynli
Anar Saday oğlu Hüseynli (13 avqust 1994, Təzəkənd, Şəmkir rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2000–2011-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Anar Hüseynli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Anar Hüseynli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Anar Hüseynov
Anar Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Anar Hüseynov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Anar Həsənov
Anar Həsənov — prodüser, redaktor. Anar Həsənov (futbolçu, 1997) — Azərbaycan futbolçusu.
Anar Kərimov
Anar Kərimov (nazir müavini) — Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (19.02.2019–h.h.) Anar Kərimov (nazir) — Azərbaycanın Mədəniyyət naziri (05.01.2021–22.12.2022) Anar Kərimov (hərbi xadim) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru.
Anar Rzayev
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Endr
Endr (fr. Indre) — Fransa mərkəz hissəsinin qərbində yerləşən departament . Sıra nömrəsi — 36. İnzibati mərkəzi — Şatoru. Əhalisi — 238.261 nəfər (departamentlər arasında 83-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6791 km². Endr çayı departamentin ərazisində axır . Departamentə Endr və Luara, Luar və Şer , Şer, Kröz, Vyana kimi 2 rayon, 54 kanton və 293 kommuna daxildir. == Tarixi == Endr — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Berri əyalətinin ərazisində yerləşir.
ENAC
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. == İstinadlar == == Biblioqrafiya == Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Enqr
Jan Ogüst Dominik Enqr (fr. Jean Auguste Dominique Ingres; 29 avqust 1780[…], Montoban[d][…] – 14 yanvar 1867[…], Paris[…]) — fransız rəssamı. XIX əsr Avropa akademizminin görkəmli nümayəndələrindən biri. == Həyatı == Fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr 1780-ci ilin avqustun 29-da Fransada anadan olub. Onun atası bir çox uğurlu peşəyə sahib olub: daşyonma, miniatür rəssam, heykəltaraş, dekorativ bənna və bir də həvəskar musiqiçi. İlk rəsm və musiqi təhsilini atasından alan gənc Enqri özünün ilk tanınmış rəsm əsərini 1789-cu ildə antik tökmə gipslə yaratmışdır. 1786-cı ildə o, yerli məktəbdə təhsilini davam etdirmiş, lakin 1791-ci ildə Fransa İnqilabının baş verməsi təhsilinə son qoymuş və məktəb bağlanmışdır. Təhsilinın yarımçıq qalması Enqri üçün həmişə təhlükə mənbəyi olaraq qalmışdır. 1791-ci ildə atası Joseph Enqri oğlunu Tuluza şəhərinə aparır. Tuluzda onu Royale de Peinture Akademiyasının heykəltaraş və memarlıq sinfinə qəbul etdirir.
Ena
Ena (恵那市, Ena-shi) — Yaponiyanın Çubu regionunun Tono hissəsində, Gifu prefekturasında yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 51.087 nəfərdir, hər km² ərazidə 110 nəfər yaşayır. Şəhərin sahəsi 504,19 km²-dir. Şəhər əslində 1 aprel 1954-cü ildə yaradılmışdır, amma 2004-cü ilin 25 aprelində Ena şəhərinə Aketi, İvamura, Kamiyahaqi və Yamaoka şəhərləri və Kusihara kəndi (hamısı keçmiş Ena qəzasının tərkib hissəsi idilər) birləşdirilmişdir. Beləliklə, yeni Ena şəhəri yaradılmışdır. == Coğrafiya == Dağlar: Kasaqi dağı, Hoko dağı, Yudaçi dağı, Byobu dağı, Yake dağı, Mitsumori dağı. Çaylar: Kiso çayı, Aqi çayı, Kamiyahaqi çayı, Kamimura çayı, Aketi çayı, Toki çayı, Ori çayı. Göllər: Hokonoko gölü, Aqiqava gölü, Okuyohaqi gölü, Oriqava gölü. === Bölgələr === == Tarixi və görməli yerləri == Ena şəhərindəki əsas tarixi və görməli yerlər bunlardır: Hirosiqe İncəsənət Muzeyi, Ena qobusu, Aqiqava su bəndi, İvamura qalasının qalıqları, Yahaqi su bəndi, Monqol kəndi.