Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alakin (Çaroymaq)
Alakin (fars. الاكين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (24 ailə).
Anakin Skayvalker
Ulduz müharibələri obrazı.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istfadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Again (Yui mahnısı)
"Again" (アゲイン, Agein, azərb. "Yenə"‎) — Yaponiya pop-rok müğənnisi və mahnı yazıçısı Yuinin 13-cü, 2008-ci ilin noyabrından sonra isə ilk sinqlı. "Again" Studioseven Recordings səsyazma studiyası tərəfindən 3 iyun 2009-cu ildə iki formatda — CD və CD+DVD formatlarında yayımlanmışdır. Sinql Oricon Weekly Single Chart-ının 4-cü bir nömrəli sinqlı olmuşdur. Sinql 2009-cu ildə ilk həftəsində ən çox satılan sinql olmuşdur, əvvəlki rekord isə Ayumi Hamasakinin "Rule/Sparkle" (95.000 nüsxə) olmuşdur. == Arxaplan == 25 mart 2009-cu ildə Yui öz rəsmi veb-saytında yenidən musiqi həyatına geri qayıtdığını açıqlamışdır. Bir başqa veb-saytda isə onun "Again" adlı yeni mahnı üzərində işlədiyi bildirilmişdir. "Again" mahnısı daha sonra "Fullmetal Alchemist: Brotherhood" anime serialının 1-14-cü seriyalarında açılış mahnısı kimi istifadə olunmuşdur. == Mahnı siyahısı == Daimi nəşr Bütün mahnılar Yui tərəfindən yazılmış və bəstələnmişdir.
YoungBoy Never Broke Again
YoungBoy Never Broke Again və ya NBA YoungBoy (əsl adı: Kentrell DeŞon Qolden; 20 oktyabr 1999, Baton-Ruj, Luiziana, ABŞ) — ABŞ repçisi. O, 2015-ci ildən 2017-ci ilə qədər müstəqil olaraq səkkiz mikstep buraxıb və musiqisi ilə sadiq fanat bazası qazanıb. YoungBoy 2017-ci ildə Atlantic Records ilə müqavilə bağlayıb. Onun 2018-ci ilin yanvarında yayımladığı "Outside Today" sinqlı Billboard Hot 100 çartında 31-ci yerdə qərarlaşıb. Mahnı onun 2018-ci ildə çıxardığı ilk albomu olan "Until Death Call My Name"də yer alıb. Albom ABŞ Billboard 200 çartında 7-ci pilləyə yüksəlmişdir. YoungBoy 2019-cu ilin oktyabr ayında Juice Wrld-un iştirak etdiyi "Bandit" adlı mahnını buraxdı. Bu mahnı onun hit-paradlarda ilk onluğa daxil olan ilk hiti olmuşdu. Bundan bir həftə sonra o, "AI YoungBoy 2" adlı ikinci miksteypini yayımlayıb. Miksteyp Billboard 200 çartına başçılıq edirdi.
I'll Never Love Again
I'll Never Love Again (azərb. Mən bir daha sevməyəcəm‎) — Ledi Qaqa tərəfindən ifa edilmiş və "Ulduz doğuldu" albomuna daxil olan mahnıdır. Film versiyası ilə yanaşı mahnının geniş versiyası da yayımlanmışdır. Qaqa mahnını, Natali Hembi, Hillari Lindsi və Aaron Reytierlə birlikdə yazmışdır. Mahnının prodüserliyini isə Qaqa və Benyamin Rays etmişdir. Mahnı tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. == Ərəfə və yazılması == Qaqanın "I'll Never Love Again" mahnısını ifa etdiyi "Ulduz doğuldu" filminin son səhnəsinin çəkilməsinə hazırlıqlar aparıldığı zaman, müğənniyə gələn zəngdə onun uşaqlıq dostu Sonya Daremdə dördüncü mərhələli xərçəng xəstəliyi aşkarlandığı xəbər verilir. Qaqa təcili olaraq çəkiliş meydanını tərk edir və dostu ilə görüşə tələsir, lakin, çatdığı zaman aydın olur ki, on dəqiqə gecikib və dostu artıq vəfat edib. Daremin həyat yoldaşı Qaqadan xahiş edir ki, vaxtını itirmədən çəkilişlərə davam etsin. Ledi Qaqa deyir ki, "Sonya mənə faciəvi hədiyyə etdi və mahnını Cekson üçün ifa etsəm də, rəfiqəmi nəzərdə tutmuşdum." Bredli Kuper Qaqanın itkisini başa düşərək ona dəstək olsa da, müğənni çəkilişləri tamamlamaqda israr etmişdir: "Beləcə o səhnəyə qalxdı və "I'll Never Love Again" mahnısını ifa etdi." Film versiyası ilə yanaşı mahnının geniş versiyası da təqdim edilmişdir.
Abadin
Abadin — İspaniyanın Qalisiya muxtar bölgəsinin Luqo vilayətində bələdiyyə. == Əhalisi == Abadin bələdiyyəsinin əhalisi 2005-ci ilin əhali siyahıyaalmasına görə 3201 nəfərdir. == Coğrafiyası == Abadín Terra Çanın şimal-şərqində yerləşir. Bələdiyyədən Serra do Xistral, Kordal de Neda, Labrada və Abadin çayları keçir. Orta hündürlüyü 500 m, ən yüksək nöqtəsi isə 1015 m olan Lombo Pequenodur. Abadinin kəndlərində Ouro, Labrada, Abadin, Pontiga, Santandrea, Pedrido, Anllo, Arnela və Fraga Vella çaylarının keçdiyi və dağlarla əhatə olunmuş münbit vadi üstünlük təşkil edir. Bunlar Cordal de Neda, Toxoso, Tremoal, Couto da Cal və A Fraga das Vigas'ın mühüm dağları və yaxınlıqdakı Costa do Sol və O Picouto dağlarıdır. == İqlimi == Orta illik temperatur təxminən 10°C-dir. Yağıntılar yüksəkdir, 1799 mm/il. Qışları soyuq və yağışlı, yayı isə quraq keçir.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. Bu, adətən sink filizi əmələgəlmələrinin üstündəki oksidləşmiş və ya aşınmış zonada baş verən mineraldır. Təmiz adamit rəngsizdir, lakin adətən Fe birləşmələrinin qatqısına görə sarı rəngə malikdir. Yaşıl rənglər də yaranır və mineral quruluşda mis əvəzlənməsi ilə bağlıdır. Olivenit adamitlə izostruktur olan mis arsenatdır və sink və mis arasında əhəmiyyətli dərəcədə əvəzetmə var, nəticədə kuproadamit adlı ara məhsul yaranır. Zinkolivenit CuZn(AsO4)(OH) formuluna malik ara mineral olan bu yaxınlarda kəşf edilmiş mineraldır. Quruluşda manqan, kobalt və nikel də əvəz olunur. Analoji sink fosfat, tarbuttit məlumdur. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik.
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Aqadir
Aqadir (ərəb. أكادير‎, أݣادير və ya أغادير) — Mərakeşdə şəhər, Atlantik okeanı sahilində port. Ölkənin mühüm balıq sənayesi mərkəzlərindəndir. Sement zavodu dənizkənarı kurortlar var.
Aqafiy
Aqafiy, Ağafias Sxolastikos (yun. Ἀγαθίας σχολαστικός) — VI əsrdə yaşamış Bizans tarixçisi və şairi.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Ağagir
Ağagir (fars. آقاگیر‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 212 nəfər yaşayır (75 ailə).
Ağakar
Ağakar — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Azərbaycan dilində Ağa (şəxs adı ya titul) və türk dillərində qar "alınmaz (sıldırım mənasında) qaya" sözlərindəndir. Cənubi Qafqazda bir sıra qaya və dağ adlarında qar (kar) sözünü erməni tədqiqatçıların erməni dilində kar - "daş", "qənbər", "qaya" sözü hesab edərək nə vaxtsa oralarda ermənilərin yaşadıqlarını yazmaları tamamilə səhvdir. Azərbaycanda ikinci komponenti qar, kar sözündən ibarət çoxlu dağ adı vardır: Buzuduxqar (Kəlbəcər rayonu), Kəçələqar (yenə orada) Qoşqar, Qoşunaqar (Gədəbəy rayonu), Qoşunkar (Oğuz rayonu ), Ləzgiqar (Şəmkir rayonu), Lölükqar (Daşkəsən rayonu), Çinqar (Xanlar rayonu), Çoxqar (Şəki rayonu), Şıxqar (Kəlbəcər rayonu), İnqar (İsmayıllı rayonu) və s. XIX əsrda Borçalı bölgəsində Babakar, Yastıqar, Əyriqar, Tünkar, Qazax qəzasında Siskar və Şarkar dağ adları vardı. Qazaxıstanda Zanqar, Türkmənistanda Qızılqar və b. dağ adları da bu sıraya aiddir. Ola bilsin oronim ərəbcə əxi (Sufi ordeninə mənsub dərviş və s.) və qar "mağara" sözlərindən ibarətdir.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Ababin (Miyanə)
Ababin (fars. ابابين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (29 ailə). == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Kağızkonan qəsəbəsindən 21 km şimalda, Xalxal-Miyanə avtomobil yolunun 19 kilometrliyindədir.
Abakan silsiləsi
Abakan silsiləsi — Rusiya Federasiyasında Xakas Respublikası ərazisindədir.. Qərbi Sibirin cənub-şərqində, Kuznetsk Alatausunun cənub davamı və Abakan və Tom çaylarının suayrıcıdır. Tom çayının mənbəyindən Teles çayınadək təqribən 300 km məsafədə uzanır. Hündürlüyü 1894 metrədəkdir. Yamacları 1700-1800 metrədək iynəyarpaqlı tayqa meşələri ilə örtülüdür; yuxarıları dağlıq tundra və Alp çəmənlikləridir.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Abakan çölü
Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.
Akakiy Vasadze
Vasadze Akaki Alekseyeviç (gürc. ვასაძე, აკაკი; 1899 — 1978) — sovet gürcü aktyorudur, teatr rejissoru, pedaqoq. SSRİ-in Xalq artisti (1936) üç dəfə Stalin mükafatı (1942, 1946, 1951)laureatı. == Tərcümeyi-hal == 1899-cu il 25 iyulda Kutaisidə (hal-hazırkı Gürcüstanda) doğuldu. 1909 — 1918 ci illərdə Kutaisi zadəgan gimnaziyasında oxudu. 1917 — 1918 ci illərdə Kutaisi teatrında rəssam-dekorator işləyirdi və eyni yerdə ilk dəfə səhnədə çıxış etməyə başladı. 1918 — 1920 ci illərdə Q. Djabadari adına Tbilisi dramatik studiyasında və eyni zamanda Tiflis universiteti nin tarix fakultəsində oxuyurdu. 1920 — 1921 ci illərdə — Tbilisi dövlət dramının aktyorudur. 1921 ci ilin Yanvar — mart aylarında Batumi də Aspindzada batalyonun əsgəri1921 ci ilin mart-avqustu Batumi şəhər teatrının aktyorudur. 1921 ci ildən 1958 ci ilə qədər — Şota Rustavelinin adına Gürcü dövlət akademik teatrının aktyordur (Tiflis) (1935 — 1942 ci illər teatrın bədii hissə müdiri , 1938— 1942 ci illər teatr direktoru, 1948 — 1955 ci illər teatrın əsas rejissoru).