Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağdaban
Ağdaban — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd. Ağdaban kəndi Ağdaban çayının sağ sahilində, Murovdağ silsiləsinin cənub ətəyində, Ağdaban dağının yamacındadır. Adını eyni-adlı dağdan almışdır. XIX əsrin sonunadək kəndin ərazisi Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kəndin dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərindən bir qrup ailələr bu binəyə köçərək burada məskunlaşmışlar. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Coğrafi mövqeyi == Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
Ağdaban (dəqiqləşdirmə)
Ağdaban — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağdaban soyqırımı Ağdabanlı şair Qurban Ağdabanlı şair Qurban 150 (kitab) Ağdabançay Ağdaban abidəsi Dağlar Ağdaban dağı — Şahbuz rayonu ərazisində dağ. Ağdaban dağı — Kəlbəcər rayonu ərazisində dağ. Ağdaban dağı — Ağdərə rayonu ərazisində dağ.
Ağdaban abidəsi
Ağdaban abidəsi — Şərur rayonu ərazisində, Zəngəzur silsiləsi ilə Dərələyəz silsiləsinin qovuşduğu bölgədə təbiət abidəsi. Hündürlüyü 3093 m. Naxçıvan çayın mənbəyindədir. Zirvəsi günbəzvarı, konusvarı formaya malik olub, Alt Pliosen vulkanizminin əmələ gətirdiyi püskürmə mərkəzidir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 14.
Ağdaban dağı
Ağdaban dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3093,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın sol qollarının mənbəyindədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-şərq istiqamətli Zırnel və şimal-qərb istiqamətdə uzanan Biçənək fay-yerdəyişmə qırılmalarının kəsişmə düyünündə yerləşir. Cənub-qərb yamaclarında andezit, andezit-dasit tərkibli üç iri ştokvari kütlənin çıxışları, həmçinin şimal-qərbə uzanan bir neçə fay müşahidə edilir. Şahbuz rayonu ərazisində Ağdaban dağının əhali arasında işlədilən başqa adı Sisqatar dağıdır.
Ağdaban faciəsi
Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. == Tarixi == 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladırlar. Ermənilər planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi. Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.
Ağdaban soyqırımı

Ağdaban qətliamı

Abdanan
Abdanan — İranın İlam ostanının şəhərlərindən və Abdanan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 21,662 nəfərdən ibarət idi.
Ardahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Ağdaraq
Ağdaraq (Ərdəbil)
Ağlağan
Ağlağan Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. == Toponimkası == Ağlağan- Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Bozabdal dağ silsiləsinin zirvələrindən birinin adıdır. Loru və Pəmbək bölgələrini ayıran dağdır. (hünd.2992m.) İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunun IV boyunda "kafirlərin" (yəni xristianların) sərhəddində dağ kimi çəkilir. Keçmişdə Qazax-Borçalı ellərinin yaylaq yeri olmuşdur. Ağ və mənası məlum olmayan Laqan sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Qızıl-Laqan, Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk, Dağıstan əyalətinin Teymurxanşura dairəsində Çakas-Laqan və başqa toponimlərdə mənası məlum olmayan "laqan" sözü vardır. 1747-ci ildə Borçalı bölgəsinin Baydar nahiyəsində bir kənd də Laxan adlanırdı. XX əsrin 30-cu illərində Ağlağan dağı fərmanla ermənicə Urasar adlandırılmışdır.
Dağdağan
Dağdağan (lat. Celtis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Adagan
Adaqan
Ağabaş
Ağabaş-İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. == Toponimik izah == Ağabaş — 1590-cı ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş — əkin yeri sözündəndir. Ermənistanda ağ və ağa sözləri ilə başlayan çoxlu yaşayış məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə ağa formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə qardaş) sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdilər. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar.
Ağbaba
Ağbaba mahalı — Qərbi Azərbaycan ərazisində mahal. Ağbaba — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağı — Qars vilayətinin Qars qəzasında, Ağbaba — Şörəyöl bölgəsində, indi Qızılqoç (Qukasyan) rayonu ərazisində dağ. Ağbaba — Kəlbəcər rayonunun şərq hissəsində, Qarabağ silsiləsində dağ.
Ağdara
Ağdara — (gürc. აღდარა), — Gürcustanın Abxaziya bölgəsinin Suxumi ərazisində (yuxarı eşeri icması), Qumista çayının sağ sahilində, Abxaziyanın dağətəyi ərazisində. Dəniz səviyyəsindən 360 m, Qara dənizdən 7 km, Suxumidən 18 km. yuxarı eşerdən 7 km məsafədə yerləşən kəntdir. Sovet dövründə sitrus meyvəçiliyi inkişaf etmişdir. Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 261.
Aqaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Abdanan şəhristanı
Abdanan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abdanan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,830 nəfər və 9,358 ailədən ibarət idi.
Andaman adaları
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır. Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır.
Andaman alabayquşu
Andaman alabayquşu (lat. Tyto deroepstorffi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Andaman dənizi
Andaman dənizi (hind. अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay və ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi. Şərqdə Hind-Çin və Malay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur.
Ağdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.