Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atlet
Atlet bu mənaları ifadə edə bilər: Atlet yaxud mayka — alt geyimi. Atletçi — atletika idman növləri ilə məşğul olan şəxs.
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Andrey Petrov (atlet)
Andrey Petrov (13 oktyabr 1986) — Özbəkistanlı marafonçu. Andrey Petrov Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Petrov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Fanodan olan atlet
Fanodan olan atlet, Qalib Gənclik və ya Lisippo di Fano — Qalib Gəncliyin tədqiqi və konservasiyası 1980-ci ildən 1990-cı illərə qədər davam edir və klassik bürünc üzərində araşdırmalara və qədim Aralıq dənizi mütəxəssislərinin Getty Muzeyi ilə əməkdaşlığına əsaslanır. Bütün heykəl bir parçada töküldü; bu tökmə texnikası "itirilmiş mum" üsulu adlanır. == Haqqında == 1972-ci ildə Münhen qalereyasının sahibi Heinz Herzer və Volker Kinnius Rudolph Stappın konservasiya layihəsi haqqında hesabat yazdılar. Rudolph Stapp qədim tunclar üzrə ixtisası ilə tanınan Victorious Youth ilə heykəl üzərində işlərə başladılar. Tuncdan qabığı çıxarmaq üçün metalda müxtəlif cızıqlar buraxdılar. Heykəli təmizləmək üç ay çəkdi. == Tarixi == Egey və Aralıq dənizi sahillərində çoxlu sualtı tunclar aşkar edilmişdir; 1900-cü ildə dalğıclar Antikythera gəncliyini və Stoik portretinin başını , Antikiterada , 1926-cı ildə Cape Artemision Poseydonunu , 1996-cı ildə Xorvatiya Apoxyomenosunu və 1999-cu ilə qədər müxtəlif bürüncləri tapdılar. Fanodan olan atlet heykəli isə 1964-cü ilin yayında İtaliyanın Adriatik sahillərində Fano dənizində , italyan balıqçı trol gəmisinin torlarına ilişərək tapıldı.
Hüseyn Həsənov (atlet)
Hüseyn İsmayıl oğlu Həsənov (26 sentyabr 1986) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Hüseyn Həsənov 1986-cı il sentyabrın 26-da anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Hüseyn Həsənov Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 12.74 metr nəticə ilə dördüncü pillənin sahibi olan Hüseyn Həsənov, uzunluğa tullanma turnirində 6.52 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hüseyn İsmayıl oğlu Həsənov "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Hüseyn İsmayıl oğlu Həsənov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Kamil Əliyev (atlet)
Kamil Xıdırilyas oğlu Əliyev (15 oktyabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kamil Əliyev 1991-ci il oktyabrın 15-də Bakı şəhərində anadan olub. == Karyerası == 2016-cı ilin avqust ayında Kamil Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Kamil Əliyev uzunluğa tullanma turnirində 7.05 metr nəticə ilə gümüş medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamil Xıdırilyas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Mərvə Aydın (atlet)
Merve Aydın — Türkiyəli yüngül atlet.
Nazim Babayev (atlet)
Nazim Tahir oğlu Babayev (8 oktyabr 1997, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Nazim Babayev 1997-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğul olur. Məşqçisi Ziyad Xəlfəyevdir. == Karyerası == Nazim Babayev 2013-cü ildə Utrext şəhərində (Niderland) baş tutan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 15.54 metr nəticə göstərdi və turnirin qızıl medalına sahib oldu. Daha sonra Nazim Babayev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Nazim Babayev isə təsnifat mərhələsində 15.65 metr nəticə göstərdi. Bu nəticəyə əsasən Nazim Babayev mərhələni 17 atlet sırasında 2-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə 15.96 metr nəticə göstərən Nazim Babayev, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Nazim Babayev 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı.
Rahib Məmmədov (atlet)
Ruslan Abbasov (atlet)
Ruslan Abbasov (24 iyun 1986, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Ruslan Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.58 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Tofiq Heydərov (atlet)
Tofiq Heydərov (16 iyul 1972, Lənkəran) — Azərbaycanı təmsil edən ağır atlet, "AAAF İnşaat MMC"-nin təsisçisi, "Zirvə" Beynəlxalq İdman Klunun prezidentidir. == Həyatı == Tofiq Mirhəsən oğlu Heydərov 1972-ci il iyulun 16-da Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Lənkəran şəhərində əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ idman ustası adını alıb. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman Komitəsinin sədri təyin edilib. Ailəlidir, beş qızı var. == Karyerası == Tofiq Heydərov 1990-cı ildə yeniyetmələrdən ibarət SSRİ yığmasının heyətində Macarıstanın Sezsard şəhərində baş tutan Dostluq Oyunlarında mübarizə apardı və üç qızıl medala sahib olub. Tofiq Heydərov 1992-ci ildə müstəqil Azərbaycanı İranın Təbriz şəhərində baş tutan Asiya Çempionatında təmsil edib. 1996-cı ildə isə o, Norveçin Stavanger şəhərində baş tutan Avropa Çempionatında beşinci pillənin sahibi olub və olimpiya lisenziyası əldə edib.
İradə Əliyeva (atlet)
İradə Azad qızı Əliyeva (27 dekabr 1991, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997–2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur. == Karyerası == İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu. 2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.
Faiq Bağırov (atlet)
Faiq Bağırov (3 fevral 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Faiq Bağırov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 800 metr məsafəyə qaçış turnirində 1:58.40 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Teymur Qasımov (atlet)
Teymur Qasımov (14 oktyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Teymur Qasımov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı. Daha sonra Teymur Qasımov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Elxan Süleymanov (atlet)
Elxan Süleymanov (2 fevral 1974) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Elxan Süleymanov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Elxan Süleymanov final mərhələsində 292.5 (130.0 + 162.5) nəticə göstərdi və olimpiadanı 8-ci pillədə başa vurdu. Elxan Süleymanov 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu.
Ramil Quliyev (atlet)
Ramil Quliyev (29 may 1990, Bakı) — Azərbaycanı və Türkiyəni təmsil edən yüngül atlet, 2017-ci il Dünya Çempionatının və 2018-ci il Avropa Çempionatının qalibi. == Həyatı == Ramil Quliyev 1990-cı il mayın 29-da anadan olub. Ramil Quliyev 2019-cu ildə Rusiya atleti Yekaterina Zavyalova ilə evləndi. Cütlüyün bir qızı var. == Karyerası == Ramil Quliyev 2006-cı ildə Çində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı və 100 metr məsafəyə qaçış turnirində 10.90 saniyə nəticə göstərdi. Bir il sonra, 2007-ci ildə isə Ramil Quliyev Çexiyanın Ostrava şəhərində yeniyetmələr arasında Dünya Çempionatında 200 metr məsafəyə qaçış turnirində 20.72 saniyə nəticə göstərdi və turniri gümüş medalla başa vurdu. Həmin il Ramil Quliyev həm də Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Olimpiya Festivalında 100 metr məsafəyə qaçış turnirində 10.50 saniyə nəticə ilə, 200 metr məsafəyə qaçış turnirində isə 20.98 saniyə nəticə ilə turnirin qızıl medallarına sahib oldu. 2008-ci ildə Ramil Quliyev İspaniyanın Valensiya şəhərində baş tutan Dünya Çempionatında (zalda) mübarizə apardı və 60 metr nəticəyə qaçış turnirində 6.84 saniyə nəticə göstərdi. Həmin ilin iyulunda Ramil Quliyev Polşanın Bıdqoş şəhərində gənclər arasında Dünya Çempionatında 100 metr məsafəyə qaçış turnirini 21.00 saniyə nəticə ilə beşinci pillədə başa vurdu. Avqustda isə Ramil Quliyev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.
Arif Axundov (atlet)
Arif Axundov (25 iyul 1972) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Arif Axundov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Deşər (alət)
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün isifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.