Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç. Pirs (1839–1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir. İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
İskra
"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet. == Haqqında == 1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar. V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi.
Sara
Sara (film, 1992)
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.
Mito İsaka
Mito İsaka (25 yanvar 1976, Saytama prefekturası) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 15 qol vurub.
Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İskra (qəzet)
"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet. == Haqqında == 1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar. V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi.
İşbara Yabqu
İşbara Yabqu (阿史那烏濕波; v. 705) — Toxaristanın ikinci yabqusu. == Hakimiyyəti == Atası Tarduş şadı öldürərək hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlişi 645-ci ildə Kuhistanda sikkə buraxılmasıyla başlamışdı. Pul zərb etdirən ilk Göytürk hökmdarıdır. 653-cü ildə Çin imperatoru tərəfindən təsdiq olunmuşdur. Ərəb sərkərdəsi Abdullah ibn Amirin hücumlarına tab gətirə bilməmiş, hakimiyyəti Bədəxşanla sərhədlənmişdi. Bununla belə Əlinin xəlifəliyi dövründə Nişapur və Sistanı ələ keçirən yabqu III Yezdəgirdin oğlu III Firuzu Sasani şahı kimi hakimiyyətə gətirdi.
İşbara xaqan
İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı. == İlkin həyatı == Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi. == Suy sülaləsi ilə münasibətlər == 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.
Lao issara
Lao issara (laos ລາວອິດສະລະ, hərf. Azad Laos) — 12 oktyabr 1945-ci ildə şahzadə Petsarat Ratanavon tərəfindən yaradılmış antifransa milliyətçi hərəkat. Bu qısaömürlü hərəkat İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ortaya çıxmış, Fransa qüvvələrinin qayıtmasına qədər Laos hökumətinə çevrilmişdir. Bu, fransızların Laos üzərində nəzarəti bərpa etməsinə mane olmaq məqsədini daşıyırdı. Qrup 1949-cu ildə ləğv edilmişdir.
Sara Kolric
Sara Kolric (Sara Coleridge, 1802 – 1852) — İngiltərə şairi. == Həyatı == == Yaradıcılığı == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Works of Sara Coleridge at Archive.org Memoir and Letters of Sara Coleridge edited by Edith Coleridge A Poet's Children, Hartley and Sara Coleridge by Eleanor Towle The Genealogy of Coleridge Family and Coleridge links Worlds Within Worlds: The First Heroic Fantasy Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine by Matthew David Surridge. Article about Sara Coleridge and Phantasmion, arguing it is the first fantasy novel set entirely in a Secondary World.
Sara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Sara MakTernan
Sara MakTernan (irl. Sarah McTernan; 11 mart 1994) — İrlandiya müğənnisi və bəstəkarı. O, "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sara MakTernan 11 aprel 1994-cü ildə İrlandiyanın Kler qraflığında anadan olmuşdur. O, ailənin tək övladıdır. Sara 2011-ci ildə məzun olduqdan sonra Klerdə tibb bacılığı kursu almışdır. O daha sonra Limerik Texnologiya İnstitutunda musiqi texnologiya təhsili almışdır. Bir müddət təhsilə fasilə verən Sara Primarkda pərakəndə işçi kimi çalışmağa davam etmişdir. O, 2014-cü ilin sentyabr ayında səs və rəqs üzrə təhsil olmaq üçün Limerik Universitetinə daxil olmuşdur. Sara gitara və pianoda ifa etməyi bacarır.
Sara Nazarbayeva
Sara Alpıs qızı Nazarbayeva (qaz. Sara Alpısqızı Nazarbayeva) — Qazaxıstanın keçmiş birinci xanımı. == Həyatı == Sara Nazarbayeva 1941-ci ilin yanvarın 9-da anadan olub. Nazarbayeva 1962-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ailə həyatı qurub. Onların Dariqa, Dinara və Aliyə adlı üç qızı və üç nəvəsi vardır. Sara Nazarbayeva Beynəlxalq Uşaq Xeyriyyə Fondunun sədridir. Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına layiq görülüb.
Sara Nikitin
Sara Nikitin (27 dekabr 1988) — Braziliyalı oxatan. Sara Nikitin Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Nikitin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Şimali Koreyanın nümayəndəsi Kang Un-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Sara Nikitin rəqibinə 0:6 hesabı ilə uduzdu.
Sara Nəzirova
Sara Mollaçı qızı Nəzirova — Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi. == Həyatı == Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır. Sara Oğuz Nəzirova 22 iyun 2014-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlamışdır. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında, habelə Çexoslovakiyada "Umeniya remesla", Türkmənistanda "Aşxabad", Qazaxıstanda "Prostor" jurnallarında dərc olunmuşdur.
Sara Nəzərova

Sara Papi
Sara Papi (5 avqust 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Sara Papi İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sara Peylin
Sara Peylin — Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
Sara Pinciroli
Sara Pinciroli (1 oktyabr 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Sara Pinciroli İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sara Qədimova
Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı – 12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. == Həyat və yaradıcılığı == Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Sara Radman
Sara Radman (d. 20 iyul 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Sara Radman 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Radman 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Katrin Pul ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.