Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ququşka çayı
Kyakuk syaye-(Ququşka çay; başq. Кәкүк сәйе, tatar. Кәкүк чәе, кәкүк—"ququşka",сәй, чәй—"çay") Yazın gəlişinə həsr olunmuş, Başqırd mərasim bayramıdır. == Tarixi == Kyakuk siyaye adının başlanğıcı islamdan öncəki inanclara əsaslanır. Belə ki, ölənlərin ruhlarının quşlara çevrilməsi inancının mövcud olması. == Ənənələri == Kyakuk siyaye yaz və yay mövsümündə keçirilir, belə ki, aprel ayından iyul ayına kimi. Bayramın təşkilatçısı bayramın qaydalarını bilən yaşlı qadın olur. Bəzi rayonlarda onu yulbars adlandırırlar. Yulbarslar qısa qollu, qırmızı üstü sikkələrlə bəzədilmiş paltar geyinirlər. Onların başına 2 dəsmal atılır, onlardan birinin ucunda mis dəyirmi lövhələr olur və o kürəyə qədər düşür, digəri isə şal ilə bağlanır.
Turuşka sülaləsi
Turuşka sülaləsi — Şimali Hindistanda, Kəşmir, Kabilistan (indiki Əfqanıstanda tarixi bölgə) və Qəndhara bölgələrində hökm sürən qədim kral sülaləsi. Sülalənin ya qarışıq Qərbi Göytürk-Eftalit ya Hind-Skif mənşəli olduğu güman edilir. Sülalənin sakinləri əsasən hindu brahmanları olsa da, sülalənin hakim sinfi buddistlər və Buddanın güclü inanclıları idi. Bu xanədan tərəfindən Kəşmir və Qəndharada bir çox buddist abidələri ucaldılmışdır ki, bu da onların Buddizm dininə məhəbbətini göstərirdi. Hindistanda məskunlaşan Orta Asiya tayfalarının Hindistan cəmiyyətinə inteqrasiya etmək üçün Buddizmi və buddistlərin əsas inanclarını qəbul etməsi adi hal idi. Bu sülalənin Türk Şahilərin Kabilistanı idarə etdiyi dövrdə Kəşmiri də idarə etdiyi güman edilir və iki sülalə arasında Kapisa və Qəndhara bölgələri üzərində toqquşmalar baş verə bilirdi. Bu sülalə Qəznəvilər tərəfindən bütün Kəşmirlə birlikdə tabe edilərək fəth edildi. Qəznəvi sultanı Səbuktəkinnin başçılıq etdiyi təkrarlanan işğal dalğaları bu sülalənin son məhvinə və nəticədə Kəşmir bölgəsinin ilhaqına gətirib çıxardı. Beləliklə, Hindu-Buddist Turuşka hakimiyyəti məhv edildi və onların torpaqları həm Kəşmir bölgəsini, həm də Pəncab bölgəsini fəth edən türk-müsəlman Qəznəvilərin əlinə keçdi. == Ədəbiyyat == Долин А. А., Попов Г. В. Кэмпо - традиция воинских искусств.
Kumşak çayı
Kumşak çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Kumşak çayı Don çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 121 km, hövzəsinin sahəsi isə 759 km² təşkil edir. Çay olduqca dayaz axara malikdir. Bu səbəbdən bəzi illərdə tamamən quruya bilir. Çay üzərində balıqların ovlanması məqsədi ilə kiçik su tutarları hazırlamışlar. Mənbəyinin hündürlüyü 165 metr, mənsəbinin hündürlüyü isə 12 metrdir. == Axını == Çay öz başlanğıcını Bıstraya və Şimla suayrıcılarından götürür. Mənsəbi inzibati baxımından Rusiya Federasiyası, Rostov vilayəti, Morozovski rayonu. Tabunnı qəsəbəsinin şimal-qərbindən başlayır.
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. == Karyerası == Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nadya Muşka