Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Referi (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Bəşşar Cəfəri
Bəşşar Cəfəri (ərəb. بشّار جعفري‎; 14 aprel 1956, Dəməşq) — Suriyalı diplomat. 2006–2020-ci illərdə Suriyanın BMT-dəki daimi nümayəndəsi idi.
Cəfəri-Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfəri (bitki)
Cəfəri (lat. Petroselinum) və ya Bağdanus — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cəfəri xalq arasında rus dilindəki qarşılığı olan petruşka kimi də bilinən, Azərbaycan mətbəxində geniş istifadə olunan göyərtidir. Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, həmçinin B1 və B2 vitaminləri vardır.
Cəfəri (əqidə)
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Cəfəri Sadiq
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". == İmamın şəhid edilməsi == Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Huşəng Cəfəri
Huşəng Cəfəri (هوشنگ جعفری) — müasir azərbaycanlı şair və rəssam. == Həyatı == Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. Amma "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür. == Zəncan == Huşəng Cəfəri Zəncanın adının yenidən Azərbaycana çevrilməsinə dair tezislər ifadə edib və O adın yenidən zəncana verilməsini istəyir.buna görə cəfəri deyir ki zəncanın adı qızıl azərbaycan (qızılın artırılması daha iki azərbaycandan ayrı tutulmasıdır) olmalıdır niyə ki oradan qızıl özən kimi axar çay keçir və dəyərli qızıl, mis və ayrı mədənlər bu ostanda bulunur.
Qafqaz səfəri
Fransız yazıçısı Aleksandr Düma tərəfindən yazılan səyahətnamə. Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya imperiyası ərazisində olmuşdur . Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd , Quba , Bakı, Şamaxı və Nuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə , oradan da Potiyə getmişdir . O, Potidən gəmi ilə İstanbula, oradan da Marselə getmişdir. Vətənə qayıdan yazıçı səfər yaddaşını " Qafqaz Səfəri " adlı əsəri ilə oxucuları ilə bölüşüb . Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur. "Qafqaz səfəri" əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilmişdir. "Qafqaz səfəri" əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Əsər boyunca AZƏRBAYCANLILARDAN Tatarlar olaraq bəhs edilir.
Sakarya zəfəri
Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən "Melhame-i Kübra" ifadəsi ilə xatırlanan müharibə. Sakarya Meydan Müharibəsi, Anadolu türk tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hərəkat əmri verilmişdi. Döyüşü yunan tərəfi qazansa, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmək məcburiyyətində qalacaqdı. Digər tərəfdən iyirmi dörd diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Döyüşü türklərin uduzması halında Sevr müqaviləsi asanlıqla tətbiq edilə biləcəkdi. == Nəticəsi == Sakarya Meydan Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu Müharibəyə "Zabit müharibəsi" adı da verilmişdir.
Təbuk səfəri
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Bağdad səfəri (1638)
Bağdad səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş ikinci səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər sonunda Qəsri-Şirin sülhü bağlandı. == Səfərin gedişi == Sultan Murad səfərə çıxmazdan əvvəl taxt üçün təhlükə hesab etdiyi qardaşı Şahzadə Qasımı edam etdirdi və 8 may 1638 tarixində şeyxülislam Yəhya Əfəndi və kaptan-ı dərya Mustafa Paşa ilə birlikdə yola çıxdı. Bu əsnada özünü Mehdi elan edən Şeyx Əhməd Sakaryada ələ keçirilərək öldürüldü. Urfa yaxınlığında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə sədarətə Təyyar Mehmed Paşa gətirildi. 6 noyabrda Mosula çatan Sultan Murad 15 noyabrda Əbu Hənifə türbəsi yaxınlığında çadırını qurdu. Qalanın alınmasından bir gün əvvəl Təyyar Mehmed Paşa hücumlar əsnasında şəhid düşdü. Yerinə kaptan-ı dərya Mustafa Paşa sədarətə gətirildi. Ertəsi gün (24 dekabr 1638 cümə günü) qala hakimi Bektaş xan qalanı təslim etdi.
Dostluq Səfəri (1977)
I İnönü zəfəri
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş. == Tarix == 15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi. Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır. == Döyüş == Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər.
Məhəmməd Tağı Cəfəri
Məhəmmədtəqi Cəfəri — Professor Cəfəri 1304-cü günəş ilində (1926 miladi) Təbriz şəhərinin Dəvəçi məhəlləsində yoxsul bir ailədə doğulmuşdur. Boya-başa çatdıqdan sonra məktəbə getmişdir. O gündüzlər işləyib, gecələr məlumat əldə etmək üçün çalışmışdır. == Təhsil == Professor Cəfəri Təbrizin "Talibiyyə" mədrəsəsində (dini təmayüllü məktəb) təhsilin bitirib, Molla Hadi Səbzivarinin "Mənzumə"sindən və Molla Sədranın "Əsfar"ından dərs aldı. Sonra ali təhsil almaq, böyük alimlərin və müctehidlərin dərslərində iştirak etmək üçün Nəcəf-Əşrəf şəhərinə getdi. O, dərin mütailəyə girişdi. Humanitar və ictimai elmləri, qərb fəlsəfəsini diqqətlə izlədi. Beləliklə də elə bir müstəviyə çatdı ki, çagdaş müctehidlər onun məqamını təsdiq etdilər. Sonra 33 yaşlı bu gənc alim İrana gəldi və Tehranda yaşamağa başladı. == İmam Əliyə (ə) əlaqəsi == Professor Cəfəri tədqiqdə, tənqiddə, çıxışda iqtidarlı olub dərin hafizəyə malik idi.
Məhəmməd Əli Cəfəri
Məhəmməd Əli Cəfəri (fars. محمدعلی جعفری‎; 11 noyabr 1957, Yəzd) — "İslam İnqilabının Keşikçilər Korpusu"nun komandiri. == Həyatı == Məhəmməd Əli Cəfəri 11 noyabr 1957-ci ildə İranın Yəzd şəhərində anadan olub. Tehran Universitetini bitirib. Hərbi xidmətdə olub. İran-İraq müharibəsində iştirak edib. 2 sentyabr 2007-ci ildə dini lider Seyyid Əli Xameneyi tərəfindən “İslam İnqilabı Keşikçiləri Korpusu”nun komandiri təyin edilib.
İrəvan səfəri (1635)
İrəvan səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər Osmanlıların qələbəsi ilə başa çatmışdır. == Səfər öncəsi == Dövlət idarəsini tamamilə əlinə alan Sultan Murad 1632-ci ildə Şah Səfinin Gürcüstanı işğal edib Van qalasını mühasirəyə almasının ardından Murtuz Paşanı Van qalasının mühafizəsi ilə vəzifələndirdi və sədrəzəm Mehmed Paşa idarəsindəki Osmanlı ordusunu Üsküdara göndərdi (15 oktyabr 1633). Həmin gün Van qalası mühasirədən azad oldu və sərdar yola davam edərək Hələbə, oradan isə ayaqlanan yeniçəriləri yatırtmaq üçün Diyarbəkirə gəldi. == Səfərin gedişi == Şeyxülislam Yəhya Əfəndi ilə birlikdə 28 mart 1635 tarixində Üsküdardan yola çıxan Sultan Murad yol boyunca vəzifələrini yerinə yetirməyən bəzi qazıları, vəzirləri və tütün istifadə edənləri edam etdirmişdir. Bayburt yaxınlığında sədrəzəm Mehmed Paşa ilə görüşən Sultan Murad ordunun rəhbərliyini ələ alıb Səfəvi sərhəddi hesab edilən Qars qalasına doğru irəlilədi (17 iyul 1635). Qaynaqların verdiyi məlumata görə bu əsnada Osmanlı ordusu 200 min əsgər və 125 döyüş topu ilə Səfəvi torpaqlarına daxil olurdu. 26 iyulda İrəvan qalası önlərinə gələn Sultan Murad öz çadırını qalaya yaxın bir yüksəklikdə qurdurdu və bu təpəlik sonralar Hünkar yüksəkliyi adlandı. 11 günlük müdafiənin ardından İrəvan qalası təslim oldu (8 avqust).
Axaltsixe səfəri (1416)
Axalsıx Səfəri — 1416-cu Qaraqoyunlular ilə Gürcüstan krallığı arasında baş vermişdir. == Arxa plan == Qaraqoyunlu Qara Yusif , Ərdəbilə göndərdiyi əsgərlərin 814-cü ildə bir müddət onun əmrlərini dinləməyərək müstəqil hərəkət etməyə başlayan İraq-i Əcəm valisi Bistam bəyi cəzalandırmaq üçün uğursuzluğa düçar olmasından sonra 1411-ci ildə, şəxsən orada gəzib sentyabr ayında Sultaniyyəyə getdi.Onların qabağına gəldi. Bistama və qardaşlarına ona itaət etmək üçün xəbər göndərsə də, buna çox əhəmiyyət vermədilər. Bunun üzərinə Qara Yusif əsgərlərinə şəhəri dağıtmağı əmr etdi. Bu arada Şirvanşah Sultan İbrahim , Şəki valisi Orlat Seyyidi Əhməd və gürcü çarı Konstantin Qara Yusifə qarşı ittifaq yaradıb, birlikdə hərəkətə keçdilər. Bu vəziyyətdən xəbər tutan Qara Yusif oktyabrın 26-da Təbrizə qayıtdı və qüvvələrini oraya topladıqdan sonra noyabrın 17-də Qarabağa gəldi. Buradan Şirvanşah İbrahimin yanına elçilər göndərib sülh təklif etdi. Lakin bu təklif Şirvanşah və müttəfiqləri tərəfindən qəbul olunmadı və bu vəziyyət Qara Yusifin acizliyi kimi yozularaq onların cəsarətinin artmasına səbəb oldu. Bu vəziyyətə son dərəcə qəzəblənən Qara Yusif tərəddüd etmədən Kür çayını keçərək 19 dekabr 1412-ci ildə müttəfiq qoşunlara hücum etdi. Döyüş başladı.Müttəfiqlər döyüşürdü.Sultan İbrahimin atı qaçarkən büdrədi və yıxılarkən qolunu sındırdı.
Qarahisar səfəri (1418)
Qarahisar səfəri — 1418-ci ildə Qaraqoyunluların Osmanlılar üzərindəki hərbi yürüşü.Qaraqoyunluların Ərzincan valisi Pir Ömər Osmanlı dövləti torpaqlarına girərək Qarahisarı və Qarahisar qalasını ələ keçirdi.Nəticədə Şərqi Qaradəniz sahili Samsun xaricində Qaraqoyunluların hakimiyyəti altına girdi. == Yürüş == Şahruxun Azərbaycana yürüşü ərəfəsində Osmanlı-Qaraqoyunlu münasibətlərində müəyyən anlaşılmazlıq mövcud idi. Qara Yusifin Ərzincan hakimi Pir Ömərin Qarahisarı mühasirəyə alması buna səbəb olmuşdu.Şəhərin hakimi Məlik əhməd oğlu Həsən yardım üçün Amasya valisi Şahzadə Murada və Sultan I Mehmed Çelebiyə müraciət etmişdi O zaman Sultan I Mehmed Çələbi Həsənə yardım göstərə bilməmiş və şəhər Pir Ömər tərəfindən ələ keçirilmişdi.
Dostluq səfəri (film, 1977)
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur. Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur.. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. == 8 oktyabr 1888-ci il == Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. == Tarixi == === Açe Osmanlı əlaqələri === Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.
Rəhbərlərin Bakıya səfəri (film, 1925)
== Məzmun == Filmdə keçmiş SSRİ dövlət və partiya rəhbərlərindən bir qrupunun Azərbaycana səfərindən, onların zəhmətkeşlərlə görüşlərindən, yerli partiya və dövlət orqanları ilə tanış olmalarından söhbət açılır. == Film haqqında == Film saxlanılmayıb.
Sergey Yeseninin Bakıya Səfəri (1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Həkəri
Həkəri (çay) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Həkəri (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. Həkəri (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat. Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. == Referatın növləri == Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Renfri
Renfri (pol. Renfri) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Kreyden knyajnası. == Bioqrafiya == Sapkovskinin əsərində Renfri Kreyden knyazı Fredefalkın birinci evliliyindən olan qızı, Arideya adlı ikinci həyat yoldaşının ögey qızıdır. Arideya sehrli güzgü vasitəsiylə Renfrinin onun ölümünə səbəb olacağını öyrənir və bu haqqda sehrbazlara məlumat verir. Sehrbaz Streqobor isə belə qərara gəlir ki, knyajna mutantdır. O zaman qızı öldürməyə qərar verilsə də, Renfri xilas olur. Bundan sonra knyajna köçəri həyat yaşamağa başlayır, bir neçə il sonra isə yeddi cırtdandan təşkil edilmiş quldur dəstəsinə rəhbərlik edir. Bundan sonra Renfri “Sorokoputka” ləqəbi ilə tanınır və qəddarlığı ilə məşhurlaşır. On yeddi yaşı olarkən Renfri bütün Maxakamı qorxu altında saxlaya bilir. Blavikendə Rendri Geraltla qarşılaşır və bazar meydanında döyüş zamanı cadugər tərəfindən öldürülür.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. == Coğrafiyası və iqlimi == Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Çədəri
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.