Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
RTV
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Rev
Rev (Əsgəran)
Rua
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi. == Həyatı == 412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. == Rud klassiklərin əsrlərində == Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat, Məni bu amansız yuxudan oyat.
Ruh
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: "Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş" (İsra- "Gecə aparılma" surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Rük
Rük — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kəndin dəniz səviyyəsindən hündürlüyü təqribən 1620–1630 metrdir == Toponimikası == Rük oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qədim türk dillərindəki uruq (ailə, tayfa; dayanacaq) sözünün təhrif olunmuş forması hesab edilir və "düşərgə, yaşayış məskəni" kimi izah olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 301 nəfər əhali yaşayır. Əhalisi tatlardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
SUV
Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər. Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.
YUV
YUV — rəng modeli. YUV sistemində parlaqlığı göstərən bir komponent (Y – parlaqlıq siqnalı) və rəngi bildirən iki komponent (U, V – rənglilik siqnalları) olur. YUV modelindən televerilişdə və video-verilənlərin saxlanmasında/emalında geniş tətbiq edilir. Komponentin parlaqlığı “ağ-qara” (bozun çalarlarında) görüntüdən ibarətdir, qalan iki komponent isə tələb olunan rəngi bərpa etmək üçün informasiyanı özündə saxlayır. Bu, rəngli TV meydana çıxanda mövcud ağ-qara televizorlarla uyğunluq üçün çox əlverişli idi. YUV modelindən RGB-yə və əks çevirmə aşağıdakı düsturlarla aparılır: R = Y + 1.13983 * V; G = Y - 0.39465 * U - 0.58060 * V; B = Y + 2.03211 * U; Y = 0.299 * R + 0.587 * G + 0.114 * B; U = -0.14713 * R - 0.28886 * G + 0.436 * B; V = 0.615 * R - 0.51499 * G - 0.10001 * B; == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Baton-Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Eliu Rut
Eliu Rut ( 15 fevral 1845 - 7 fevral 1937) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır,bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət verir. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçildi və 1909–1915-ci illərdə bu vəzifəni icra etdi. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür .. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Kompakt SUV
Kompakt SUV və ya Yığcam yolsuzluq avtomobili (kiçik SUV və ya mini SUV kimi də tanınır) orta ölçülü, alt orta kateqoriyalı avtomobil və yolsuzluq avtomobili növüdür. Onun ölçüləri mini SUV və kompakt sinif avtomobildən daha böyükdür. Yığcam yolsuzluq avtomobilləri kimi etiketlənən bir çox yeni avtomobillər texniki cəhətdən yığcam krossover avtomobilləridir və C seqmentli avtomobil platformasının üstündə hazırlanırlar.
Kristin Ruz
Kristin Sui Ruz (31 yanvar 1951, Linvud[d], Kaliforniya) — ABŞ-lı akrisa. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Ancel Petrelli rolu ilə tanınır. == Həyatı == Kristin Ruz Linvudda (Kaliforniya) anadan olmuşdur. Ali təhsilini Stanford Universitetində almışdır. == Karyera == Kristin Ruz karyerasına 1990-cı ildə "Ferris Bueller" adlı serialla başlamışdır.
Kristofer Riv
Kristofer Riv (ing. Christopher D'Olier Reeve; 25 sentyabr 1952 – 10 oktyabr 2004) — ABŞ aktyoru. == Həyatı == Riv 25 sentyabr 1952-ci ildə New York şəhərində anadan olub. Christopher Reeve, 1978–1987 arasında dörd dəfə çəkilən Superman film seriyasında Clark Kent rolunu, daha sonra isə fövqəladə güclərə sahib Xalq Qəhrəmanı Superman rolu ilə tanınır. Reeve, 1992-ci ilin aprelində Dana Morosini ilə evləndi. Bu evlilikdən William adlı bir oğlu var idi. Reeve'nin əvvəlki münasibətlərindən 2 övladı (Matta və Aleksandra) var. Riv 27 may 1995-ci ildə Virginia ştatının Culpeper şəhərində keçirilən bir atçılıq yarışında atdan yıxıldı və iflic oldu. Qəzadan sonra əlil arabasında yaşamaq məcburiyyətində qaldı və ömrünün sonuna qədər nəfəs almaq üçün portativ bir ventilyatora ehtiyac duydu. Onurğa beyni zədələnmələri ilə insan embrion kök hüceyrə araşdırması üçün lobbiçilik etdi, Christopher Reeve Vəqfi və Reeve-Irvine Araşdırma Mərkəzini qurdu.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Luv Films
Luv Films uşaqlıq dostları olan Luv Rancan və Ankur Garg tərəfindən yaradılmış Hindistanın film istehsalı ilə məşğul olan şirkətidir. Mumbayda yerləşən Luv Films bədii filmlər istehsal edir və yayımlayır və eyni zamanda da şirkət qısa müddət ərzində özünü hind kino sənayesində istehsalçılarından biri kimi təsdiqləmişdir. == Müəssisə == Luv Films 2012-ci ildə Luv Ranjan ilə Sonu Ke Titu Ki Sweety, Pyaar Ka Punchnama seriyalarının və Akaash Vani filminin ssenari müəllifi ilə rejissoru olmuş və eyni zamanda da Microsoft məzunu olan sahibkar Ankur Qarq tərəfindən təsis edilmişdir. Luv şirkətin yaradıcı qüvvəsi olmuş, Ankur isə biznes məsələlərini idarə etmişdir.
Lyoşa Rav
Lyoşa Rav, əsl adı Aleksey Vladimiroviç Roqojin (doğum tarixi: 7 mart 1909-ci il, Rusiya imperiyası, Simbirsakaya quberniyası, Buinski qəzası, Balaş-Nurusov k. — ölüm tarixi: 24 mart 1944, SSRİ, Ukrayna SSR, Droqobiç ş.) — çuvaş əsilli Sovet yazşçısı, SSRİ yarıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 7 mart 1909-cu ildə Rusiya imperiyası, Simbirskaya quberniyası, Buinski qəzası, Balabaş-Nurusov kəndində (hazırkı, Çuvaş Respublikası, Batırevski rayonu) anadan olmuşdur. Atası Balabaş-Nurusov kəndindən olan bir meşəbəyi olmuşdur. Anası Dunya Qordiyeva isə Malıe Karmalı kəndinin sakini olmuşdur (Balabaş-Nurusov kəndindən 5 km aralıda yerləşir). Lyoşa Rav uşaqlığını Malıe Karmalı və Balabaş-Nurusov kəndləri arasında yerləşən meşədə keçirmişdir. Malıe Karmalı yeddi illik kənd məktəbində təhsil almışdır. Artıq 16 yaşından etibarən təbiət haqqında şerlər yazmağa balamışdır. Şerlərini ad və soyadının baş həriflərindən ibarət olan təxəllüslə yazmışdır. 1936-cı ildə N. P. Oqaryov adına Mordoviya Dövlət Universitetini bitirmişdir.
RUM-2MB
RUM-2MB — kiçik ölçülü radio idarəedici–Bolqar istehsalının hədəfi. == Tarix == lk bolqar uzaqdan idarə olunan pilotsuz uçuş aparatlarının inkişafı 1965-ci ildə baş leytenant Milcho Yordanov kiçik ölçülü təyyarələrin manevr edilə bilən hava hədəfi kimi istifadə edilməsini təklif etdi, habelə öz dizaynlı bir təyyarənin radio idarəedici modelini təqdim etdi və imkanlarını nümayiş etdirdi.Fikir komandanlıq tərəfindən təsdiqləndi, ölkənin Hava Hücumundan Müdafiə İdarəsinin rəisi general Kozarev və Hava Hücumundan Müdafiə Təlimi İdarəsinin rəisi polkovnik Dikov Plovdiv şəhərindəki zenit-raket alayında radio idarəolunan hədəflərin inkişafı üçün bir qrup yaratmaq qərarını təsdiqlədi, Xüsusi Optika və Elektronika İnstitutu və DSO Metalhim radio nəzarət cihazlarının layihələndirilməsi tapşırıldı. 1966-cı ilin may ayında bir qrup kapitan Yordanov Plovdivdəki bir təyyarə təmiri zavoduna köçürüldü və hədəf təyyarələrinin seriyası istehsalına hazırlıqlara başladı. Prototiplərin bir sıra sınaq uçuşlarından sonra RUM-1 və RUM-2 hədəf təyyarələrinin dizaynları hazırlanmışdır. 1968-ci ildə ilk 16 təyyarə qoşunlara təhvil verildi: 12 ədəd RUM-1 (1,5 km-ə qədər olan 2 kq ağırlığında monoplan) və 4 ədəd RUM-2 (2 km-ə qədər 9 kq ağırlığında monoplan) və bir dəst dəst idarəetmə TX / RX-14, 1968-ci ilin oktyabr ayında kapitan Yordanovun dizayn və inkişaf qrupu PKTG-102 adını aldı. 1969-cu ildə təkmilləşdirilmiş bir model RUM-2M hazırlanaraq qəbul edildi. 1971-ci ildə Yavor-1 analoq idarəetmə aparatlarının yeni dəstini alan RUM-2MB modeli hazırlanmışdır. RUM-2MB hədəf təyyarəsi çox uğurlu oldu, Bolqarıstan silahlı qüvvələri üçün kütləvi istehsal və uzun illər ərzində ixracat üçün cəmi 1112 ədəd bu tip hədəf təyyarəsi istehsal edildi. 1973-cü ildə, pilotsuz uçuş aparatlarının yeni modellərinin hazırlanması həvalə olunan PKTG-102 bazasında bir tədqiqat və texnoloji institut yaradıldı. Bolqarıstan istehsalı olan RUM-2MB hədəf təyyarələri SSRİ-də Osa-AK zenit-raket sisteminin modernləşdirilmiş versiyasının Embensky təlim poliqonunda 1979-cu ilin sentyabr-dekabr aylarında keçirilən atəş zamanı istifadə edilmişdir.
RUR reytinqi
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Rev (dağ)
Rev — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Xaçin və Qarqar çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1309 m. Rev toponimik termin kimi bir çox xalqların dilində “astana”, “yüksəklik”, “sığınacaq”, “daşlı çöl” mənalarında işlənir. Oronimi “yuksəklik” kimi izah etmək olar.
Rev (Əsgəran)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur. Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
ПМА "В-1" və ПМА "В-2" aşqarları