Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Kim Şarma
Kim Şarma (ing. Kim Sharma; d. 21 yanvar 1980) — məşhur Hindistan aktrisası və modeli . == Həyatı == 21 yanvar 1980-ci ildə anadan olub.Onun əmisi oğlu, məşhur aktyor - Arjun Rampaldır.Üç bacısı var. Anası yaponiyalı atası hindistanlıdır.Ailəlidir.
Robin Şarma
Robin Şarma (16 iyun 1964, Port-Hoksberi[d], Yeni Şotlandiya) — kanadalı yazıçı. == Həyatı == Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının "Sən öləndə kim ağlayacaq?", "Superhəyat! 30 günlük həqiqi həyata səyahət", "Titulsuz lider" və "Ferrarisini satmış rahib" kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir.
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Sapma
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Yarma
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. == İstinadlar == Əhmədov Ə. I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Şarja
Şarja (ərəb. لشارقة ‎) — Birləşmiş Ərəb Əmirliklərinın üçüncü böyük şəhəri, Şarja əmirliyinin inzibati mərkəzi. Əhalisi — 801 004 (2008). Dubay və Əcmənlə birlikdə 3 132 181 nəfərlik aqlomerasiya yaradır.
Şaurma
Şavarma — Levant ərəb və türk ət bişirmə növü. Qoyun əti, toyuq əti, hinduşka əti, mal əti, dana əti, və ya qarışıq ətlər fırlanan şişə çəkilir və müddətcə bir gün olaraq qril ola bilər. Ətin taraşları boşqabda yeyilir və ya sandviç şəklində pita çörəyinin içində yeyilir. Şavarma Fatuş, Tabule, Tabun çörəyi, pomidor, soğan, cəfəri, kahı, kələm və xiyar ilə yeyilir. Sousları tahini, humus, şalğam və iti mango turşusundan ibarətdir. İndi bütün dünyada fəstfud kimi tanınır. Şavarma türk sözü olub, "çevirmə"-dən ərəb dilinə "şavarma" kimi keçmişdir.
Sara
Sara (film, 1992)
Konkona Sen Şarma
Konkona Sen Şarma (3 dekabr 1979, Yeni Dehli) hind aktrisasıdır. Bollivudun yeni simalarından biridir. O, rejissor Aparna Senin qızıdır. Dörd yaşında debüt etdikdən sonra 2001-ci ildə peşəkar karyerasına başlamışdır. O, müxtəlif Filmfare Mükafatlarını qazanmışdır. Onun ən məşhur filmləri “Metroda həyat” və “Gözlərdəki həqiqət” filmləridir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Karma (oxatan)
Karma (6 iyun 1990) — Butanlı oxatan. Karma Butanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Tuyana Daşidorjiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Karma rəqibinə 3:7 hesabı ilə uduzdu.
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.
Macropus parma
Parma vallabisi (lat. Macropus parma) — kenquru cinsinə aid heyvan növü.
Sarman rayonu
Sarman rayonu (tatar. Сарман районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimaldan Tukay, şimal-şərqdən Minzələ, şərqdən Müslim ilə, cənub-şərqdən Aznakay, cənub-qərbdən Almət, qərbdən Zəy rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi şəhər tipli Sarman kəndidir. == Coğrafiyası == Şərqi Zakamyenin aşağı şimal-şərq hissəsində, Minzələ və Mell çaylarının (İk çay hövzəsi) su toplama hövzəsində yerləşir. Ərazi meşə-çöl zonasındadır. Rayonun böyük qismi şumlanmış ərazinin çox yüksək faizi ilə xarakterizə olunur. == Tarixi == 1920-ci ilə qədər Sarman rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasının tərkibinə daxil idi. 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Sarmat zəngçiçəyi
Sarmat zəngçiçəyi - (lat. Campanula sarmatica) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi yoğun, dikduran, sadə ya da budaqlı, hündürlüyü 50 sm, tüklənmişdir. Kökyanı yarpaqları 10 sm uzunluqda, 3-5 sm enində, uzunsov və ya yumurtavari-uzunsov, ucları kütdür. Gövdə yarpaqları yumurtavari-uzunsov, qısa saplaqlıdır. Yuxarı yarpaqları oturaq, kiçik ölçülü, lansetvaridır. Yarpaqların hamısı iki tərəfdən keçəvari, kənarları dişlidir. Çiçəkləri 2,5-3 sm uzunluqda, salxımvari çiçəkqrupuda, tacı açıq mavi, bəzən ağ rəngdədir. Kasacığınn dişləri üçkünclansetvari, iti, çiçək tacından 2-3 dəfə qısadır. Qutucuq əyilmiş, toxumları açıq-boz, yumurtavari, yastılanmış, haşiyələnmişdir.
Sarna (Salmas)
Sarna və ya Sarnaq (fars. سرنق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 914 nəfər (223 ailə) yaşayır. Etnik baxımdan əhalisi Azərbaycan türklərindən ibarətdir.
Sayma gölü
Sayma gölü (fin Saimaa, isv. Saimen) — Finlandiyanın ən böyük gölü. Avropanın isə şirinsulu gölləri arasında dördündü göldür. Ölkənin cənub-şərqində yerləşir. Göl bir-biri ilə əlaqədə olan 8 iri və çoxlu sayla sayda su tutarının birləşməsi nəticəsində əmələ gəlmişdir. Gölün sahəsi 4400 km² təşkil edir. Sahil xətdinin uzunluğu 15 min km-dir. Göl daxilində 13710 ada vardır. Bu adaların ümumi sahəsi 1850 km²-dir. Göldən başlanğıcını götürən yeganə çay Vuoksadır.
Sayma nerpası
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir. == Yayılması və sayı == Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
Surma-Meqxna
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Sırma xatun
Sırma Xatun - türk və altay mifologiyasında əfsanəvi qadın. Yanında qırx qızdan ibarət olan dilbərlər vardır. Adı, boyu uzun Burla Xatun və saçı uzun Sırma Xatun şəklində (başqa bir xarakterlə birlikdə) əfsanələrdə keçir. Gözəl qadın anlayışı Türk əfsanələrimndə belə ifadə edilir: Küləkdə saz kimi yellənən, ipək saçlı, samur saçlı, saçı üç hörgülü, al yanaqlı, su kimi duru üzlü, qu kimi uzun boyunlu, incə belli, sərvi boylu... == Etimologiya == (Sır) kökündən törəmişdir. Parlaq gümüş tel deməkdir. Sır, şüşə mənasını verər.