Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Regent
Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası). == Tarixi == İlk dəfə regentlik İngiltərədə baş verib.Kral III Georq(1738 - 1820) ruhi xəstə olduğu üçün oğlu VI Georq(1762 - 1830) taxta çıxır.Və krallığı o idarə etməyə başlayır.Onun dövründə İngiltərə daha təkmilləşmiş, incəsənət , dizayn , moda və arxitektura və texnika daha çox irəliləmişdir.
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. == Tarixi haqqında == Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Xəfəng
Xəfəng — Pəncərənin və ya qapının üst hissəsi. Xəfəng pəncərə yerinın iki doldurulmasından biri adlandırıla bilər. Loru dilində xəfəng həmçinin pəncərə çərçivəsinin aşağı açılan (qatlanan) yuxarı hissəsini adlandırırlar, hansı ki, tez-tez uşaqların təhlükəsizliyi və yelçəkənsız havalandırma üçün istifadə olunur, çünki çöldəki soyuq hava enənken, tədricən istiləşilır. "Xəfəng" sözü qapılara münasibətdə istifadə edildikdə, adətən evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə və ya çardağa çıxmaq üçün tavandan açılan kiçik qapılara aiddir. Şüşəli xəfənglər otağı bəzəmək və işıqlandırmanı yaxşılaşdırmaq üçün xidmət edir.
Terens
Terens — ad. Terens Tao — avstraliya riyaziyyatçısı. Terens Hill — İtalyan aktyor, prodüser, ssenarist və rejissor. Terens Kemp Makkenna — Amerikalı müəllif, filosof.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7-ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. == Tarixi == Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. == Xarakteristikası == Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. == Növləri == Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Avtomatik tüfəng
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Fetəng döyüşü
Fetəng döyüşü — Nadir şah ilə Xivə xanlığının hökmdarı II İlbars xan arasında Nadirin Mərkəzi Asiya yürüşü çərçivəsində baş vermiş döyüş. == Arxa plan == Nadir Hindistanda olarkən Xivə xanlığını döyüşçüləri vaxtaşırı olaraq hücum edib Xorasanı yağmalayırdılar. Buna cavab olaraq Xorasanda olan nadir şahın vəliəhdi şahzadə Rzaqulu Mirzə Əfşar Mərkəzi Asiyaya yürüş etdi və qələbə qazandı. Lakin Nadir ona hücumlarını davam etdirmyə icazə vermədi. Çünki məqsədi geri dönüb öz komandanlığı altında daha iri həcmli yürüş həyata keçirmək idi. Nadir Hindistanda böyük qələbə qazanıb geri döndükdən sonra Mərkəzi Asiyaya yürüşə başladı. Onun hədəfində Buxara hakimi Əbülfəz xan və Xivə hakimi İlbars xan var idi. 1740-cı ilin sonlarında Əbülfəz xan məğlub edildi. Nadirə məğlub olduqdan sonra tabe olacağını bildirən Əbülfəz xanın başına Türküstan hökmdarlığı şahı qoyuldu. Belə bir təklif İlbars xana edilsə də, o, bu təklifi rədd etdi.
Gəşəng qayışləçək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən, əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir. Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək kimi işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. == Yayılmasıvə Sayı == Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. == Botaniki təsviri == Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng qızılçətir
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Qəşənq xırdaləçək
Qəşənq xırdaləçək- (lat. Erigeron venustus) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi düz, 10-40 sm hündürlükdə, sadə, bəzən 2-3 budaqlı, az yarpaqlı, tükcüklüdür. Kökyanı yarpaqları uzunsov və ya lansetvari-çəlovvari, ucu biz, bəzən küt, gövdə yarpaqları oturaqdır. Səbətləri 1-2 sm enində, yarımkürəvari, tək-tək gövdənin təpəsində yerləşir. Sarğısı tüklü, vəzili, boz və ya al qırmızı rəngdədir. Kənar çiçəkləri 1 mm enində dardilcikli, əlvan çəhrayı, orta çiçəkləri boruvari sarı rəngdədir. Toxumcaları 2–3 mm uzunluqda, zəif tüklüdür; kəkili toxumcadan 2 dəfə uzun, qəhvəyitəhər tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Yüksək dağ çəmənlərində, töküntü və qayaların üzərində bitir.