Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miho
Miho — Yaponiya qadın adı. Miho Manya — Yaponiya qadın futbolçusu. Miho Fukumoto — Yaponiya qadın futbolçusu. Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Tiso
Tiso — Linyphiidae fəsiləsinə aid hörümcək cinsi.
Tito
Tito — kişi adı. Tito Qobbi — İtalyan opera bariton müğənnisi. Tito Vilanova — keçmiş ispaniyalı futbolçu. Tito Cekson — Amerikalı müğənni-mahnı müəllifi. İosip Broz Tito — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi.
Şiho
Şiho — ad. Şiho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Tomari — Yaponiya qadın futbolçusu. Şiho Oqava — Yaponiya qadın futbolçusu. Şiho Onodera — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Kohata — Yaponiya qadın futbolçusu.
İHO
İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. == Tarix == İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır. 3-cü dəfə oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi. == İdman növləri == İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunur. == Medal sayı == Aşağıda İslam Həmrəyliyi Oyunları turnirlərində medal cədvəli göstərilib.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. == Həyatı == 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
Miho Fukumoto
Miho Fukumoto (d. 2 oktyabr 1983) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 81 oyun keçirib.
Miho Kaneda
Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Miho Manya
Miho Manya (d. 5 noyabr 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Miho Takeda
Miho Takeda (武田美保, Takeda Miho, 13 sentyabr 1976, Kioto) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Miho Takeda Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takeda Olimpiadanın bürünc medalına sahib olub.
Riho Sakamoto
Riho Sakamoto (7 iyul 1992, Toçiqi prefekturası) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tibo Kurtua
Tibo Nikolya Mark Kurtua (11 may 1992) — İspaniya və dünya futbol tarixinin ən titullu klublarından biri, La Liqa klublarından olan Real Madriddə və Belçika millisində qapıçı mövqeyində çıxış edən Belçikalı peşəkar futbolçudur. Kurtua Genk klubunun futbol akademiyasını bitirib və artıq 18 yaşında komandasının Belçika çempionluğunu qazanmasında əsas rol oynadı. 2011-ci ilin iyul ayında 8 milyon funt sterlinq qarşılığında Çelsiyə transfer olundu və elə həmin il oyun praktikası toplaması üçün dərhal Atletiko Madridə icarəyə verildi. Buradakı üç mövsümdə 2012-ci ildə UEFA Avropa Liqasını, 2013-cü ildə Copa del Reyi və 2014-cü ildə İspaniya çempionluğunu qazandı. Son iki mövsümdəki göstəricilərinə görə La Liqada ən yaxşı qapıçıya verilən Rikardo Zamora mükafatını qazandı. Kurtua 2014-cü ilin iyulunda Çelsiyə qayıtdı və komandasına ilk mövsümündə Liqa Kubokunu və Premyer Liqa çempionluğunu qazanmalarında kömək etdi. İki il sonra Çelsinin yenidən liqanı qazanmasındakı uğurlarına görə Premyer Liqanın Qızıl Əlcəyi mükafatını qazandı. 2018-ci ildə İspaniya nəhəngi Real Madrid Kurtuanı 35 milyon funt-sterlinqə transfer etdi və Atletiko Madridin transfer etdiyi Yan Oblakın transfer məbləğini üstələyərək La Liqanın ən bahalı qapıçısı oldu. 2019-2020 sezonunda ikinci dəfə La Liqa çempionluğunu və üçüncü Zamora mükafatını qazandı. Tibo Kurtua beynəlxalq səviyyəli debütünü 2011-ci ilin oktyabrında etdi və Belçika millisini təmsil edən ən gənc qapıçı oldu.
Tiko Torres
Tiko Torres (ing. Tico Torres; əsl adı Hector Samuel Juan "Tico" Torres) — ABŞ musiqiçisi, Bon Jovinin zərb alətləri ifaçısı olan kubalı — italiyalı Hektor və Emma Torreslərin ailəsində dünyaya gələn Tiko Torresin əsl adı Hektor Samuel Juan Torresdir. Nyu-Cersidə böyüyən Torres, JFK Memorial liseyini bitirmişdir. Caz musiqi dinlədiyi dövrlərdə Joe Morello ilə işləyən Tiko Torresin təsirləndiyi sənətçilər arasında John Coltrane, Elvin Cons, Led Zeppelin və The Beatles kimi musiqiçilər və musiqi qrupları var. Ləqəbi Hitman olan Tiko Torres, 1983-cü ildə Bon Joviyə qatılmadan əvvəl aralarında, Franke and the Knockouts, Pet Benatar, Çak Beri, Şer, Alice Cooper və Stevie Nicks kimi adların olduğu musiqiçilərlə həm studiya həm də canlı performanslarda işləmiş və cəmi 26 albomda yer almışdır. 1983-cü ildə Bon Jovi'nin qurulması ilə birlikdə ilk həyat yoldaşından ayrılan Tiko Torres, 1996-cı ildə Çex top model Eva Herzigova ilə evlənmişdir. Nyu Cersidə baş tutan toya cütlüyün ailələri, Donald Trump və Bon Jovi üzvləri kimi məşhurların da arlarında olduğu yaxın yoldaşları gəlmiş, cütlük məşhur toy rəqsini isə Bon Jovi'nin canlı Always mahnısının sədaları altında etmişdir. 1998-ci ildə Eva Herzigova'dan ayrılan Torres, 2001-ci ilin sentyabrında Maria Alejandra ilə evlənmişdir. Cütlük, 9 yanvar 2004-cü ildə doğan oğullarının adı Hector Aleksandr qoydu. Musiqidən əlavə rəssamlıq edən Tiko Torresin ilk sərgisi Nyu-Yorkdakı Ambassador Galleries'də reallaşdı.
Tilo Kehrer
Tilo Kehrer (21 sentyabr 1996[…], Tübingen[d], Baden-Vürtemberq) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Kehrer Şalke 04 akademiyası vasitəsilə inkişaf etmişdir. O, Bundesliqada debütünü 6 fevral 2015-ci ildə Volfsburq klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 1 aprel 2017-ci ildə Borussiya Dortmund klubuna qarşı derbi oyununda vurmuş və komandası rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. 5 may 2018-ci ildə Kehrer dublla yadda qalmış və Şalke 04 klubu Bundesliqanın 2017–18 mövsümünü ikinci yerdə başa vurmuşdur. Klub 2018–19 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etmək hüququ əldə etmişdir. 16 avqust 2018-ci ildə Kehrer 37 milyon avro qarşılığında Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Kehrer Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Tilo 2017-ci ildə Almaniya U-21 millisi ilə Avropa çempionatında çempion olmuşdur. O, Kosovo, Azərbaycan və İsrail millilərinə qarşı oyunda millinin kapitanı olmuşdur.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Timo Stavitski
Timo Stavitski (17 iyul 1999) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda hücumçu kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == Stavitski 2017-ci ilin əvvəlində Veikkausliqa klublarından olan RoPS klubuna transfer olmuşdur. O, peşəkar karyerasında ilk qolunu İnter Turku klubuna qarşı oyunda vurmuş və komandası 2–6 hesabı ilə məğlub olmuşdur. 2017-ci ilin dekabr ayında Barselona klubunda baxışdan keçdikdən sonra Stavitski Liqa 1 təmsilçilərindən olan Kann klubuna transfer olmuşdur. == Karyera statistikası == 17 Fevral 2018 tarixində yenilənib 1Finlandiya və Fransa Kuboku görüşləri daxildir. 2Finlandiya və Fransa Liqa Kuboku görüşləri daxildir.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Tiso camillus
Tiso camillus — Tiso cinsinə aid hörümcək növü. Azərbaycanın endemik canlısıdır.
Tito Cekson
Toriano Adarill "Tito" Cekson (15 oktyabr 1953, Geri, İndiana) — Amerikalı müğənni-mahnı müəllifi və gitara ifaçısı. Maykl Ceksonun qardaşıdır.
Tito Jackson
Toriano Adarill "Tito" Cekson (15 oktyabr 1953, Geri, İndiana) — Amerikalı müğənni-mahnı müəllifi və gitara ifaçısı. Maykl Ceksonun qardaşıdır.
Tito Qobbi
Tito Qobbi (24 oktyabr 1913[…] – 5 mart 1984[…], Roma) — İtalyan opera bariton müğənnisi. Opera səhnəsində ilk çıxışı 1938-ci ildə Romada olmuşdur. 1942-ci ildən La Skala teatrının solistidir. 1947-ci ildən bir çox ölkənin məşhur teatrlarında (Metropoliten opera, Qrand-opera və s.) çıxış etmişdir. Dünyanın müğənnilərindən olan Qobbi geniş diapazonlu gözəl səsə malikdir. Onun ifaçılığı üçün vokal partiyaların kamilliyi, yüksək üslub duyumu, müstəsna artistlik məharəti səciyyəvidir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1979.
Tito Vilanova
Tito Vilanova (17 sentyabr 1968-25 aprel 2014) — keçmiş ispaniyalı futbolçu və Barselonanın baş məşqçisi. Futbolçuluq karyerasında mərkəz yarımmüdafiəçisi mövqeyində oynamışdı. == Həyatı == === Ölümü === Xərçəng müalicəsi görən köhnə Barcelona Texniki Direktoru Tito Vilanova 25 Aprel 2014 Cümə günü həyatını itirmişdir. == Faliyyəti == Vilanova, futbol karierinə Barcelonanın infrastrukturunda başlamışdır. 1988-ci ildə Barcelonanın B komandasında peşəkar futbola başlamış və 2 il bu komandada forma geymişdir. Daha sonra, doğulduğu bölgənin komandası olan Figueres, Celta Vigo, Badajoz, Mallorca, Lleida, Elche və Gramenet komandalarında forma geymişdir. 2002-ci ildə Gramenet'te futbolu buraxmışdır. === Texniki direktorluq karieri === Vilanova, Terrassa'da idarəçi olaraq çalışdıqdan sonra Barcelona B-köməkçi texniki direktorluğa başlamışdır. 2008-ci ildə Josep Guardiola, Barça'nın texniki direktoru olunca Vilanova, Barcelonada köməkçi texniki direktor olaraq vəzifəyə başlamışdır. 19 İyul 2013 günü Barcelona Başçısı Sandro Rosell və İdman Direktor Andoni Zubizarreta, Vilanova ilə yolların ayrıldığını rəsmi olaraq eşitdirdi.
Tixo Brahe
Tyge Ottesen Brahe (14 dekabr 1546[…] – 24 oktyabr 1601[…], Praqa, Bohemiya, Müqəddəs Roma imperiyası) — Danimarkalı kimyagər, astronom və münəccim. Zadəgan ailəsində dünyaya gələn Tixonun atasının qalası var idi və çox nüfuzlu biri idi. Dünyaya gəlməsindən əvvəl atası onu əmisi Jorgenə verəcəyini demişdi amma, dünyaya gələndən sonra tası bu fikrindən daşınır. Danimarka donanmasında zabit olan əmisi Tixonu qaçırdır. == Universitet illəri və astronomiya ilə ilk tanışlıq == Tixonun həyatı 21 avqust 1560-cı ildə dəyişdir. O Kopenhagen universitetində olarkən günəş tutulmasının şahidi olur və bu onda böyük maraq oyadır. Əmisi onu Danimarkada önəmli siyasi xadim etmək fikridə olduğu üçün 1562-ci il fevralda onu Leypsiq (Leipzig. Germany) Universitetində hüquq oxumağa göndərdi. Səhərlər hüquq oxuyan Tixo gecələri astronomiya ilə məşğul olur, müşahidələr aparırdı. Leypsiq Universitetində Tixo ilk müşahidələrinin qeydlərini aparmağa başladı.
Şiho Kaneda
Şiho Kaneda (d. 11 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şiho Kohata
Şiho Kohata (d. 12 noyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
ИХР-388 aşqarı
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.