Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızıl unitaz
Qızıl unitaz (italyanca: Bidone d’oro) — İtaliya A seriyasının ən bərbad futbolçusuna verilən mükafat. == Bütün qaliblər == İl ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən oyunçuya verilən mükafat 2003-cü ildə təsis olunub. İndiyədək Rivaldo (2003-cü il), Nikola Leqrottalye (2004-cü il), Kristian Vyeri (2005-ci il), Adriano (2006-cı və 2007-ci illər) və Rikardu Kuarejma (2008-ci il) "Qızl unitaz"a "layiq görülüb". 2009-cu ildə isə bu mükafata Yuventus klubunun futbolçusu Felipe Melo layiq görülüb.
Unitar dövlət
Dövlət — vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir. Unitar dövlət (latın dilində "unus" - "vahid", "tək" deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə aşağıdakı xüsusiyyətlər xasdır: Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası Vahid hüquqi sistem Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi. Unitar dövlətin iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur. (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipə elə unitar dövlətlər aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir. Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur.
Anataz
Anataz — mineral, TiO2 == Haqqında == Anataz - tetraedrik. Krisralları dipiramidal, lövhəvari və prizmatik. Ayrılma {001} və {011} üzrə mükəmməl. Rəngi qonur, qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,9. Tək-tək dənələr şəklində peqmatit və şistlərdə, alp tipli damarlarda, səpintilərdə və boksitlərdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
UNIVAC
UNIVAC ( Universal Avtomatik Kompüter ) ing. Universal Automatic Computer Eckert-Mauchly Kompüter Korporasiyasının məhsulları ilə başlayan elektron rəqəmsal saxlanan proqramlı kompüterlər xətti idi. Daha sonra bu ad Remington Rand şirkətinin bölməsinə və onun davamçısı təşkilatlara şamil edildi. Eckert-Mauchly Kompüter Korporasiyası tərəfindən qurulan BINAC kommersiya məqsədli ilk ümumi təyinatlı kompüter idi, lakin bu , uğur qazanmadı. Sonuncu UNIVAC nişanlı kompüter 1986-cı ildə istehsal edilmişdir.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Unity
Unity - Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Ukıyaz (Şaran)
Ukıyaz (başq. Уҡыяҙ, rus. Укияз) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 20 km, kənd sovetliyindən (Durtüylü): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (87%) üstünlük təşkil edir.
Unikal (jurnal)
Unikal (jurnal) — beynəlxalq ictimai fənlərarası elmi-tədqiqat jurnalı. == Jurnal haqqında məlumat == Unikal jurnalı 2014-cı ildən bir dildə – azərbaycan dilində nəşr olunur. Jurnalın təsisçisi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərdir. Jurnalın ad və ideya müəllifi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərə məxsusdur. Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "neft kapitalı"nı "insan kapitalı"na çevrilməsi istiqamətində görülən işlərin məntiqi davamı kimi humanistlik, sosial, eyni zamanda praqmatik evristikdir. Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, məsul katibi və internet saytının rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Mirafərin Seyidovdur. Jurnalda nəşr olunan məqalələrin 2 dildə - rus və ingilis dillərində rezumələri verilir. Jurnalın redaksiya şurasına ölkəmizdən hüquq el.d. Ziyafət Əsgərov, AMEA-nın vitse priezidenti İsa Həbibbəyli, tarix e.d.prof.Əli Həsənov, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, akademik ismayıl Hacıyev, akademik Ziyad Səmədzadə, akademik Teymur Kərimli, hüq.ü.f.d. Əli Hüseynli və digər ölkələrdən Rusiya, Ukrayna, Türkiyə, Fransa bir çox məşhur alimlər Bülent Arınç, professor Dr.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
Unit
Unit — Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda feminizm və LGBTQ+ mövzularına diqqət yetirən jurnalistlər və fəalların beynəlxalq media şəbəkəsidir. Onun məqsədi jurnalistlər, fəallar, media və insan hüquqları məsələləri ilə məşğul olan təşkilatlar və təcrid olunmuş icmalar arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq qurmaqdır. Kvir mövzularında müzakirələri davam etdirmək üçün seminarlar və təcrübələr təklif edilir, media və tədqiqat layihələri həyata keçirilir. Unit, jurnalistləri beynəlxalq səviyyədə birləşdirən, araşdırmaları dəstəkləyən və araşdırma jurnalistikasını gücləndirən Berlində yerləşən n-ost media QHT-nin bir hissəsidir. == Tarix == 2018-ci ildə jurnalist Əli Feruzun (Novaya Gazeta) təşəbbüsü ilə Unit Berlində yerləşən jurnalistika şəbəkəsi n-ost tərəfindən hazırlanmışdır. 2023-cü ilin oktyabr ayında Polşanın Krakov şəhərində şəbəkənin toplantısında "Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdan kvir hekayələr" adlı kitabın təqdimatı keçirildi. == Layihə ölkələri == Unit kollektivi hesab edir ki, həmrəylik istənilən real dəyişikliyin baş verməsinin açarıdır. Təşkilat 10 ölkədən olan jurnalistlərlə birgə çalışır. Əhatə dairəsinə qeyd edilən regionlardan aşağıdakı ölkələr daxildir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Unit LGBTQ+ məsələləri ilə işləyən fəallar və müdafiəçilərlə müttəfiq olur, təhsil, jurnalist və tədqiqat layihələri bağlı müzakirələri genişləndirməyə çalışır.
Anita Ekberq
Anita Ekberq (isv. Kerstin Anita Marianne Ekberg; 29 sentyabr 1931, Malmö — 11 yanvar 2015, Rokka-di-Papa) — İsveç aktrisası və fotomodeli. == Həyatı == Ekberqin Hollivud karyerası 1951-ci ildə İsveç gözəli qismində Dünya Gözəllik müsabiqəsində iştirak etmək üçün ABŞ-yə gəlməsindən sonra başlayıb. O, Con Ueyn, Frank Senatra, Bob Hop və Henri Fonda kimi Hollivud ulduzları ilə filmlərdə çəkilib və 1956-cı ildə ən perspektivli gənc aktrisa kimi Qızıl Qlobus mükafatının qalibi olub. Anita Ekberq Trevi fontanında məşhur səhnələri ilə tanınan “La Dolce Vita” filmindəki roluna görə dünya şöhrətli kino ulduzuna çevrilmişdir. 1960-cı ildə italiyalı rejissor Federiko Fellininin çəkdiyi klassik “La Dolce Vita” filmində rolu ilə məşhurlaşan isveç aktrisası Anita Ekberq 83 yaşında vəfat edib.
Anita Görbits
Anita Görbits (mac. Anita Görbicz; 13 may 1983, Vesprem) ― "Dyör Audi ETO" klubunda çıxış edən Macarıstan həndbolçusu. Beynəlxalq Həndbol Federasiyası onu 2005-ci ilin ən yaxşı həndbolçusu seçdi. O, bütün dövrlərin ən yaxşı qadın həndbolçularından biri kimi tanınır. beynəlxalq səviyyədə "Həndbolun kraliçası" adlandırılmışdır. O, Dyör şəhərinin fəxri vətəndaşıdır. == Karyerası == === Klub === Anita Görbits 1993-cü ildə 10 yaşındaykən karyerasına Macarıstanın" Dyör Audi ETO" klubunda başlamışdır. O, klubun əsas üzvünə çevrildi və yoxluğu kluba nəzərəçarpacaq mənfi təsir göstərirdi. "ETO" ilə Görbits bir neçə dəfə Macarıstan çempionatı və kubokunu qazandı. Avropa səviyyəsində Kubok Qalibləri Kuboku və Avropa Həndbol Federasiyası (AHF) Kuboku turnirlərin final mərhələsinə yüksəldi.
Anita Mulenqa
Anita Mulenqa (3 may 1995, Zambiya) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Mulenqa 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Anita Qaçe
Anita Qaçe (d. 14 aprel 1984; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Anita Qaçe Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Anita Raçvelişvili
Anita Raçvelişvili (gürc. ანიტა რაჭველიშვილი, 28 iyun 1984, Tbilisi) — Gürcüstanın Mezzo-soprano səs tembrli opera ifaçısıdır. Xüsusilə "Verdini" ifa etdiyi üçün məşhurdur. Dirijor Rikardo Muti 2018-ci ildə onun haqqında demişdi: "O, şübhəsiz ki, bu gün planetdə ən yaxşı Verdi mezzo-soprano ifaçısıdır". O, həmçinin Jorj Bizenin Karmen operasını ifasına görə tanınır. == Təhsil və karyera == Anita Raçvelişvili əvvəlcə Muxran Maçavariani adına musiqi məktəbində fortepiano çalmağa başlayıb. O, Tbilisi Konservatoriyasına daxil oldu və burada Manana Eqadzenin vokal dərslərini alır. Konservatoriyada təhsil aldığı illərdə, o, Gürcüstan Opera və Balet Teatrında Riqolettada Maddalena hissəsini ifa edib. Musiqi təhsilini Milandakı La Scala Akademiyasında davam etdirdi. La Scala Teatrının direktoru Daniel Barenboim Karmen operasının yeni formada səhnə çıxışına Anitanı əsas rol oynamağa dəvət etdi. 2009-cu ildə səhnələşdirilən bu opera bir çox ölkələrdə nümayiş olundu və Anitaya dünya şöhrəti qazandırdı.
Inga unica
Inga unica (lat. Inga unica) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. == Bioqrafiyası == BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. == Fəaliyyəti == 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.