Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ülgüc
Ülgüc (Ağsu)
Ülgüc (Ağsu)
Ülgüc — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Ülgüc (fəlsəfə)
Ülgüc — fəlsəfədə prinsipdir, hansı ki, müxtəlif fenomenlər üçün azehtimallı izahatları nəzərə almamağa ("qırxmağa") icazə verir. Ülgüclərin nümunələri: Okkam ülgücü: Bir-birinə zidd fərziyyələr toqquşanda daha az sayda fərziyyələrə əsaslananı seçmək lazımdır ki, bu onun yoxlanmasını sadələşsin. "Ehtiyac olmadan müddəaları artırmaq lazım deyil." Henlon ülgücü: "“Axmalqlığın nəticəsi kimi izah oluna bilən şeyləri bəd niyyətlə izah etməyin." Hitçens ülgücü: Sübutsuz iddia olunan məsələ, sübutsuz da rədd oluna bilər. Mayk Alder ülgücü: Əgər nəyisə eksperiment və ya müşahidə yolları ilə müəyyənləşdirmək olmursa, onda o, müzakirələrə layiq deyil. Popperin saxtalaşdırma prinsipi: Nəzəriyyə elmi hesab olunması üçün saxtalaşdırılmalıdır. Ayn Rand ülgücü: Xüsusi ehtiyac olmadan müddəalar artırılmamalıdılar və nəticə kimi müddəalar ehtiyac olmadan birləşdirməməlidilər. Saqan standartı: Fövqəladə iddialar fövqəladə sübut tələb edir.
Ülgüc bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ülgüc üzərində qaçan
Ülgücün üzəri ilə qaçan (ing. Blade Runner) — elmi fantastika janrında çəkilmiş 1982-ci il istehsalı film. Ridley Scottun 4-cü filmidir. Film Filip Dikin "Do Androids Dream of Electric Sheep?" adlı hekayəsi əsasında çəkilmişdir.
Henlon ülgücü
Henlon ülgücü - Bir hadisəni açıqlayan zaman həqiqətə uyğun olmayan izahatları istisna etməyi məsləhət bilən deyimdir. Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma. Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Eyni ideyanı daşıyan deyimlər daha əvvəl də mövcud olmuşdur.
Hitçens ülgücü
Hitçens ülgücü (ing. Hitchens's razor) — yazıçı Kristofer Hitçens tərəfindən ifadə edilən epistemoloji ülgücdür və iddianın həqiqiliyinə dair sübut yükünün iddianı irəli sürənə aid olduğunu ifadə edir. Bu öhdəlik yerinə yetirilmirsə, iddia əsassızdır və iddianın opponentlərinin onu rədd etməsi üçün daha çox müzakirəyə ehtiyacları yoxdur. Hitçens ülgücü "Dəlil olmadan iddia edilə bilən, dəlil olmadan rədd edilə bilər" şəklində ifadə etmişdir. == Mənşə == Jurnalist, müəllif və məşhur ateist Kristofer Hitçens in adını daşıyan konsepsiya, Okkkamın ülgücünə bənzəyir. Ülgüc Hitçensin 2007-ci ildə nəşr olunan Tanrı Böyük deyil: Din Hər Şeyi Necə Zəhərləyir adlı kitabında yer alır. Fövqəladə olmayan iddialara belə baş vurmaq yerinə, Saqan standartından ("Fövqəladə iddialar fövqəladə dəlil tələb edir") daha güclü bir mövqe tələb edir. Ülgüc 19-cu əsrdə istifadə olunan quod grātīs asseritur, grātīs negātur (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir. == Həmçinin bax == İblislərlə dolu dünya.
Okamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okhamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okkam ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Göybəy Uluç
Göybəy Uluç (türk. Gökbey Uluç) — türk əsilli yazıçı, bir neçə roman müəllifi. 1988-ci ildə İğdırda doğulub. 2011-ci ildə yazdığı hekayələr XXI əsrin ən yeni türk ədəbiyyat nümunəsi olaraq qəbul edilib. == Kitabları == Dede Korkut Betiği (Dədə Qorqud Kitabı), 640 s. 2015 İstanbul Göktürkçe Öğreniyorum (Göytürk dili Öyrənirəm), 164 s. 2014 Bakı Irk Bitig, 120 s. 2013 Bakı Ustan Gönüle (Ağıldan Könülə), 208 s. 2013 İstanbul Yazışmalık (Yazışmalıq), 300 s.
Ülgüc üzərində qaçan 2049
Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — Denis Vilnoevin rejissorluğu ilə 2017-ci ildə şəkilmiş epik, neo-noir, elmi fantastika filmi. Filmin senari müəllifəri Hempton Fençer və Maykl Qrindir. Bu 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Baş rollarda Rayan Qoslinq, Harrison Ford, Ana de Armas və başqaları çəkilib. Filmdə Rayan Qoslinq "blade runner" kimi çalışan K adlı personajı canlandırır. Onun vəzifəsi replikant kimi tanınan yaramaz androidləri ovlamaqdan ibarətdir. Missiyalarından biri zamanı K cəmiyyət və sivilizasiyanın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır. “Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsi ilə bağlı danışıqlar 1990-cı illərdə başlamışdır, lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane oldu. Endryu Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın alırlar.
Alqua
Algua (it. Algua) — İtaliyada kommuna, Lombardiya bölgəsində, Berqamo əyalətindədir. Əhalisi 747 nəfərdir (2008), əhalinin sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın hamisi Müqəddəs Məryəm (Santa Maria del Carmelo) hesab olunur. Hər il 16 İyulda onun şərəfinə bayram təşkil edilir.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Külüç
Külüç (az-əbcəd. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Qoğuç
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Ulmus
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Uqliç
Uqliç — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Uyğun
Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 1 (14) may 1905, Merke, Cambul vilayəti – 22 aprel 1990, Daşkənd) — Özbək şairi və ictimai xadimi. == Həyatı == Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir.
Uyğur
Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin] Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir. == Tarixi == Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub. ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar.
Uçqun
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Türkiyənin dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır. == Geomorfoloji termin == Uçqun – (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Uçquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.