Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Calğan
Aşağı Calğan
Bağlan
Bəğlan vilayəti
Çağan
Birinci Çağan
Aşağı Calğan
Aşağı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,139 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi müsəlmanlardan ibarətdir.
Calğan dağı
Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir. == Coğrafi yerləşmə == Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir. == Geologi quruluşu == Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edir. == Bitki örtüyü == Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.
Daşlı Çalğan
Daşlı Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Daşlı Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim daşlı və Çalğan (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq ərazidə olan Çalğan kəndi" mənasındadır. Oykonimin birinci komponenti kəndi rayonun ərazisində olan Orta Çalğan kəndindən fərqləndirməyə xidmət etməklə yanaşı, kəndin ərazisini relyef cəhətdən təyin edir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 170 nəfərdir.
Orta Çalğan
Orta Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Orta Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi eyniadlı digər kəndlərdən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsilə­sinin ətəyində, dəniz səviyyəsindən 522 metr yüksəklikdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 54 nəfərdir.
Yuxarı Calğan
Yuxarı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 746 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir. == Mənbə == Единый школьный портал Министерства образования и науки Республики Дагестан: средняя школа села Верхний Джалган Дербентского района Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine: История образования села Джалган.
Çaylan (Xoy)
Çaylan (fars. چاليان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (135 ailə).
Şağlan (Hurand)
Şağlan (fars. شغالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (14 ailə).
Bağlan (Duzluca)
Bağlan — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Gülabi kimi qeyd olunur.
Ağlan (Sərdəşt)
Ağlan (fars. اغلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 519 nəfər yaşayır (93 ailə).
Birinci Çağan
Birinci Çağan — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Çağan kəndi Şamaxı rayonu Dədəgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var. 1886 il əhalini siyahıyaalma sənədində Şamaxı qəz. Böyük Çağan (60 ailə, 489 nəfər) kənd adı qeydə alınmışdır. Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk-monqol dillərində “ağsu” deməkdir. Q.E.Markov Çağanın oğuzların bır hissəsi olduğunu qeyd edir.
Canet Caqan
Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. == Həyatı == Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur). == Fəaliyyəti == 1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur.
Cağan (Şot)
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Çaqan gölü
Çaqan gölü (və ya Bakapan) (qaz. Шаған) — Qazaxıstan ərazisində yerləşən göl. Göl insan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Bəzən gölü «atom gölü» olaraq adlandırırlar. Gölün ümumi həcmi təxmini olaraq 100 000 m³ olaraq qiymətləndirilir. Göldə radioaktiv çöküntülər çox olduğundan suyunun tərkibi radioaktivdir. Gölün əsas mənbəyi İrtış çayının qollarından biri olan Çaqan çayıdır. Radioaktiv çöküntülər səbəbindən çayın və onun axdığı ərazilərdə yaşayış üçün təhlükələr yaradır. Göl inzibati cəhətdən Qazaxıstanın Şərqi Qazaxıstan vilayəti ərazisində yerləşir. == Tarixi == SSRİ atom proqramına görə Çaqan çayının yatağı yaxınlığında yeratlı atom sınağı həyara keçirilməsi planlaşdırılır.
Çağan Irmak
Çağan İrmak (4 aprel 1970, Səfərihisar, İzmir ili) - türk rejissor və ssenarist. == Həyatı == 4 aprel 1970-ci ildə İzmirdə anadan olub.
Çağla Böyükakçay
Çağla Böyükakçay 1989-cu ilin sentyabr ayının 28-də Adanada anadan olmuşdur. Böyükakçay Grand Slam turlarında iştirak edən və qalib olan yeganə qadın türk tennisçisidir. 2010-cu ildə Amerikada Açıq tennis turunda iştirak etmiş və Grand Slam uğrunda mübarizə aparmışdır. 2011-ci ildə Fransada Açıq, Vimbledon və Avstraliya Açıq turlarında iştirak etmiş və yer tutmuşdur. 2016-cı ildə Fransa açıq tennis turlarında iştirak etmiş və layiqli yerlərdən birini tutmuşdur. O bu tabloya adını yazdıran ilk qadın tennisçidir. Böyükakçay Reskarada keçirilən 2009 Ağdəniz oyunlarında gümüş medala sahib olmuşdur. 2013-cü ildə ölkəsinin ev sahibliyi etdiyi Ağ dəniz oyunlarında həm tək, həm də cüt (Pemra Özgən ilə) qızıl medalı qazanmışdır. Çağla Böyükakçay Qadınlar turnirinin ikinci turunda dünya çempionu Şarapovanı 2-0 hesabı ilə qalib gəlmiş və 3-cü tura keçmişdir. Rio de janero şəhərində 2016-cı ildə Olimpiya oyunlarında iştirak etmiş və türkiyəni təmsil edən ilk tennisçi qadın olmuşdur.
Çağla Şikel
Çağla Şikel — Aktrisa, model. == Həyatı == Çağla Şikel 1979-cü ildə İstanbulda Qarslı bir azərbaycanlının ailəsində dünyaya gəlib. Anası Adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. Sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.
Çeddi Caqan
Çeddi Berret Caqan [22.3.1918, Britaniya Qvianası (indiki Qayana), Port-Murant – 6.3.1997, Vaşinqton] — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. == Həyatı == ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir. == Fəaliyyəti == 1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.
İkinci Çağan
İkinci Çağan – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İkinci Çağan Şamaxı rayonunun Dədəgünəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd əhalisi 194 nəfərdir ki, onunda 96 nəfəri kişi, 97 nəfəri isə qadınlar təşkil edir.
Behçət Kamal Çağlar
Behçət Kamal Çağlar (türk. Behçet Kemal Çağlar; 23 iyul 1908, Ərzincan, Ərzurum vilayəti – 24 oktyabr 1969, İstanbul) — türk şairi və siyasətçisi. O, Faruq Nafiz Çamlıbel ilə birlikdə 1933-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə yazılmış "Onuncu il" marşının müəllifidir. == Həyatı == Cümhuriyyət dövrünün məşhur şairlərindən olan Behçət Kamal Çağlar Ərzincanda varlı ailədə anadan olub. O, Kayserinin Şabanbəyzadələr kimi tanınan məşhur ailəsindən Şaban Həmdi bəyin oğludur. 1908-ci ildə atasının məmur olduğu Ərzincanın Təpəcik kəndində anadan olub. Atası Kayserinin Bünyan şəlaləsi sahilində məskunlaşan Burunquz adlı türkmən tayfasından, anası isə Balıkəsirdə Çepni köçərilərindən Kolağası Əhməd Ağanın qızıdır. Behçət adı ona atasının əmisinin adı kimi, Kamal isə azadlıq qəhrəmanı Namiq Kamalın şərəfinə qoyulub. 1913-cü ildə Behçət Kamal Boluda İmaret İbtidai məktəbində təhsil almağa başlayıb. Hələ ibtidai məktəb illərində babasından miras qalan istedadı ilə şeir əzbərləməyə, oxumağa həvəs göstərən Behçət Kamalı müəllimləri məktəb bağçasında hündür yerə qaldırır, atasının əzbərlədiyi şeirləri oxutdururdular.
Səmra Çağlar Gökalp
Səmra Çağlar Gökalp (1988, Bitlis ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Səmra Çağlar Gökalp 1988-ci ildə Bitlis ilində anadan olub. Van Yüzüncü İl Universiteti İngilis dili və Ədəbiyyatı Bölməsindən məzun olub. Mübadilə proqramı çərçivəsində Birləşmiş Ştatların Texas Universitetində təlimlərdə olub. Merilend Qadınlar Komissiyasında (Maryland Commission for Women) müşahidəçi olub. Van Şəhər Bələdiyyəsində Avropa İttifaqı və Xarici əlaqələr şöbəsində çalışıb. 2019-cu ildə bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılmasından sonra tutduğu vəzifədən azad edilib. İnsan Hüquqları Dərnəyində İdarə Heyətinin üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Müraciətlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çağan Atakan Arslan
Çağan Atakan Arslan (27 avqust 1989, Sivas) — Türkiyə TV serial aktyoru və kikboksinq. == Həyatı == 27 avqust 1989-cu ildə Sivasda anadan olan Avatar ləqəbli Çağan Atakan Arslan idman həyatına basketbolla başlayıb. 16 yaşında bodibildinqə başlayan Atakan Arslan 17 yaşında döyüş sənəti ilə tanış olub və o vaxtdan bəri bir çox uğurlara imza atıb. O, idman rekordunu qıraraq və məktəb birincisi olmaqla Bədən Tərbiyəsi və İdman Məktəbinə daxil olub.[Sitat lazımdı] Hələ də təhsilini davam etdirir. Atakan Arslan 2008-ci ildən kikboksinq və Muay Tay Milli Komandalarında ölkəsini beynəlxalq arenada təmsil edir, həmçinin peşəkar yarışlarda çıxış edir. O, 2011-ci ildə Özbəkistanda 5000 rəqib azarkeşin önündə finalda özbək rəqibini nokaut edərək IFMA Muay Thai üzrə Dünya Çempionu titulunu qazandı və ölkəsinə bu sahədə böyük kişilər arasında ilk qızıl medalı qazandırdı.[sitat gətirdi] Atakan Arslan, TPW adı ilə peşəkar güləşdə də çıxış edən Əsgər adını çəkdi Onun kikboksinq karyerasının mühüm hadisələrindən biri də dünyanın kikboksinq təşkilatlarından biri olan Glory World Series ilə bağladığı müqavilədir. 2014-cü ildə debüt edən Atakan Arslan Glory 15 İstanbulda braziliyalı rəqibi Jonatan Olveyra ilə ilk matçına çıxıb. 2015-ci ildə Glory 20 Dubai-də Çad Sudgenlə qarşılaşıb. == Survivor Türkiyə == 2016-cı ildə Survivor Ünlülər Könüllüləri proqramında Ünlülər komandasına daxil olan Avatar Atakan 5 aylıq gərgin mübarizədən sonra Survivor çempionu olub. Survivor-dan sonra rinqə qayıdan Mix Fight Gala təşkilatında 81 kilo çəkidə dünya çempionatı matçını keçirdi və ikinci raundda Kevin Brendanı nokaut etdi.
Xarə-i Ağlan (Sərdəşt)
Xarə-i Ağlan (fars. خره اغلان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).