Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ABDA
ABDA — İkinci dünya müharibəsinin gedişində Cənub-Şərqi Asiyada əməliyyatların razılaşdırılması üçün 15 yanvar 1942-ci ildə yaradılmış ABŞ, Britaniya, Hollandiya və Avstraliya silahlı qüvvələrindən ibarət (ing. American-British-Dutch-Australian (ABDA) adlarının baş hərflərindən götürülmüşdür) müttəfiqlər qoşunlarının komandanlığı. == Haqqında == ABDA müttəfiq komandanlığı həm dənizdə, həm də quruda hərbi əməliyyatlara rəhbərlik etməli idi. Ali baş komandan vəzifəsinə Britaniya generalı Arçibald Ueyvell, ABDA-nin hərbi donanmasının komandanı vəzifəsinə Amerika admiralı Tomas Xart təyin olunmuşlar. Quru qoşunlarına Hollandiya general leytenantı Xeyn ter Porten, aviasiyaya Britaniyanın aviasiya marşalı Riçard Pirs başçılıq edirdilər. Komandanlıq Niderland Ost-Hindinin paytaxtı Bataviyada yerləşirdi. ABDA komandanlığı 21 fevral 1942-ci yapon qoşunları tərəfindən Yava adasının işğalı üçün təhlükə yaranması ilə əlaqədar ləğv olunmuşdur. General Ueyvell Hindistanda və Birmada yerləşən Britaniya qoşunlarının komandanı təyin edilmişdir. == Mənbə == Морисон С. Э. Американский ВМФ во Второй мировой войне: Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: ACT; СПб.: Terra Fantastica, 2002.
Abena jamaicensis
Stachytarpheta jamaicensis (lat. Stachytarpheta jamaicensis) — minaçiçəyikimilər fəsiləsinin stachytarpheta cinsinə aid bitki növü. == Sinonim == Abena jamaicensis (L.) Hitchc. Stachytarpheta bogoriensis Zoll. & Moritzi Stachytarpheta indica var. jamaicensis (L.) Razi Stachytarpheta jamaicensis f. atrocoerulea Moldenke Stachytarpheta jamaicensis var. longifolia Hiern Stachytarpheta jamaicensis f. monstrosa Moldenke Stachytarpheta jamaicensis f. parviflora Moldenke Stachytarpheta pilosiuscula Kunth Valerianoides jamaicense (L.) Kuntze Valerianoides jamaicense (L.) Medik.
Corc Abela
Corc Abela (22 aprel 1948) — Aprel 2009-ci ildən etibarən Malta 'nın prezidentidir. == Həyatı == Hamrun 'da Lyceum və Qormi yerli ibtidai təhsil məktəbinə getdi. 1965-ci ildə Sənət hissəsindən məzun olduğu Malta Universiteti nə getdi. Qısa bir müddət müəllim olaraq işlərinə davam etdi və bir notarius oldu və 1975-ci ildə vəkil olaraq məzun oldu. Dərhal bir hüquq məsləhətçisi olaraq Baş İşçi Birliyi tərəfindən işə alındı ​​və beləcə əhəmiyyətli bir təcrübə əldə edərək 25 il Birliyin içində çalışdı. 1995-ci ildə Avropa Hüququ üzərinə doktara (Magister Iuris) etdi. == Malta Futbol Federasiyası == 1982-ci ildə, Qormi FC sədri olaraq xidmət verdikdən sonra Malta Futbol Federasiyası başçılığına seçildi. Başçılığı dövründə əhəmiyyətli dəyişikliklərə gedərək təhsil sahələri, idman salonu və fizika müalicə kliniği və infrastruktur inkişaf etdirilmişdir. Malta milli futbol komandasının oyunçularına peşəkar olaraq ilk dəfə təhsilləri ilə məşğul olunmuşdur. == İşçi Partiyası == On il sonra, 1992-ci ildə İşçi Partiyası içində məsul olaraq bir rol aldı.
Əli Abedi Şahrudi
Əli Abedi Şahrudi (fars. علی عابدی شاهرودی‎; d. 1949, Şahrud şəhərində) — İranlı mütəfəkkir və filosof. Sədrəddin Şirazi fəlsəfəsinin görkəmli nümayəndəsi == Həyatı == Əli Abedi Şahrudi 1949-cu ildə İranın Şahrud əyalətində dünyaya göz açmışdır. == Təhsili == O yaşadığı bölgədə dini dərslərlə yanaşı dünyəvi elmlərə də uşaqlıqdan maraq göstərmişdir. Sonra Məşhəd şəhərinə gedərək təhsilini davam etdirmiş və daha sonra Qum elmi mərkəzinə yollanmışdır.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abadla
Abadla (ərəb. العبادلة‎) — Əlcəzairin qərbində, Beşar vilayətində şəhər. Eyniadlı dairənin inzibati paytaxtıdır. Şəhər Böyük Səhranın şimalında, Mərakeşlə sərhəddə, Gir çayının sağ sahilində, Beşar şəhərindən 90 kilometr (56 mil) cənub-qərbdə və Beni Abbesdən 150 kilometr (93 mil) şimal-qərbdə yerləşir. Əvvəllər burada Fransanın hərbi bazası yerləşirdi. Qərbdə Fransanın keçmiş Hammagir kosmodromu yerləşir. == Əhali == 2009-cu ildə əhalinin sayı 14,364 nəfər idi. Sahəsi 28,70 km2-dir. == İqlim == Şəhərdə çox isti yay və sərin qış və il ərzində çox az yağıntı ilə quraq səhra iqlimi var. == İqtisadiyyat == Əsas sənaye kənd təsərrüfatıdır.
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Abdera
Abdera (q.yun. Ἄβδηρα, lat. Abdera) — Egey dənizinə axan Mesta çayının mənsəbindən şərqdə, Bulustra burnunda, Frakiyada qədim şəhər. Abderanın xarabalıqlarından 6 kilometr şimalda Yunanıstanın kiçik Avdira qəsəbəsidir. == Arxeoloji abidələr == Abdera xarabalıqları salamat qalmışdır, həmçinin qüllələri və qapıları olan şəhər divarlarının qalıqları, teatr və Roma hamamları müəyyən edilmişdir. Dağıntıların tədqiqinə XIX əsrdə başlanılmışdır, 1950-ci ildən sistematik arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar zamanı çoxlu sayda yerli istehsal olan terakota heykəlcikləri, heykəllər və mozaika tapılmışdır. Arxaika və klassik dövrlərə aid nekropol tədqiq edilmişdir.
Abelia
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === Hibrid Abelia x grandiflora (Hort. ex.
Aberia
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Albedo
Albedo (lat. Albedo- ağlıq)- səthin işıqqaytarma qabiliyyətini səciyyələndirən kəmiyyət. Səthindən əks olunan işıq selinin həmin səthə düşən selə nisbəti ilə ölçülür. Günəş radiasiyanın müəyyən səthdən əks olunaraq geri qaytarılmasıdır. Albedo yer səthinin və yerə yaxın hava təbəqəsinin meteoroloji şəraitinin, o cümlədən iqlim şəraitinin formalaşmasında xüsusi rol oynayır. Albedonun və ya əks olunan radiasiyanın miqdarı səthin rəngindən asılıdır. Səth nə qədər çox olar. Günəşdən gələn radiasiya təqribən iki hissəyə ayrılır ki, onun bir hissəsi əks etdirilərək, geri qaytarılır, digər hissəsi isə səth tərəfindən udulur və səthin qızmasına sərf edilir. Bir planet kimi yerin albedosu təqribən 40%-dir. Qalan 60% radiasiya isə səth tərəfindən udulur.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
AAYDA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. == Haqqında == “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. == Rəhbər == Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.
Alexa
Alexa Internet — San-Fransiskoda yerləşən veb-trafik təhlili şirkəti. Amazonun törəmə şirkəti idi. Alexa 1996-cı ildə müstəqil şirkət kimi yaradılıb və 1999-cu ildə Amazon tərəfindən 250 milyon dollara satın alınıb. Alexa 30 milyondan çox veb-saytda veb-trafik məlumatları, qlobal reytinqlər və digər məlumatları təqdim edirdi. Alexa, brauzer uzantılarından istifadə edən milyonlarla İnternet istifadəçisi, eləcə də Alexa skripti quraşdırmağı seçmiş saytlar əsasında veb-sayt trafikini təxmin edir. 2020-ci ilə kimi onun veb-saytını hər ay 400 milyondan çox insan ziyarət edib. 2021-ci ilin dekabrında Amazon, Alexa İnternet törəmə şirkətini bağlayacağını açıqladı. Daha sonra xidmət 1 may 2022-ci ildə dayandırıldı. == Tarixi == === 1996–1999 === Alexa Internet 1996-cı ilin aprelində Brewster Kahle və Bruce Gilliat tərəfindən təsis edilib. Şirkətin adı Ptolemey Misirindəki İsgəndəriyyə kitabxanasına hörmət əlaməti olaraq seçilmişdir və bu, qədim dünyanın ən böyük bilik anbarı ilə internetin oxşar bilik anbarına çevrilmə potensialı arasında paralellik yaradır.
Barkhausia albida var. albida
Crepis albida (lat. Crepis albida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Barkhausia albida var. albida Barkhausia albida var. macrocephala (Willk.) Rouy Barkhausia albida (Vill.) DC. Crepis albida subsp. albida Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp. grosii (Pau) Babc. Crepis albida subsp.
Crepis albida subsp. albida
Crepis albida (lat. Crepis albida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Barkhausia albida var. albida Barkhausia albida var. macrocephala (Willk.) Rouy Barkhausia albida (Vill.) DC. Crepis albida subsp. albida Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp. grosii (Pau) Babc. Crepis albida subsp.