Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazaros Ağayan
Qazaros Stepanoviç Ağayan (erm. Ղազարոս Աղայան; 4 (16) aprel 1840, Xaçın, Gürcüstan quberniyası – 20 iyun (3 iyul) 1911, Tiflis) — erməni pedaqoqu və yazıçısı. == Həyatı == Qazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir.
Satur Ağayan
Satur Pavloviç Ağayan (erm. Ծատուր Պավելի Աղայան; 12 yanvar 1912, Zəylik, Dəstəfur rayonu – 3 dekabr 1982, İrəvan) — erməni sovet tarixçisi, pedaqoq, tarix elmləri doktoru (1948), professor (1950). Ermənistan SSR EA-nın həqiqi üzvü (1963). == Həyatı == Satur Pavloviç Ağayan 12 yanvar 1912-ci ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasının Zəylik kəndində (indiki Daşkəsən) anadan olmuşdur. O, 1941–1948-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, Vladimir Lenin adına APİ-nin prorektoru, Kirov adına ADU-nun dosenti olmuşdur. O1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ağayan Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunda şöbə müdiri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu (MLİ) Ermənistan filialı direktorunun müavini (1948–1951), Ermənistan KP MK elm və mədəniyyət şöbəsinin müdiri (1951–1954), Ermənistan SSR Tarix İnstitutu direktorunun müavini, İrəvan Universitetinin professoru (1954–1961), MLİ Ermənistan filialının direktoru (1961–1968) kimi işləmişdir. O, 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının akademiki, Ermənistan SSR Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur. Əsas tədqiqat sahələri: Cənubi Qafqazda inqilabi hərəkat tarixi, XIX əsrdə aqrar münasibətlər, Cənubi Qafqaz xalqlarının dostluğu. Satur Pavloviç Ağayan 3 dekabr 1982-ci ildə İrəvan şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. == Adın etimologiyası == Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. == Tarix == Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qayana bayrağı
Qayana bayrağı — Qayananın Dövlət bayrağı
Ayapana
Ayapana (lat. Ayapana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ağababa
Ağababa — ad.
Ağabala
Ağabala — Azərbaycanlı kişi adı.
Ağatala
Ağtala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində kənd. == Tarixi == Toponim qədim türk dilində «kiçik», «balaca» mənasında işlənən ağ sözü ilə «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 1930 - cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilmişdir. == Əhalisi == 1926-cı ildə burada 26 nəfər azərbaycanlı yaşamışdır.
Ağayeva
Ağayeva — Azərbaycan soyadı. Anaxanım Ağayeva (d. 1995) — Azərbaycanlı boksçudur. Firuzə Ağayeva (d. 1955) — Alim, filologiya elmləri doktoru. Həcər Ağayeva (d. 1986) — Azərbaycan aktrisası. Xurşid Ağayeva (1906–1953) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Xədicə Ağayeva (1885–1958) — müəllim, maarifçi. İlahə Ağayeva (d.
Mahayana
Mahayana (sanskr. महायान, hərfi olaraq "Böyük təkər"; çin. 大乘, da-çen; tib. ཐེག་པ་ཆེན་པོ་, theg-pa chen-po) — Theravada ilə yanaşı, əsasən sanskrit dilində yazılmış sutralara qədər uzanan və fəlsəfə (xüsusilə ontologiya) və təcrübə üsulları ilə fərqlənən bir sıra regional "məktəbləri" özündə birləşdirən, buddizmin mövcud iki əsas istiqamətindən biri. Mahayana buddizmi Hindistanda yaranmışdır. Mahayana buddizmi öz tarixi ərzində Hindistandan Çin, Yaponiya, Vyetnam, Koreya, Tibet, Nepal, Butan, Monqolustan kimi digər Asiya ölkələrinə, eləcə də Rusiyanın bəzi bölgələrinə yayılmışdır. Mahayana, buddistlərin bütün canlıların rifahı üçün Oyanışa nail olmaq üçün səy göstərdiyi buddist yolunun Böyük arabasıdır. Mahayana nəzəriyyəsi və təcrübəsi bodhichittanın inkişafına və Prajnaparamitanın şəxsiyyətsiz (transsendental) müdrikliyinə əsaslanır. Mahayana Bodhisattva yolu ilə gedənlər üçün təlimlər toplusudur (nəticədə vaxtaşırı ona başqa ad tapmaq olar — Bodhisattvayana). Buraya Sutra və Tantra daxildir.
Ramayana
Ramayana (sanskr. रामायण) — qədim Hindistanın iki əsas eposundan biridir. Digər epos isə "Mahabharata"dır. == Epos haqqında ümumi məlumat == Sanskrit dilində yazılmış bu qədim hind epik eposun müəllifi əfsanəvi şair Valmiki hesab olunur. Ehtimal ki, epos təqribən e.ə. IV əsrdə Şərqi Hindistanda yaranmışdır. Orta əsrlərdə vişnuizmin (hinduizmin bir növü) müqəddəs kitablarından idi. Ramanın şücaətindən bəhs edən poemanın, gəlmə arilər və Cənubi Hindistanın yerli əhalisi arasında toqquşma ilə bağlı tarixi hadisələr əsasında yarandığı ehtimal olunur. Mahabharatadan sonra ən böyük hind epik poeması olan "Ramayana"da ictimai və mədəni inkişafın daha yüksək səviyyəsi öz əksini tapmışdır. "Ramayana"hind (Kalidasa, Bhatti), habelə Cənub-Şərqi Asiya ölkələri ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir.
Anayasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Ağyaxa
Ağyaxa — (türk. Akyaka) — Qars ilinin ilçəsi. Tarixi Şörəyel mahalının Osmanlı dövləti və müasir Türkiyə Cümhuriyyəti sərhədləri daxilində qalmış hissəsində yerləşdiyinə görə 1922-ci ilə qədər Şörəyel (Osmanlıca شوره کل‎ (Şoregil və Şöregel)), 1922-1961 illəri arasında isə Qızılçaxçax olaraq da adlanırdı.
Ageratina parayana
Ageratina parayana (lat. Ageratina parayana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Apadana zalı
Apadana (Qədim Fars dili: 𐎠𐎱𐎭𐎠𐎴) İranın Persepolis şəhərindəki böyük bir hipostil salonudur. Böyük Daranın orijinal dizaynının bir hissəsi olaraq, eramızdan əvvəl VI əsrin birinci yarısında Persepolis şəhərinin ən qədim tikinti mərhələsinə aiddir. İnşaatı I Xerxes tərəfindən başa çatdırılmışdır. Modern elm "Apadana relyeflərinin məcazi təbiətini idealizə olunmuş sosial sifarişlər kimi nümayiş etdirir".. == Etimalogiyası == Apadana (fars dili. آپادانا qədim farsca. "apa-dāna-" "saray", parfca. "pdn" "saray", orta fars dili. "’’ywn" "saray", klassik fars dili ayvān (*apa-dā̊na- > *aβδān > *awyān > aywān) — qədim Fars şəhəri Persepolisdə 24 metr hündürlüyündə 72 sütunla möhkəmləndirilmiş dama malik, 1000 m² sahəsi olan böyük bir zal. Ehtimal edilir ki, Fars memarlığında olmuş bu cür quruluşlu binalar təntənəli kral qəbulları üçün istifadə olunurdu.
Ariyana Boras
Ariyana Boras (bosn. Arijana Boras; 1976) — Yuqoslaviya və Bosniya dağ xizəkçisi, 1992, 1994 və 1998 Olimpiya Oyunlarının iştirakçısı. == Tərcümeyi-hal == Jelezniçar klubunun üzvüdür. Müxtəlif illərdə Olimpiya Oyunlarında slalom, nəhəng slalom, super nəhəng və kombinasiyalarda çıxış etmişdir .
Ayapana squarrosa
Lepidesmia (lat. Lepidesmia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lepidesmia squarrosa Klatt Sinonim Ayapana squarrosa (Klatt) R.M.King & H.Rob.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ağababa (Qəzvin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Qəzvin -Rəşt avtomobil yolunun başlanğıcındadır.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var. Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağababa (dəqiqləşdirmə)
Toponimlər
Ağaiani döyüşü
Ağaiani döyüşü — Kaxetiya çarlığının zadəganları ilə Səfəvi imperiyası orduları arasında 1625-ci ildə baş vermiş döyüş. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Qarabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi. 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü. I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər.
Ağyanaq susüpürən
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Azərbaycan–Qayana münasibətləri
Azərbaycan–Qayana münasibətləri — Azərbaycan Respublikası ilə Qayana Kooperativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Qayana Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanımışdır . == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 9-da qurulmuşdur.
Qayana Kooperativ Respublikası
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. == Adın etimologiyası == Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. == Tarix == Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Ağababa Abasov
Ağababa Səfər oğlu Abasov (14 mart 2002, Uzunboyad, Dəvəçi rayonu – 29 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağababa Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açmışdır. Uzunboyad kənd məktəbində orta təhsil almışdır. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə N saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətindəcdöyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağababa Abbasov
Ağababa Səfər oğlu Abasov (14 mart 2002, Uzunboyad, Dəvəçi rayonu – 29 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağababa Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açmışdır. Uzunboyad kənd məktəbində orta təhsil almışdır. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə N saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətindəcdöyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. == Həyatı == Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Qayana 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Qayana — 14–26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.