Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağbiji
Ağbiji (Əfx abx. Аӷбажь < аӷба — "gəmi" və ажь — "üzüm"), Abxurdzeni — Abxaziyadan olan gürcü aborigen qırmızı üzüm şərabı üzüm çeşididir . Hekayəyə görə, bu sort gəmi ilə Abxaziyaya gətirilib, sonra Qudauta yaxınlığındakı Kulanurxva kəndinə yayılıb. == Təsvir == Yetkin yarpaq orta ölçülü və yuvarlaq formadadır. Üç loblu, zəif çentikli, demək olar ki, bütövdür. Yarpağın aşağı tərəfi tez-tez pullu tüklərlə örtülmüşdür. Çiçək biseksualdır. Salxımlar orta ölçülü, konusvari, nadir hallarda silindrik, qanadlı, çətirşəkilli və ya orta çətirvari olur. Taxıl orta ölçülü və yuvarlaqdır. Tünd mavi, qaraya keçid, lakin mumlu qar dənəciyi səbəbiylə mavimsi bir rəngə sahib olacaq.
Abbası
Abbası — pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Ağabacı
Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. == Yaradıcılığı == Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.
Ağabağı
Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur. Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir. == Coğrafiyası == Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.
Ağbaba
Ağbaba mahalı — Qərbi Azərbaycan ərazisində mahal. Ağbaba — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağı — Qars vilayətinin Qars qəzasında, Ağbaba — Şörəyöl bölgəsində, indi Qızılqoç (Qukasyan) rayonu ərazisində dağ. Ağbaba — Kəlbəcər rayonunun şərq hissəsində, Qarabağ silsiləsində dağ.
Ağbayır
Ağbayır — Yuxari Qarabağın Arasbar nahiyəsində qışlaq və əkin yerinin adı. == Toponimikası == Ağbayır — Yuxari Qarabagın Arasbar nahiyəsində Cavanşir tayfasının Molla Fazilli oymağına məxsus qışlağın və əkin yerinin adı. Azərbaycan dilində ağ (süxurun rəngi) və türk dillərində bair "dağ tirəsi" sözlərindəndir. Kəlbəcər rayonunda Çal Bayır, Şamaxı rayonunda Çil-Bayır, Laçın rayonunda Çal-Bayır (Daşbulaq kəndi ərazisində) və Bakı şəhəri ərazisində Bayıl və b. adlarla mənaca eynidir.
Ağbaşlı
Ağbaşlı — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbaşlı kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.
Ağyazı
Ağyazı (Qax) — Qax rayonunun inzibati ərazi vahidində kənd. Ağyazı — Qubadlı rayonunun Xələc kəndi ərazisində col; Ağyazı — Qanıx çayının sol sahilində geniş col.
Bağbaşı
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.
Abası
Abayı
Abayı — Azərbaycanın milli rəqsi. Rəqs Şəki-Zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Rəqsi əsas etibarilə ahıl adamlar - həm qadınlar, həm də kişilər oynayırlar. Rəqsin melodiyasını Şəki musiqiçiləri yaratmışlar. Bir qədər mübaliğəli, gülməli rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektiv surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özü üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı. Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.
Ağbaş
Ağbaş (Şabran)
Adi albalı
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Albalı bağı
Albalı bağı (rus. Вишнёвый сад) — Anton Pavloviç Çexovun dörd pərdədən ibarət pyesidir, müəllifin özünün komediya kimi təyin etdiyi janr. Pyes 1903-cü ildə yazılmış və ilk dəfə 1904-cü il yanvarın 17-də Moskva İncəsənət Teatrında tamaşaya qoyulmuşdur. V. İ. Nemiroviç-Dançenko və K. S. Stanislavski Moskva İncəsənət Teatrının zalının alqışları altında tamaşanın premyerasında olan bir teatr dramaturqu kimi Çexovu qarşıladılar. Çexovun ən məşhur əsərlərindən və o dövrdə yazılmış ən məşhur rus pyeslərindən biri. Yalta pyeslərinin beşincisi və müəllifin sağlığında teatrda tamaşaya qoyulan sonuncusu. Böyük klassik 1904-cü il iyulun 15-də 44 yaşında vəfat edib. == Yaradılış tarixi == " Albalı bağı " Çexovun birinci rus inqilabı ərəfəsində, erkən ölümündən bir il əvvəl tamamlanmış sonuncu pyesidir. Tamaşanın ideyası 1901-ci ilin əvvəlində Çexovdan gəldi. Tamaşa 26 sentyabr 1903-cü ildə tamamlandı.
Albalı dondurması
Albalı dondurması (ing. Cherry ice cream) – albalı istifadə edilərək hazırlanan dondurma çeşidi. Müxtəlif növ və müxtəlif sort albalıdan istifadə olunur. Xüsusilə ABŞ-də populyar dondurma çeşididir. 1917-ci ildən bəri ABŞ-də kütləvi şəkildə hazırlanır. == Ümumi məlumat == Albalı dondurması xüsusilə ABŞ-də populyar olan dondurma çeşididir. Tipik dondurma inqredientləri və albalıdan hazırlanır. Albalı ya bütöv, ya da dilimlənərək istifadə olunur. Bəzən isə albalı şirəsindən, albalı ekstratından və ya albalı yağından istifadə olunur. İstifadə olunan albalı sortları da müxtəlifdir: qara albalı, Binq albalısı, adi albalı sortları.
Albalı povidlosu
Albalı povidlosu - albalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Albalı povidlosundan ən çox qış fəslində səhər yeməyi zamanı istifadə olunur. == Həmçinin bax == Povidlo == Xarici keçid == Вишневое повидло. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Amasiya (Ağbaba)
Amasiya — Amasiya rayonununda kənd və eyniadlı rayonun mərkəzi.
Avtandil Ağbaba
Ağcalı (Sayınqala)
Ağcalı (fars. اغچه لو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardolu kəndistanında, Marağa şəhərindən 72 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (108 ailə).
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağyazı (Qax)
Ağyazı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Ağyazı kəndində 138 təsərrüfatda hər iki cinsdən toplam 587 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ağyazı adı həmin ərazidəki eyniadlı çölün adından götürülmüşdür.
AGBank
Azəriqazbank Açıq Səhmdar Cəmiyyəti 1992-ci ildə təsis olunmuşdur. == Tarixçə == AGBank Azərbaycanın ən fəal banklarından biri olduğu ilə yanaşı, 15 sentyabr 1993-cü ildən etibarən Bakı Fond Birjasının fəal iştirakçısıdır. AGBank 1997-ci ilin may ayından başlayaraq Avropa Birliyinin Partner Fondunun RARP-1 proqramı çərçivəsində aqrarsənaye layihələrinin maliyyələşdirilməsinə başlayan ilk bank olmuşdur. Bu proqrama əsasən Azərbaycanın Mingəçevir şəhərində iri dəyirmanın tikilməsi üçün ayrılmış kreditlə yanaşı cəmi 2.97 milyard manat məbləğində 4 kredit ayrılmışdır. RARP-1 proqramının borc fondu tam həcmdə geri qaytarılmışdır. 1998-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı ilə AGBank ASC arasında AGBankın inkişafı proqramının hazırlanması üzrə müqavilə imzalanmışdır. Bu proqramın əsas mahiyyəti bank işinin dünya standatlarına yaxınlaşdırılması olmuşdur. Məsləhətçilərin gərgin işi nəticəsində yerli şərtləri və xüsusiyyətləri nəzərə alan dünya standartlarına uyğun struktur hazırlanmışdır. 2000-ci ildən etibarən bankın auditoru PRİCEWATERHOUSECOOPERS beynəlxalq audit şirkəti hesab olunur. Bankın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının istehsal və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəldilmişdir.
Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Aynaji
Aynaji (latış. ‎, 1917-ci ilə qədər Haynaş (alm. Haynasch‎) — Latviyanın Limbaji diyarında şəhər (1928-ci ildən). Riqa körfəzinin sahilində, Estoniya ilə sərhəddə yerləşir. 1 iyul 2009-cu ilə qədər Limbaji diyarının bir hissəsi idi. Aynaji bütün Vidzemenin ən kiçik şəhəri və Latviya naviqasiyasının beşiyidir. == Etimologiya == "Aynaji" eston dilində "quru ot yolu" mənasını verən "heinastee" sözündən yaranmış ola bilər. Digər ehtimallara livon dilində "quru ot" mənasını verən "aaina" və ya "tənha" mənasını verən "ainagi" sözləri daxildir. Orta əsrlərdə şəhər alman dilində "Haynaş" kimi bilinirdi. == İqtisadiyyatı == Aynajinin ən mühüm sənaye sahələri meşəçilik, ağac emalı və ticarətdir.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsi Abdunnafi Ağdaşi- namaz təlimi kitabı.
Ağvani
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 30 km şimalda yerləşir. Erməni mənbələrində alban etnonimi ağvan formasında işlənir. Toponim ağvan (alban) etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.