Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Abdanan
Abdanan — İranın İlam ostanının şəhərlərindən və Abdanan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 21,662 nəfərdən ibarət idi.
Abdanan şəhristanı
Abdanan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abdanan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,830 nəfər və 9,358 ailədən ibarət idi.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
ABDA
ABDA — İkinci dünya müharibəsinin gedişində Cənub-Şərqi Asiyada əməliyyatların razılaşdırılması üçün 15 yanvar 1942-ci ildə yaradılmış ABŞ, Britaniya, Hollandiya və Avstraliya silahlı qüvvələrindən ibarət (ing. American-British-Dutch-Australian (ABDA) adlarının baş hərflərindən götürülmüşdür) müttəfiqlər qoşunlarının komandanlığı. == Haqqında == ABDA müttəfiq komandanlığı həm dənizdə, həm də quruda hərbi əməliyyatlara rəhbərlik etməli idi. Ali baş komandan vəzifəsinə Britaniya generalı Arçibald Ueyvell, ABDA-nin hərbi donanmasının komandanı vəzifəsinə Amerika admiralı Tomas Xart təyin olunmuşlar. Quru qoşunlarına Hollandiya general leytenantı Xeyn ter Porten, aviasiyaya Britaniyanın aviasiya marşalı Riçard Pirs başçılıq edirdilər. Komandanlıq Niderland Ost-Hindinin paytaxtı Bataviyada yerləşirdi. ABDA komandanlığı 21 fevral 1942-ci yapon qoşunları tərəfindən Yava adasının işğalı üçün təhlükə yaranması ilə əlaqədar ləğv olunmuşdur. General Ueyvell Hindistanda və Birmada yerləşən Britaniya qoşunlarının komandanı təyin edilmişdir. == Mənbə == Морисон С. Э. Американский ВМФ во Второй мировой войне: Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: ACT; СПб.: Terra Fantastica, 2002.
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər == Aban sözü ilə bağlı coğrafi adlar == Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Abdal-Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir.
Abdal (Ağdam)

Abdal (Zəncan)
Abdal (fars. ابدال‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Mərkəzi bölgəsində, Zəncan şəhərindən 34 km qərbdədir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Abdal Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir.
Abdal Musa
Abdal Musa (1300, Xoy, Qərbi Azərbaycan ostanı) — türk övliyası, filosofu, ozanı. == Həyatı == Onun Anadoluya gəlişi ilə bağlı iki rəvayət var. Bir iddiaya görə, o, Buxaradan qırx abdal ilə gəlmişdir. Digər bir rəvayətə görə, Xorasanın Xoy şəhərindən gəlmişdir. Bir iddiaya görə, Təkə bəyi Abdal Musanı odda yandırmaq istəyirmiş, lakin Abdal Musa alovun içinə atılanda alov sönmüşdür. == İrsi == İndiki dövrdə Türkiyədə, Antalya vilayətinin Almalı rayonunun Təkkə məhəlləsində Abdal Musa adına zaviyə var. Bu zaviyə bəktaşilərin mühüm mərkəzlərindən biri olmuşdur.
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Abdal dağı
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Abdal dili
Abdal dili — oyunçu peşəsi sahibləri arasında, bir-birini başa düşmək, söhbəti başqalarından gizli saxlamaq üçün işlədilən şərti söz və ifadələrə verilən ümumi ad, Avropada geniş istifadə olunan "Ezop dili" anlayışının Azərbaycan folklorundakı qarşılığı. Bu danışıq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işarələrlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırcavablığı, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların — abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri olan Abdal Qasım haqqında el arasında çoxlu lətifələr mövcuddur. Xalq abdal dilini "qayışdili", "oyunçu ağzı", "qurd dili" kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarında qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir. Əsasən Orta Asiya xalq musiqi sənətindən gələn bu özünəməxsus dildən Qarabağ, Gəncə, Gədəbəy və Tovuz aşıqları bəzi fikirləri öz aralarında bölüşmək üçün istifadə ediblər. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımi şəkildə öyrənilməmişdir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Abdal tayfası
Abdal tayfası — qədim türk tayfalarından biri. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə olması da məlum faktdır . Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, "Suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır . Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir.
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Abdar (Bostanabad)
Abdar (fars. ابدار‎) — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 28 km cənub-qərbdə, Bostanabad-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Abdin Fərzəliyev
Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. Təhsili 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir. Ailəsi Evlidir. 2 qızı var. Atası Fərzəliyev Ələsgər Hüseyn oğlu 1938-ci ildə Şərur rayonunun Həmzəli kəndində dünyaya gəlib.
Aldan (şəhər)
Aldan (saxa Алдан) — Rusiyada, Saxa Respublikasında şəhər. Aldan rayonunun mərkəzidir. Böyük Never dəmiryol stansiyasından 648 kilometr şimalda, avtomagistral üstündədir. Qızıl və mika istehsal edilir. Maşın təmiri zavodu, elektrik stansiyası, politexnikum, tibbi məktəbi var. 1924-cü ildə yaradılmışdır. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Алдан // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Aldan ulusu
Aldan ulusu (saxa Алдан улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Aldan şəhəridir. == Tarixi == Rayon 5 may 1930-ci ildə qurulmuşdur. == Coğrafiyası == Rayon Saxa Respublikasının cənubunda, Aldan qalxanında yerləşir. Burad yaşı 3 milyard ildən çox olan ən qədim kristal qaya formasiyaları üzə çıxır. Rayonun ərazisi 156,8 min km²-dir. Bölgədəki ən yüksək nöqtə 2.264 m-dir (Qonam çayının yuxarı hissəsində olan bir dağ). Rayonun böyük çayları: Aldan, Unqra, Timpton, Qonam, Uçur, Amqa. Bütün çaylar sürətli axına malikdir. Bölgə çökəkliklər və qarışıqlarla zəngindir.
Aldan yaylası
Aldan yaylası (rus. Алда́нское наго́рье) — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var. == İstinadlar == == Xarici keçidlər == Под общей редакцией акад. В. М. Котлякова. Алданское нагорье // Словарь современных географических названий.
Abram Abkin
Abram Davıdoviç Abkin (rus. Абрам Давыдович Абкин; 20 yanvar (2 fevral) 1903, Polotsk, Vitebsk quberniyası[d] – 19 fevral 1983, Moskva) — SSRİ fiziki kimyaçısı. == Bioqrafiya == Abram Davıdoviç Abkin 1928-ci ildə Kazan Universitetini bitirmiş, L. İ. Karpov adına Fiziki-Kimya İnstitutuna dəvət olunmuşdur O, ömrünün sonuna kimi burada çalışmışdır. Abkin 1952-ci ildə kimya elmləri doktoru, 1974-cü ildə Rusiyanın əməkdar elm xadimi olmuşdur. Onun əsas əsərləri polimerləşmə proseslərinin mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 1951-ci illdə kopolimerləşmənin kəmiyyət nəzəriyyəsini işləyib hazırlamış, sonra poliakrilamid əldə etmək üçün orijinal üsul yaratmışdır. Abkin 1980-ci ildə fotosensibilizasiya edilmiş polimerləşməni kəşf etmişdir. O, həmin il "Lenin" mükafatına layiq görülmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === под ред. В. И. Кузнецова, redaktor Абкин Абрам Давыдович // Выдающиеся химики мира: биографический справочник.