Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abordaj
Abordaj (fr. abordage) — avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Azərbaycanda abort
Azərbaycanda abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir. Azərbaycanın hazırkı abort qanunu Azərbaycan Sovet İttifaqının tərkibində (Azərbaycan Sovet Sosialist Respublikası kimi) 1955-ci ildə qəbul edilmiş abort haqqında Sovet İttifaqının qanununa əsaslanır və Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra heç bir dəyişiklik edilməmişdir. 1965-1987-ci illər arasında abort nisbəti çox yüksək idi (20 ilə 28% arasında). Müstəqillik əldə etdikdən sonra abort nisbəti demək olar ki, iki dəfə azalıb və 2000-ci ildən sonra nisbətən sabitləşib (12-14%). 2014-cü ildə Azərbaycanda hamiləliklərin 13,8%-i abortla başa çatıb ki, bu da 2005-ci ildə qeydə alınan ən aşağı göstəricidən (12,1%) bir qədər yüksəlib. == Tarixi == Bütün keçmiş SSRİ- də olduğu kimi, 1992-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikası kimi tanınan Azərbaycanda da keçmiş Sovet Sosialist Respublikaları İttifaqının abort qanunvericiliyi və qaydaları əsas idi. Nəticə etibarı ilə Azərbaycanda abort praktikası bütün keçmiş SSRİ-də olduğu kimi idi. Aşağıda verilən təsvir Azərbaycanın müstəqillikdən əvvəlki vəziyyətinə aiddir. Müstəqillik əldə etdikdən sonra abort haqqında qanunda heç bir dəyişiklik edilməyib. Sovet İttifaqının 27 iyun 1936-cı il tarixli fərmanı həyat üçün təhlükə, sağlamlığa ciddi təhlükə və ya valideynlərdən miras qala biləcək ciddi xəstəliyin mövcudluğu istisna olmaqla, abortların aparılmasını qadağan etdi.
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Robert Börd
Robert Börd (ing. Robert Byrd) — Əslən Kaliforniyadan olan memar və dizayner. Robert Börd ən mükəmməl inşaat işlərini 1920-1950-ci illərdə həyata keçirmişdir. Sonrakı fəaliyyətini oğlu Qari ilə birgə davam etdirmişdir. == İşləri == "10050 Cielo Drive", Kaliforniya; "Robert Taylor Ranch", Los-Anceles; "2274 Ben Lomond Drive", Los-Anceles; "The Tree House", Los-Anceles.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abobra
Abobra (lat. Abobra) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu. == Hazırlanma qaydası == Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. == Saxlama qaydası == Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Akkord
Akkord (it. accordo-uzlaşma, fr. accord-uyğunluq, ahəng, uzlaşma, lat. accordo-müvafiqət) - müxtəlif ucalıqda bir neçə (ən az 3) səsin eyni zamanda birləşməsi və vahid səs kimi qavranılması. Akkord, əsasən tersiya intervalları ilə qurulur. Akkordu əmələ gətirən səslərin sayı üç olduqda üç həmsəda, dörd səs olduqda septakkord, beş səs olduqda nonakkord, altı səs olduqda undesimakkord adlanır. Akkordun əsas sahəsinə prima deyilir.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Auborn
Auborn — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ildə şəhərin əhalisi 26866 nəfər idi. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi ərazisi 21,8 km²-dir. Ərazinin 21,6 km² hissəsi quru, 0,2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ildə aparılan siyahıyaalma nəticəsində məlum oldu ki, şəhərdə 28574 şəxs, 11411 ev və 6538 ailə vardır. Əhalinin sıxlığı hər km²-a 1315-dir. Əhalini 88,57%-ni ağdərililər, 7,59%-ni afroamerikalılar, 0,29%-ni yerli amerikalılar, 0,57%-ni asiyalılar, 0,02%-ni Sakit okean adalıları, 1,41%-ni isə digər qruplar təşkil edir. Şəhərdə 11411 ev mövcuddur. Bunların 28,1%-i 18 yaşdan kiçik övladları ilə birlikdə yaşayır, 37,3%-i evli cütlük olaraq yaşayır, 14,7%-i həyat yoldaşı olmayan qadın olaraq tək yaşayır, 42,7%-i isə subay vəziyyətdə yaşayır. Əhalinin 22,8%-i 18 yaşdan kiçik, 9,3%-i 18-24 yaş aralığında, 30,3%-i 25-44 yaş aralığında, 19,8%-i 45-64 yaş aralığında, 17,8%-i isə 65 yaş və yuxarıdır.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Fiord
Fyord - ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi. Fyordlar 4-cü materik buzunun fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Fyord tipli sahilə Norveç, Qrenlandiya, Yeni Torpaq, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.
Fyord
Fyord - ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi. Fyordlar 4-cü materik buzunun fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Fyord tipli sahilə Norveç, Qrenlandiya, Yeni Torpaq, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
EBird
eBird — alimlərə, tədqiqatçılara və həvəskar təbiətşünaslara quşların yayılması və bolluğu haqqında real vaxt məlumatları təqdim edən quş müşahidələrinin onlayn məlumat bazasıdır.
Abobra tenuifolia
Abobra tenuifolia (lat. Abobra tenuifolia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin abobra cinsinə aid bitki növü. == Arealı == Cənubi Amerika üçün endemik növdür. == Sinonimləri == Abobra viridiflora Naudin Bryonia tenuifolia Gillies ex Hook. & Arn.
Abobra viridiflora
Abobra tenuifolia (lat. Abobra tenuifolia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin abobra cinsinə aid bitki növü. == Arealı == Cənubi Amerika üçün endemik növdür. == Sinonimləri == Abobra viridiflora Naudin Bryonia tenuifolia Gillies ex Hook. & Arn.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Abxordə (Piranşəhr)
Abxordə (fars. ابخورده‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (22 ailə).
Abxorə (Qəzvin)
Abxorə - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 42 km şimal-qərbdədir.
Afşord (Heris)
Afşord (fars. افشرد‎) və ya Əfşar — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (104 ailə).