Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Daşlıq göyərçini
Qayalıq göyərçini (lat. Columba rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir. .
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Adamcıq
Adamcıq (alm. Untermensch‎, Untermenş, Almanca tələffüz: [ˈʔʊntɐˌmɛnʃ] ( dinlə); cəmdə: Untermenschen) — fəlsəfi-antropolji və sonra yaymacalı olan nasional-sosiyalistlərin irqçi-yevgenik termini. Almanca «Mensch» hərfi çeviridə "adam" deməkdir, «Unter» isə "çatmayan, alt". İfadənin tam mənası "adam səviyyəsinə çatmayan kəs" kimi tərcümə oluna bilər. Nasist Almaniyasında bu termindən yahudilərə, qaraçılara, slavyanlara qarşı istifadə olunurdu.
Azadlıq
Azadlıq — əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir. == Azadlıq anlayışı == İmmanuel Kant ilk dəfə olaraq azadlığı mənfi və müsbət olaraq iki qrupa bölmüşdür. Ser İsaiah Berlin adlı filosof "Azadlığın iki konsepti"ni belə şərh etmişdir: Mənfi azadlıq üçün misal kimi onu göstərk olar ki, məsələn hər hansı bir şəxs öz fikrini azad ifadə edən zaman o başqası və ya senzura ilə susdurulmasın. Müsbət azalıq isə o deməkdir ki, bu şəxs öz fikrini ifadə edən zaman kommunikasiya vasitələrindən və medya azadlığından istifadə edərək öz fikrini həqiqətən açıqlaya bilir. Niklas Luhman isə azadlığı dərketmə ilə əlaqələndirir: Azadlıq ona məhdudiyyət qoyulmasının hiss olunmamamsı kimi də başa düşülə bilər. İnsan davranışının müəyyən olunmasında konstitusiya və ya qanunla təmin olunan hüquq azadlıq kimi baxıla bilər. Ancaq bu subyektiv şəkildə mövcuddur. Dövlətin uyğun vəzifələrinə uyğun insan hərəkətlərinin idarəsi üçün hüquq daha çox dəqiq hüquqi mexanizmlərin olmasını tələb edir (məsələn əmək hüququ olanları işlə təmin etmək). == Fəlsəfə == === Azadlıq və zərurət === Azadlıq və zərurət insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarıın qarşılıqlı münasibətini ifadə edən fəlsəfi kateqoriyalardır.
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Dadlıq
Dadlıq — xüsusi bir dad, dadı artırmaq, və ya yeməyi tamamlamaq üçün adətən bişdikdən sonra yeməyə əlavə olunan ədviyyat və ya sous. Dadlıqlar bəzən qidaya başlamazdan əvvəl, məsələn, ketçup, xardal və ya mayonezlə hazırlanmış sendviçə əlavə olunur. Yemək zamanı dad və ya toxuma əlavə etmək üçün bəzi dadlıqlardan istifadə olunur: barbekü sousu, qarışıq kərə yağı, teriyaki, soya sousu, xama və s.
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsas təsərrüfatı kartof əkinçiliyidir. Bununla yanaşı heyvandarlıq və ovçuluq da inkişaf etmişdir. == Tarixi == == Toponimikası == Maşlıq oyk., sadə. Cəlilabad r-nunda kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır.
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Başlıq
Başlıq — ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal və ya pula deyilir. Başlıq bir çox mədəniyyətin ortaq xüsusiyyətidir. Bir çox Asiya ölkəsində geniş tətbiq olunur. Adətlərimizə görə başlıq ana südünün halallığı, qızı böyüdüb ərsəyə çatdırmasının haqqı kimi oğlan evinin qız anasına verdiyi puldur. Onun məbləğini toy ərəfəsində oğlan tərəf özü müəyyən edir və o, heç bir halda geri qaytarılmır. El içində bu pula "südhaqqı" və "halallıq" da deyirlər. Tovuzda ona "süd nəməri", Qubada "xərc", başqa yerlərdə "qızpulu", "yolpulu", cənub bölgəsində isə "şirbəha" və s. deyirlər.
Daşlı
Daşlı (Laçın)
Aydın Ağdaşlı
Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri. == Ailəsi və ilk illəri == Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi. İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı.
Azadlıq (dəqiqləşdirmə)
Azadlıq —
Azadlıq (qəzet)
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azadlıq Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi. == Vahid namizədlər == === Milli Məclis === === Ali Məclis === 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.
Azadlıq Radiosu
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilir, ya da tam inkişaf etməmişdir" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Azadlıq heykəli
"Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" (ing. Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Azadlıq qəzeti
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azadlıq abidəsi
Azadlıq abidəsi (latış. Brīvības piemineklis‎) — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır. == Tikilməsi == Latviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb. Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş.
Ayaslı
Ayaslı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında, Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi qeyd edilmişdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir . Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir.