Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Afaziya
Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Azaniya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Mahoniya
Mahoniya (lat. Mahonia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Yaponiya
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
İroniya
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
Abroniya
Abroniya (lat. Abronia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.
Auzoniya
Auzoniya (it. Ausonia) — İtaliyanın Latsio regionunda yerləşən, Frozinone vilayətində inzibati mərkəzinə tabe olan şəhər. Əhalisi 2,564 nəfərdir, əhalinin sıxlığı 128 nəfər/km2-dir. 20 km2 ərazini tutur. Arxangel Mikayıl şəhərin himayədarı hesab olunur.
Avzoniya
Avzoniya — mərkəzi İtaliyanın Lasi regionunda, e.ə. IV əsrə aid şəhər. İndiki Auzoniya şəhəridir. Bu, avzonların sahib olduğu üç şəhərdən biri idi. Şəhərin adı onun avzonların baş şəhəri və ya metropolisi olduğunu göstərir. Tarixdə yalnız bir dəfə xatırlanır: İkinci samnit müharibəsi zamanı (e.ə. 326–304) avzonların hər üç şəhəri Roma konsullarının əlinə keçmiş və onların sakinləri qətliama uğramışdır. Avzoniya haqqında bundan başqa məlumat bilinmir.
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. == Zəmin == XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
Antoniya
Antoniya — ad. Antoniya Moraiti — Yunanıstanı təmsil edən su poloçusu. Antoniya Brentano Antoniya Misura Antoniya Tomas — Böyük Britaniya aktrisası. Antoniya Misura — Xorvatiyanın peşəkar basketbolçusu.
Aroaniya
Aroaniya (yun. Αροάνια ) və ya Helmos (Χελμός ) — Yunanıstanda, Peloponnesin şimalında yerləşən dağ silsiləsi. 2355 metr hündürlüyü ilə Aroaniya dağları Mora yarımadasında üçüncü ən yüksək dağdır.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi. Üç yerə bölünür: 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər. 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar. 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Alaniya FK
Alaniya (Vladiqafqaz) — Rusiyanın futbol klubu. == Tarixi == 1921-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kuboklarında iştirak edib.
Ananiya Şirakatsi
Ananiya Şiraklı; Şirakasi (erm. Անանիա Շիրակացի; təq. 610, Qonaqqıran, Bizans imperiyası – təq. 685) — erməni coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronom və kimyaçı, qədim erməni təbiətşünaslığının banisi. == Bioqrafiya == Şirak vilayətində anadan olmuşdur. Bəzən özünü Şirakavan adlı yerin adı ilə Şiravakansi də adlandırıb. Atasının adı Ovannes idi. Ermənistanda ilkin təhsilini alıb, təhsilini davam etdirmək üçün Bizansa yola düşüb. O, Feodosiopol (Karin) şəhərindən keçərək, IV Ermənistan vilayətinə getmiş və orada riyaziyyatçı Kristosaturdan təhsil almışdır. Hesab edilir ki, o, «bütün elmləri oyrənmədi», bir müddətdən sonra Trabzona üz tütdu, hansı ki orada məşhur alim Tixik onun müəllimi olub, Şirakasinin özünün yazdığı kimi, Tixik erməni yazısının bilicisi» idi.
Ananiya Şiraklı
Ananiya Şiraklı; Şirakasi (erm. Անանիա Շիրակացի; təq. 610, Qonaqqıran, Bizans imperiyası – təq. 685) — erməni coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronom və kimyaçı, qədim erməni təbiətşünaslığının banisi. == Bioqrafiya == Şirak vilayətində anadan olmuşdur. Bəzən özünü Şirakavan adlı yerin adı ilə Şiravakansi də adlandırıb. Atasının adı Ovannes idi. Ermənistanda ilkin təhsilini alıb, təhsilini davam etdirmək üçün Bizansa yola düşüb. O, Feodosiopol (Karin) şəhərindən keçərək, IV Ermənistan vilayətinə getmiş və orada riyaziyyatçı Kristosaturdan təhsil almışdır. Hesab edilir ki, o, «bütün elmləri oyrənmədi», bir müddətdən sonra Trabzona üz tütdu, hansı ki orada məşhur alim Tixik onun müəllimi olub, Şirakasinin özünün yazdığı kimi, Tixik erməni yazısının bilicisi» idi.
Antoniya Brentano
Antoniya (Toni) Brentano (alm. Antonie Brentano‎, uşaqlıq adı: İohanna Antoniya Yozef fon Birkenştok), (alm. Johanna Antonie Josefa von Birkenstock‎; 1780—1869) — avstriya incəsənət kolleksiyaçısı, mesenat və Lüdviq van Bethovenin yaxın dostu. == Bioqrafiyası == 28 May 1780-ci ildə Vyanada anadan olmuşdur. Atası avstriya diplomatı və sənət kolleksiyaçısı Johann Melchior von Birkenstock, anası isə Carolina Josefa von Hay (1755-1788) idi. Antoniya ilə yanaşı ailədə daha üç qardaş vardı: Hugo Conrad Gottfried (1778-1825), Konstantin Viktor (1782-ci ildə anadan olub və öldü) və Johann Eduard Valentine (1784-cü ildə anadan olub vəfat etdib). Atası Entoni üçün layiqli ər axtarırdı və tacir Frans Brentano buna namizəd idi - Clemens Brentano və Bettina von Arniminin qardaşı. 1796-cı ilin sonlarında və ya 1797-ci ilin əvvəllərindəonlar görüşdülər. Uzun danışıqlardan sonra gənclər 23 iyul 1798-ci ildə Vyanadakı Müqəddəs Stefan kilsəsində evləndilər. Bir həftə sonra onlar Frankfurt şəhərinə yola düşdülər.
Antoniya Misura
Antoniya Misura (xorv. Antonija Mišura; 19 may 1988-ci il təvəllüdlü) — Xorvatiyanın peşəkar basketbolçusu. O, Xorvatiya qadınlar basketbol liqasında ŽKK Jolly JBS üçün və Xorvatiya qadınlar milli basketbol komandası üçün oynayır.
Antoniya Moraiti
Antoniya Moraiti (d. 2 may 1977) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antoniya Moraiti, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Baloniya sistemi
Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin] == Yaranması və genişlənməsi == Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.