Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağcaqanad
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar. Təxminən 3500 növü aşkar olunmuşdur. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur.
Adi ağcaqanad
Adi ağcaqanad (lat. Culex pipiens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinin əsl ağcaqanad cinsinə aid heyvan növü.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.