Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Aladaş silsiləsi
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Azərbaycanın Abşeron və Şamaxı rayonları ərazisindədir. Dübrar (Kolanı) zirvəsi yaxınlığından başlayıb cənub-şərq istiqamətində Tudar çayının dərəsinədək uzanır (30 km.). Bəzi zirvələrinin hündürlüyü 1600 metrdən çoxdur. Yay otlaqları, biçənəklər və kolluqlar var.
Anlama... (film, 2008)
Qaratəpə-Aslandaş Milli Parkı
Qaratəpə-Aslandaş Milli Parkı (türk. Qaratəpə-Aslandaş Milli Parkı) ― Türkiyənin cənubunda yerləşən, 1958-ci ildə qurulmuş milli park. Su anbarının sahilində yerləşən bu ərazidə arxeoloji açıq hava muzeyi var. Milli park ərazidəki əhəmiyyətli arxeoloji tapıntıların aşkarlanmasından sonra ölkənin bu tipli ikinci qorunan ərazisi olaraq 28 sentyabr 1958-ci ildə qurulmuşdur. == Yer == Qaratəpə-Aslandaş Milli Parkı Osmaniyyə ilinin Kadirli və Düziçi bölgələrindədir. Qorunan ərazi Osmaniyyənin 30 kilometr (19 mil) şimalında və Kadirlinin 22 kilometr (14 mil) cənub-şərqində yerləşir. Ən yaxın hava limanı 125 kilometr (78 mil) məsafədə yeləşən Adana Şakirpaşa Hava Limanıdır. == Coğrafiya == Milli park Tavr dağlarının ətəkləri ilə Ceyhan çayının keçdiyi Çukurova düzənliyi arasındakı ərazidə yerləşir. Park bit hissəsi Aslantaş bəndinin yaratdığı su anbarının sahilindədir. Ceyhan çayının qolları olan və Aslantaş su anbarına tökülən Hillik, Kırağı, Kışla və Kaplan çayları qorunan ərazinin sərhədlərıni təşkil edir.
Anlamaq istəyirəm (film, 1980)
Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur. == Məzmun == İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam...
Bethoveni anlamaq (film, 2006)
"Bethoveni anlamaq" (ing. Copying Beethoven) — 2006-cı il istehsalı, Lüdviq van Bethovenin həyatından bəhs edən bir film. == Məzmun == Bethoven fırtınalarla keçən həyatının yetkinlik dövründədir. Qulaqlarının eşitmə qabiliyyətini getdikcə itirməsinə baxmayaraq 9-cu simfoniya üzərində çalışmaqdadır. Bu arada notların təmizlənməsi və təkmilləşməsi üçün öz istəyi ilə köməkçi ayırır. Beləliklə, onun köməkçisi Anna Holtz adında qadın olur. Lakin, Bethoven başlanğıcda köməkçisinin qadın olmasından çox da xoşlanmır. Bir müddətdən sonra Anna Bethovenin sağ əlinə çevrilir, lakin, bu vaxt ərzində sevgilisi və öz həyatı ilə vidalaşmalı olur. Film bəstəkarın ölüm döşəyinə düşməsiylə bitir.
Aslamas bəy
Aslamas bəy (gürc. ასლამაზ ორბელიანი; XVII əsr) — Aslan xan kimi də tanınan Səfəvi məmuru və gürcü mənşəli hərbi komandir. 1693-1695-ci illərdə Şah qulam korpusunun (qullar ağası) komandiri və 1694-1695-ci illərdə və ya 1696-1697-ci illərdə Qəndəhar bəylərbəyi vəzifəsində çalışmışdır. Orbeliani ailəsindən olan Aslamas Şuştərin keçmiş qubernatoru (bəylərbəyi) Vaxuşti xanın ikinci oğlu idi. Aslamasın oğlu Məhəmmədəli xan 1722-ci ildə qısa müddət artilleriya komandiri vəzifəsini icra etdi. 1740-cı ildə vəfat edən Aslamasın eyni adda olan nəvəsi sonradan Nadir şah Əfşarın dövründə (1736-1747) Gürcüstanın (Qorcestan) bəylərbəyi kimi xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001.