Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asya
Asya — qadın adı. Asya (müğənni) — türk müğənni. Asya Atakişiyeva — Azərbaycan aktrisası.
Asya (müğənni)
Asya (24 fevral 1965, Əskişəhər) — türk müğənni. Musiqiyə meyli ibtidai məktəb illərində başlayan orta məktəb illərində Türk Xalq musiqisi xoruna davam edən Tülay Keçialan, Əskişəhər / Əhməd Qanadlı Liseyində oxuyarkən Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışmasında Türk Xalq musiqisi filialında solist olaraq birinci seçilmişdir. Liseydən məzun olduqdan sonra musiqi həyatına Bodrumda başlayan və daha sonra Ankarada davam edən Tülay Keçialan, Nilüfer prodüserliyində hazırladığı ilk albomuna qədər səhnə adı olaraq Tülay Saygın adını istifadə etmişdir. == Albomları == Asya (1994) (1994) Asya (1996) (1996) Günahsız (1999) Dönməm yolumdan (2002) Eşqdir məni gözəl edən (2007) == Digər işləri == Eurovision Mahnı Yarışması Türkiyə Finallarında Selmi Andak Bəstələri (1975–1995) , (TRT/2003) , Asiya bu albomda "Zamanda Gəzinti" adlı mahnını şərh etmişdir. Beynəlxalq Mükafatlı Selmi Andak Mahnıları, (Sakman Musiqi/2003) , Asiya bu albomda "Dinlə" adlı mahnını şərh etmişdir. Summer In Turkey, (Sony Musiqi Türkiyə/2003) , Asiya bu albomda "Boşver Həyat Qısa (Remix) " adlı mahnını şərh etmişdir. == Nəşr olunmayan işləri == Qışqır Sevda dağlarına Səhv kimdə (remiks) == Mükafatları == Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışması Türk Xalq musiqisi budağında birincilik; 1992 Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında birincilik.
Asya Atakişiyeva
Atakişiyeva Asya Çingiz qızı (4 fevral 1985, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbi bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsini bitirib. 2008-ci ildə "Rejissorluq" fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb, 4-cü kursda oxuyanda Hüseynağa müəllimin yanına gəlib ki, orada işləmək istəyir. Rejissorluq üçün müraciət etsə də, aktrisa kimi işə qəbul olunub. Hüseynağa Atakişiyevin qardaşı qızıdır. == Yaradıcılığı == İlk baş rolu Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu yox imiş" tamaşasında olmuşdur.
Asya Manafova
Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi == Həyatı == Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995 ildən). Azərb. Dövlət Neft və Kimya İn-tunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959 ildən başlamış, 1965 ildən Azərb. EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969 ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974 ildən Azərb. KP Qusar RK-nın katibi, 1979 ildən Azərb. KP MK-da məsul işçi, 1981 ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990 ildən Azərb. KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992 ildə Azərb. Resp. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.
Asya kəlləri
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Orta Asya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. == Coğrafiyası == Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Asya Tağıyeva
Asya Səttar qızı Tağıyeva ― musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). O, Azərbaycanın ilk qanun ifaçısı kimi tanınır: bu alətdə ilk dəfə 1959-cu ildə onun ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılıb. == Bioqrafiya == Asya Tağıyeva 1935-ci ildə anadan olub.[mənbə göstərin] Uşaqlıqdan musiqiyə maraqlı olub, İrəvandakı Pionerlər Evində xor qrupunda iştirak edib. 1954-cü ildə musiqi məktəbinə daxil olub. Sonralar o, Ermənistan SSR Dövlət Rəqs Ansamblına dəvət olunub. 1956-cı il iyunun 1-dən 13-dək Moskvada incəsənət və ədəbiyyat ongünlüyü keçirilir və Tağıyeva buradakı uğurlu iştirakına görə "Əməkdə müvəffəqiyyətə görə" medalı və bir aylıq əmək haqqı ilə təltif olunur. Tağıyeva 1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin VI Ümumdünya festivalında iştirak edib və "Yaradıcılıq müvəffəqiyyətinə görə" Qızıl medalla təltif olunub. Festivalda çıxışından sonra Azərbaycanın xalq artisti, bəstəkar Səid Rüstəmov Asya Tağıyevanı Azərbaycana dəvət edir və o, Bakıya gəlir.
Arif Nihat Asya
Arif Nihat Asya (7 fevral 1904, Çatalca ilçəsi, İstanbul ili – 5 yanvar 1975, Ankara) — Şair Yazar Müəllim Siyasətçi Cumhuriyyət dönəmi Türk şeirlərinin vacib təmsilçilərindəndir. Sadə bir üslubla milli dəyərləri və dini həyəcanlardan bəhs edən şeirlər yazıb. "Bayrak, Bir Bayrak Rüzgar Bekliyor, Fetih Davulları, Selimler, Kubbeler, Süleymaniye" ən tanınmış şeirləridir. "Bayrak" şeirinə görə Türk ədəbiyyatında "Bayrak şairi" olaraq da xatırlanır. Bir zamanalar TBMM'də millətvəkili olaraq işləmişdir. == Həyatı == 1904-cü ildə Çatalca'nın "İnceğiz" kəndində doğulub. Əsl adı Mehmet Arifdir. Tokatlı Zivər Əfəndi ilə Tırnovalı Zəhra Xanım'ın tək uşağı idi. Hələ uşağikən atası vəba xəstəliyindən vəfat edib. Anasın evlənib Filistin'e getməsinə görə üç yaşından etibarən qohumlarının yanında böyüdüldü.
Asyab dərəsi
Asyab dərəsi — İranda dərə. Küsərx şəhristanında yerləşir. təbii və turistik yerlərindən birinin adıdır. Bu vadinin qərbində Doxtər qalası və Şahı SES yerləşir. Asyab dərəsi əlverişli bitki örtüyünə malikdir, burada hər cür meyvəli və meyvəsiz ağaclar bitir. Vadi Bərdəskən şəhərindən 30 kilometr (19 mil) şimal-şərqdə yerləşir.
Çəhar Asyab rayonu
Çəhar Asyab rayonu - Əfqanıstanın mərkəzi olan Kabil şəhərindən təxminən 11 km şimalda, Kabil vilayətinin isə şimal hissəsində yerləşən rayon. = Haqqında = 2002-ci il siyahıyaalınmasına görə təxminən 32.500 nəfər əhalisi var. Əhalinin əksəriyyətini taciklər təşkil edir. Say baxımdan növbəti üstünlük puştunlara aiddir. Rayon ərazisində az sayda Həzaralar (yaxud Xəzərilər) da var.
Aksya
Aksya (fr. Axiat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Le-Kaban kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09031. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 26 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 14 yaşdan yuxarı (15–64 yaş arasında) 12 nəfər iqtisadi fəal, 2 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 85,7%, 1999-cu ildə 64,7%) idi. Fəal olan 12 nəfərdən (6 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. Fəal olmayan 2 nəfər arasında pensiyaçılar da fəaliyyət göstərirlər.
Alya
Alya (fr. Alliat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09006. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 64 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 48 nəfər (15-64 yaş) arasında 30 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə 70,7%). Fəal olan 30 nəfərdən 25 nəfər (14 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. 18 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Asay
Asay — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir, lakin çarlar siyahısında olduğu dəqiqdir. == Həyatı == Asay ondan əvvəlki hökmdarlar olan Mirhavan və ya Satoyun oğlu və ya kiçik qardaşı ola bilər. Vəliəhd şahzadə olduğu dövrə aid möhür Sasanilərin üslubunda hazırlanmışdır. Möhrün üzərində maral rəsmi var. Təqribən 405-415-ci illərdə çar olaraq hökm sürmüşdür. == İstinadlar == == Ədəbiyyat == Khurshudyan E.Sh. Seal of Asay, Crown Prince of Aran. Commentationes Iranicae. Collection of Articles for the 90th Anniversary of Vladimir Aronovich Livshits.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Asyo
Asyö (fr. Assieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38017. Kommunanın 2006-cı il üçün əhalisi 1178 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 40 km cənubda, Qrenobldan 75 km qərbdə yerləşir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Usya
Usya və ya Wuxia (çin. 武俠; pinyin: wǔxiá; azərb. "döyüş qəhrəmanları"‎) Qədim Çindəki döyüş sənətçilərinin sərgüzəştləri haqqında olan Çin fantastikasının bir janrıdır. Ənənəvi olaraq fantaziya ədəbiyyatının bir forması olması ilə bərabər, məşhurluğu onun Çin operası, manhua, filmlər, televiziya serialları və video oyunlar kimi müxtəlif sənət növlərinə yayılmasına səbəb olmuşdur. O, dünyanın bir çox ərazisində yaşayan çindilli icmaların arasında populyar mədəniyyətin bir hissəsini təşkil etmişdir. Usya (Wuxia) sözü wǔ (武, "hərbi" və ya "silahlı") və xiá (俠, "cəsur", "qanunsuz" və ya "qəhrəman") sözlərinin birləşməsindən ibarət olan mürəkkəb sözdür. Xia koduna əməl edən döyüş ustasına əsasən xiákè (俠客, "xia-nın davamçısı") və ya yóuxiá (遊俠, hərfi mənası "gəzən xia") deyirdilər. Bəzi tərcümələr zamanı döyüş sənətçilərindən qılınc tutması tələb olunmasa da, onlara “qılınc ustası” və ya “qılınc ustadı” da demişdirlər. Wuxia fantastikasındakı qəhrəmanlar adətən lordlara xidmət etmir, hərbi güc tətbiq etmir və eyni zamanda da aristokrat təbəqəyə mənsub olmurdular. Onlar adətən qədim Çin cəmiyyətinin aşağı sosial təbəqələrindən olurdular.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Sya
Hsia imperiyası, Sya (407-431) — öz adını əfsanəvi Hsiadan alan hun dövləti.
ASPA Patrulu
Aspa Patrulu (isp. Patrulla ASPA) — İspaniya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 5 ədəd Eurocopter EC120 Colibri helikopteri istifadə olunur. == Tarixi == Komanda 23 sentyabr 2003-cü ildə qurulmuşdur. İlk aviaşou 16 may 2004-cü ildə baş tutmuşdur. Komandanın ölkə kənarlarındakı ilk debütü 2005-ci ildə Portuqaliyada baş tutmuşdur.
Abya-Paluoya
Abya-Paluoya (est. Abja-Paluoja) — Estoniyanın cənubunda, Vilyandimaa bölgəsində şəhər. 1950–1962-ci illərdə Abya rayonunun mərkəzi idi.
Abya mühafazası
Abya mühafazası — == Ərazisi == Abya mühafazasının ərazisi 21 939 km2-dır. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Asia Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Asma (İğdır)
Asma — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildə Asma olaraq qeyd edilir. 1914-ci il qeydlərində Osma Qışlağı olaraq qeyd edilir == Coğrafiyası == İğdırdan 33 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 211 nəfər kürd yaşayırdı.
Asma körpü
Asma körpü — göyərtənin (yük daşıyıcı hissəsinin) şaquli asqılarda asma kabellərin altına asıldığı bir körpü növü. Bu tip körpünün ilk müasir nümunələri 1800-cü illərin əvvəllərində inşa edilmişdir.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
AŞPA
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur. Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 üzvdən ibarətdir və adətən ildə dörd dəfə Strasburqda bir həftəlik plenar iclaslarda toplanır. O, daimi dialoq aparan hökumətləri təmsil edən icraedici orqan olan Nazirlər Komitəsi ilə birlikdə Avropa Şurasının iki qanuni orqanından biridir. Bununla belə, adətən təşkilatın “mühərriki” kimi qəbul edilən, hökumətləri insan hüquqları məsələlərində hesaba çəkən, demokratik standartları dəstəkləmək üçün dövlətlərə təzyiq göstərən, təzə ideyalar təklif edən və islahatlara təkan yaradan Assambleyadır. Assambleya ilk sessiyasını 10 avqust 1949-cu ildə Strasburqda keçirdi və onu Avropanın ən qədim beynəlxalq assambleyalarından birinə çevirdi. Onun əsas nailiyyətləri arasında: yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməklə, Avropada ölüm hökmünün ləğvi; Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və formalaşması; Avropa Şurasına üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar; 1989-cu ildən sonra demokratiyaya keçiddə keçmiş sovet ölkələrinə yardım; bir çox yeni mütərəqqi milli qanunların formalaşmasına ilham vermək və kömək etmək; münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi və ya sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etmək Avropa Şurası Parlament Assambleyası - Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. == Səlahiyyətlər == Avropa Parlamentindən (Avropa İttifaqının institutu) fərqli olaraq, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, 700 milyon avropalı üçün danışır və hüququna malikdir: Avropa Şurasının 46 ölkəsinin hökumətlərindən təşkilatın icraedici orqanı vasitəsilə birgə cavab verməli olan tədbirlər tələb etmək; Üzv dövlətlərin hər hansı birində insan hüquqlarının pozulmasını araşdırmaq; hər hansı məsələ ilə bağlı baş nazirlərə və dövlət başçılarına sualların ünvanlanması; parlamentariləri seçkiləri müşahidə etmək və böhranlarda vasitəçilik etmək üçün göndərmək; dövlətlərin veto hüququ sayəsində Avropa Şurasına daxil ola biləcəkləri şərtləri müəyyən etmək; ruhlandırmaq, təklif etmək və yeni milli qanunların formalaşmasına kömək etmək; üzv dövlətlərin qanunlarına və konstitusiyalarına hüquqi baxış tələb etmək; üzv dövlətin xaric edilməsini və ya fəaliyyətinin dayandırılmasını tövsiyə etməklə ona qarşı sanksiyalar tətbiq etmək AŞPA-nın qanunla müəyyən edilmiş mühüm funksiyaları Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və onun Baş katibinin, habelə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin üzvlərinin seçilməsidir. Ümumiyyətlə, Assambleya ildə dörd dəfə Strasburqda, fr.
Əşya
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.