Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədiilik
Bədiilik — estetik kateqoriya; ədəbiyyat və incəsənət əsərlərinin əsas spesifik xüsusiyyəti; sənətdə gözəllik meyarı, yaradıcı əmək məhsulunun keyfiyyət və elementlərinin məcmusu. Bədiiliyin əsas prinsipini tarixilik, yəni cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərinin bədii funksiyalarının həmin dövrün konkret vəzifə və tələbləri ilə dialektik üzvi bağlılığı təşkil edir. Bədiiliyin zəruri amili və şərti bədii istedaddır. Bədiilik üç əsas aspektin vəhdəti kimi dərk edilməlidir: yaradıcı şəxsiyyət və yaradıcılıq prosesi; bədii əsər və onun vahid bədii sistemi; qavrayış prosesi. Bədiilikdə əsərin zamanla, dövrlə əlaqəsi, onun dərin ictimai-fəlsəfi dəyəri mühüm əhəmiyyət kəsb edir. Bədiilik bu və ya başqa məzmundan irəli gələn əsas bədii ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil olunması deməkdir. Bu, müəllifin istedadından və yaradıcılıq təcrübəsindən, sənətkarlığından, bədii əsərin məzmunundakı ideya gerçəkliyinin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Bədiiliyin mühüm şərtlərindən biri də əsərin kamil bədii dildə olmasıdır. Holland rəssaamı Van Qoqun "insanları sevmək qədər bədii heç bir şey yoxdur" sözləri bədiilik meyarının emosional-psixoloji tərifini təşkil edir. Geniş mənada bədiilik sənətşünaslıq kateqoriyası olub, ictimai şüurun başqa növlərindən fərqli olaraq həyatın obrazlı — bədii inikasını verən sənətin ümumi növ əlamətini bildirir.
Bərziliq (Miyanə)
Bərziliq (fars. برزليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 245 nəfər yaşayır (64 ailə).
Qulamhüseyn Begdili
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. == Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti == Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.