Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton, London qraflığı[d]) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. == Xarici keçidlər == Dragon Ball — Internet Movie Database saytında.
Ace of Base
Ace of Base — İsveçin rok qruplarından biri. == Tarixi == Ace of Base (Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə "Tech Noir"adı ilə qatılıb. İlk əvvəl qrup tecno musiqi ifa etmişlər. Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək "Ace of Base" adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Cenni Berggren, Cons "Joker" Berggren, Malin "Linn" Berggren və Ulf "Buddha" Ekberg olub. Qrup İsveçdə yaranıb. 1997-ci ildə onu üzvü Linn, 2009-cu ildə isə Cenni Berqqern tərk edib. 1992-ci ildə ilk albomları olan "Happy Nation" satışına görə Ginnesin Rekordlar kitabına düşmüşdür. Satış 21 milyon olub. Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.
The Fame Ball Tour
The Fame Ball Tour — Lady Gaga-nın The Fame Monster albomundakı mahnılara verilmiş konsert turu. Bu tur indiyə kimi ən yaxşı keçirilmiş turlardan bir hesab olunur. Həm də bu tur təzə çıxan müğənninin ən çox qazanc gətirmiş turu hesab olunur. == Haqqında == Tur 27 noyabr 2009-da başlamış,6 may 2011-ci ildə sona çatmşdır. Bu vaxt ərzində 119 şov baş tutmuşdur. Bunlardan 6-ü Avropa-da, 15-i Okeaniya-da,4-ü Asiya-da baş tutub. Bu vaxt ərzində Gaga 227.4 milyon ABŞ dolları gəlir əldə edib.
Tranquility Base Hotel & Casino
Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir. Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur.
Tranquility Base Hotel & Casino (mahnı)
"Tranquility Base Hotel & Casino" ingilis indi-rok qrupu Arctic Monkeys mahnısı. 23 iyul 2018-ci ildə eyni adlı altıncı studiya albomundan ikinci sinql və musiqi videosu ilə bərabər buraxıldı. 16 oktyabr 2018-ci ildə sinqlin 7 düymlük vinil versiyasının əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə 30 noyabr 2018-ci ildə buraxılacağı elan edildi. == Mahnı klipi == Mahnı klipi 23 iyul 2018-ci ildə qrupun rəsmi YouTube Vevo hesabı vasitəsilə yayımlandı. Klipin rejissorluğunu Ben Çappel və Aron Braun etdi, onlar Stenli Kubrikin istehsal etdiyi filmlərdən ilham aldılar və qrupun "Four Out of Five" mahnısı üçün də bir yerdə klip istehsal etdilər. Mahnının adını daşıyan oteld və qumarxanada yaşayan Törner, mərtəbələri gəzir və istirahət obyektlərində uzanır. O, həm də telefonlara cavab verən və zəngləri yönləndirən otelin rezident konsyerji "Mark" rolunu oynayır. Video Nevada ştatının Reno şəhərindəki Peppermill Reno-da çəkilib. Videoda görünən moped Honda Elite 80-dir. == Mahnı siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən bəstlənmişdir.
Pall Mall
Pall Mall — R. J. Reynolds Tobakko Kompany tərəfindən istehsal edilən siqaretlərdən birinin marka adı. == Tarixi == Pall Mall markalı siqaretlər ilk dəfə 1899-cu ildə Butler & Butler şirkəti tərəfindən yuxarı sinif üçün istehsal edilib. 1907-ci ildə Pall Mall, Amerikan Tobakko tərəfindən Butler & Butlerdən satın alınıb. Yeni sahiblər bu markadan siqaret istehsalında yenilikləri sınaqdan keçirmək üçün istifadə etdiblər. Əvvəlcə daha böyük ölçülərdə (indiki standart 85 mm siqaret ölçüsü) istehsal etdilər və sonra tütünün sıxılmasının yeni üsulunu tətbiq etdilər. Pall Mall 1960-cı ildə ABŞ-də bir nömrəli siqaret markası olduqda populyarlıq zirvəsinə çatdı. Dizayn qumar oyunu başladı və şirkət uzun siqaretləri, 100 mm buraxdı (bu dəfə uzun siqaretlər üçün standart təyin etdilər). 1966-cı ildə Uinston siqaretlərinin reklamlarının öhdəsindən gələ bilmədiyi üçün taxtdan salındı. Pall Mall 1994-cü ildə Brown & Williamson Tobacco Corporation tərəfindən alındıqda; Dizayn baxımından geridə qalan və filtrsiz qalan bir neçə siqaretdən biri idi. Nəhayət, 2001-ci ildə filtrləri olan yeni Pall Mall-lar istifadəyə verildi və əvvəllər öz innovasiyaları ilə formalaşdırdıqları sənayeni ələ keçirdilər.
Baal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. == Xarici keçidlər == Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Baill.
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Bala
Bala — hansısa bioloji növün yetkinlik yaşına çatmayan nümayəndəsi.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həmdə məşhur Volles xəttinin sərhədində yerləşir.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Bill
Bill — dünyada daha çox işlədilən ad. Bill Klinton — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001) Bill Geyts — dünyanın ən varlı şəxslərindən biri Bill Hinzman — ABŞ aktyoru və rejissoru Bill Nighy — aktyor Bill Şuster — ABŞ Konqresinin 2001-ci ildən üzvü Bill Mürrey — amerika akyoru, "Qızıl Qlobus" BAFTA mükafatları laureatı.
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Bate
Bate (mac. Baté) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
XBASE
xBASE - dBASE proqramının verilənlər bazasının fayllarını oxuya, yaza, redaktə edə, dəyişdirə və hətta poza bilən istənilən proqramı ifadə edən ümumiləşdirilmiş termin. Ən populyar xBase-proqramları Microsoft FoxPro, CA-Clipper və Alpha Four’dur. XBase - çox yüksək səviyyəli dillər və ya vizual dillərə aiddir. xBase proqramlaşdırma dilinin dialektlərindən FoxPro (Foks-Pro) proqramı - əsasən relasiya verilənlər bazasının işlənməsində istifadə edilir. xBase proqramlaşdırma dillərindən Visual FoxPro (VFP) proqramı - mərkəzində relyasiyalı verilənlər bazalarının idarəolunması sistemi olan obyekt-yönlü və prosedurlu proqramlaşdırma dilidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
DBase
dBase kompüterlər üçün verilənlər bazası ehtiyaclarını ödəmək üçün Ashton Tate tərəfindən buraxılmış inteqrasiya olunmuş verilənlər bazası meneceri olan 4-cü nəsil proqramlaşdırma dili və proqram təminatıdır. == Tarixçə == Orijinal dBase Wayne Ratliff tərəfindən hazırlanmışdır. 1978-ci ildə Reaktiv Sürmə Laboratoriyasında işləyərkən Ratliff CP/M montaj proqramlaşdırma dili ilə kompüterdə istifadə üçün verilənlər bazası yaratdı. Onun burada məqsədi futbol komandalarının matç nəticələrini izləmək olub. O, daha sonra iş yerində biznes proqramı hazırlayıb və onu "Vulcan" adlandırıb. 1980-ci ilin əvvəlində Ashton-Tate-nin müdiri Corc Tate və Ratliff ilə kommersiya müqaviləsi imzaladı. Vulkanın adı "dBase" olaraq dəyişdirildi və proqram çox qısa müddətdə böyük uğur qazandı. == Funksiyalar == Proqram təminatında böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur və əmrlərin/funksiyaların ilk dörd hərfini yazmaq kifayətdir. Dəyişənlər on hərfdən çox ola bilməz, lakin istəsən daha uzun yazıla bilər; tərtibçi yalnız ilk on hərfi nəzərə alır. dBase güclü tipli bir dil deyil.
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
BSE
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir. Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Alber Baye
Alber Baye (d. Lion 1880 - ö. Paris 1961) — fransız sosioloq, jurnalist, tədqiqatçı mütəfəkkir və yazar. Sorbonne-da sosiologiya dərsləri verdi. Mənəvi hadisələri məntiqli surətdə elmləşdirmək məqsədi ilə yazdı; Azad düşüncədən yana mövqe aldı. Elm əxlaqının insan inkişafına təsirini sorğuladı. Əsərlərində bunu vurğuladı. İlk dövrlərdən günümüzə qədər düşüncənin inkişafının analizini etdi. Demokratiya tərəfdarı olduğu üçün, radikal, sosialist meyilli qəzetlərdə işlədi. İkinci dünya müharibəsində fransızları faşizmə və alman hücmlarına qarşı müqavimətə yönəltdi.
Basel 2
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Bask Ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniya nın şimalında avtonom bölgədir. Sahəsi 7,234 km ² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Bass boğazı
Bass boğazı — Sakit okeanı Hind okeanı ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Tasmaniya adasından ayırır. Boğazın eni 240 km, orta dərinliyi isə 50 m təşkil edir. Boğazın əmələ gəlməsi 10,000 il bundan əvvələ təsadüf edir. Belə ki, Tasman adası materikin bir hissəsi olmuşdur. Suyun qalxması nəticəsində Tasman adası əmələ gəlmişdir. Adına gəldikdə isə onu ilk dəfə üzüb keçən Metyu Flinders tərəfindən gəmi həkimi Corc Bassın şərəfinə vermişdir (1798). 21 oktyabr 1978-ci ildə boğazın üzərindən uçan Federik Valentik səssiz-səmirsiz itkin düşmüşdür.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
All.
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
28 Mall
28 Mall — 28 May metrostansiyasının yaxınlığında, Azadlıq prospektində yerləşən ticarət mərkəzi. 15 sentyabr 2012-ci ildə açılış mərasimi baş tutmuşdur. Yarandığı ilk vaxtlarda Bakının ən böyük ticarət mərkəzi olduğu iddia edilib. TripAdvisor saytına görə ayda 1 milyondan çox ziyarətçini cəlb edir. 70-dən çox beynəlxalq və yerli brend mağaza, 16 restoran, 15 kiosk, kinoteatr və uşaq əyləncə mərkəzi mövcuddur. 350 yerlik avtomobil dayanacağı mövcuddur.
Aleksandr Bell
Aleksandr Qrem Bell (ing. Alexander Graham Bell; 3 mart 1847[…], Edinburq – 2 avqust 1922[…]) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur. Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir. Aeronavtika (təyyarəçilik), hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi. == Erkən həyatı == Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
BAAS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Bala Darbaz
Bala Darbaz (gür.: g.ə. პატარა დარბაზი, l.ə. patara darbazi) - Gürcüstanın Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Faxralı kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ტალავერის თემის საკრებულო, l.ə. talaveris temis sakrebulo) təşkil edir. Kənd şimali-şərqdə Faxralı, cənubda dağlarla (Sarvan bələdiyyəsi), şərqdə Qudro (Sarvan bələdiyyəsi), qərbdə Çatax, şimali-qərbdə Şəmşiöyü, İncəoğlu kəndləri, Bolnisi şəhəri, Xatissopeli və Mığırlı kəndləri ilə əhatələnib. Kəndə ən yaxın (5 km məsafədə) yaşayış məntəqəsi Faxralıdır. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 40 nəfər (22 nəfəri kişilər, 18 nəfəri qadınlar) əhali yaşayır.
Bala İsgəndərov
Bala İsgəndərov (tam adı: Bala Ağa-Hüseyn oğlu İsgəndərov; 21 dekabr 1936, Bakı – 9 avqust 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == Bala Ağa-Hüseyn oğlu İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə təhsilini davam etdirmək üçün SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika-riyaziyyat fakültəsinə köçürülmüşdür. B.A.İsgəndərov 1961-ci ildə bu fakültəni bitirmiş, həmin il ADU-nun aspiranturasına daxil olmuş və MDU-ya ezam olunmuşdur. O, professor A.Q.Kostyuçenko və professor M.V.Fedoryukun rəhbərliyi altında namizədlik dissertasiyası yazmışdır. == Elmi və pedoqoji failiyyəti == 1964-cü ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) işləyir. Otuz ildən artıqdır ki, həmin institutun “Diferensial tənliklər” şöbəsinin müdiridir. 1967-ci ildə B.A.İsgəndərov AMEA-nın RMİ-da “Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu işdə o, Petrovskiyə görə korrekt tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi vermiş və məsələnin həllinin azalma sürətini dəyişənlərin fəza ölçüsündən asılı olaraq təyin etmişdir.
Bala Şahağac
Bala Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. Bala Şahağac Astara rayonunun Kakalos inzibati ərazi vahidində kənd. Lənkəran ovalığında, Xəzər dənizi sahilindədir. Oykonim "Kicik şahağac kəndi" deməkdir. Şahağac ərazidəki ağac növlərindən birinin adıdır.18 km rayon mərkəzinə. == Etimologiyası == Kəndin adı Azərbaycan dilndəki bala "kiçik", şah "böyük", "iri" və ağac sözlərinin birləşməsindəndir. == Tanınmış şəxslər == Şakir Yaqubov (1951–2022) — jurnalist. === Şəhidləri === Çingiz Əliyev (1963–1990) — 20 Yanvar şəhidi. Vəfalı Suvarov (1959–1994).
Bala Şamlıq
Bala Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Kiçik Şamlıq kəndi" deməkdir. Şamlıq komponentini tədqiqatçılar "şam ağacları çox olan yer", "şamlu tayfasının adı", "günəşə, işığa tapınanlar" və s. kimi açıqlamağa çalışmışlar. Lakin Azərbaycanda coğrafi termin şam yer (şamlıq) ifadəsi işlənməkdədir ki, bu da "otlu, xam yer" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd iki dağ silsiləsinin arasında, dərədə yerləşir. Kəndin içərisindən Zəyəmçay keçir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Bala Şamlıq kənd kitabxana filialı, Bala Şamlıq kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. == Toponimiyası == Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. == Coğrafiyası == Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. == Tarixi == Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Bala Əfəndiyev
Bala İbrahim oğlu Əfəndiyev (1893, Çaykənd, Qazax qəzası – 1938, Bakı) — bolşevik dövlət xadimi, Azərbaycanda və Ermənistanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, repressiya qurbanı. == Həyatı və fəaliyyəti == Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulub. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən nəsillərdən idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Balanın tərbiyəsi ilə əmisi molla Məhəmməd Əfəndi və atalığı Hacı Əhməd Əfəndi məşğul olurlar. Bala öz kəndlərində molla məktəbini bitirir. Daha sonra əmiləri Balada elm və sənətə olan böyük həvəsi görüb, onu 1907-ci ildə Qazaxda təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağa göndərirlər. Bala Əfəndiyev həmin siniflərdə təhsilini davam etdirir, rus dilinə yiyələnir[2]və 1912-ci ildə məktəbi bitirir. Sərbəst həyat arzusu gənc Balanı 1913-cü ildə Bakıya gətirir.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Avşar Baba
Avşar Baba — Əhməd Yəsəvinin xəlifələrindən.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Baba Kokuri
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur.
Baba Korneliu
Baba Korneliu (18.11.1906, Krayova – 20.12.1997, Buxarest) – rəssam (əsasən portretçi) və qrafik rəssam, kitab rəssamı, Rumıniyanın Xalq Rəssamı, Rumıniya Akademiyasının Müxbir Üzvü və Tam Üzvü və Alman İncəsənət Akademiyasının, SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü. == Həyatı == O, ilk olaraq Buxarestdə incəsənət fakültəsində təhsil alıb, lakin təhsilini başa vurmayıb. 1948-ci ildə həbs edilib, izahat vermədən işdən çıxarılaraq Buxarestə sürgün edilib, sonradan karyerasını Kitab illüstratoru və rəssam kimi qura bilib. 1955-ci ildə ona SSRİ-yə getməyə icazə verildi, elə həmin ildə o, Varşavada keçirilən beynəlxalq sərgidə qızıl medal qazandı. 1956-cı ildə onun üç əsəri Venesiya Biennalesində nümayiş etdirilib. 1964-cü ildə onun Brüsseldə, 1970-ci ildə Nyu-Yorkda fərdi sərgisi təşkil olunmuşdur. 1963-cü ildən Rumıniya Elmlər Akademiyasının müxbir üzvüdür. Buna baxmayaraq o, Rumıniyada və daha az dərəcədə Şərqi Avropanın sosialist ölkələrində çox məşhur olsa da, heç vaxt Qərbdə müqayisəyə gələn məşhurluğa nail ola bilməmişdir.
Baba Mahmudoğlu
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Baba Mirzəyev
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Baba Məmmədov
Məmmədov Baba Məhəmməd oğlu (1887, Fərcan, Qubadlı rayonu – 1974, İstanbul) — Zəngəzur qəzasının yüzbaşısı.[mənbə göstərin] == Həyatı == Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərcan kəndində dünyaya gəlmişdir. O, Zəngəzur qəzasının yüzbaşısı, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının parlamentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə tanış olaraq onun köməkliyilə Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuşdur. 1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı kəndindən olan qaçaqlara qarşı hər hansısa əməliyyatın aparılmasına imkan verməmişdir. 1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınmış, lakin tezliklə Hüsü Hacıyevin köməkliyilə azad edilmiş və Arazın o biri tayına keçmişdir. Orada da uzun müddət qalmayaraq, Türkiyəyə getmişdir. Burada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşmüşdür. Baba Məmmədov uzun müddət vətən həsrəti ilə İstanbulda yaşamış və 1974-cü ildə orada vəfat etmişdir. == İstinadlar == Hacı Nərimanoğlu, "Yüzbaşı Baba".
Baba Məsimov
Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir.
Baba Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Baba Pünhan
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Baba Qasımov
Baba Əhməd oğlu Qasımov (1 noyabr 1989, Ərçivan, Astara rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Baba Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Baba Qasımov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Baba Qəbulov
Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov və ya Baba bəy Qəbulzadə (10 dekabr 1893, Qax, Zaqatala dairəsi – 29 oktyabr 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü. == Həyatı == Baba bəy Qəbulzadə ilk təhsilini atası Abdulla Qəbulzadədən almışdır. 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirmiş, burada və Şəkidə dərs demişdir. Sovet dövründə də əsasən, Zaqatalada və Kənd Təsərrüfatı Texnikumunda müəllimliklə məşğul olmuş, 1923–1927-ci illərdə Şəki oğlan müəllim seminariyasında tarixdən dərs demişdir. === Repressiya === 1920-ci il mayın 24-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, lakin 16 gün sonra buraxılmışdır. Baba bəy Şəkidə müəllim işləyərkən Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi "Yeni Qafqaziya" jurnalını tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və müsavatçı kimi həbs edilmişdir. 1928-ci ilin iyun ayının 11-də 3 il iş alaraq Bakıya sürgün edilib. Üç ildən sonra Zaqatalaya qayıdaraq, yenidən müəllimlik etmiş, ancaq bir müddət sonra onu məktəbdən uzaqlaşdırıb Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin tədarükçüsü vəzifəsinə göndəriblər. Abdulla bəy daha sonra Gəncəyə gəlmiş, Moskva Yeməkxanalar Birliyinin şöbəsində tədarük üzrə müvəkkil işləmişdir. === Ölümü === Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişməyə məcbur olan Baba bəyin həyatının son iki ili Şəki və Bakıda keçmişdir.
Baba Qəbulzadə
Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov və ya Baba bəy Qəbulzadə (10 dekabr 1893, Qax, Zaqatala dairəsi – 29 oktyabr 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü. == Həyatı == Baba bəy Qəbulzadə ilk təhsilini atası Abdulla Qəbulzadədən almışdır. 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirmiş, burada və Şəkidə dərs demişdir. Sovet dövründə də əsasən, Zaqatalada və Kənd Təsərrüfatı Texnikumunda müəllimliklə məşğul olmuş, 1923–1927-ci illərdə Şəki oğlan müəllim seminariyasında tarixdən dərs demişdir. === Repressiya === 1920-ci il mayın 24-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, lakin 16 gün sonra buraxılmışdır. Baba bəy Şəkidə müəllim işləyərkən Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi "Yeni Qafqaziya" jurnalını tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və müsavatçı kimi həbs edilmişdir. 1928-ci ilin iyun ayının 11-də 3 il iş alaraq Bakıya sürgün edilib. Üç ildən sonra Zaqatalaya qayıdaraq, yenidən müəllimlik etmiş, ancaq bir müddət sonra onu məktəbdən uzaqlaşdırıb Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin tədarükçüsü vəzifəsinə göndəriblər. Abdulla bəy daha sonra Gəncəyə gəlmiş, Moskva Yeməkxanalar Birliyinin şöbəsində tədarük üzrə müvəkkil işləmişdir. === Ölümü === Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişməyə məcbur olan Baba bəyin həyatının son iki ili Şəki və Bakıda keçmişdir.
Baba Sacuro
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur.
Baba Sadayoşi
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir. == Əsərləri == O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur.
Baba Salahov
Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı – 12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı və yaradıcılığı == Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir. Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir. Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
Babi Bədəlov
Babi Bədəlov (18 iyun 1959, Lerik) — Azərbaycanlı şair və incəsənət xadimi. == Həyatı == Babi Bədəlov 18 iyun 1959-cu ildə Azərbaycan SSR Lerik rayonunda doğulub. 15 yaşı olanda Bakıya köçüb. 2 il Sovet ordusunda xidmət etdikdən sonra 1980-ci ildən Leninqradda yaşamağa başlayıb və rəssamlıq edib. 2008-ci ildə İngiltərəyə gedib və mühacirət etmək istəyib, lakin Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmayıb. O, sığınacaq üçün İngiltərədən sonra Fransaya üz tutub. Nəhayət, iki ildən sonra Fransa vətəndaşlığını ala bilib. Paris, Kartaxena, Antverpen kimi şəhərlərdə sərgiləri baş tutub. == Əsərləri == Gustie usi indusa adlı şeir kitabı 2010-cu ildə Berlində çap olunub.
Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Bəy Baba
Bəy Baba — Azərbaycan şairlərindən biri. Fatma xanım Kəminənin atası, Qarabağda Tahirzadə familiyası ilə məşhur olan və hərdənbir şeir söyləyən Bəy Babanın təxəllüsü "Fəna"dır.
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.