Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kahuzi-Bieqa Milli Parkı
Kahuzi-Bieqa Milli Parkı — Afrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Kahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar. 2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar. 1990-cı ildəki Konqo və Ruanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Su bibəri
Subibəri (su qırxbuğumu, su persikariyası) (lat. Polygonum hydropiper L.) - qırxbuğum cinsinə aid bitki növü. == Haqqında == Qırxbuğum (su bibəri) hündürlüyü 60 sm.-ə qədər olan birillik ot bitkisidir. Qızılcıq fəsiləsinə aiddir. Köklü və budaqlıdır, düyünvari budaqları çıxan nahiyyənin aşağı hissəsindən köklər əmələ gəlir, paycığa yaxın olan belə budaqlar qırmızı rəngə çevrilir. Yarpaqları uzunsov olur, kənarları bütöv, -gödək saplaqlı, yuxarı hissələrindəkilər isə saplaqsızdır. Yarpaqların budağa birləşən hissəsi bükülmüş vəziyyətdədir. çiçəkləri xırda ağ və ya narıncı rəngdədir. Çiçəklər budaqda oturaq şəkildə bir və ya iki-üç birləşərək sünbülə bənzər çiçək formasında olub, uzunluğu 10 sm.-ə qədər çatır. Qırxbuğum (su bibəri) may ayından başlayaraq sentyabr ayınadək çiçəkləyir.
Bibər dolması
Bibər dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti — 163 q. Bibər — 215 q. Düyü — 15 q. Baş soğan — 20 q. Qoyun quyruğu — 20 q. Ərinmiş yağ — 20 q. Qatıq — 50 q. Darçın — 0,1 q. İstiot — 0,1 q.
Bibər kababı
Bibər turşusu
Bibər turşusu – bibərdən hazırlanan turşu növü. == Tarixi == Mezoamerikada yaşayan Astek xalqı ispanların gəlişinə qədər acı bibərdən turşu hazırlayırdılar. == Yayılması == Xalapelo bibərindən hazırlanan turşu Meksika mətbəxində bir çox xörəyin hazırlanmasından istifadə olunur. Ümumiyyətlə, Meksikada bibərlərin turşu şəklində satılması geniş yayılıb. İtaliya, Çili, Latın Amerikası mətbəxlərində də bibər turşusu geniş şəkildə hazırlanır. == Tərkibi == Bibər turşusunun hazırlanmasında bibər, ağ kələm, uzunzov bibər, pomidor, qırmızı bibər, kök, sarımsaq, cəfəri, duz, su və sirkə kimi inqredientlərdən istifadə olunur. Bibər turşusunu hazırlamaq üçün bütün ərzaqlar əvvəlcə qaba yığılır və suyun içərisində sirkə ilə saxlanılır. Qarışığıa rəndələnmiş kök və göyərtilər əlavə olunur. Daha sonra bibər bu qarışıqla doldurulur. Yanına isə sarımsaq əlavə olunur.
Binəq (Əhər)
Binəq (fars. بينق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (8 ailə).
Qara bibər
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı bibər
Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir. Bibərin vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır. Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır.
Biregan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Birema
Birema (qədim yunanca Βιήρης, lat. Birēmis))- finikiyalılar tərəfindən kəşf edildiyi güman edilən qədim döyüş gəmisi. Finikiyalılar biremalardan e.ə. VIII əsrin əvvəli, yunanlar isə e.ə. VIII əsrin sonlarında istifadə etməyə başlamışlar. Hər bir hərbi gəminin sağ və sol tərəflərində iki sıra avar olduğundan, onları birema adlandırırdılar. Birema taranla da təchiz edilirdi. Böyük döyüş qalasına və düşmən gəmisinin gövdəsini dağıtmaq üçün böyük bloka malik ola bilərdi. Biremanın uzunluğu adətən 30–38 m, su tutumu 60–100 ton təşkil edirdi. == Tarixi == Biremalar pentekonterlərin inkişafı nəticəsində yaranmış və daha sonra, triyeralara çevrilmişdilər.
Bireqan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.
Gitega
Gitega — Burundi paytaxtı. 2019-cu ilə qədər Bujumbara şəhərində, paytaxt 2019-cu ilin əvvəlində Gitega şəhərinə köçdü. Gitega, Bujumbura'nın cənubunda və ölkənin ortasında yerləşir. Gitega, 2012-ci ilin məlumatlarına görə 22.989 əhaliyə sahib və 315 kvadrat kilometrlik bir səth sahəsi var.
Kibela
Kibela (Friqcə: Matar Kubileya/Kubeleya "Kubeleyan Mother", bəlkə "Madər"; ana sözündən Lidiyaca Kuvava; yun. Κυβέλη Kybele, Κυβήβη Kybebe, Κύβελις Kybelis) — frigiyalıların ilahəsi. Ana İlahə çox vaxt sevən, həyat verən və işıqlandıran şəxs kimi xatırlanır, lakin o, həm də dəhşətli xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu. Misal üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş arabasında gəzən mərhəmətsiz ilahə Kibela kimi qiymətləndirilirdi. Allahın zəkasından çıxan ilk varlıq Yerin ilahəsi kimi metamorfozaya uğramışdı. == Xarici keçidlər == Ancient History Sourcebook: Roman Religiones Licitae and Illicitae, c.
Biqa dili
Biqa dili (ing. Biga language) — Raja Ampat adalarının ən böyük 4 adasından biri olan Misool sakinlərinin danışdığı dil. Avstroneziya dillərinə aiddir. 2001-ci ilin məlumatına görə bu dildə təqribən 300 nəfər danışır.
Biqa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Biqa yarımadası
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. == Adın mənşəsi == Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. == Sərhədləri == Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
Bolbophyllaria biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda Argentinanın CA Newell's Old Boys klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. .
Fragaria bifera
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Inga bijuga
Inga bijuga (lat. Inga bijuga) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kibera burnu
Kibera burnu — Şərqi Sibir dənizində Nolde buxtası sahilində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisinə daxildir. 1824-ci ildə Ferdinand Vrangel öz ekspedisiyasının həkimi Avqust Kiberin şərəfinə adlandırmımdır. Burun ərazisində bir çox quş növləri yuva qurur. 19 iyul 1989 ildə An-26 tipli təyyarə burunda yerləşən qayalıqlara çırpılmışdır. Göyərtəsində olan 10 insan həlak olmuşdur.
Kibera officinalis
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Olea bifera
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Phyllorchis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Phyllorkis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Poinciana bijuga
Caesalpinia pulcherrima (lat. Caesalpinia pulcherrima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sezalpiniya cinsinə aid bitki növü. == Sinonimləri == Caesalpinia pulcherrima var. flava Bailey & Rehder Poinciana bijuga Lour. Poinciana bijuga Burm. f.
Tommazo Pobeqa
Tommazo Pobeqa (15 iyul 1999, Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyerası == === Klub === Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir. 23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi. Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir. Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu. 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur. Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır. İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur.
Binboğa dağları
Binboğa dağları— Aralıq dənizi regionundakı Mərkəzi Toros dağlarında yerləşən və 4-cü dövrdə əmələ gəlmiş dağlardır. Binboğa dağları Aralıq dənizi ilə Şərqi Anadolu bölgələri arasında yerləşir. Şərqdə Afşin düzü, qərbdə isə Dibək dağı yerləşir. Cənubdan Göksun çayı keçir. Böyük hissəsi Kahramanmaraş sərhədləri daxilində olan dağın qərb hissəsi Kayseri ərazisindədir. Əsasən əhəngdaşından ibarət olan dağın yamacları mailidir. Dağların qərb hissəsində Göksun və Sarıza bağlı Tavlaköy, Ördəkli, Dayoluk, Kəklikoluk kimi yaşayış məntəqələri, şərq hissəsində isə Afşinə bağlı Türkçayırı, Binboğa, Arıdaş kimi yaşayış məntəqələri var. Coğrafi cəhətdən böyük bir hissəsi Aralıq dənizi regionuna düşən dağ silsiləsinin Afşin və Sarızdakı bəzi hissələri isə Şərqi Anadolu regionuna düşür. == Fiziki quruluş == İşıq dağını da əhatə edən Binboğa dağlarının ən yüksək nöqtəsi 2957 metrdir. Dağlıq kütlə şimalda Hurman çayı, cənubda Göksun çayı, şərqdə Elbistan hövzəsi və qərbdə Sarız Suyu hövzələrini ayıran suayrıcı xətdir.
Teresa Ribera
Teresa Ribera Rodriges (19 may 1969, Madrid) — ispan hüquqşünası, universitet professoru və siyasətçi, Pedro Sançesin hökumətində Ekoloji Keçid və Demoqrafik Çağırış naziri (2020) və baş nazirin üçüncü müavini (2021). O, 2018-ci ildən, Mariano Raxoya qarşı uğurlu etimadsızlıq səsverməsi təşəbbüsünün ardınca baş nazir Pedro Sançesin hakimiyyətə gəlməsindən sonra İspaniyanın Ekoloji Keçid Naziri vəzifəsində çalışıb, 2020-ci ildə baş nazirin dördüncü müavini, 2021-ci ildə isə üçüncü müavini vəzifəsinə təyin edilib. Ribera 2008–2011-ci illər arasında baş nazir Xose Luis Rodriges Sapateronun hökumətində İqlim Dəyişiklikləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb və 2014–2018-ci illər arasında Parisdə yerləşən Davamlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub. == Həyatı == Ribera Madrid Komplutense Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib, daha sonra Konstitusiya Araşdırmaları Mərkəzində konstitusiya hüququ və siyasi elmlər üzrə daha bir dərəcəyə yiyələnib. O, Madrid Muxtar Universitetinin İctimai hüquq və hüquq fəlsəfəsi kafedrasının dosenti olmuşdur və 2012-ci ildən Dövlət Mülki İnzibatçılarının Ali Qurumunda məmurdur. Ribera dövlət idarəçiliyində İspaniyanın İnkişaf Nazirliyində koordinasiya müdiri və Ətraf Mühit Mühafizəsi üçün Köməkçi Katibinin Kabinetində texniki müşavir kimi müxtəlif texniki vəzifələrdə çalışıb. O, 2004–2008-ci illərdə İqlim Dəyişikliyi İdarəsinin baş direktoru olub və 2008–2011-ci illərdə prezident Sapateronun hökuməti dövründə İqlim Dəyişikliyi üzrə dövlət katibi (Kənd Təsərrüfatı və Balıqçılıq, Qida və Ətraf Mühit Nazirliyində) vəzifəsini icra edib. == Fəaliyyəti == Ribera Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Qlobal Liderlik Şurası (UNSDSN), Dünya İqtisadi Forumunun qlobal iqlim dəyişikliyi üzrə məsləhət şurası və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC) "Dəyişiklik üçün Momentum" tədbir proqramı da daxil olmaqla bir neçə məsləhət şurasının üzvüdür. Ribera 2013-cü ilin sentyabrında Parisdə yerləşən Dayanıqlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutu (IDDRI) ilə əməkdaşlığa başlamış və 2014-cü ilin iyununda onun rəhbərliyini öz üzərinə götürmüşdür. Təşkilat davamlı inkişaf, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və urbanizasiya prosesinin idarə edilməsi ilə bağlı strateji məsələlərin təhlili ilə məşğuldur.
Biber kəklikotu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. == Ekologiyası == Orta və subalpda, quru daşlı yamaclarda bitir.