Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Comərd
Comərd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Comərd kəndi Kilsəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Comərd kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kəndin ərazisi XX əsrin əvvəllərinədək Ermənistanın Sisyan rayonundakı Comərdli kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr binə yerində məskunlaşaraq köhnə yaşayış məntəqəsinin adını yeni yaşayış məntəqəsinə vermişlər. Comərdli sözündəki -li komponenti düşmüşdür. Digər bir yerli məlumata görə - bu kəndin bünövrəsini Dərələyəzdən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar. Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə görə XV-XVI əsrlərdə Dərələyəzin Cani (Canlı) varlı bir çodar Qara Kilisə (indiki Sisiyan) rayonuna mal almağa gedib. Çox sayda iribuynuzlu mal alıb evinə qayıdarkən, bir oğlandan xahiş edir ki, bala mənə kömək et malları dağın o biri tərəfinə aparaq, sənə hörmət edərəm.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
İsmayıl Cövhəri
Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري‎), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi. == Həyatı == Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir. Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır. Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir. Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.
Comərd qalası
Comərd qalası — VIII–IX əsrlərə aid Kəlbəcərin Comərd kəndində yerləşən qala. == Tarixi == Kəlbəcər rayonu ərazisində, rayonun ərazi etibarilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, böyük bir qayanın üstündə qala inşa edilmişdir. Qalanın dəqiq inşa tarixi məlum deyil. Qalanın tikintisində yerli daşlardan istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == "Kəlbəcər rayonu abidələri". elvintravel.az. İstifadə tarixi: 12 avqust 2021. "Kəlbəcərin tarixi memarlıq abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 12 avqust 2021.
Comərd Əliyev
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Cömərd Otorbayev
Coomart Otorbayev (18 avqust 1955, Bişkek) — Fizika professoru; Qırğızıstanın baş naziri (25 mart 2014-cü ildən). Qırğızıstanın ilk prezidenti Əsgər Akayevin dövründə baş nazir müavini olub.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. == Həyatı == Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Qaragüney (Comərd)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
Comərd Gəray məscidi
Gileyli məscidi və ya Comərd Gəray məscidi — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvanşahlar dövründə, sonra isə XIX əsrin ikinci yarısında. == Haqqında == Köhnə hissə хaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada хaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daхili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daхili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daхil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Comərd Qəssab türbəsi
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. == Tarixi == === Comərd Qəssab === Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur.
Comərd demantoid təzahürü
== Yerləşməsi == Comərd kəndinin 2,5 km. şimal-qərbində yerləşir. == Ümumi məlumat == Sahənin şimal-şərq hissəsində qalınlığı 4-4,5 m. olan bazalt qatı aşkar edilib. Bu qat xırda qırıntılı konqlomerata keçən xırda qırıntılı qravelitlə təmsil olunur. Qırılma pozulmaları boyu sərt düşən çatlıq sistemləri aşkar edilib. Burada nazik xrizotil-asbest damarcıqları nəzərə çarpır. Damarcıqların eni 1,5 m, uzunluğu 1,5-2 m.-dir. Onların qalınlığı 0,5 sm.-dən 3 sm. arasında dəyişir.
Comərd Əliyev (memar)
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Qasım-Comərd Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. == Karyerası == === SSRİ === Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.