Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirçəliş FK
Dirçəliş FK — 2019-cu ildən futbol klubu kimi fəaliyyətə başlamışdır, hal hazırda Azərbaycan Region Liqasında çıxış edən Bakı klubudur. == Tarixi == "Dirçəliş" futbol klubu 2019-cu ildən Bakıda fəaliyyətə başlayıb. İlk dönəmlərdə klub mini-futbol həvəskar komanda şəklində fəaliyyət göstərib. Daha sonra komanda liderinin və komandada çıxış edən bir çox şəxsin təşəbbüsü ilə "Dirçəliş" futbol klubunun yaradılması qərarı verilmişdir. === Klubun adı === Klubun adının "Dirçəliş" olmasının maraqlı tarixçəsi var. Klubun adının "Dirçəliş" qoyulması təklif edildikdən sonra, həqiqətən də gərəksə kluba yeni qoşulan futbolçular, gərəksə də xəyalını yerinə yetirmək istəyən istedadlı futbolçular üçün böyük bir dirçəliş mənbəyidir. Adın önəmini daha da artıran məqamlardan biri də, Azərbaycan Respublikasının tarixən bir neçə çətin dönəmdən keçməsi, amma bu dönəmi geri qoyaraq dirçəlməsi olub. === 2021 === Azərbaycanın əfsanəvi futbolçusu, "Şöhrət" ordenli Anatoli Banişevskinin 75 illik yubileyi, yarışın 25 illiyi, həmçinin Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) 15 illiyi münasibətilə futbol turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, AFFA-nın rəhbərliyi və BKFF-nın təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt və Abşeronun kənd və qəsəbələrinin komandaları iştirak edib. Turnirin yarımfinal mərhələsində "Dirçəliş” və "İCBFA” komandaları qarşılaşıblar.
Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir. == Bayramın yaranma tarixçəsi == Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar: 28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir. 9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir. 28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib. 25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb. == Qeyd olunması == Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.
Milli Dirçəliş Günü
Milli Dirçəliş Günü — 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayram. == Haqqında == 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Azərbaycan Xalq Cəbhəsinin(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında Bakıda və bir çox bölgələrdə qurtuluş mitinqləri keçirilmişdir.Azərbaycan Xalq Cəbhəsinin bu hadisələrdə iştirakı,mitinqlərin təşkilatlanmış halı kimi öz əksini tapır. === 17 noyabr mitinqinin tələbləri === Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu — Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır. == Tarixi == 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Nəticədə Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yadda qaldı. Erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır. == Məqsədi == “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimi yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.
Ukraynada milli dirçəliş
Ukrayna milli dirçəlişi — Rusiya və Avstriya-Macarıstan imperiyalarının ərazisində milli-mədəni dirçəliş və Ukrayna millətinin formalaşmasını təmin edən ictimai-siyasi hərəkatdır. Siyasi, sosial, milli azadlıq hərəkatı kimi Ukrayna milli dirçəlişinin mahiyyətinə dair çoxlu müxtəlif nəzəriyyələr və qiymətləndirmələr mövcuddur. Ukrayna milli hərəkatı 18-ci əsrin sonlarında Avropada gedən tarixi proseslərin təsiri altında Rusiya İmperiyası ərazisində kazak zabitləri dairələrində yaranmışdır. Çar avtokratiyasının böyük dövlətçilik siyasəti 19-cu əsrin ortalarında Rusiyada Ukrayna milli hərəkatının güclənməsinə səbəb oldu. XX əsrin əvvəllərində Rusiya, nəhayət öz siyasi səhnəsinə keçdi və bu dövr Ukraynanın mədəni və siyasi hüquqları uğrunda fəal mübarizəsi ilə səciyyələndi. Ukrayna partiyalarının yaranması ilə Rusiyada milli məsələnin həlli siyasi problemlərin həlli ilə bağlıdır: avtokratiyanın aradan qaldırılması , parlamentarizmin qurulması , demokratik azadlıqların təmin edilməsi . Tədqiqatçılar arasında siyasi Ukrayna hərəkatının bir fenomeni kimi ukraynafillikdən ayrılmanın vaxtı və yeri ilə bağlı vahid fikir yoxdur. Onun formalaşmasının əsas hərəkətverici qüvvələri məsələsi də mübahisəlidir. == Tarixi == “Rusiyada ukraynaçılıq: MÜASİR dövr" adlı tədqiqatında Vladimir Doroşenko Rusiyada Ukrayna hərəkatının inkişafını üç mərhələyə bölür. Birincisi, Poltava-Xarkov XVIII əsrin sonlarından XIX əsrin 40-cı illərinə qədər davam etdi.
Kürdüstan Dirçəliş Cəmiyyəti
Kürdüstan Dirçəliş Cəmiyyəti (kürd. Komeleyê Jiyanêwê Kurdistan) — 16 avqust 1943-cü ildə Məhabadda qurulan kürd milliyətçi təşkilatı. Təşkilat Azərbaycan böhranında Pəhləvi İran qüvvələrinin regiondan qovulmasından sonra təsis edilmişdir. Kürdüstan Dirçəliş Cəmiyyətinin yaradılmasında "Hiva" təşkilatından kömək istənilmişdir. Odur ki, Kürdüstan Dirçəliş Cəmiyyəti İran Konstitusiyasını pozduğuna görə qeyri-qanuni hesab edilirdi və üzvlük üçün şərtlərdən biri gizli olmalı idi. Təşkilat yalnız kürd əsilli valideynləri olanların üzv olmasına icazə vermişdir. Bir istisna ondan ibarət idi ki, şəxsin anası aysor olduğu halda, onlar da təşkilata üzv ola bilərdilər. Təşkilatın andı Qurana əsaslanırdı. Kürdüstan Dirçəliş Cəmiyyəti 3 il ərzində məxfi və mühüm işlər görmüşdür. Sonradan bu təşkilatın əsasında İran Kürdüstanının Demokratik Partiyası qurulmuşdur.
Milli Dirçəliş Hərəkatı Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda rəsmi dövlət qeydiyyatında olaraq aktiv fəaliyyət göstərən milliyyətçi, sağ mərkəzçi müxalif siyasi partiya. Qurucusu və hazırkı sədri istiqlalçı deputat Fərəc Quliyevdir. Milli Dirçəliş Hərəkatı Partiyası rəsmi qeydiyyata alındığı gündən bəri bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla — Fərəc Quliyev ilə təmsil olunmuşdur. Milli Dirçəliş Hərəkatı Partiyası heç bir siyasi blokda olmamış, heç bir seçkidə boykot mövqeyi seçməmiş və müstəqil siyasi xətt yürütmüşdür. == Tarixi == Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır. 2017-ci il mayın 14-də Partiyanın ikinci qurultayı keçirilib və Fərəc Quliyev yenidən sədr seçilib.
Serb-Bizans memarlığının dirçəlişi
Müasir Serb-Bizans, Neo-Bizans və ya Serb milli memarlıq üslubu Serb memarlığında 19-cu əsrin ikinci yarısından 20-ci əsrin birinci yarısına qədər davam etmiş üslubdur. Bu üslub orta əsr Serb-Bizans məktəbi ənənəsindən yaranıb və Neo-Bizans üslubunun bir hissəsi olmuşdur. == Tarixi və xüsusiyyətləri == Müasir Serb-Bizans memarlıq üslubunun başlanğıcı 19-cu əsrin birinci yarısında Avropada yayılmış, Serb torpaqlarında isə əsrin ortalarında ortaya çıxmış və son onilliklərə qədər yaşamış romantizm ruhunda olan bir üslubdur. Bu üslubun tətbiq olunması Serbiya knyazlığında yeni gələn "qərb üslubunun" ( klassisizm, neo-barokko ) təsirlərinə müqavimət kimi xarakterizə oluna bilər. Bu stil Serb-Bizans memarlıq irsinin formaları və bəzəkləri ilə özünü göstərir. Bu memarlıq üslubu kilsə memarlığı ilə ciddi şəkildə bağlı deyil; əslində bu üslub dünyəvi memarlıqda da tətbiq edilirdi. Bu da Modern istiqamətinin təsiri ilə sıx bağlı olmuşdur. Müasir Serb-Bizans memarlıq üslubu üç dövrdən ibarətdir: birinci və ya erkən dövr Bizans memarlığının elementləri ilə qərb üslubunun sintezini təşkil edir. Tipik bir nümunə, Smederevodakı Müqəddəs Georgi kilsəsidir, burada (Qərb üçün xarakterik) beş günbəz görünür. İkinci dövr Serbiyanın krallıq kimi genişlənməsi və möhkəmlənməsi (1882-1914) ilə bağlıdır.
Avstraliya dirçəyi
Avstraliya dirçəyi (lat. Ajuga australis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Cenevrə dirçəyi
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.
Diriliş Ərtoğrul
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Laksman dirçəyi
Laksman dirçəyi (lat. Ajuga laxmannii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Şərq dirçəyi
Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Arealı == Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir. Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir, torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir.
Dirəniş: Qaratay
Dirəniş. Qaratay (türk. Direniş: Karatay) — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəra və tarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman Qayabaşı və Uğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən Duymaz və Burcu Özbərk var. == Məzmun == II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır. Film Kösedağ döyüşündən də bəhs edir. == Rollarda == == İstehsal == === Çəkilişlər === Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir.
Dirəniş Qaratay

Diriliş: Ərtoğrul
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Diriliş kilsəsi (Kökşetau)
Diriliş kafedralı (qaz. Qaita tırılu sobory; rus. Воскресе́нский собо́р) və ya Məsihin dirilişi kilsəsi (qaz. Mäsıhtıñ qaita tırılu şırkeuı; rus. Храм Воскресе́ния Христо́ва) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetauda, Kopa Gölü sahilində yerləşən Rus Pravoslav kafedralı. Kilsə Rus Pravoslav Kilsəsinin Kökşetau dekanlığının əsas məbədidir. Kilsə memarlar Belik D.L. və Matskovyak V.Q.-nin dizaynı ilə 2015 ilə 2020 arasında inşa edilmişdir və 2020-ci ildə təqdis edilmiş. Pasxaya həsr olunmuş kilsənin tutumu 500 nəfərdən çoxdur. Tikili neoklassik üslubda tikilmişdir. == Tarix == Kökşetaudakı Diriliş kilsəsi 2015-ci ildə tikilmişdir.
Azərbaycan Milli Dirəniş Təşkilatı
Azərbaycan Milli Dirəniş Təşkilatı Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli müqəddəratını təyinetmə haqqını əldə etmələri üçün dinc mübarizə aparan təşkilat. Azərbaycan Milli Dirəniş (Muqavimət) Təşkilatı 19 mart 2006-cı ildə Cənubi Azərbaycanda yaradılmışdır. Cənubi Azərbaycanda fars şovinizmilə mubarizə aparan milli təşkilatlardan biridir. Yayımladığı məramnaməsində təşkilatın Azərbaycan vətəni və türklüyü əsas tutaraq Cənubi Azərbaycanda yaşayan türklərin öz siyasi gələcəklərini təyinetmə haqqını əldə etmələri üçün dinc şəkildə mübarizə aparmaqdadır. Araz News saytı təşkilatın rəsmi xəbər orqanı olaraq 3 sentyabr 2010-cu ildə Babək Çələbiyanlı tərəfindən qurulmuşdur. Hazırda Araz News 3 dildə Cənubi Azərbaycan haqqında xəbər və məlumatlar yaymaqdadır. Təşkilat irqçiliyə, terrorizmə qarşı fəaliyyət göstərir, həmçinin Cənubi Azərbaycanda yaşayan dini azlıqların İran rejimi tərəfindən pozulan haqlarını mudafiə edir. Təşkilatın ilk sözçüsü Davud Turan olmuşdur. Hazırda təşkilatın rəsmi sözçüsü ABŞ-də yaşayan milli fəal Babək Çələbiyanlıdır. 2016-cı ildə isə təşkilat Cənubi Azərbaycanın şəhərlərində gizli olaraq 10-cu ildönümü munasibəti ilə tədbirlər keçirib.
Diriliş: Ərtoğrul (teleserial, 2014)
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Diriliş:Ərtoğrul (teleserial, 2014)

Diriliş:Ərtuğrul (teleserial, 2014)
Dirəniş. Qaratay (film, 2018)
Dirəniş. Qaratay (türk. Direniş: Karatay) — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəra və tarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman Qayabaşı və Uğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən Duymaz və Burcu Özbərk var. == Məzmun == II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır. Film Kösedağ döyüşündən də bəhs edir. == Rollarda == == İstehsal == === Çəkilişlər === Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir.
Erigeron circulis
Erigeron circulis (lat. Erigeron circulis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Mircəlil Seyidov
Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı. == Həyatı == 1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. == Yaradıcılığı == Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir.