Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qürbət Qurbanov
Qürbət Qurbanov teatr xadimi. == Həyatı == Tanınmış teatr xadimi Qürbət Qurbanov 1924-cü il martın 12-də Şirvan şəhərinin Qarabağlı kəndində (hal-hazırda Salyan rayonuna daxildir) dünyaya göz açıb. İlk təhsilini kənd məktəbində alıb. 1934-cü ildə ailəsi Bakıya köçür və o, orta təhsilini Bakıda davam etdirir. Qürbət müəllim görkəmli Azərbaycan ədibi Süleyman Sani Axundov un rəhbərlik etdiyi 172 saylı məktəbdə təhsil alır. 1939-cu ildə aktyor Ağadadaş Qurbanov 172 saylı məktəbdə dram dərnəyi təşkil edir. Qürbət Qurbanov həmin dərnəyə üzv olur. 1942-1945-ci illərdə Bakı Teatr Texnikumunda təhsil alır. Təhsil aldığı illərdə Azərbaycan Dövlət Dram Teatrı nda təcrübə keçməyə başlayır. Böyük Vətən Müharibəsi illərində hərbi xəstəxanalarda, kənd zəhmətkeşləri qarşısında çıxışlar edir.
Qürbət Tarverdiyev
Qürbət Rasim oğlu Tarverdiyev (21 may 1998, Nərəcan, Xaçmaz, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qürbət Tarverdiyev 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub. 2016–2017-ci illərdə hərbi xidmətdə olmuşdur. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qürbət Tarverdiyev Füzulinin azad edilməsində savaşıb. Qürbət Tarverdiyev oktyabrın 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qürbət Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. == Həyatı == Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
İlqar Qürbət oğlu Məmmədov
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri. == Həyatı == İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur. O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. == Elmi fəaliyyəti == 1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
Türbət
Türbət Heydəriyə — İranda şəhər Türbət Cam — İranda şəhər mərkəzi Türbət Heydəriyə şəhristanı — İranda şəhristan. Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biri.
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Altay diyarı
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir. == Dövlət hakimiyyəti orqanları == Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir. == Coğrafiya == Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir . 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var. Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən). == Təbiət == Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür.
Aqlon diyarı
== Ərazisi == Aqlon diyarının ərazisi 392,70 Km2-dır. Aqlon diyarına 4 volost daxildir.
Aqnist diyarı
== Ərazisi == Aqnist diyarının ərazisi 285,0 Km2-dır. Aqnist diyarına 1 şəhər və 3 volost daxildir.
Ayzput diyarı
== Ərazisi == Ayzput diyarının ərazisi 640,20 Km2-dır. Ayzput diyarına 1 şəhər və 5 volost daxildir.
Ayzqrauql diyarı
== Ərazisi == Ayzqrauql diyarının ərazisi 102,30 Km2-dır. Ayzqrauql diyarına 1 şəhər və 1 volost daxildir.
Bosniya diyarı
Bosniya diyarı (serb. Босанска Крајина, bosn. Bosanska Krajina, xorv. Bosanska krajina) — Bosniya və Herseqovinanın şimal-qərbində yerləşmiş tarixi vilayət. Vilayət üç çay ilə əhatələnmişdi — Sava, Una və Bras. Üstəlik həmdə Bosniya və Herseqovinanın tarixi, iqtisadi və mədəni subyekti. Hazırda diyar ərazisi Bosniya və Herseqovinanın iki subyekti arasında bölünmüş halındadır: Serb Respublikası və Bosniya və Herseqovina Federasiyası. Bosniya diyarının şimal-qərbi həmdə Boxaç diyarı olaraq tanınır. Bu isə eyni adlı (bosn. Bihaćka Krajina) Bixaç şəhərindən götürülmüşdür.
Bratislava diyarı
Bratislava diyarı (slovak. Bratislavský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Bratislava şəhəridir. Sahəsi 2053 km², əhalisi isə 606 753 (2006) nəfər təşkil edir. Bratislava diyarı Slovakiyanın qərbində yerləşir və Avstriya və Macarıstan ilə həmsərhəddir. == İnzibati bölünmə == Bratislava diyarı "okres" adlanan 8 rayona bölünür: Bratislava I rayonu Bratislava II rayonu Bratislava III rayonu Bratislava IV rayonu Район Братислава V Malatski rayonu Pezinok rayonu Senets rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Kamçatka Diyarı
Kamçatka diyarı (rus. Камчатский край) — Rusiya Federasiyasında inzibati-ərazi subyekti. Uzaq Şərqdə yerləşir. 1 iyul 2007-ci ildə formalaşdırılıb. İnzibatı mərkəzi Kamçatka şəhəridir.
Kaxeti diyarı
Kaxeti diyarı (gürc. კახეთის მხარე) — Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biridir. Tarixi və müasir elmi Azərbaycan mənbələrində bəzən Qaxet adıyla tanınır. İnzibati mərkəzi Telavi şəhəridir. Diyar Azərbaycan və Rusiya ilə həmsərhəddir. Kaxetinin cənubunda Keşiş dağ məbədi yerləşir. == İnzibati-ərazi bölgüsü == Kaxeti diyar səkkiz bələdiyyəyə bölünür (2014): Telavi bələdiyyəsi (ərazisi 1,094 km², əhalisi 58.350) Axmeta bələdiyyəsi (ərazisi 2,248 km², əhalisi 31.461) Qurcaani bələdiyyəsi (ərazisi 849 km², əhalisi 54.337) Kvareli bələdiyyəsi (ərazisi 1,000 km², əhalisi 29.827) Dedoplistsğaro bələdiyyəsi (ərazisi 2,531 km², əhalisi 21.221) Laqodexi bələdiyyəsi (ərazisi 890 km², əhalisi 41.678) Saqareco bələdiyyəsi (ərazisi 1,515 km², əhalisi 51.761) Sığnaq bələdiyyəsi (ərazisi 1,251 km², əhalisi 29.948) == Tarixi == VIII əsrdən başlayaraq Kaxeti müstəqil feodal knyazlıq olmuşdur. XI–XII əsrlərdə o, çar Qurucu Davidin səyləri nəticəsində birləşmiş Gürcüstan çarlığının tərkibidə girmişdir. Gürcüstan çarlığının süqutundan sonra Kaxeti 1460-cı illərdə yenidən müstəqil olub yerli çar tabeliyində kiçik dövlət kimi mövcudluğunu davam eləmişdir. 1762-ci ildə Kaxeti çarlığı qonşu Kartli çarlığı ilə birləşmiş, Kaxetinin paytaxtı Telavi yeni birləşmiş Kartli-Kaxeti çarlığının paytaxtı olmuşdur.
Koşitse diyarı
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir. Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir. Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Kraloveqradetsk diyarı
Kraloveqradetsk diyarı (çex. Královéhradecký kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Qradets Kralove şəhəridir. == Coğrafiya == Nəhəng Dağlar Çexiyadakı ən yüksək dağ zirvəsi olan Snezka (dəniz səviyyəsindən 1602 metr yüksəklikdə), Elbe çayının (Laby) münbit vadisi olan bölgədə yerləşir. Bölgədə Nəhəng Dağlar Milli Parkı, həmçinin Broumovdakı Adršpašsko-Teplické skály Dövlət Qoruğu yerləşir. == Əhali == Əhali baxımından (547 916 nəfər) bölgə Çexiyada 10-cu yeri tutur (2011). Bölgədə 43 şəhər də daxil olmaqla 448 yaşayış məntəqəsi var. 500 nəfərdən az əhalisi olan kiçik yaşayış məntəqələri bütün yaşayış məntəqələrinin 65% -ni təşkil edir. Əhalinin sıxlığı 1 km²-ə 115.13 sakin təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən bir qədər aşağıdır. == İqtisadiyyat == Bölgədə kənd təsərrüfatı ilə yanaşı toxuculuq sənayesi də inkişaf etmişdir.
Krasnodar Diyarı
Krasnodar diyarı və ya Krasnodar ölkəsi (rus. Краснодарский край) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Krasnodar Diyarının sahəsi 76.000 km2, əhalisi 5 mln. nəfərdir. Ümumi əhalinin 54%-i şəhərlərdə yaşayır, sıxlıq 1 km2-də 66 nəfərdir. Əsas şəhərlərinə Krasnodar (mərkəz) , Şoçi, Novorossiysk, Armavir, Eysk (diyarda cəmi 26 şəhər var) aiddir. Ərazi Böyük Qafqazın qərb hissəsində və Kuban-Azovətrafı ovalıqda yerləşir. Diyarın şərq hissəsi Stavropol yüksəkliyinə söykənir. İqlimi mülayim kontinentaldan subtropikə keçid ilə xarakterizə olunur. Yanvarın orta temperaturu düzənlikdə −4°S, sahildə 5°S, iyulun orta temperaturu düzənlikdə 22–24°S, 2200 m hündürlüklü dağlarda 12°S-dir.
Türbət Cam
Türbət Cam — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Türbət Cam şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 83,558 nəfər və 19,111 ailədən ibarət idi.
Türbət Heydəriyə
Türbət Heydəriyə (fars. تربت حيدريه‎) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Türbət Heydəriyə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 119390 nəfər və 31869 ailədən ibarət idi.Bu şəhəri İshaq xan Qarayi təsis edib və əski adı "Türbət İshaq xan"idi.
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Krasnoyarsk diyarı
Krasnoyarsk diyarı və ya Krasnoyarsk ölkəsi (rus. Красноярский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qədim adı Kızıl Yar olub. Çar Rusiyası Kızıl Yarı işğal edəndə adını dəyişərək Krasnoyarsk qoyub. Qeyd edək ki, Krasnoyarsk (Kızıl Yar) qədim türklərin ərazisi olmuşdur (Rusiya Krasnoyarskı işğal edənə kimi). Şəhərin köhnə adı bunu sübut edir. == Coğrafiya == Diyarın ərazisi 2401.6 min kvadrat kilometrdir .
Liberets diyarı
Liberets diyarı (çex. Liberecký kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Liberets şəhəridir. == Coğrafiya == Şimalda Liberec bölgəsi Almaniya ilə 20 km, Polşa ilə 130 km sərhədi var. Əlavə olaraq saat yönü ilə Çexiya bölgələri ilə həmsərhəddir: Hradec Králové Region, Mərkəzi Bohemian Region, Ustie Region. Bölgənin relyefi əsasən dağlıqdır. Ən yüksək nöqtə, Harrachov yaxınlığındakı Kotel dağı, dəniz səviyyəsindən 1435 metr yüksəklikdə, ən aşağı nöqtəsi (dəniz səviyyəsindən 208 metr yüksəklikdə) Smeda çayının Çexiyanı tərk etdiyi yerdir. Bölgənin şimal-şərq hissəsi qərb və cənub-qərb hissələrindən daha soyuq iqlimə malikdir. Bölgə ərazisindən iki əsas çay axır - Pluchnice (Elbənin bir qolu) və Nisa. Liberec bölgəsində mineral bulaqlar və müalicəvi palçıq da var.
Quriya diyarı
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Qırğız diyarı
Qırğız diyarı — RSFSR–in tərkibində, 19 iyul 1919-cu ildən 26 iyul 1920-ci ilədək mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Orenburq şəhəri idi.
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Türbət Cam şəhristanı
Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Türbət Cam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,395 nəfər və 53,510 ailədən ibarət idi.
Türbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.
Qafqaz diyarı
Qafqaz diyarı — XVIII əsrdən başlayaraq Rusiya imperiyasının hakimiyyəti altında olan Qafqaz adlı təbii-coğrafi ərazinin rəsmi adıdır. 1844–1882-ci illərdə Qafqaz diyarının (eyni zamanda Qafqaz Hərbi Dairəsi qoşunlarının komandiri və bütün Qafqaz (Kuban və Terek) kazak qoşunlarının hərbi əmri atamanı vəzifələrini tutdu) başında Qafqaz canişini dayanırdı. 1882–1905-ci illərdə Qafqazdakı mülki birləşmənin baş komandanı, 1905–1917-ci illərdə yenidən qubernator oldu. Qafqaz diyarının mərkəzi Tiflis şəhəri idi. Canişinin iqamətgahı burada yerləşirdi. == Coğrafiyası == Qafqaz diyarı Qara (Azovla) və Xəzər dənizləri (Qafqaz və ya Ponto-Xəzər bərzəx) ilə (46½-38½ ° Ş. Və 37 ° 20'-50 ° 20 'Şərqdə. Qrinviçdən) cənubda Türkiyə və İran ilə, şimalda Avropa Rusiyası ilə (Həştərxan vilayəti və Don Kazak vilayəti) həmsərhəd idi. === Şimal sərhəddi === Bölgənin şimal sərhədi, Yei çayının Azov dənizinin Taqanroq körfəzinin Yey limanına birləşməsindən başlayaraq, bu çay üzrə keçirək, Kugo-Ye çayı, orta Yeqorluq, Manıç gölü, qərb və şərq Manıç-Qudila çayları və Kumski enişi və ya Kultuk olaraq bilinən Xəzər dənizinin körfəzinə axan Heyduk çayı xətti boyunca keçir. === Cənub sərhədi === Qafqaz diyarının cənub sərhədi Rusiyanın Türkiyə və İranla dövlət sərhədi ilə üst-üstə düşürdü. Qərbdə, Qara dəniz sahilində, Kol-mış burnundan 26 dərəcə Batumi şəhərindən cənub-qərbdə; cənubdan və cənub-şərqdən Ponti silsiləsi boyunca gedərək Çorox çayı üzərindən Artvin ətrafından, Olta şəhərinin üstündəki Olty-çay, Saganlug silsiləsi boyunca uzanır.
Stredoçesk diyarı
Stredoçesk diyarı (çex. Středočeský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati–ərazisinə daxil olmasa da inzibati mərkəz Praqa şəhəridir. == Coğrafiya == Orta Çexiya diyarı sözdə Orta Bohemia bölgəsində yerləşir. Bölgənin şimal və şərqində ərazi düzdür, cənub və cənub-qərbdə təpələr uzanır. Ən yüksək nöqtə Tok (dəniz səviyyəsindən 864 metr yüksəkdir), ən aşağı nöqtəsi dəniz səviyyəsindən 153 metr yüksəklikdə olan Melnik bölgəsindəki Laba (Elba) sahillərindədir. Ərazinin 61% -i kənd təsərrüfatı əraziləridir. Bölgə ərazisinin əksər hissəsində, cənubdakı dağlıq ərazilər istisna olmaqla, yüksək humus tərkibli münbit chernozem torpaqları. Dağlı ərazilərdə qumlu torpaqlar üstünlük təşkil edir. Ərazinin 28% -i meşədir.
Gürbey İleri
Gürbey İleri (13 fevral 1988, İstanbul) — türk aktyoru.
Nitra diyarı
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. == İnzibati bölünmə == Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu == Coğrafiya == Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Stavropol Diyarı
Stavropol diyarı (rus. Ставропольский край) — Rusiya Federasiyası subyektlərindən biri. Sahəsi 66.5 min km2, əhalisi 2.7 mln. nəfərdir. == Tarix == 13 fevral 1924-cü ildə Cənubi-Şərqi vilayət (diyar) yaradılır. 16 oktyabr 1924-cü ildən 13 mart 1937-ci ilə qədər Şimali Qafqaz diyarı, 13 mart 1937-ci ildən 12 yanvar 1943-cü ilə qədər isə Orjonokidze diyarı kimi fəaliyyət göstərir. Hal-hazırda isə Stavropol diyarı adlanır. == Coğrafiya == Ərazinin böyük bir hissəsi Stavropol yüksəkliyində yerləşir. Həmçinin şərqdə Terek-Kuma ovalığı, şimalda isə Kuma-Manıç çökəkliyi vardır. Dağətəyi zolaqda 1401 m hündürlüyə qədər dağlardan (Beştau dağı) ibarət olan Qafqaz Mineral Sular rayonu ayrılır.