Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hope və Faith (film)
== Haqqında == Serialın baş rollarını Faith Ford və Kelly Ripa paylaşıb. Hope Shanovski (Ford) əri (Ted McGinley canlandırıb) və üç uşağı ilə birlikdə yaşayan evdar xanımdır. Faith Fairfield (Ripa) Hope-un bacısıdır və oynadığı serialda öldürülmüş bir ulduzdur, o, məhz bu səbəbdən Hope-un evinə köçür. Serialın yaradıcısı olan, "The Bold and the Beautiful"un keçmiş üzvü Joanna Johnson seriala öz həyatından hissələr qatıb. Həmçinin seriala Toni Körtis, Dean Cain, Robert Uagner, Regis Philbin (Ripanın "Live with Regis and Kelly" verilişindən aparıcı həmkarı), Kathie Lee Gifford (Regisin keçmiş aparıcı həmkarı), Jenny McCarthy, Jaclyn Smith, Louise McCafferty və Mark Consuelos (Ripanın həyat yoldaşı) kimi qonaq aktyor və aktrisalar qatılıb. Həmçinin serial digər ölkələrdə də yayımlanıb və hətta Türkiyədə "Belalı Baldız" adı altında türk aktyor və aktrisa heyəti ilə türk versiyası çəkilib. == Obrazlar == Hope Fairfield-Shanovski (Faith Ford). Hope ailənin dirəyidir. O, adətən çox diqqətcildir və həmişə bacısının fikirləşdiyinin əksinə fikirləşir. O, Charlie ilə evlidir və üç uşağı var-Sydney, Hayley və Justin.
Keep The Faith
Dangerous — Maykl Ceksonun albomu.
Lust, Love, Faith and Dreams
Lust, Love, Faith and Dreams — Thirty Seconds to Mars musiqi qrupunun studiya albomu. 21 may 2013-cü ildə yayımlanan albom Virgin Records etiketi ilə satışa buraxılmışdır.
Science & Faith (albom)
Science & Faith albomu — The Script rok qrupunun sayca 2-ci albomudur. 13 sentyabr 2010-cu ildə çıxış etmişdir. Bu albom "The Script albomu"na nisbətən daha uğurlu olmuşdur. ABŞ , Böyük Britaniya və Avropada böyük satış rekordları vurmuşdur. Albomun trek listi: "You Won’t Feel A Thing, For the First Time, Nothing, Science & Faith, If You Ever Come Back, Long Gone and Moved On, Dead Man Walking, This = Love, Walk Away, Exit Wounds". Albomun 4 trekinə klip çəkilmişdir. Bunlara: "For the First Time, Nothing, Science & Faith, If You Ever Come Back".
Sait Faik
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Sait Faik Abasıyanık
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Faiz
Faiz — ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar: 0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması. Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. == İstinadlar == == Həmçinin bax == Reallıq == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Fiat
Fiat S. p. A. (Fiat Qrupu olaraq da tanınır) avtomobil istehsalçısı, maliyə və sənaye qrupu. 1899-cu ildə Giovanni Agnelli Tərəfindən Torinoda qurulmuşdur. Adını "Fabbrica İtaliana Automobili Torino" sözlərinin baş hərflərindən götürmüşdür.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Faiz Əhməd Faiz
Faiz Əhməd Faiz (13 fevral 1911, Sialkot, Britaniya Hindistanı – 20 noyabr 1984, Lahor) — Pakistan şairi, tənqidçi, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı(1962), Beynəlxalq "Lotos" mükafatı laureatı(1975). Urdu və Pəncab dillərində yazmışdır. 1979-cu ildən "Lotos" jurnalının baş redaktoru idi. Sülh və demokratiya, milli azadlıq uğrunda mübarizə yaradıcılığının başlıca mövzusudur. "Kədərli naxışlar" (1941), "Küləyin əlləri" (1952), "Zindan şerləri" (1957), "Sinay vadisi" (1971), "Dost şəhərində axşamlar" (1977) və s. şer toplularının, "Mizan" (1962), "Bizim milli mədəniyyətimiz" (1976) məqalə kitablarının müəllifidir. Bəzi serləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
FAT
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Amor fati
Amor fati — latınca tale sevgisi və ya birinin taleyinə duyduğu sevgi kimi tərcümə olunan ifadə. Bu ifadənin özündə ehtiva etdiyi yanaşma tərzinə əsasən həyatda insanın başına gələn hər bir şey, hətta iztirab və itki belə mühüm əhəmiyyət daşıyır. Amor fati Nitsşenin ədəbi təkrarlanma adı verilən konsepsiyası ilə bağlıdır. Onun fikrincə, hər şey sonsuz bir zaman müddətində sonsuz sayda yenidən təkrarlanır. Buradan da o, özünə ucsuz-bucaqsız zaman ərzində eyni həyatı olduğu kimi təkrar-təkrar yenidən yaşamaq arzusunu aşılayır (...bu əbədi təsdiqlənmədən və damğadan başqa heç nəyi belə atəşli dərəcədə arzulamamaq). == Nitsşe == Amor fati konsepsiyası Epiktetin adı, eləcə də Mark Avrelinin yazıları ilə (o, latınca yox, yunanca yazdığından yazılarında bu sözləri işlətməmişdi) əlaqələndirilsə də, ən geniş ifadəsini Nitsşedə tapdı. Tale sevgisi onun fəlsəfəsinin mərkəzində yer alırdı. O, "Ecce Homo" əsərinin "Niyə belə ağıllıyam?" adlı 10-cu hissəsində belə yazır: Bu ifadəyə Nitsşenin başqa əsərlərində də rast gəlinir. "Şən elm" əsərinin 276-cı hissəsində o, həyata olan ümumi münasibətini belə ifadə edir: Nitsşe "hə" deyən ifadəsini hər hansı siyasi və ya sosial vəziyyətlə bağlı işlətmir. O, burada xoşagəlməz reallığı qəbul edə bilən insana istinad edir.
Andrey Fayt
Andrey Andreyeviç Fayt (16 (29) avqust 1903, Nijni Novqorod – 16 yanvar 1976, Moskva) — SSRİ aktyoru. == Həyatı == Andrey Andreyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. 1812-ci ildə Rusiyaya köçmüş alman tacir ailəsinin üzvüdür. Onun atası Andrey Feyt həkim olub, siyasətlə də fəal məşğul olub, eserlərin Kommunist Partiyasının üzvü olub, bir neçə dəfə həbs edilərək Şərqi Sibirə göndərilib. Andrey Faytın atası 1905-ci ildə öz pasiyentlərinin köməyi ilə Fransaya qaçıb. Sonra arvadı və iki oğlu da onun yanına gediblər. Paris yaxınlığındakı ruslar üçün olan düşərgədə yaşayıblar, balaca Andrey orada liseydə oxuyub. Sonradan anası uşaqları ilə birgə Moskvaya qayıdıb, bir qədər keçmiş ataları da onların yanına gəlib. Andrey Fayt "Ke-Ke-Si" adlanan dram dərnəyinə gedib. Həmin dərnəyin təşkilatçılarının beşi də şeir yazır, rəsm çəkir, aktyorluq edirdilər.
Ansu Fati
Anssumane Fati Viyera — (isp. Anssumane Fati Vieira; 31 oktyabr 2002, Bisau) — La Liqa təmsilçilərindən olan Barselona klubunun hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Erkən illər və şəxsi həyat == Bissauda anadan olan Fati, altı yaşında böyük qardaşı Braimanın Sevilla ilə müqavilə bağladıqdan sonra, ailəsi ilə birlikdə Herrera'ya köçdü.
Faiq Rəfiyev
Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur. === Ailəsi === Ailəli idi, iki övladı qalıb. == Döyüşlərdə iştirakı == Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir.
Faiq Seyidov
Faiq Sücəddinov
Mirfaiq Miri oğlu Sücəddinov (14 iyun 1947, Kirovabad) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2007), Prezident təqaüdçüsü (2015-ci ildən). == Həyatı == Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub. 1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. 1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir. 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur. 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirir. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb — fəaliyyət göstərib. Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. 2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
Faiq Vəlizadə
Faiq Bayraməli oğlu Vəlizadə (1 fevral 1997; Zərdab rayonu, Azərbaycan — 17 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Əlicanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Faiq Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Vəlizadə oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Zinharov
== Siyahı ==
Faiq Zöhrabov
Faiq Ramazan oğlu Zöhrabov (16 iyul 1939, Bakı – 5 iyun 2009, Bakı) — Teatr rejissoru, aktyor. == Həyatı == Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965–1972-ci illlərdə F. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir. 1972–1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975–1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir. 1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir. 1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s.
Faiq İbadov
Faiq İsmixan oğlu İbadov (31 may 1993; Sarıbulaq, Balakən rayonu — 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub. 1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq İbadov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb.
Faiq Şabanov
Faiq İsmayıl oğlu Şabanov (10 mart 1963, Qayabaşı, Basarkeçər rayonu) — Gəncə Şəhər Polis İdarəsinin rəisi (2013–2019). == Həyatı == Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb. 1982–1984-cü illərdə Novosibirsk şəhərində hərbi xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. Sonralar ali milis məktəbini bitirən F. Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F. Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir. 10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub. Faiq Şabanov 17 yanvar 2019-cu ildə Daxili İşlər Nazirliyin əmri ilə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsindən azad edilib. == Təltifləri == 2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Faiq Şükürbəyli
Faiq Şükürbəyli; Faiq Xasay oğlu Qurbanov (28 aprel, 1957) — Folklorşünas, jurnalist, filologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Qurbanov Faiq Xasay oğlu 28 aprel 1957-ci ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Şükürbəyli kənd natamam orta məktəbini bitirərək Şuşa Pedaqoji Məktəbinə daxil olmuş və 1975-ci ildə oranı müvəffəq qiymətlərlə başa vurmuşdur. Təyinatla Ucar rayonunun Yuxarı Şilyan kənd orta məktəbində müəllim işləmiş, 1976—1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.[mənbə göstərin] Hərbi xidmətini başa vurduqdan sonra doğma Vətəninə qayıdan Faiq Şükürbəyli 1978—1980-ci illərdə Füzuli rayonunun Aşağı Yağlıvənd kənd orta məktəbində müəllim, 1980—1993-cü illərdə isə Şükürbəyli kənd orta məktəbində hərbi rəhbər və tarix müəllimi işləmişdir. 1983-cü ildə Bakıda Jurnalist Sənətkarlığı İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Institutunun folklor şöbəsinin aspiranturasını bitirmiş, "Azərbaycan şifahi xalq ədəbiyyatının regional xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Faiq Şükürbəyli 1969-cu ildən dövri mətbuatda çıxış etmişdir. Onun saysız-hesabsız məqalələri respublikamızın bir sıra qəzet və jurnallarında dərc olunmuşdur. "Ərgünəş" almanaxında şerləri çap edilmişdir. Bir neçə qəzetlə əməkdaşlıq etmiş və müxbir işləmişdir. Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə "Kamil sənətkar" diplomuna layiq görülmüşdür.
Faiq Şıxəliyev
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Faiq Əhmədov
Faiq Əhmədov (fizik) — Fizika-riyaziyyat elmləri doktoru, professor.