Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Mihriban
Mihriban (azərb. Mehriban‎) — Türkiyədə yaşanmış bir sevgi hekayəsindən yaranan eyniadlı şeirə yazılmış mahnı. == Sevgi hekayəsi == Bu mahnı Abdurrahim Karakoçun gözəl Anadolu qızı ilə yaşadığı ölümsüz eşqdən yaranmışdır. Abdurrahim Karakoç 1960-cı ildə yazdığı şeirlə həmin sevgini əbədiləşdirmişdir. Lakin sevdiyi qızın əsl adını gizlətmiş, onu Mihriban adlandırmışdır. Çünki həmin qız adı kimi özü də mehriban, gülərüzlü, şəfqətli biri idi. Abdurrahim Karakoçun həmin qızla tanışlığı kəndlərində keçirilmiş toyda olmuşdur. Belə ki, kəndlərində olan toya qonşu rayonlardan qonaqlar gəlmişdir ki, gənc Abdurrahim də kənddə yeni bir qızla qarşılaşır; hansı ki, həmin qız toyuna gələn qonaqlardan biri idi. Qızın kənddə qonaq olduğu müddət uzandıqca, aralarındakı eşq-məhəbbət daha da böyüyür. Lakin bir gün Abdurrahim Mihriban adını qoyduğu sevgilisini görməyə gedərkən, məlum olar ki, qonaqlar kənddən çıxıb gediblər.
Ziliban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Qırılan çiçəklər (film,1919)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qırılan çiçəklər (film, 1936)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti,eyni zamanda,Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı.Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər.Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın,daha doğrusu,qohum olan sabir tayfaları yaşayırdılar.Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi.Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi.Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək,mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə - IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi.Əvvəlcədən onu qeyd edək ki,Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri,uğur qazanmamışlar.Məlum ideyanı irəli sürən müəlliflər Mehranilər sülaləsinin banisi Mehranın (570-590) Sasani şahı II Xosrova qohum olduğuna işarə vurmaqla bu sülaləni farsmənşəli hesab etmişlər.Məsələ ondadır ki, Mehranilər sülaləsi zaman-zaman gah Bizans,gah da türk meylli siyasət yürütmüşlər.Ən əsası isə Girdman knyazlığının qədim oğuz yurdu – Albaniyada yaranmasıdır.Yuxarıda da qeyd etdiyimiz kimi burada yaşayan əhalinin əsas hissəsini-nüvəsini Azərbaycan türkləri təşkil etdiyinə görə Girdiman knyazlığını yaradanların fars olduğunu düşünmək düzgün olmazdı. Yarandığı ilk zamanlarda knyazlıq kiçik ərazini əhatə etsə də, sonralar – Mehranilərin ən görkəmli nümayəndəsi Cavanşirin (642-681) hakimiyyəti illərində genişlənərək İberiya (Gürcüstan) sərhədlərindən Araz çayına və Dərbəndə qədər çatırdı.Mülahizələrə görə Girdiman qalasını Mehranın nəticəsi cəsur Vardan (600-615) tikmişdir. Qeyd edək ki, VII yüzilliyin əvvəllərində Azərbaycan şimaldan gələn xəzərlərin, ortalarına yaxın isə cənubdan ildırımsürətli ərəblərin hücumlarına məruz qalırdı. Girdiman hökmdarı Varaz Qriqorun oğlu Cavanşir təlatümlü belə bir dövrdə taxt-tacı qəbul etməli oldu. Cavanşir dövrünün uzaqgörən dövlət xadimi, səriştəli, qorxubilməz bir sərkərdə idi. Ərəb-Sasani müharibələrində Sasanilər tərəfində vuruşaraq qəhrəmanlıqlar göstərmiş, 636-cı ildə baş vermiş Kadisiyyə döyüşündə şücaətlə seçilmişdi. Hətta sasani şahı II Yezdəgerd ona qiymətli hədiyyələr – qızıl kəmər, qızıl dəstəkli qılınc vermiş, başına gözəl qızıl tac qoymuşdur.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı – 17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991). == Ailəsi == Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır. == Fəaliyyəti == Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür.
Ziriyan (Kəleybər)
Ziriyan (fars. زيريان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (35 ailə).
II Mirian
II Mirian — Farnavazianlar sülaləsindən səkkizinci İberiya çarı. İran ordusunun köməyi ilə hakimiyyəti geri almışdı. Yerinə oğlu II Artaksias keçdi.
I Mirian
I Mirian — I Saurmaqın kürəkəni idi. Dəryal keçidində dağlı xalqların işğalına qarşı mübarizə aparmışdı. Dianna tanrıçasına inanırdı.
İribaş xul
İribaş xul (lat. Ponticola gorlap) — başının iri olması ilə fərqlənir. Başı və bədənin ön hissəsi qalınlaşmış formadadır. İkinci bel üzgəcinin hündürlüyü demək olar ki, bərabərdir. Qarın sormac yaxasının pərləri xırda fərdlərlə iti, iri fərdlərdə isə kütdür. Belində tünd qonur xallar var. Böyürlərində bu xalların sayı beşdir. Onlardan biri üçkünc formalı quyruq üzgəcinin əsasındadır. == Yayılması == Xəzərin sahil zonasının daşlıq hissələrində yayılmışdır. Azərbaycan bölməsində ən çox Abşeron və Neft Daşları rayonunda, digər sahil zonasında və şirin su hövzələrində yayılmışdır.
Qilican
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Mehmet Mustafa Gürban
Mehmet Mustafa Gürban (1979, Qaziantep ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Mustafa Gürban 1979-cu ildə Qaziantep ilində anadan olub. İstanbul Universiteti Fənn Bölməsindən məzun olub. Konya Qida və Kənd Təsərrüfatı Universiteti Sosial Elmlər Bölməsində magistr dərəcəsi alıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü və TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Adam Qaribyan
Adam Qaribyan — erməni mənşəli opera müğənnisi; Azərbaycan SSR xalq artisti. == Həyatı == 1960-1970-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olmuşdur. Səhnədə 40-dan artıq obraz yaratmışdır.
Aşıq Qurban
Aşıq Qurban — ustad aşıq. == Həyatı == Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş. Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir. Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır. Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur. == Ədəbiyyat == Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri.
Coş Qroban
Coşua Uinslou Qroban (27 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — ABŞ-lı lirik bariton. Amerika Qremmi mükafatına namizəd göstərilmişdir. Çox kişice "You Raise Me Up" ən yaxşı mahnısı olaraq qəbul edilir.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Qinyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Qurban Səlimov
Səlimov Qurban - (tam adı: Səlimov Qurban Hamlet oğlu) - bir çox sənədli filmlərin, televiziya layihələrinin və reklam çarxlarının müəllifi və rejissorudur. ABA TV, Lider TV, “İnternews Azerbaijan”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” sənədli filimlər studiyası, YADEL-film production (Türkiyə), "ADG plus production” kimi şirkətlərdə rejissor və layihə rəhbəri kimi çalışıb. Hazırda Azad Azərbaycan Tele-radio kompaniyasında Baş prodüser vəzifəsində çalışır. == Həyatı == Səlimov Qurban Hamlet oğlu, 27 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakultəsinin televiziya rejissoru ixtisası üzrə ali təhsilini alıb. Evlidir iki övladı var.
Qurban Xəlilov
Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958). == Həyatı == Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir.
Qurban Yaquboğlu
Qurban Yaquboğlu (Bədəlov Qurban Yaqub oğlu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və publisist. == Həyatı == 1968-ci ilin mart ayının 14-də Şamaxı rayonunun Çöl Göylər kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == Müxtəlif qəzet və jurnallarda ədəbi-bədii, publisistik yazıları, o cümlədən 1990-cı ildən Xəzər jurnalında silsilə şerləri "jurnal içində kitab" formatında nəçr edilmişdir. 2000-ci ildə çapdan çıxmış "Min beş yüz ilin Oğuz şeri" antalogiyasına şerləri (İkinci kitab) daxil edilib. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi Prezident təqaüdü almışdır. 2018-ci ilin martında Qurban Yaquboğlu "Mən yoxam" adlı ilk kitabını nəşr etdirmişdir. == Mükafatları == 2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistika sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.