Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbadulla
İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir. 29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhali == Əhalisi 1437 nəfərdir.(2009 - cu il) Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid yaşayış yeri var. == İstinadlar == == Xarici keçidlər == İbadulla kəndi GEOnet Names Serverdə.
İbadulla Ağayev
İbadulla Əliağa oğlu Ağayev (17 yanvar 1950, Muğan Gəncəli, Sabirabad rayonu) — Azərbaycan alimi, tibb elmləri doktoru (1991), professor (1992). Səhiyyə Nazirliyinin Baş epidemioloqu (1992–2020), Azərbaycan Respublikasının əməkdar müəllimi (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2007). Rusiya Təbiət Elmləri Akademiyasının (1999), Beynəlxalq Ekoenerji Akademiyasının (2001) və Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Epidemioloqları, Mikrobioloqları və Parazitoloqları Cəmiyyətinin sədridir. == Həyatı == İbadulla Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. 1966-cı ildə Muğangəncəli kənd orta məktəbini bitirib. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1973–1974-cü illərdə E. Əfəndiyev adına 2 saylı Bakı şəhər klinik xəstəxanasında cərrahiyə ixtisası üzrə internatura keçmişdir. 1974-cü ildən 1976-cı ilin mart ayına qədər Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında həkim işləmişdir. 1976-cı ilin mart ayında N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir.
İbadulla Dəmirov
İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu)-(1879-1938) - Görkəmli Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim. == Həyatı == İbadulla Ağaməli oğlu 1879-cu ildə Bakıda anadan olmuşdur. Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909). Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar- Bakı su kəmərinin müdiri olub. Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub. 1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib. 9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib). Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.
Abdullah Abdullah
Abdullah Abdullah (puşt. عبدالله عبدالله; 5 sentyabr 1960, Kabil) — Əfqanıstan İslam Respublikasının baş icraçısı. == Erkən Həyatı == Abdullah, Əfqanıstanın Kabil şəhərinin ikinci mahalında anadan olmuşdur.İlk illəri Pəncşir əyalətində yaşayan və atasının torpaq araşdırmasında inzibatçı vəzifəsini icra etdiyi Kabil arasında, ardınca Baş nazirlik ofisində yoxlama bölməsi arasında bölünmüşdür. O, Qəndəhar bölgəsindən olan Pəştun atası Klan Nərzai və Pəncşirdən olan tacik ananın oğludur. Kral Zahir şah hakimiyyətinin son illərində atası senator idi.Onun yeddi bacısı və iki qardaşı var. Hökumət naziri olana qədər Abdullahın yalnız bir adı var; Qərb qəzet redaktorlarından bir soyad tələb etməsi onu "Abdullah Abdullah" adının tam mənimsəməsinə səbəb oldu.Abdullah Abdullah evlidir, üç qızı və bir oğlu var.
Abdullah
Abdullah — kişi adı və təxəllüs. Adın Abdulla forması da var.
Abdullah Abdulrahman
Abdullah Abdulrahman (d. 7 noyabr 1955) — Küveytli keçmiş üzgüçü. Abdullah Abdulrahman Küveyti 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdullah Abdulrahman birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.94 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Abdullah Alpdoğan
Hüseyin Abdullah Alpdoğan (1 yanvar 1878 – 9 aprel 1972, Kadıköy, İstanbul ili) — türk əsgər və siyasətçi. 1878-ci ildə Abdullah Əfəndinin oğlu olaraq anadan olub. Əsgər və siyasətçi Nurəddin Paşanın qızı Məmduh Xanım (1904–1970) ilə evlənən və iki uşaq sahibi olan Alpdoğan 1972-ci ildə İstanbulda vəfat etdi və Karacaahmet Qəbiristanlığında dəfn edildi. == Hərbi və Siyasi Karyerası == 1902-ci ildə Hərbi Akademiyanı Mülazım (Leytenant) rütbəsi ilə piyada sinfinin on ikincisi olaraq bitirdi. 1905-ci ildə Erkan-ı Hərbi Məktəbini Baş qərargah kapitanı rütbəsi ilə bitirib Osmanlı Ordusuna qatıldı. Səyyar Topçu Alayı 1-ci Tabur Məmuru, Nizamiyə 3. Alayı 3. Tabur 3. Bölük i, Erkan-ı Harbiye 1. Şöbə Sorumlusu, Edirne İstilası Komissiyası Üzvü, 2.
Abdullah Battal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Abdullah Bosnəvi
Abdullah Bosnəvi (Türkcədə Abdullah Bosnevi 1584 – 1645, Konya), Osmanlı dövlətində Məlami sufilərindendir. == Yaşayışı == 1584 — cü ildə Bosniyada anadan olub. Bosniyada ibtidai təhsilini başa vurduqdan sonra Abdullah Bosnəvi İstanbula gedərək İslam elmlərini öyrəndi. Təsəvvüflə maraqlandıqdan sonra Bursaya getdi. Bursa da Bayramiyə təriqətinin Melamilik qolunun irəli gələn şeyxlərindən Həsən Kabaduz'a bağlandı. Həsən Kabaduz Əfəndi haqqında 1010-cu ildə Bursada öldüyü istisna olmaqla az məlumat vardır. Həcc ziyarəti zamanı Abdullah Bosnəvi əvvəlcə Həcazı, daha sonra Misiri ziyarət etdi və ərəb coğrafiyasında melamizmin tanınmasını təmin etdi. İbn Ərəbinin Fusûs'sinə yazdığı türkcə yazısından sonra ərəb dilində yazılan şərh, ərəb dünyasında melamizmin və Vəhdət-i Vücud'un yayılmasına kömək etdi. Dönüşündə bir müddət Şamda idi. Şamda Şeyx Muhyiddin Ərəbinin türbəsinin yanında yerləşdi, cəmiyyətə ilgisini kəsdi və inzivaya çəkildi.
Abdullah Bəttal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Abdullah Bəyzavi
Bəyzavi və ya Qazı Bəyzavi (XIII əsr, Ərdəkan, Fars ostanı – 1286, Təbriz) — Azərbaycan türkü, hüquqçu, alim, tarixçi və müfəssir. == Həyatı == Tam adı Abdullah ibn Ömər ibn Məhəmməd Nasıruddin əl Bəydavidir. Şiraz yaxınlarındakı Bəyda qəsəbəsində doğulmuş və yetişmişdir. Şirazda başqazı ikən müəllimi Məhəmməd ibn Məhəmməd Kəthaninin tövsiyəsiylə qazılığı buraxaraq, İslami elmlər üzərində çalışmağa başlamışdır. Xacə Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafei ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin "Füsuli-Nasiriyyə" kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir? Cavab verdi: "Çoxdan istəyirdim ki, bir nəfərə qarşi belə təvazökarlıq edib qulluğunda durum. Nə qədər axtardımsa, bunun üçün Qazıdan daha layiqli şəxs tapa bilmədim.
Abdullah Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində, 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb. Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb. Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu.
Abdullah II
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Abdullah Çatlı
Abdullah Çatlı (1 iyun 1956, Nevşəhər – 3 noyabr 1996, Susurluq, Balıkəsir ili) — gizli dövlət xəfiyyəsi və əks-partizan mənsubu. 1996-cı ildə Balıkəsir ilinin Susurluq məhəlləsi yaxınlarında tarixə Susurluq qəzası kimi keçən qəzada həlak olub. Qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır. 1977-ci ildə İdeal Təhsil və Mədəniyyət Ankara Başçılığına, 25 may 1978-ci ildə isə İdeal Gənclik Dərnəyi Ümumi Başçı Köməkçisi seçilmişdir. 11 iyul 1978-ci ildə Ankarada Hacəttəpə Universteti müəllimlərindən Dr. Bedrettin Cömərtin öldürülməsində fəal olaraq iştirak etdiyi ortaya çıxdı və Ankara 5. Sülh Cəza Məhkəməsi tərəfindən qiyabi olarağ həbs olunmasına qərar verildi. 23 avqust 1978-ci ildə Sakarya məhəlləsində tutularaq həbs edildi. Abdullah Çatlı 9 oktyabr 1978-ci ildə Ankara Bahçelievlər yaxınlığında 7 TİP (Türkiyə İşçi Partiyası)-lının öldürülməsi hadisəsinin planlayıcısı və baş günahkarı olarağ bilindi, lakin hadisədən 4 il 4ay keçdikdən sonra həbs olundu.
Abdullah Öcalan
Abdullah Öcalan və ya qısa adı ilə Apo (4 aprel 1949, Ömərli[d], Mardin ili) — PKK qurucusu və lideri. 1999-cu ildə həbs olunmuş və İmralı həbsxanasında ömürlük məhkum edilmişdir. == Həyatı == Abdulla Öcalan 4 aprel 1948-ci ildə Türkiyənin Şanlıurfa vilayətinin Halfeti mahalının Ömərli kəndində anadan olmuşdur. Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir. Abdullah Öcalan 1978-ci ildə Əli İldırımın qızı Kəsirə ilə evlənmişdir. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır. 27 noyabr 1978-ci ildə Diyarbəkirin Licə mahalının Fis kəndində Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucuları arasında yer almışdır. Bu partiya Türkiyə, Avropa Birliyi, NATO, ABŞ və s. ölkələr tərəfindən terrorist partiya kimi tanınır.
Abdullah şah
Abdullah şah (1614 – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahlar sülaləsinin son nümayəndəsi. == Həyatı == 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu. Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.
Abdullah Əhmədov
Abdullah Əhmədov (mart 1949, Qax) — fizika-riyaziyyat elmləri namizədi (1978), Azərbaycan Texniki Universitetində dosent. == Həyatı == Əhmədov Abdullah Əmrullah oğlu 1949-cu ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1966-cı ildə Sarıbaş kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə universiteti "Yarımkeçiricilər" ixtisası üzrə bitirərək, bir müddət Sarıbaş kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, iki il yarıma işini tamamlayaraq, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə etməyinə baxmayaraq düz iki il işsiz qalmışdır. 1980-ci ildən hal-hazıra qədər Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. Abdullah Əhmədov 120-yə qədər elmi məqalənin, bir neçə metodik vəsaitin müəllifidir. Ailəlidir, iki övladı var. == Mənbə == Tələbə dünyası.
Basuki Abdullah
Basuki Abdullah (25 yanvar 1915, Surakarta, Mərkəzi Yava – 5 noyabr 1993, Cakarta) — İndoneziya boyakarı. Surio Subrotonun oğlu. "Dipo Neqoro döyüşdə", "İndoneziya qadınlarının portretləri seriyası, "Tarlanın malalanması", "Kintamani mənzərəsi" və s. əsərləri var.
II Abdullah
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
Meyxoş Abdullah
Abdullayev Meyxoş Kamil oğlu (02.02.1962) — azərbaycanlı şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000). == Həyatı == Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. (1984-1982). Tərxis olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır (1984). Təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləmişdir. (1984-cü ildən). Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır.İlk qələm təcrübələri "Yeni gün", "Nəğmələr", "Son söz", "Xeyir və şər" və s. qəzetlərdə çıxmışdır. "Doktor Qəzənfər haqqında xatirələr" (2000), "Cəlilabad baytar işçiləri" (2000), "Didərgin ruhlar" (2001) kitabları "Azərnəşr"də kütləvi tirajla buraxılmışdır.
Sadullah Güney
Sadullah Güney (türk. Sadullah Güney; 1883 – 18 iyun 1945, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1902-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini, 1905-ci ildə isə Osmanlı Hərbi Kollecini bitirdi. 6 iyul 1921-ci ildə İneboluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. Müharibə zamanı 16-cı briqadanın komandiri və Qərb Cəbhəsinin Ankara Mənzil müfəttişi vəzifəsində çalışmışdır. 21 iyul 1928-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Türkiyə Böyük Millət Məclisinin V (Aralıq seçkisi), VI və VII dövrlərində Muğlanın millət vəkili olmuşdur. 18 iyun 1945-ci ildə İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Osmaniyyə ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 167.
Şahzadə Abdullah
Şahzadə Abdullah (1464, Amasya ili – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Abdullah 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Abdullah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edildi və anası Şirin Xatunla birlikdə Trabzona yollandı. Beləcə, Trabzona təyin olunan ilk Osmanlı şahzadəsi oldu. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Atasının taxta çıxmasından bir müddət sonra vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı.
Kasıb Abdullah
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — 1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi. Bununla razılaşmayan Abdullah növbəti dəfə kəndə gələn pristavı bə əlatlarını mühasirəyə alaraq, onları tərksilah edir.