Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barayevo icması
Barayevo (serb. Барајево) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 25 146 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 118 nəfər/km² təşkil edir. Tutulan sahə — 213 km², onlardan 71,2 % kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Barayevo kəndidir.
Demokratiyalar İcması
Demokratik Ölkələr İcması (CD) bütün dünyada demokratiyanı təşviq etmək və norma və institutları gücləndirmək məqsədi ilə yaradılmış demokratik ölkələrin qlobal hökumətlərarası koalisiyasıdır. DI iki ildən bir keçirilən nazirlər konfransları vasitəsilə bir araya gələn hökumət nümayəndələrindən və vətəndaş cəmiyyəti təşkilatlarından ibarətdir. Demokratik Ölkələr İcması ölkələrdə demokratik nizamın qurulması və möhkəmləndirilməsinə diqqət yetirməklə, eləcə də beynəlxalq sistem çərçivəsində təklif etdiyi sahədə təcrübə mübadiləsi və məsləhətləşmələr üçün qlobal platforma təşkil edir. Demokratik Ölkələr Birliyinin üzvləri İcmanın 2000-ci ildə Varşavada və 2002-ci ildə Seulda keçirilmiş sammitlərində müəyyən edilmiş və qəbul edilmiş demokratik standartlara cavab verən ölkələrdir. == Tarix == Demokratik Ölkələr İcması 2000-ci ildə Varşavada Nazirlər Konfransı zamanı yaradılıb. Konfrans Polşanın o vaxtkı xarici işlər naziri prof. Bronislav Geremek və ABŞ-nin keçmiş dövlət katibi Dr. Madlen Olbrayt. 2000-ci ildə dünyanın 106 ölkəsinin nazir heyətləri demokratiyanı təşkil edəcək dəyərləri şərtləndirən "Demokratik Ölkələr Birliyinə doğru" yekun bəyannaməsini imzaladılar. Bəyannamənin məqsədi azadlığa və demokratiyanın bərqərar olmasına can atan ölkələri dəstəkləmək üsullarını nümayiş etdirmək idi.
Ferizovik icması
Uroşevats (serb. Урошевац) — Kosovo icması, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. İcmanın əhalisi barədə dəqiq məlumat yoxdur. Əhatə etdiyi ərazi 344 km².
Kanada iqrası
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Lazarevats icması
Lazarevats (serb. Лазаревац) — Serbiyada icma, Belqrad dairəsinə aid edilir. İcmanın əhalisi 59.043 nəfərdir (2007), əhalinin sıxlığı 154 nəfər/km²-dır. 384 km²-lik sahəni əhatə edir, onun 60,4%-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Lazarevats şəhəridir. Lazarevats icması 34 yaşayış məntəqəsindən ibarətdir, onların orta sahəsi 11.3 km²-ə bərabərdir.
Liplyan icması
Liplyan icması (serb. Липљан) — Kosovoda icma, Priştina rayonuna aiddir. Əhatə etdiyi sahə 401 km² bərabərdir. İcmanın inzibati mərkəzi Liplyan şəhəridir. Liplyan icması 70 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,7 km²-dır.
Mənzil icması
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır. İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Poduyevo icması
Poduyevo (serb. Подујево) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 625 km²-dır. İcmanın inzibati mərkəzi Poduyevo şəhəridir. Poduyevo icması 78 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 8.0 km²-dır.
Priştina icması
Priştina (serb. Приштина) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 564 km²-dır. İcmanın inzibati mərkəzi Priştina şəhəridir. Priştina icması 46 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 12,3 km²-dır.
Qloqovats icması
Qloqovats (serb. Глоговац) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 290 km²-dır. İcmanın inzibati mərkəzi Qloqovats şəhəridir. Qloqovats icması 37 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,8 km²-dır.
Qrotska icması
Qrotska (serb. Гроцка) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 79 819 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 276 nəfər/km² təşkil edir. İcmanın inzibati mərkəzi Qrtoskada yerləşir. Vraçar icması 15 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 19,3 km².
Uroşevats icması
Uroşevats (serb. Урошевац) — Kosovo icması, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. İcmanın əhalisi barədə dəqiq məlumat yoxdur. Əhatə etdiyi ərazi 344 km².
Zemun icması
Zemun (serb. Земун) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 168.170 nəfərdən ibarətdir (2012-ci il), əhali sıxlığı isə 1047 nəfər/km² təşkil edir. Əhatə etdiyi sahə 150 km² bərabərdir, onların 63,0 %-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Belqrad şəhərinin ərazisində, Zemunda yerləşir. Zemun icması 2 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 75,0 km²-dır. Yevangeliya kirxası 2005-ci ildən bəri mədəniyyət abidəsi sayılır, onu Huqa Erlix və Viktor Kovaç məktəbinin memarları inşa etmişdilər.
Zvezdara icması
Zvezdara (serb. Звездара) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 140 559 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 4392 nəfər/km² təşkil edir. İcmanın adı azərbaycan dilinə tərcümədə "ulduzlarla məşğul olan" deməkdir, bu ad buraya Belqrad Rəsədxanası tikiləndən sonra verildi.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Ştimle icması
Ştimle (serb. Штимље) — Kosovoda icma. Əhatə etdiyi ərazi 134 km² bərabərdir. İcmanın inzibati mərkəzi Ştimle şəhəridir. Ştimle icması 22 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 6,1 km²-dır.
Diskurs icması
Diskurs icması — əsas dəyərlər və fərziyyələr kimi başa düşülən bir sıra diskursları paylaşan insanlar qrupu və bu məqsədlərlə bağlı kommunikasiya yolları. Linqvist Con Sueyls diskurs icmalarını "hədəfləri və ya məqsədləri olan, bu məqsədlərə çatmaq üçün ünsiyyətdən istifadə edən qruplar" kimi təyin etmişdir. Diskurs icmasının bəzi nümunələri müəyyən bir akademik jurnalı oxuyan və/və ya ona töhfə verənlər, ya da Madonna pərəstişkarları üçün e-poçt siyahısının üzvləri ola bilər. Hər bir diskurs icmasının nəyin deyilə biləcəyi və necə deyilə biləcəyi ilə bağlı öz yazılmamış qaydaları var. Məsələn, jurnal "Diskurs ən gözəl anlayışdır" iddiası ilə məqaləni qəbul etməyə bilər. Digər tərəfdən, e-poçt siyahısının üzvləri Madonnanın son sinqlı freydist cəhətdən qiymətləndirə və ya qiymətləndirməyə bilər. Əksər insanlar hər gün müxtəlif diskurs icmalarının daxilində və arasında fəaliyyət göstərirlər. Diskurs icmasının özü qeyri-maddi olduğuna görə onların fəaliyyət göstərdiyi forumlar baxımından diskurs icmalarını təsəvvür etmək daha asandır. Hipotetik jurnal və e-poçt siyahısı hər biri forumun nümunəsi, ya da "diskurs icmasının fəaliyyətinin konkret, lokal təzahürü" kimi görünə bilər. == Diskurs icmasının dizaynı == Diskurs icmasının dizaynı üçün geniş istifadə olunan bir vasitə xəritədir.
Satıcı iclası
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. == Məzmun == Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Kosovo Pole icması
Kosovo Pole (serb. Косово Поље) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 89 km²-dır. İcmanın inzibati mərkəzi Kosovo Pole şəhəridir. Kosovo Pole icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 4,9 km²-dır.
Şıxılı kənd icması
Şıxılı kənd icması — Cəbrayıl qəzasının tərkibindəki kənd cəmiyyətlərindən biri idi. == İcmanın tarixi == 1875-ci ildən 1921-ci ilədək Cəbrayıl qəzasında Şıхılı kənd dairəsi və kənd icması fəaliyyət göstərirdi. Bu icmaya yüzbaşı başçılıq edirdi. Şıxılı icmasına yüzbaşılıq etmiş Həsənəli bəy Əsgərxanovun və başqalarının adları məlumdur. 1875-ci ildə qeydə alınmış Şıxılı (şiə) kənd dairəsi: Şıxılı (şiə) kənd dairəsi 1. Yağləvənd obası 2. Mirzəcamallı obası 3. Aybasanlı obası 4. II Mahmudlu obası 5. Gecəgözlü obası 6.
Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcması (QAİ) — hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlik. == Tarixi == 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir. === Elmi fəaliyyəti === Azərbaycan Milli Elmlər Akademiyası qarşılıqlı elmi əlaqələrin inkişafı ilə bağlı görüşlər keçirilib. Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası zamanı müzakirə olunub. === İcmanın binasının istifadəyə verilməsi === Nərimanov rayonu, G. Qədirbəyova küçəsi 9 ünvanında yerləşən və vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və "Qarabağa dönüş" təşkilatının (əvvəlki adı: Dağlıq Qarabağın Azərbaycanlı İcması) yerləşdiyi binada 2022-ci ilin avqustundan "Qərbi Azərbaycan İcması" fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. == İdeologiyası və quruluşu == === Məramı === İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.
Alban-udi xristian icması