Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babunə
Aşağı Babunə (Çaroymaq)
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolunda və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Laruku
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib. 1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb.
Albuka
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Alabuka rayonu
Alabuka rayonu (qırğ. Алабука району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Alabuka kəndidir. == Tarixi == Mərkəzi Alabuka kəndində olan Alabuka rayonu 2 sentyabr 1936-cı ildə Qırğızıstan MSSR-in tərkibində qurulur. 1936-cı ilin dekabrından isə Qırğızıstan SSR-yə daxil olur. 1938-1939-cu illərdə Cəlalabad dairəsinin, 21 noyabr 1939-cu ildən Cəlalabad vilayətinin bir hissəsi idi. 27 yanvar 1959-cu ildə Cəlalabad vilayətindən Oş vilayətinə verilməsi ilə, Alabuka rayonu Cangi-Col rayonuna birləşdirilir. == Coğrafiyası == Rayon Cəlalabad vilayətinin şimal-qərbində, Özbəkistanın Nəməngan vilayətinin 4 rayonu (Yeni-Kurqan, Kasansay, Çust, Pap) ilə sərhəddədir. Çatkal rayonu Özbəkistanla sərhədə doğru bir-birindən ayrılmış iki hissədən ibarətdir. Alabuka rayonu Tereksay çayı boyunca çoxsaylı allyuvial düzənliklərində qızıl və mis yataqları vardır.
Andryu Lapuka
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 54.54 saniyə nəticə göstərdi və 42-ci pillənin sahibi olub. Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulula üzmə turnirinin təsnifat mərhələsində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.
Aleksandr Labuş
Aktyor == Həyatı == Aleksandr Sergeyeviç Labuş 11 avqust 1957-ci ildə Minskdə anadan olub. Belorus Dövlət Bədii Teatr İnstitutunda oxuyub (B. İ. Luçenkonun sinfi, 1975–1980). Belorus aktyorudur.
Mariya Lazuk
Mariya Lazuk (15 oktyabr 1983) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Mariya Lazuk Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tabuk (şəhər)
Tabuk, (ərəb. تبوك‎,Tabūk) Ərəbistan yarımadasının şimal-qərbində Səudiyyə Ərəbistanıın Tabuk bölgəsinin mərkəzi şəhəridir == Tarix == Başqa məlum olan adları: Tebuk, Tebûk, Tabûk, Gabûk. Tebük, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin dövründə Mədinə şəhərinin şimalında, Mədinə şəhəri ilə Şam şəhəri arasındakı yolun üzərində yerləşən bir qəsəbə idi. Tabuk ətrafında, Hicri təqviminə ilə Rəcəb, Qriqori təqvimi ilə 630-cu ilin Sentyabr ayında Məhəmməd peyğəmbər buraya Tabuk seferi etmişdir. Quranın Tövbə surəsinin ilk 29-cu ayətində bu səfər haqqına məlumat verilmişdir. === Osmanlı dövrü === Tabuk şəhəri Osmanlı İmperiyası dövründə İstanbuldan Məkkəyə gələn yolun və Hicaz dəmiryolunun üzərində bir dayanacaq rolu oynayırdı. Tabuk (Âsî Hurma) şəhərinə Nürəddin Şəhid tərəfindən kiçik bir qala tikdirilmişdir.. Mehməd Ədip Əfəndi "Nehcet'ül-Menâzil" adında kitabında o dövürdə Tabuk şəhərinin Âsî Hurma adlandırıldığını yazmışdır.. == İqlimi == Tabuk şəhəri yayları isti, qışları isə mülayim olan bir çöl iqliminə malikdir. İstilik yay aylarında 27-46 °C, qış aylarında isə 4-18 °C arasında dəyişir.
Tabuk şəhəri

Aşağı Babunə (fars. بابونه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Orta Babunə (Çaroymaq)
Orta Babunə (fars. بابونه وسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (13 ailə).
Yuxarı Babunə (Çaroymaq)
Yuxarı Babunə (fars. بابونه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qarağac qəsəbəsindən 21 km cənub-şərqdə, Marağa-Miyanə avtomobil yolunun 44 km.-liyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Yasuke
Ərbüke
"Ərbükə" — daha çox orta və şərq Anadolu nağıllarında, hekayələrində rast gəlinən, bellərindən aşağısı ilan üstü isə insan şəklində təyin olunan, insanların dərdinə çarə tapan fövqəltəbii varlı. Erböke də adlandırılır. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Anadoluda Maran (Farsca: Məran "ilan") olaraq da bilinirler. Yeraltındaki bir dünyada yaşayan ağıllı ilanların başında Şahmaran adlı bir kraliça vardır. Şahmaranın öldürüldüyünü hələ bilməyən, maranların onun ölümünü duyduqları an ölkələrindən çıxıb insanların yaşadıqları şəhərlərə hücum edəcəkləri və yerlə bir edəcəkləri deyilər. == Etimologiya == Ərbükə: Söz; Ər "insan" və Bükə "əjdaha, ilan" sözlərinin birləşməsidir. Türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Maran: Farsca bir sözdür.
Ərbükə

Seyid Əli Çabuk
Seyid Əli Çabuk və ya Seyid Əli Onbaşı (iyul 1889 – 1939, Balıkəsir) — Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə əfsanəvi qəhrəmanlıq göstərmiş türk əsgər. == Həyatı == Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq (Manastır) kəndində Əbdürrəhman və Əminənin ailəsində dünyaya gəlmişdir. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulmuş və Balkan müharibələrində (1912–1913) vuruşmuşdur. Savaşdan sonra Dardanel (Çanaqqala) boğazının girişi müdafiə edən qarnizona köçürülmüşdür. == Qəhrəmanlığı == Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə qoşulmasından sonra Qara dəniz boğazlarının qorunması türklər üçün prioritet məsələyə çevrilmişdir. Boğazlara tərəf hərəkət edən böyük ingilis-fransız donanmasının əsas hücumu isə təyin olunduğu kimi 18 mart 1915-ci ildə başladı. Döyüş zamanı sıravi Seyid Çabuk Rumeli Məcidiyə fortunda sahil artilleriyasında xidmət edirdi. Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qaldı. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnmişdi. Belə olan halda, Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırdı və türk artilleriyası atəşi davam etdirdi.
Laiuse Qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Triticum labile
Büke
Uolter Lübke
Valter Lübke(22 avqust 1953 – 2 iyun 2019) - alman siyasətçi. 1999-cu ildən başlayaraq 10 il ərzində Hessen əyaləti landtaqının üzvü olub. Siyasətçi 2019 may ayında regional hökumətin rəhbəri vəzifəsində çalışmasının 10 illiyini qeyd edib. Angela Merkelin partiyası olan Xristian Demokrat İttifaqına aid idi. 2019-cu il iyunun 2-də Volter Lübke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb.
Valter Lübke

Volter Lübke