Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minacat
Minacat — Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəvi və qəsidəyə yaxınlığı ilə səciyyələnir. Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır. Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.
Miracal
Miracal (fars. مراجل‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 205 nəfər yaşayır (41 ailə).
Inga sinacae
Inga sinacae (lat. Inga sinacae) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Minabad (Nəmin)
Minabad (fars. مين اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,311 nəfər yaşayır (306 ailə).
Minamata xəstəliyi
Minamata xəstəliyi — Yaponiyanın Minamata qəsəbəsindəki xüsusi şirkətə mənsub olan zavod uzun illər yaxındakı körfəzə tərkibində civə olan maye axıtmışdır. Bu maye yerli əhalinin qidasını təşkil edən balıq və xərçəngin orqanizminə keçmişdir. Nəticədə bu qidalardan istifadə edən qəsəbə əhalisininn əsəb sistemi pozulmuş, eşitmə və görmə qabiliyyətini itirimiş, əksəriyyəti iflic vəziyyətinə düşmüş və ölmüşdür. Bu xəstəlik tarixə minamata xəstəliyi kimi daxil omuşdur.
Minaxas alabayquşu
Minaxas alabayquşu (lat. Tyto inexspectata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Kambocada minalar
Kambocada minalanmış ərazilər — Cənub-Şərqi Asiyada yerləşən Kambocada mina problemi. Ölkədə, xüsusilə şəhərətrafı ərazilərdə minalar ilə bağlı böyük problem mövcuddur. Minalar səbəbindən 40,000-ə yaxın amputasiya halı qeydə alınmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Kamboca Minalar ilə Mübarizə Mərkəzi (KMMM) hesab edir ki, Kambocada dörd-altı milyon mina və digər partlamamış hərbi sursat ola bilər. Bununla belə, bəzi hesablamalara görə on milyona qədər mina var. Kambocada Çin istehsalı olan minalar 1970-ci və 1980-ci illərdə Kambocada vətəndaş müharibəsi zamanı bir-birləri ilə toqquşan fraksiyalar tərəfindən yerləşdirilmişdir. Kambocada piyada əleyhinə minalar ilə qarşılanan ümumi problem odur ki, minaları yerləşdirənlərdə onların yerləri ilə bağlı xəritələri yoxdur və ya onların yerlərini xatırlamırlar.
Qarabağda minalar
Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca, xüsusilə Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Həm Azərbaycandan, həm də Ermənistandan olan hərbi ekspertlərin fikrincə, həmin ərazilərdə yer demək olar ki “mina xalçaları” ilə örtülmüşdür. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir. == İstehsal, anbar və istifadə == Qondarma Dağlıq Qarabağ Respublikası rəsmi açıqlama verərək heç vaxt mina istehsal və ixrac etmədiyini, 1995-ci ildən bəri yeni minalar almadığını bildirmişdir. Onlar iddia edirlər ki, mina anbarları keçmiş Sovet İttifaqından qalan minalardan ibarətdir ( PMN, PMN-2, POMZ-2, OZM-72, TM-57 və TM-62 ). 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun hərbi qüvvələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca, daha çox mübahisəli ərazinin şərqində və şimalında piyada əleyhinə minalar yerləşdirdiklərini bildiriblər. == Qurbanlar == Dağlıq Qarabağda minalarda həlak olan və ya yaralanaraq zərər çəkənlərin dəqiq sayını demək mümkün deyil, çünki Birinci Qarabağ Müharibəsində, eləcə də ondan sonrakı dövrdən 2000-ci ilə qədər baş vermiş partlama hadisələri ilə bağlı tam məlumat yoxdur. Qondarma Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin məlumatına görə, 1993-cü ilin iyunundan 1999-cu ilin mayına qədər minalar da daxil olmaqla, partlayış qurbanlarının sayı 687 (180 ölü və 507 yaralı) olmuşdur.
Tank əleyhinə minalar
Tank əleyhinə minalar — ərazini düşmənin tanklarına və yerüstü başqa texnikalarına (özüye-riyən raket və artilleriya qurğularına, zirehli transportyorlara və yük avtomobillərinə) qarşı mina-lamaq üçün nəzərdə tutulub. Tank əleyhinə minalar tırtıl əleyhinə, dib əleyhinə və gövdə (bort) əleyhinə minalara ayrılır. tırtıl əleyhinə minalara TM-62, TM-57 tipli minalar nümunə göstərilə bilər. dib əleyhinə minalara TMK-2, TM-72 tipli minalar nümunə göstərilə bilər. bort əleyhinə minalara TM-73, TM-83 tipli sovet istehsalı minalar göstərilə bilər.
Civə haqqında Minamata Konvensiyası
Civə haqqında Minamata Konvensiyası — insan sağlamlığını və ətraf mühiti antropogen emissiyalardan və civə və civə birləşmələrinin buraxılmasından qorumaq üçün nəzərdə tutulmuş beynəlxalq müqavilə. Konvensiya üç illik görüş və danışıqların nəticəsidir, bundan sonra konvensiyanın mətni 140-a yaxın ölkəni təmsil edən nümayəndələr tərəfindən 19 yanvar 2013-cü ildə Cenevrədə təsdiq edilmiş və həmin ilin sonunda 10 oktyabr 2013-cü ildə Yaponiyanın Kumamoto şəhərində keçirilmiş diplomatik konfransda qəbul edilmiş və imzalanmışdır. Konvensiya Yaponiyanın Minamata şəhərinin adını daşıyır. Bu adlandırma simvolik əhəmiyyət kəsb edir, çünki şəhərdə kütləvi civə zəhərlənməsi baş verib. Növbəti bir neçə onillikdə kovensiyasının ətraf mühitə böyük miqdarda civənin buraxılmasından məsul olan məqsədyönlü fəaliyyətlər nəticəsində civə ilə çirklənmənin azaldılmasını artıracağı gözlənilir. Konvensiya civənin istifadə edildiyi, buraxıldığı bir sıra məhsullar, proseslər və sənayelər üzrə nəzarət və azalmalar da daxil olmaqla, civənin bütün həyat dövrü ilə əlaqəli müddəaları ehtiva edir. Konvensiya həmçinin civənin birbaşa hasilatı, ixracı və idxalı, təhlükəsiz saxlanması və bir dəfə tullantı kimi utilizasiyasını nəzərdə tutur. Risk altında olan əhalinin müəyyən edilməsi, tibbi xidmətin artırılması və civə ilə bağlı təsirlərin müəyyən edilməsi və müalicəsində səhiyyə mütəxəssislərinin daha yaxşı təlimləndirilməsi də konvensiyanın həyata keçirilməsi ilə nəticələnəcək. Minamata Konvensiyası 2020-ci ilə qədər istehsalı, idxalı və ixracı tamamilə qadağan ediləcək civə tərkibli saysız-hesabsız məhsullar üzərində nəzarəti təmin edir (ölkələrin ilkin 5 illik müddət üçün azad olunmasını tələb etdiyi hallar istisna olmaqla). Bu məhsullara müəyyən növ akkumulyatorlar, yığcam flüoresan lampalar, relelər, sabun və kosmetika, termometrlər və qan təzyiqi cihazları daxildir.
Merkuri haqqında Minamata Konvensiyası

Mincab-i Cədid (Hurand)
Mincab-i Cədid (fars. منجاب جديد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (12 ailə).
Mincab-i Qədim (Hurand)
Mincab-i Qədim (fars. منجاب قديم‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (38 ailə).
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Həbib Minaçeviç Minaçev
Həbib Minaçeviç Minaçev (24 dekabr 1908, Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 25 mart 2002, Moskva) — Kimya elmləri doktoru, SSRİ EA akademiki. == Həyatı == Xabib Minaçeviç Minaçev Simbirsk vilayətinin Polevıye Bikşiki kəndində anadan olmuşdur. 1927-ci ildə Moskvaya köçdü. 1929-1933-cü illərdə Moskva Dövlət Universitetinin fəhlə fakültəsində təhsil almışdır. 1939-cu ildə Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmiş və Zelinski adına Üzvi Kimya İnstitutunda kiçik elmi işçi kimi işləməyə başlamışdır. 1942-ci ilin sentyabrında orduya çağırıldı. 1944-cü ildən Sov.İKP üzvü seçilmişdir. Müharibə başa çatdıqdan sonra o, Zelinski İnstitutunda işləməyə davam etmişdir. 1950-ci ildə böyük elmi işçi vəzifəsini almışdır. 1954-cü ildə - kimya elmləri doktoru elmi dərəcəsi almışdır.
Miçat qətliamı
Miçat qətliamı (vyet. Thảm sát Mỹ Trạch) — Birinci Hind-Çin müharibəsində Fransa ordusunun vyetnamlı mülki şəxslərə qarşı törətdiyi müharibə cinayəti. Fransa qoşunları 29 noyabr 1947-ci ildə səhər saat 5-dən səhər saat 8-ə qədər Vyetnamın Kuanqbin vilayətinin Lethyui rayonunun Mithyui kommunasının Miçat kəndində qətliam törətmişdilər. Fransa ordusu burada 326 evi yandırmış və kənd sakinlərinin yarıdan çoxunu qətlə yetirmişdir. Fransa qoşunları bir çox qadını öldürməzdən əvvəl onları zorlamışdılar. Fransa ordusu Miçatda 300-dən çox mülki sakini, o cümlədən 170 qadın və 157 uşağı qətlə yetirmişdir. Qətliam yeri Miçat Dəmiryol Stansiyasının yanında, Şimal-Cənub Dəmiryolunda yerləşən Miçat körpüsünün ətəyində idi. Fransa əsgərləri qurbanları körpünün ətəyinə məcburən apararaq onları sıraya düzmüş, sonra pulemyot atəşi ilə öldürmüşdür. Miçat sakinləri hər il 29 noyabr tarixində "Nifrət tarixi" kimi yas tuturlar. 27 dekabr 2001-ci ildə Vyetnam Mədəniyyət Nazirliyi memorial saytın yerləşdiyi memorial parkı Vyetnamın Milli Tarixi Reliktlərindən biri kimi təsnif etmişdir.