Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nargilə
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir. N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur. Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Dargilər
Dargilər (özlərini darqan adlandırırlar) — əsasən Dağıstanda yaşayan xalq. Avarlardan sonra respublikanın sayca ikinci ən böyük xalqıdır. Subetnik qrupları sayılan qaytaqlılar və qubaçılılar ilə birlikdə sayları 510 min nəfərdir (2002). Onların 495 mini Dağıstanda yaşayır. Dargi dilinin müxtəlif ləhcələrində danışırlar. Dini baxımdan sünni müsəlmandırlar. İlk dəfə "dargi" etnonimi XV əsrdə işlənmişdir. Həmin dövrdə mərkəzi Dağıstanın əhalisi ciddi və kütləvi şəkildə islamı qəbul etməyə başlamışdır. Bu günlər dargilər Dağıstan əhalisinin 16%-ni təşkil edir. Əksəriyyətdə mərkəzi Dağıstanın dağ və dağətəyi Aquşa, Dahadayev, Qaytaq, Serqoqala və Levaşi rayonlarında, İzberbaş şəhərində yaşayırlar.
Qaragilə
Qaragilə (lat. Vaccinium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin vacciniaceae fəsiləsinə aid bitki cinsi.
Şorgilə
Şorgilə (lat. Nitraria) — sabunağacıçiçəklilər sırasının şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Nargülü
Nargülü (lat. Campsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Adi qaragilə
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Sinonimləri == Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
Qaragilə (cins)
İriçiçəkli nargülü
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür.
Cır qaragilə
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Sinonimləri == Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
Kargil müharibəsi
Kargil müharibəsi (hind: करगिल युद्ध, kargil yuddh, urdu: کرگل جنگ ‎ kargil jang) — 1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verən hərbi münaqişə. Hindistanda bu münaqişə Vijay əməliyyatı (Hind dilində mənası "qələbə" deməkdir) kimi də adlanır. Müharibənin başlamasının səbəbi Pakistan hərbçilərinin təmas xəttini keçərək Kəşmirin Hindistanın nəzarəti altında olan Kargil bölgəsinə daxil olması idi.
Nargin adası
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nargis (jurnal)
Nargis (azərb. Nərgiz‎) — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəb və incəsənət haqqında konseptual jurnaldır. == Haqqında == Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis. == Beynəlxalq nəşrlər == Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi. == Daimi bölmələr == Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir. Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s.
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. == Həyatı == Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Xarilə (Qürvə)
Xarilə (fars. خريله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 656 nəfər yaşayır (155 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarğılı
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı == Təbii yayılması == Avropada,Asiyada,Şimali Amerikada bitir. == Botaniki təsviri == Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. == Ekologiyası == Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. == İstifadəsi == Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. == İstinadlar == Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Nailə Vəlixanlı
Nailə Məmmədəli qızı Vəlixanlı (25 dekabr 1940, Bakı) — tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2001); AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), akademik. == Həyatı == 1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur. == Təhsil == 1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur. 1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. == İş fəaliyyəti == 1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1970–2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi", "İslam tarixi", "Ümumi tarix", "Azərbaycan tarixi", "Asiya və Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı" və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir. 1998-ci ilin iyul ayından AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru təyin olub. 2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir.
Nailə İsayeva
Nailə İsayeva (29 may 1947, Quba – 3 aprel 2021, Bakı) — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru (2000–2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universitetinin həmtəsisçisi (2012), Xəzər universiteti Direktorlar və Qəyyumlar Şurasının humanitar və təşkilati işlər üzrə müşaviri (2010-cu ildən başlayaraq) və mahnı bəstəçisidir. == Həyatı və karyerası == Nailəxanım Əsgərli 1947-ci il may ayının 29-da Azərbaycan SSR, Quba şəhərində anadan olmuşdur. Atası İsmayıl Əsgərli Qubalıdır, maliyyəçi olub, məsul vəzifələrdə çalışmışdır. Anası Bilqeyis xanım Şəmkirlidir (Şamxorludur), Əli Bayramov adına qadınlar klubunun fəal üzvü olmuş, Quba rayonunda qadınlar arasında ictimai iş aparmış, Respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Nailəxanım Bakıda Bakıda məktəb təhsilinə başlamış (1954), paralel olaraq musiqi məktəbində, fortepiano sinfində oxumuşdur. Orta məktəbin son sinfini Qubada rus məktəbində oxumuş, məzun olmuşdur (1965). Ümumtəhsil məktəbi ilə yanaşı musiqi məktəbində, fortepiano sinfində təhsil almışdır. Quba Musiqi Məktəbində müəyyən fasilələrlə fortepiano sinfi üzrə müəllim vəzifəsində çalışmışdır (1963-1966). Hamlet İsayev (İsaxanlı) ilə nişanlanmış (01.01.1970), evlənmiş, Bakı və Gürcüstanda toyu olmuşdur (24-26.11.1970). M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu`nda (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır (1971-1975).
Nailə İslamzadə
Nailə İslamzadə (2 noyabr 1961, Balakən rayonu) — Televiziya aparıcısı, diktor, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar artisti (1998). == Həyatı == 1982-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. Bu müddət ərzində dövlət bayramlarına, rəsmi tədbirlərə həsr olunmuş çoxsaylı canlı proqramların, televiziyada çoxsəpkili verilişlərin və "Xəbərlər" proqramının əsas aparıcılarından biri olub. On il ərzində müəllifi və aparıcısı olduğu "Ailələr, talelər" proqramı Azərbaycan televiziya məkanında tok-şounun bu janrında yaranmış ilk veriliş olaraq, Azərbaycan ailəsinin mənəvi, sosial və huquqi problemlərinin həlli yolunda ictimai fikrə istiqamətverici təsir göstərmiş, maarifləndirici, öyrədici tendensiyaya malik olmaqla böyük tamaşaçı rəğbətini qazanmışdır. Bununla yanaşı, bir il ərzində (2011) Türkiyənin TRT AVAZ kanalının dəvəti ilə hər həftə türk dilində yayımlanan "İş'te kadın" proqramının müəllifi və aparıcısı olub. 2007-2016-cı illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışaraq, nazirliyin mühum layihələrinə həsr olunmuş filmlərin ssenarilərini yazaraq hazırlayıb. 2014-cü ildən isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış, məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması olan “Kulturaplus” internet televiziyasına rəhbərlik edərək, Azəbaycan tarixi və mədəniyyəti, ölkəmizin dahi şəxsləri haqqında tammetrajlı publisistik və sənədli filmlərin hazırlanmasına rəhbərlik edib. Onların içində, iki böyük şəxsin, Heydər Əliyev və Pantifik İoann II Pavelin əsasını qoyduqları və İlham Əliyev tərəfindən davam etdirilən Vatikanla Bakı arasındakı münasibətlər haqqında bəhs edən “Bakıda messa keçirilə bilər”, blokadada olan Naxçıvanda “Heydər Əliyevlə gecə söhbəti”, dini radikalizmlə mübarizə mövzusundan bəhs edən “Fitnə” və “Şəhadət”, “Vəhdət” adlı filmlərim və Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanan görkəmli yazıçısı Maqsud İbrahimbəyovun həyat və yaradlcılığından bəhs edən və təqdimatında 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi “Əbədi Maqsud” filmlərini misal gətirmək olar. 2019-cu ildən İctimai televiziyada, qısa müddət ərzində tamaşaçı rəğbəti qazanmış “Ötən günlər” verilişinin aparıcısıdır. 1998-ci ildə əməkdar artist adına layiq görülub.
Carqıl
Carqıl xanım — türk və altay mifologiyasında xəbərçi tanrıçası. İnsanlara tanrıların xəbərlərini gətirir. == Etimologiya == (Car/Çar/Çer) kökündən törəmişdir. Car sözü monqolcada nara, avaz, qışqırıq mənalarına gəlir. Carçı/Çerçi sözü kənd-kənd gəzən səyyar satıcıları ifadə edir, çünki hər girdiyi kənddə bağırır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Galium fragile
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Qarğılı kəndi
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Saccharum fragile
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Secale fragile
Cırtdanın nağılı
"Cırtdanın nağılı" — Azərbaycan xalq nağılı. Nağılın mövzusu uşaqları Azərbaycan mifologiyasından mifik bir məxluq olan Divdən qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. == Məzmun == Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda itirlər və gördükləri işığa tərəf irəliləyirlər. Onlar beləliklə, Divin yaşadığı evə çatırlar. Canavar uşaqları gecə yemək üçün özünə cəlb edir. Cırtdan öz ağlından istifadə edərək uşaqları xilas edir və onlar sağ-salamat evlərinə qayıdırlar. Cırtdan Azərbaycan nağıllarının ən populyar personajlarından biridir. Ənənəvi azərbaycanlı görünüşü, cəsarəti və zəkası ilə seçilir. Cırtdan bəzən kənd oğlanlarını meşədən odun toplamağa və sonra onu bellərində gəzdirməyə məcbur etdiyi üçün tənbəl bir şəxs kimi təsvir edilir.
Qış nağılı
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər. Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur. == Personajlar == Siciliya Leontes – Siciliyanın Kralı Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası. Kamillo – Bir dürüst siciliyalı zadəgan.