Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acğaz (Nir)
Acğaz (fars. اجغاز‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 251 nəfər yaşayır (47 ailə).
Coğaz su anbarı
Coğazçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində yerləşir. Coğazçay üzərində tikilib və 1988-ci ildə istismara verilmişdir. Su anbarının bir hissəsi Ermənistanın İcevan rayonun ərazisində qalan hissəsi Qazax rayonu ərazisində yerləşir. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 41m, bəndin uzunluğu 855m və su anbarının ümumi həcmi 26mln.m³-dur.
Cihaz
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.
Mobil cihaz
Mobil cihaz, həmçinin əl kömpüteri və ya rəqəmsal köməkçi — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.