Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Qayda pozan! Qayda pozan! (film, 1977)
Qayda pozan! Qayda pozan! (ing. Breaker! Breaker!) — 1977-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Conun qardaşı yük daşıyan maşında Los-Ancelesə gedir. Lakin bir müddət sonra Con qardaşının həmin şəhərdə gözlənilmədən yoxa çıxdığını eşidir. Bu zaman Con qardaşını axtarmaq üçün yola düşür. Yola düşdüyü yer Kaliforniyada Los-Anceles şəhərində yerləşən "Teksas siti" şəhərciyidir. Şəhərciyi qəddar hakim Trimminqs idarə edir.
Pozantı
Pozantı — Adana ilinin ilçəsi. Tarix boyunca Pozantıya müxtəlif millətlər tərəfindən fərqli adlar verilib. Pozantının ilk dövrlərində, adı Pendonsis və ya Pendosis idi . Ərəblər Əl-Bədəndum, türklər isə Bozantı adlandırıblar. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 20.683 nəfər yaşayır.
Kozan
Kozan (Sis) — Adana ilinin ilçəsi. == Əhali == 2018-cı ilin məlumatına görə ilçədə 130.495 nəfər yaşayır. Kozanın ilçə mərkəzi və kəndləri müsəlman türklərdən ibarətdir. Ancaq ilçədə az sayda Balkan köçərisi var.
Poznan
Poznan — qərbi Polşa mərkəzi hissəsində bir şəhər.
Ozan
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. == Qarabağ mədəniyyətində ozan == Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Adi porzan
Kozan qalası
Kozan qalası və ya Sis qalası (türk. Kozan kalesi )- Türkiyə Respublikası Aralıq dənizi regionu Adana ilinin Kozan ilçəsində yerləşən tarixi qala.
Lex Poznan
Lex futbol klubu 1922-ci ildə yaradılıb. Komanda Polşa çempionatının birinci liqasında 1948-ci ildə debüt edib. Komandanın ən uğurlu dövrü ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəllərinə təsadüf edir. "Lex" 1983-1993-cü illərdə beş dəfə ölkə çempionu olub. Komanda dörd dəfə (1982, 1984, 1988, 2004, 2009) Polşa kubokuna, üç dəfə (1990, 1992, 2004, 2009) superkuboka yiyələnib. == Komandanın heyəti == Komandanın heyəti 2022 == Uğurları == === Ölkədaxili turnirlərdə === Polşa Superkuboku Qalib (6) — 1990, 1992, 2004, 2009, 2015, 2016. Polşa çempionatı Qızıl medal (8) — 1982/83, 1983/84, 1989/90, 1991/92, 1992/93, 2009/10, 2014/15, 2021/22. Gümüş medal (3) — 2012/13, 2013/14, 2019/20. Polşa Kuboku Qalib (5) — 1981/82, 1983/84, 1987/88, 2003/04, 2008/09. Finalçı (6) — 1979/80, 2010/11, 2014/15, 2015/16, 2016/17, 2021/22.
Poznan rəsədxanası
Poznań Rəsədxanası — Poznandakı Adam Miskeviç Universitetinin fizika şöbəsinə məxsus və idarə olunan astronomik rəsədxanadır. Polşanın Poznan şəhərində yerləşir və 1919-cu ildə əsası qoyulub. 1953-cü ilin yanvarında Poznanda kəşf edilən 1572 Posnania (1949 SC) asteroidi şəhərin və kəşf edən rəsədxananın adını aldı. 2000-ci ildə Ondrejovda astronomlar Petr Pravec və Peter Kuşnirak tərəfindən kəşf edilmiş 97786 Oauam asteroidi də rəsədxananın şərəfinə adlandırılmışdır. Rəsmi adlandırma sitatı IAU tərəfindən 16 iyun 2021-ci ildə dərc edilmişdir.
Rozan (kanton)
Rozan (fr. Rosans) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0517. Rozan kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Rozan kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 1 113 nəfər təşkil edirdi.
Rozan (kommuna)
Rozan (fr. Rosans, oks. Rosan) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05126. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 522 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 358 yaşda olan (15-64 yaş arasında) 246 nəfər iqtisadi cəhətdən fəal, 112 hərəkətsiz (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 70.8%) idi. Fəal olan 246 nəfərdən 220 nəfəri (124 kişi və 96 qadın), 26 nəfəri işsiz (13 kişi və 13 qadın) idi.
Satake Şozan
Satake Yoşiatsu (佐竹 義敦, 1748[…], Edo[d] – 1785[…]) və ya təxəllüsü ilə Satake Şozan (佐竹 曙山) – Akita hanının daymyosu və Qərb rəssamlığı üzrə Akita məktəbinin qurucusu. Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri işin müəllifidir. == Həyatı == Satake Yoşiatsu 1748-ci ildə Edo şəhərində doğulmuş, 1748-ci ildə Akitanın daymyosu olmuşdur. 1773-cü ildə yerli mis istehsalına tövsiyələr verməsi üçün Hiraqa Qennayı Akitaya dəvət etmişdir. Qennay Akitada ikən Qərb rəssamlığı haqqındakı nəzəriyyələrini Yoşiatsu və Yoşiatsunun köməkçisi Odano Naotake ilə bölüşmüşdür. 1778-ci ildə Naotakenin köməkliyi ilə Yoşiatsu 3 esse yazmışdır: "Rəssamlıq sənəti", "Rəssamlığı və kompozisiyanı anlamaq" və "Qırmızı və göy". "Rəssamlığı və kompozisiyanı anlamaq" essesində xətti prespektivə dair diaqramlar, qarışıq spiral pilləkənlər və Qerard de Leress tərəfindən yazılmış "Böyük rəssamlar kitabı" (1707) əsasında fiqur çəkmək metodları təsvir etmişdir. Bu esselər bir eskiz dəftərində toplanmışdır və Yaponiyada Qərb rəssamlığına dair ilk nəzəri iş hesab olunur. Yoşiatsu 3 eskiz dəftərinin müəllifi olmuşdur. Bu eskiz dəftərlərində onun cizgi çəkmə texnikası öz əksini tapmışdır.
Toğrul Bozan
Toğrul Bozan (ö. 1052), 1052-ci ildə təxmini 40–57 gün Qəznəvi taxtını ələ keçirən qulam əsilli sərkərdə və Qəznəvi sultanı. Əvvəlki Qəznəvi hökmdarı Sultan Əbdürrəşidin ordu başçısı təyin etdiyi Tuğrul Bozanın vəzifəsi Səlcuqluların qarşısını almaq idi. Toğrul Bozan, 1051-ci ildə Selçuqluları məğlup edərək Sistanı ələ keçirsə də, Səlcuqların sığındığı Tak qalasını tuta bilmədi. Səlcuqlulara qarşı dövlət mövqeyini gücləndirən komandir, taxta göz dikməyə başladı. 10 noyabr 1051-ci ildə Qəznəyə doğru yürüşə başlayan Toğrul Bozan, 1052-ci ilin əvvəllərində Sultan Əbdürrəşid və on bir şahzadəyi öldürərək taxtı ələ keçirdi. Bu qətliamdan yalnız 3 şahzadə (Fərruxzad, İbrahim və Şüca) qurtula bildi. Qəznəvi Sultan Məsudun qulamlarından birinin Toğrul Bozanı xəncərlə öldürməsi nəticəsində 3 şahzadə də azad oldu. Toğrulun başı, Qəznə küçələrində gəzdirildi və beləliklə xalq, onun öldüyünə inanmış oldu. Bundan sonra Qəznəvi sərkərdələri bir araya gəldilər və sultanlıq üçün şahzadə Fərruxzadı seçdilər.
Kozan qətliamı
Kozan qətliamı — 1920-ci ildə Qaç-qaça hadisəsi zamanı ermənilərin indiki Türkiyənin Adana vilayətində Camili və Ağzıqaraca kəndlərində türklərə qarşı törətdiyi qətliam. Qaç-qaça hadisəsində Fransanın işğalçılıq etdiyi dövrdə Kozan regionundan İmamoğluna gedən Çamurdanzadələr ailəsinin qadın və uşaqları Ağa körpüsündə öldürülmüşdür. Kozan müftisi Hafiz Osmanın (Çamurdan) bacısı Əminə (Çamurdan) Xanım İmamoğlu yaxınlığında, Ağzıqaraca kəndi Ağanın körpüsü adlanan yerdə "namaz qılarkən" erməni dəstələri tərəfindən öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ahmet Cevdet ÇAMURDAN, Doğu Kilikya Olayları, İstanbul-197 Esat Uras, Tarihte Ermeniler ve Ermeni Meselesi, İstanbul 1987, s. 86-87.
Əli Bozan
Əli Bozan (1978, Adıyaman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Əli Bozan 1978-ci ildə Adıyaman ilinin Yaylaqonaq ilçəsində anadan olub. İbtidai və orta təhsili Mərsində, lisey təhsilini Adıyamanda Anadolu Liseyində alıb. 2002-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. 2004-cü ildən Mərsin Vəkillər Kollegiyasında çalışıb. İnsan Hüquqları Dərnəyində və Azadlıq Naminə Hüquqşünaslar Dərnəyində vəzifələrdə təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. 2 uşaq atasıdır.
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. == Qarabağ mədəniyyətində ozan == Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Ozan (kommuna)
Ozan (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ozan Akbaba
Ozan Akbaba (9 iyun 1982, Qars, Qars ili) — Türk aktyoru. == Həyatı == Akbaba 1982-ci ildə Qarsda anadan olub. Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin Daxili Memarlıq və Ətraf Mühit Dizaynı fakültəsini bitirib. 2005-ci ildən kino, serial və teatr tamaşalarında rol alan aktyor film musiqisi də bəstələyir. Sılanın 2014-cü ildə "Yeni Ay" albomuna daxil olan "Vəziyyətlər" mahnısının klipində də rol alıb. Aktyor son olaraq 2015–2021-ci illər arasında ATV-də yayımlanan Eşkıya Dünyaya Hükümdar Olmaz serialında İlyas Çakırbəyli obrazını canlandırıb.
Ozan Arif
Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. == Həyatı == 10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır. == Yaradıcılıq fəaliyyəti == Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır: 1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir. 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır. 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır. 2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb: == Şəxsi həyatı == 2005-ci ildən Dövlət Baxçalını və Rəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.
Ozan Güvən
Ozan Güvən (19 may 1975, Nürnberq, Bavariya) — Türkiyəli serial, kino və teatr aktyoru. == Həyatı == 1975-ci ildə Almaniyada doğulan Ozan Güvən Memar Sinan Universiteti Müasir Rəqs Bölümündən məzun oldu. İzmir Bələdiyyə Konservatuarında aktyorluq dərsləri alır və ardından Şahika Tekand Teatrında çalışdı. İkinci Bahar, Çiçəyi Böyütmək, Qoçum Mənim, Əsli ilə Kərəm, Bir İstanbul Nağılı və Canım Ailəm kimi televiziya seriallarının yanında G. O. R. A, A.R.O.G və Yaxşı Qərb filmlərində yaxın dostu olan Cem Yılmazla oynadı. 2005-ci ildə, İkinci Bahar serialı əsnasında tanış olduğu rejissor Türkan Dərya ilə evləndi. Əli Əziz adında 1 uşaqları var. 2010-cu ildə Türkan Dərya ilə boşandılar.
Ozan məhəlləsi
Ozan məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncə şəhəri müxtəlif səbəblərdən dəfələrlə yenidən qurulub şəhər öz yerini dəyişib. Ozan məhəlləsi son olaraq yeni Gəncənin iç qala hissəsinin cənubunda yerləşib. == Haqqında == Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi Ozan, ikinci hissə isə Dal Ozan kimi tanınır. Birinci hissə şimaldan Qaramanlı, cənubdan Böyük malakan, İtti küçə, qərbdən Şahsevənlər, şərqdən isə Dal Ozan və Bala Bağban məhəllələri ilə əhatələnib. Məhəllənin ikinci hissəsi olan Dal Ozan isə şimaldan Sofulu, şərqdən Zərrabi, cənubdan Bala Bağban, qərbdən isə Ozan və Səbzavat məhəllələri ilə dövrələnib. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar.
Ozan məscidi
Ozan məscidi — 1884-cü ildə Gəncədə inşa edilmiş məscid. Rəsmi sənədlərdə göstərilənlərə əsasən, tikilinin ümumi sahəsi 357,8 m², yararlı sahəsi isə 223,8 m² dir. Məscidin əsas hissəsi günbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan məscidinin həm də Hacı Abbaslı məscidi adlandırılması haqqında da məlumat verilir. "Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqda məlumat verilir. Məscid 1920-ci ilə kimi fəaliyyət göstərmiş, dindarlara xidmət etmişdir. 1920-ci ildə Gəncə üsyanı zamanı şəhərin yuxarı hissəsindən açılan top atəşi ilə məscidin bir hissəsini dağılmışdır. Əslən gəncəli Məmməd İbrahim oğlu Altunbəy 1989-ildə Ankarada çıxan "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazır: Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu.
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. == Həyatı == 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.
Özgür Ozan
Özgür Ozan (5 yanvar 1966, Bolu) — türk aktyor. == Həyatı == İzmir Dövlət Teatrı, İzmir Uşaq Teatrı və Beynəlxalq Teatr Topluluğunda müxtəlif oyunlarda rol alıb. 1985-ci ilə qədər profesional olaraq basketbol oynayıb. Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər fakültəsi aktyorluq bölməsini bitirib. Bursa Dövlət Teatrında oyunlarda rol alıb. İstanbul Pınar Uşaq Teatrında xidmət edib. Uşaqlar eşitməsin adlı teleserialda canlandırdığı, yüngül qılıbıq Səlami personajı ilə tanınır hala gəlib. Hələ də Kanal D-də yayımlanan Arxa küçələr teleserialında "Başkomisər Hüsnü Çoban" rolunu canlandırır. Evlidir və iki uşaq atasıdır.
Ozan (ad)
Ozan — ad. Ozan Güvən — Türkiyəli serial, kino və teatr aktyoru. Ozan Arif — Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. Ozan Çobanoğlu — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur.