Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.qa
.qa — Qətərin internet kodu. == Xarici keçidlər == IANA .qa whois information Qatar Internet Domain Names Qatar Domains Registry To Register — .qa, .name.qa, .com.qa, .net.qa and .قطر Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine For the IDN version of the website.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
Mun Qa-yon
Moon Ga-young (kor. 문가영; 10 iyul 1996, Karlsrue, Baden-Vürtemberq) Alman əsilli Cənubi Koreyalı aktrisadır. O, daha çox "Heartstrings (2011)", "EXO Next Door (2015)", "Tempted (2018)", "Welcome to Waikiki 2 (2019)", "Find Me in your Memory (2020)", "True Beauty (2020-21)" və " Link: Eat, Love, Kill (2022)" seriallarındakı rolları ilə tanınıb. == İlk İllər == Mun Qa-yon Almaniyanın Karlsrue şəhərində dünyaya gəlib. Valideynləri Cənubi Koreyalıdır. Onun 10 yaşı olanda ailəsi Cənubi Koreyaya köçüb. == Karyera == Mun aktyorluq karyerasına 2006-cı ildə uşaq aktrisa kimi başlayıb, həm filmdə, həm də televiziyada çəkilib. 2014-cü ildə yeniyetmə Qa-yon Mnet kabel kanalında yayımlanan dörd epizodlu sirr/romantik dram olan "Mimi"də baş qəhrəman kimi ilk rolunu oynadı. 2015-ci ilin aprelində Qa-yon, Naver TV Cast-də yayımlanan "EXO Next Door" adlı internet dramında qadın qəhrəmanı canlandırdı. Daha sonra " Don't Dare to Dream " və " Live Up to Your Name" seriallarında ikinci plan rollarını oynadı.
Sefer qa-Bagir
"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") — ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır. Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
"Ağ qartal" ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
"BTS"-in qazandığı mükafatların və namizədliklərin siyahısı
BTS — Big Hit Music etiketi altında yaradılan yeddi nəfərdən ibarət Cənubi Koreyalı oğlan qrupudur, üç repçi (RM, Suga, J-Hope) və dörd vokalçıdan (Jin, Jimin, V və Jungkook) ibarətdir. Qrupun debüt albomu 2 Cool 4 Skool (2013) və sonrakı genişləndirilmiş ifa (EP) O!RUL8,2? (2013), kiçik kommersiya uğuru əldə etməsinə baxmayaraq, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində onlara bir neçə yeni sənətçi mükafatı qazandırdı. Qrup ikinci EP Skool Luv Affair (2014) və ilk studiya albomu Dark & Wild (2014)-ı buraxdı. Skool Luv Affair-in aparıcı sinqlı "Boy in Luv" 2014-cü ildə Mnet Asian Music Awards-da Ən Yaxşı Rəqs Performansı (Kişi) nominasiyasında, Dark & Wild isə 2015 Qızıl Disk Mükafatlarında Disc Bonsang mükafatını qazandı. BTS-in üçüncü EP-si "The Most Beautiful Moment in Life, Pt. 1 ", 2016 Qızıl Disk Mükafatlarında Disc Bonsang qazandı, aparıcı sinqlı "I Need U" isə 2015 Melon Music Awards-da Ən Yaxşı Kişi Rəqsi mükafatını aldı. Qrupun davam edən EP-i, "The Most Beautiful Moment in Life, Pt. 2 ", 2016 Gaon Chart Music Awards-da İlin Albomu nominasiyası aldı. BTS-in ilk Koreya kompilyasiya albomu The Most Beautiful Moment in Life: Young Forever (2016) BTS-ə ilk 2016 Melon Musiqi Mükafatlarında İlin Albomu və 2016 Mnet Asian Music Awards-da İlin Artisti üçün Daesang mükafatını qazandırdı.
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı — SSRİ medalı.
"Həyatın 12 qaydası: Xaos üçün antidot"
"Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır. == 12 qayda == Çiyinlərinizi dik tutub düz dayanın. Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. Əlverişli olanı yox, mənalı olanı edin.
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. == Dəniz manevri == 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. == Partlayışlar == Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
"Moskva-Bakı" qatarı (film, 2005)
== Məzmun == Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… == Film haqqında == Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
"Qafqazın müdafiəsinə görə" medalı
"Qafqazın müdafiəsinə görə" medalı — SSRİ medalı. == Haqqında == “Qafqazın müdafiəsinə görə” medalının təsis edilməsi haqqında SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. “Qafqazın müdafiəsinə görə” medalı Qafqazın müdafiəsinin bütün iştirakçılarına - Qırmızı Ordunun, Hərbi Dəniz Qüvvələrinin və NKVD qoşunlarının hərbi qulluqçularına, eləcə də müdafiədə bilavasitə iştirak etmiş mülki şəxslərə verilib. 1985-ci ilə qədər 870 minə yaxın insan “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir Medalın dizaynının müəllifi rəssam N. İ. Moskalevdir .
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. == Qala kəndi == Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
"Qala" Dövlət Tarix-Etnoqrafya Qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. == Qala kəndi == Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
"Qara kəmər" əməliyyatı
"Qara kəmər" əməliyyatı — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat. Əməliyyat 2005-ci il martın 10-da həyata keçirilib və 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. "Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. "Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.
"Qarabağ" FK Avropa yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu. "Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (14). == Qısa tarixi == === 1996–2007-ci illər === "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı. 1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.
"Qarabağ" FK UEFA yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu. "Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (14). == Qısa tarixi == === 1996–2007-ci illər === "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı. 1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.
"Qarabağ" ordeni
"Qarabağ" ordeni — Azərbaycan Respublikasının 3-cü yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir. Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Qarabağ" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Zəfər" ordenindən sonra taxılır.
"Qarabağ" ordeni ilə təltif edilənlərin siyahısı
"Qarabağ" ordeni — Azərbaycanda Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş ali hərbi ordenidir. == 2020 == 9 dekabr 2020 Məmmədov Şahin İsgəndər oğlu — general-leytenant Nağıyev Əfqan Vəli oğlu — general-leytenant Osmanov Nizam Ramazan oğlu — general-leytenant Rəhimov Arzu Yusif oğlu — general-leytenant Abdullayev Cavid Mirhəmzə oğlu — general-mayor Bağırov Ramin Sabir oğlu — general-mayor Bərxudarov Mais Şükür oğlu — general-mayor Eminov Məmməd Şəmil oğlu — general-mayor Həsənov Hikmət Hüseyn oğlu — general-mayor Kazımov Vasif Ramiz oğlu — general-mayor Abdullayev Rafael Kamil oğlu — polkovnik Cəfərov Ceyhun Sədulla oğlu — polkovnik Əlövsədov Həsən Əli oğlu — polkovnik Quliyev Xaliq Qulu oğlu — polkovnik Məmmədov Teymur Davud oğlu — polkovnik Məşədiyev Taleh Vəliyət oğlu — polkovnik Musayev Telman Qurban oğlu — polkovnik Namazov Eldəniz Firuddin oğlu — polkovnik Omarov Barat Bayram oğlu — polkovnik Orucəliyev Mayis Mirzəyar oğlu — polkovnik Pənahov Elşad İslam oğlu — polkovnik Rəhimov Rəşad Manaf oğlu — polkovnik Rüstəmov Zaur Zeynalabdul oğlu — polkovnik Rzayev Gülməmməd Tofiq oğlu — polkovnik Seyfullayev Cəbi Güləhməd oğlu — polkovnik Şıxiyev Həbib Vələddin oğlu — polkovnik Abduləzizov Elnur Abduləziz oğlu — polkovnik-leytenant Abdullayev Vüqar Arif oğlu — polkovnik-leytenant Ağagülov Elşən Etibar oğlu — polkovnik-leytenant Ağcayev Bayram İlyas oğlu — polkovnik-leytenant Aslanov Rəşad Əmirbəy oğlu — polkovnik-leytenant Bağırov Ceyhun Əkbər oğlu — polkovnik-leytenant Bayramov Teyyub Nurəli — polkovnik-leytenant Bədəlov Firuz Əhməd oğlu — polkovnik-leytenant Əmirov Zamiq Məhəmməd oğlu — polkovnik-leytenant Əsədli Aqil Əlirza oğlu — polkovnik-leytenant Fərmanov Reyhun Arif oğlu — polkovnik-leytenant Haqverdiyev Qulam Fikrət oğlu — polkovnik-leytenant Həziyev Şəmşir Bəxtiyar oğlu — polkovnik-leytenant Hüseynov Elxan Kərim oğlu — polkovnik-leytenant İbrahimov Pərviz Bəhram oğlu — polkovnik-leytenant İsmayılov Samir Əlmusa oğlu — polkovnik-leytenant Qənbərov Mehman Nərman oğlu — polkovnik-leytenant (ölümündən sonra) Quliyev Anar Eldar oğlu — polkovnik-leytenant Quliyev Ümüdvar Əzizalı oğlu — polkovnik-leytenant Qurbanov Səfər Qurban oğlu — polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu — polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu — polkovnik-leytenant Məmmədov Elmir Ağamalı oğlu — polkovnik-leytenant Məmmədov Zaur Alxan oğlu — polkovnik-leytenant Mustafayev Babək Salman oğlu — polkovnik-leytenant Müslümov Dəyanət Nuru oğlu — polkovnik-leytenant Rəfiyev Elçin Mirzəxan oğlu — polkovnik-leytenant Rizvanov Həbib Səməd oğlu — polkovnik-leytenant Rüstəmov Teyfur Çərkəz oğlu — polkovnik-leytenant Rüstəmov Zaur Tahir oğlu — polkovnik-leytenant Rzayev Orxan Nüsrət oğlu — polkovnik-leytenant Salahov Vüqar Nizami oğlu — polkovnik-leytenant Səlimov Şamxal Naid oğlu — polkovnik-leytenant Şadmanov Nəsimi Yunis oğlu — polkovnik-leytenant Şəfiyev Famil Mirsahib oğlu — polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu — polkovnik-leytenant (ölümündən sonra) Tağıyev Samir Nəsrəddin oğlu — polkovnik-leytenant Ağayev Rövşən Eldar oğlu — mayor Axundov Emil Aqil oğlu — mayor Atakişiyev Rəşad Nazim oğlu — mayor Babayev Mahir Tahir oğlu — mayor Balıev Hüseynağa Salman oğlu — mayor (ölümündən sonra) Bilalov Amil Adil oğlu — mayor Cəfərov Azad Asif oğlu — mayor Daşdəmirov Nail Təmraz oğlu — mayor Eminov Elimdar Həsən oğlu — mayor Əliyev Kəramət İbrahim oğlu — mayor Əliyev Pərviz Həmzə oğlu — mayor Əliyev Ramin Rizvan oğlu — mayor Əliyev Rəvan Musa oğlu — mayor Fərəcov Cavid Yaşar oğlu — mayor Fərəcov Əliheydər İsrafil oğlu — mayor Hacıyev Ramid Nəriman oğlu — mayor (ölümündən sonra) Həsənov Əlişan Şakir oğlu — mayor Həsənov Hümmət Fərrux oğlu — mayor Hüseynov Rəhim Qədir oğlu — mayor (ölümündən sonra) Kərimov Taleh Adil oğlu — mayor (ölümündən sonra) Qənbərov İdris Dərya oğlu — mayor Qəribov Sahib Xanlar oğlu — mayor Qlinçev Anar Mirzəli oğlu — mayor Mehdiyev Rüstəm Süleyman oğlu — mayor Məlikov Vüqar Telman oğlu — mayor Məmmədov Elşən Tağı oğlu — mayor Mikayılov Azər Əmrah oğlu — mayor (ölümündən sonra) Muxtarov Ələsgər Faiq oğlu — mayor Paşayev Elsevər Vaqif oğlu — mayor (ölümündən sonra) Səfərov Elgün Elmar oğlu — mayor Süleymanlı Elçin Səlimxan oğlu — mayor Şükürov Mahmud Sabir oğlu — mayor Zeynalov Rauf Çingiz oğlu — mayor Ağayev Şamxal Elşad oğlu — kapitan Aslanov Elmin Məhərrəm oğlu — kapitan Babayev Xaliq Əli oğlu — kapitan Baxşəliyev Nizami Füzuli oğlu — kapitan Gülüyev Zaur Rusxət oğlu — kapitan Hacımuradov Səbrulla Hacımurad oğlu — kapitan Həsənov Vüsal Oktay oğlu — kapitan Hüseynov Elşən Əli oğlu — kapitan Hüseynov Ülvü Möhsün oğlu — kapitan (ölümündən sonra) Hüseynzadə Həmidağa Bağı oğlu — kapitan (ölümündən sonra) İbadov Tahir Allahverdi oğlu — kapitan İbrahimov Abdal Rafiq oğlu — kapitan Qurbanov Elman Xanlar oğlu — kapitan Məmmədov Ceyhun İslam oğlu — kapitan Məmmədov Əsgər Zaman oğlu — kapitan Məmmədov Nurlan Qabil oğlu — kapitan Rəşidli Tamerlan Elçin oğlu — kapitan Rüstəmzadə Qalib Firdovsi oğlu — kapitan Rzabəyli Eltürk Əli oğlu — kapitan Şikarov Nəcəf Şikar oğlu — kapitan (ölümündən sonra) Şirinov Kamil Əliş oğlu — kapitan (ölümündən sonra) Tağıyev Elçin Ağaqulu oğlu — kapitan (ölümündən sonra) Vəliyev Rəşad Elşən oğlu — kapitan Həşimov Fərrux Mirzəmməd oğlu — kapitan-leytenant (ölümündən sonra) Abbasbəyli Həmid Cavanşir oğlu — baş leytenant (ölümündən sonra) Abbaslı Arif Firuz oğlu — baş leytenant (ölümündən sonra) Abbaslı Cəlal Cəlil oğlu — baş leytenant Abbaslı Cəsarət Ədalət oğlu — baş leytenant Abbasov Eldar Adil oğlu — baş leytenant Abdullayev İbrahim Habil oğlu — baş leytenant (ölümündən sonra) Abdullayev Ramazan Səfəralı oğlu — baş leytenant Ağayev Süleyman Əhəd oğlu — baş leytenant Aslanov Ülvü Tahir oğlu — baş leytenant Əhmədzadə Natiq Nadir oğlu — baş leytenant Ələkbərov Əlisahib Selman oğlu — baş leytenant (ölümündən sonra) Əliyev Faiq Fəyyaz oğlu — baş leytenant Əsgərzadə Bəkir Zakir oğlu — baş leytenant Feyzullayev Polad Taryel oğlu — baş leytenant Həsənov Vüsal Vüqar oğlu — baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu — baş leytenant (ölümündən sonra) Kazımov Kamran Qurbanəli oğlu — baş leytenant (ölümündən sonra) Quliyev Tural Adil oğlu — baş leytenant Qüdrətli Elçin Yaşar oğlu — baş leytenant Lətifov Lətif Nazim oğlu — baş leytenant Mustafayev Rauf Əzizağa oğlu — baş leytenant Nəcəfov Cəmil Nəcəf oğlu — baş leytenant (ölümündən sonra) Rzazadə Həsən Vüqar oğlu — baş leytenant (ölümündən sonra) Salmanov Həmzə Telman oğlu — baş leytenant Zeynalov Elnur Elsevər oğlu — baş leytenant (ölümündən sonra) Bayramov Emil Mürsəl oğlu — leytenant Bədəlov Fərəc Simran oğlu — leytenant Eyvazov Elvin Pərviz oğlu — leytenant Əsədov Emil Balaqardaş oğlu — leytenant (ölümündən sonra) Hüseynov Qarakişi Arif oğlu — leytenant Qaraşov Məhəmməd İlham oğlu — leytenant Qədirov Məhəmməd Valeh oğlu — leytenant Mehdiyev Rəşad Faxrəddin oğlu — leytenant Məmmədov Əhməd Qüdrət oğlu — leytenant Mövlamov Sabir Rasim oğlu — leytenant Rəsulov Samir Elxan oğlu — leytenant Səmirov Baloğlan Nəriman oğlu — leytenant Şirinov Pünhan Niyaz oğlu — leytenant Cabbarov Yusif Yunsur oğlu — baş gizir Cavadov Natiq Şahin oğlu — baş gizir Fərəcov Famil Yavər oğlu — baş gizir Yusifov Mehman Musa oğlu — baş gizir (ölümündən sonra) Mehdizadə Mərdan Əhməd oğlu — baş miçman (ölümündən sonra) Budaqov Rufiz Şirzad oğlu — gizir (ölümündən sonra) Cavadlı Nemət Cavid oğlu — gizir (ölümündən sonra) Ələsgərli Zaur Mübariz oğlu — gizir (ölümündən sonra) Əliyev Tural Səfər oğlu — gizir Əmənov Məhəmməd İltizam oğlu — gizir (ölümündən sonra) Əsgərov Asəf İlqar oğlu — gizir (ölümündən sonra) Həsənov Mustafa Elşad oğlu — gizir Hüseynov Azər Fəxrəddin oğlu — gizir İbrahimov Əlmuxtar Gülağa oğlu — gizir Qarayev Əfsər Hafis oğlu — gizir Qasımov Nuran Sabir oğlu — gizir Quliyev Nəbi Tələt oğlu — gizir Quliyev Şəhriyar Nəsib oğlu — gizir (ölümündən sonra) Mirzəyev Zəka Kamal oğlu — gizir Nağıyev Anar Sahib oğlu — gizir (ölümündən sonra) Rəşidov Tural Fazil oğlu — gizir (ölümündən sonra) Sadıqlı İbrahim Şahin oğlu — gizir (ölümündən sonra) Zeynalov Xalid İltifat oğlu — gizir Məmmədov Vüsal Qüdrət oğlu — miçman (ölümündən sonra) Nəcəfov Fuad Taleh oğlu — miçman (ölümündən sonra) Rəcəbov Ruslan Rəcəb oğlu — miçman (ölümündən sonra) Səfərov Elvin Ramiz oğlu — miçman (ölümündən sonra) Abdullayev Elcan Elçin oğlu — kiçik gizir Cavadov Yelmar Elgiz oğlu — kiçik gizir Dəmirov Siyahim Əlizamin oğlu — kiçik gizir (ölümündən sonra) Əzizli Əziz Sabir oğlu — kiçik gizir Xanzadə Elnur Yusif oğlu — kiçik gizir Qardaşxanov İbrahim Səmid oğlu — kiçik gizir Qasımov Mirağa Hafiz oğlu — kiçik gizir (ölümündən sonra) Quliyev Pərviz Aydəmir oğlu — kiçik gizir Quluzadə Orxan Elxan oğlu — kiçik gizir (ölümündən sonra) Mənəfov Şahmar Vidadi oğlu — kiçik gizir (ölümündən sonra) Mikayılov Nazim Namik oğlu — kiçik gizir Musayev Ramil Aydın oğlu — kiçik gizir (ölümündən sonra) Şıxəliyev Mehti Yalçın oğlu — kiçik gizir (ölümündən sonra) Abdullayev Tural Şakir oğlu — baş çavuş (ölümündən sonra) Allahyarov Vüsal Şakir oğlu — baş çavuş (ölümündən sonra) Hüseynli Ələddin Zahid oğlu — çavuş Cabbarov Elnur Şahmurad oğlu — əsgər (ölümündən sonra) Məhərrəmov Əkbər Səyyaf oğlu — əsgər Mənaflı Dursun Marif oğlu — əsgər == 2021 == 12 yanvar 2021 Səlcuq Bayraqdar — Türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi. Haluk Bayraqdar — Baykar Makinanın baş meneceri.
"Qarabağ bülbülləri" ansamblı
"Qarabağ bülbülləri" ansamblı — bədii rəhbəri Murad Rzayevdir. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. == Mükafatları == Sovet İttifaqı Mərkəzi komitəsinin mükafatı SSRİ Xalq Təsərrufatı Nailiyyətlər Sərgisinin mükafatı Ağdam Rayon Partiya Komitəsinin mükafatı Ümumittifaq Komsomolun Mərkəzi Komtəsinin mükafatı Pioner Təşkilatının Mərkəzi Komitəsinin mükafatı == Həmçinin bax == Qarabağ bülbülləri (film, 1977) Oğlan (film, 1984) == Xarici keçidlər == Şirinov E. "Qarabağ bülbülləri"nin yaradıcısı kimdir. "Təzadlar" qəzeti, 20 may 2008, səh. 8.
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
"Qardaş köməyi" təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
"Qartal" Xüsusi Təyinatlı Dəstəsi
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
"Qartal" Xüsusi Təyinatlı Dəstəsi (DİN)
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"What if?" (Dinə Qaripova mahnısı)
.ga
.ga — Qabonun internet kodu. == Xarici keçidlər == Redelegation of the . GA domain representing Gabon to Agence Nationale des Infrastructures Numériques et des Fréquences. Report of the Internet Assigned Numbers Authority from 29 March 2013.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. == Tarixi == Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
.aq
.aq — Antarktikanın internet kodu. Domen iki il müddətinə pulsuz verilir. Domeni almaq üçün isə hökmən Antarktidada azı bir dəfə olmaq tələb edilir. İki ildən sonra istifadə müddətini yenidən artırıla bilə.
.ba
.ba — Bosniya və Herseqovinanın internet kodu.
.ca
.ca — Kanadanın internet kodu.
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
.la
.la — Los-Ancelesin internet kodu. İlkin dövrdə Laos üçün ayrılsa da, 2001-ci ildə Laos dövləti onu Los-Anceles şəhərinə satmışdır.
.ma
.ma — Mərakeşin internet kodu.
.na
.na — Namibiyanın internet kodu.
.pa
.pa — Panamanın internet kodu.
Aa
Aa (lat. Aa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Kosta-Rikadan Venesuelaya qədər, həmçinin Argentina yayılmışdır.
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Ba
Şanyü Ba (v. 128) — 124-cü ildə taxta çıxmış 33-cü imperatordur. Onun dövrü Hunların zəiflədiyi dövrlərdəndir. Hunların keçmiş vassalları olan Syenbilər Hunlara hücum etməyə başlamışdı. Ba Çinlilərdən yardım aldı və dörd il hakimiyyətdə qaldı. Yerinə isə Süli keçdi.
Ca
Ձ, ձ (Adı: dza, erm. ձա) — erməni əlifbasının 17-ci hərfi. Transkripsiya "j". Tələffüzü "dz". Rəqəm işarəsi "80". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "yerkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Ea
Ea, Enki- (şum. en-KI 𒀭 𒂗 𒆠), Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.. Onu sənətkarların tanrısı da hesab edirlər. == Haqqında == Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.
Ha
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Ka
Ka (Misir mifologiyası) — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi. Ka (kana) — yapon dilində kanalardan biri.
La
La İzabela
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Akame ga Kill!
Akame ga Kill! (yaponca: アカメが斬る!, Hepbörn: Akame ga Kiru!, azərb. "Akame kəsib doğrayır!"‎) — Takahiro tərəfindən yazılmış və Tetsuya Taşiro tərəfindən çəkilmiş şonen manqa seriyası. 2010-cu ilin martından Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında nəşr olunur. Manqa seriyası Tatsumi adlı gəncin pul qazanmaq və kəndini xilas etmək məqsədilə Paytaxta gəlməsindən, lakin burada güclü korrupsiya ilə rastlaşmasından bəhs edir. Gecə Reydi (ing. Night Raid) adlı sui-qəsd komandasına qoşulan Tatsumi imperiyaya və korrupsiyaya qarşı döyüşməyə başlayır. Seriya qrafik məzmununa görə tanınır. Seriya 2014-cü ilin iyununda lisenziyalaşdırılmışdır. "Akame ga Kill!
Ağ qan xəstəliyi
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Ga Təbiət Qoruğu
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Ga Təbiət Yasaqlığı
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır. Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Ağ qan (film, 2012)
Ağ qan qısametrajlı bədii filmi rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film EXA prodakşnda istehsal edilmişdir. Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatı göstərilir. Filmdə ölüm yatağında olan qocanın (Vaqif Kərimov) son istəyinin, qarısı tərəfindən müdrikcəsinə həyata keçirilməsindən bəhs olunur. Filmdə rolları Svetlana Həkimova, Vaqif Kərimov, Bənövşə Əliyeva, Xanım Əliyeva, Şövqiyə Əliyeva, İlham Əlizadə və Nihad Əlizadə ifa edirlər. == Məzmun == Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatından, ana və övlad bağlılığından, həyata münasibətdən bəhs edilir. Ölüm yatağında olan qocanın (Vaqif Kərimov) son istəyinin qarısı (Svetlana Həkimova) tərəfindən müdrikcəsinə həyata keçirilməsi filmin əsasını təşkil edir. Film çıxış yolu olmayan heç bir çətin vəziyyətin olmadığı ideyasına xidmət edir. Süjetdəki ana südü həyatın axarını dəyişmir, əksinə başqa həyatın başlanğıcı olur. Filmi maraqlı edən cəhətlərdən biri də süjetə verilən fəlsəfi yozumdur.
Ga və Lobo (departament)
Ga və Lobo — Kamerunun cənub regionuna daxil olan departament. Departament 19 911 km² sahəni əhatə edir və 2005-ci ildə ümumi əhalisi 196 951 nəfər olmuşdur. Departamentin mərkəzi Sanqmelimada yerləşir. Kamerundakı qorunan ərazilərdə biri olan Ga Təbiət Qoruğu dapartamentin ərazisində yerləşir.
Akame ga Kill! fəsillərinin siyahısı
Akame ga Kill! (アカメが斬る!, Akame ga Kiru!, azərb. Akame kəsib doğrayır!‎) Tetsuya Taşironun rəssamlığı ilə Takahiro tərəfindən yazılan manqa seriyasıdır. Manqa Tatsumi adlı kəndlinin kəndi üçün pul qazanmaq ötrü imperiya paytaxtına gəlməsindən, lakin paytaxtda güclü rüşvətxorluğun olduğunu kəşf etməsindən bəhs edir. Tatsumi tezliklə imperiyaya qarşı döyüşən Gecə Reydi adlı sui-qəsd komandasına qoşulur. Manqanın nəşr olunmasına Square Enix nəşriyyatının "Gangan Joker" jurnalının 20 mart 2010-cu ildə çıxmış 2010-cu il aprel sayında başlanmışdır. İlk tankobon cildi 21 avqust 2010-cu ildə buraxılmışdır. 22 avqust 2016-cı ilə qədər 14 cildi çapdan çıxmışdır. Yen Press 2014-cü ilin iyununda manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 20 yanvar 2015-ci ildə buraxmışdır. "Monthly Big Gangan" jurnalının 25 oktyabr 2013-cü ildə çıxmış 11-ci sayında "Akame ga Kill!
Chuunibyou demo Koi ga Shitai!
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
.ag
.ag — Argentinanın internet kodu.
.gb
.gb — Böyük Britaniyanın ilkin İnternet kodu. == Xarici keçidlər == IANA .gb whois information JANET(UK) website Arxivləşdirilib 2009-02-21 at the Wayback Machine www.dra.hmg.gb Last accessible copy of www.dra.hmg.gb in the Internet Archive Official country code for Britain = GB or UK? Email discussion on GB domain (2002) with historical zonefiles.
.gd
.gd — Qrenadanın internet kodu.
.ge
.ge — Gürcüstan üçün ölkə kodu yüksək səviyyəli domendir (ccTLD) . .ge yüksək səviyyəli domen adları vətəndaşlıq və ya yaşayış yeri ilə bağlı heç bir məhdudiyyət olmadan bütün dünyada fiziki şəxslər və şirkətlər üçün birbaşa qeydiyyat üçün mövcuddur. İkinci səviyyəli domen adları bir neçə xüsusi növ qeydiyyatdan keçmək üçün də mövcuddur: .com.ge – yalnız kommersiya təşkilatları üçün .edu.ge – yalnız təhsil müəssisələri üçün .school.ge – yalnız məktəblər üçün .gov.ge – yalnız hökumət təşkilatları üçün .org.ge – yalnız qeyri-hökumət təşkilatları üçün .mil.ge – yalnız dövlət hərbi təşkilatları üçün (dayandırılmış domen zonası, Nazirlikdə qeydiyyatdan keçmiş mil.ge domeni) .net.ge – yalnız şəbəkə provayderi və ya şəbəkə layihə təşkilatları üçün .pvt.ge – yalnız fərdi şəxslər üçün == Tarix == .ge 1992-ci ildə Gürcüstanın SaNet provayderinə həvalə edilib. 2006-cı ildə Caucasus Online 3 şirkətin (o cümlədən SaNet) birləşməsindən sonra yaranıb və .ge şirkətinin sponsoru olub. Qeydiyyat xidməti əvvəlcə qeyri-kommersiya təşkilatı Internet Development Group — Georgia tərəfindən təmin edilmişdi, lakin Caucasus Online tətbiqindən sonra o, yalnız inzibati və qeydiyyat rollarını birləşdirdi. .gov.ge 2014-cü ildə LEPL Smart Logic-ə həvalə edilib. == .გე == 2011-ci ildə Gürcüstan üçün yerli dildə domen adları üçün nəzərdə tutulmuş yeni yüksək səviyyəli domen adı qeydə alınıb. Ən yüksək səviyyəli domen .გე (.xn--node) gürcü hərfləri olan gani və eni hərfləridir və yerli sözün abreviaturunı deyil, G və E hərflərini təmsil edir. 2016-cı ildə aktiv internet saytları ilə aktivləşdi. 20 yanvar 2016-cı il tarixindən etibarən Gürcüstan gürcü Mkhedruli skriptindən istifadə edərək .გე yüksək səviyyəli domenləri qeydiyyata aldı.
.gf
.gf — Fransa Qvianasının internet kodu.